"Bu zaman Qurban Məmmədov Naxçıvana zəng edib Heydər Əliyevdən məsləhət istədi..."
Müsahibə
Oxunub: 11749
06 Jun 2020 | 00:29
1 illik AXC iqtidarında milli təhlükəsilik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbərin bir neçə gün öncə "Azadlıq" radiosuna verdiyi müsahibə aydın səmada şimşək effekti verdi. Xüsusən onun eks prezident Əbülfəz Elçibəy haqqında səsləndirdiyi ittihamların nə dərəcədə həqiqəti əks etdirib etdirməməsinin də saf-çürük edilməsi zərurəti yarandı.

Buna görə də Moderator.az S. Əkbərin fikirlərini şərh etmək üçün həmin dönəmdə dövlət katibinin müavini postunda olan BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə bir neçə sualla müraciət edib:

- Qüdrət bəy, AXC hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini olmuş Sülhəddin Əkbər "Azadlıq" radiosuna verdiyi müsabibədə Əbülfəz Elçibəy və onun yaxın ətrafına ünvanlanan ciddi ittihamlar səsləndirib. Həmin müsahibə ilə tanış olmusunuzsa bu barədə nə deyə bilərsiniz?

- Həmin müsahibəyə mən də baxdım. Belə görsənir ki, Sülhəddin bəy milli təhlükəsizlik naziri təyin olunmamasını Elçibəyin dünyasını dəyişməsinə və üstündən 27 il keçməsinə baxmayaraq hələ də Elçibəyə bağışlaya bilmir. İnciklik açıq-aşkar hiss olunur. O, iddia edir ki, Rusiya Mütəllibovu Azərbaycanda Prezident, Heydər Əliyevi parlamentin sədri, Etibar Məmmədovu isə Baş Nazir görmək istəyirmiş və Elçibəy də bu istiqamətdə fəaliyyət göstərirmiş. Guya Heydər Əliyev sonradan Mütəllibovun Azərbaycana prezident kimi qayıtmasına mane olduğu üçün Qarabağ ətrafındakı 5 rayon işğal olunub. O dövrü yaşamış və azacıq o dövrlə maraqlanmış istənilən adam bilir ki, bu iddiaların heç bir əsası yoxdur. Əvvəla, Rusiya istəsəydi Mütəllibovu hakimiyyətdə qoruyub saxlayardı. Mütəllibov  1991-ci ildə Moskvada vitse-prezident Yanayevin təşkil etdiyi avqust qiyamını dəstəklədiyi üçün Yeltsin onun devrilməsinə qərar vermişdi və bu məqsədlə 20 noyabr 1991-ci ildə Qarakənd faciəsi, onun ardınca Xocalı soyqırımı törədildi. Mütəllibovun hakimiyyətdən devrilməsində isə Heydər Əliyevin müstəsna xidmətləri olub. Belə ki, Mütəllibov 1992-ci ilin mayın 14-də hakimiyyətə qanunsuz olaraq yenidən qayıtmaq istəyəndə qorxu və təlaş içində olan AXC rəhbərliyi nə etmək barədə qərar qəbul edə bilmirdi. Bu zaman Qurban Məmmədov Naxçıvana zəng edib Heydər Əliyevdən məsləhət istədi. Heydər Əliyev Mütəllibovun hakimiyyətə qayıtmaq istəyinin Konstitusiyaya zidd olduğunu söyləyib Milli Məclisin binasına yürüş etməyi məsləhət gördü. Qurban Məmmədov bu barədə AXC qərargahı qarşısına toplanan nümayişçilərə məlumat verəndən sonra insanlar parlamentin binasına yürüş etdi və Mütəllibov qaçmağa məcbur oldu. Elçibəy necə Moskvanın adamı ola bilərdi ki, Ermənistandan fərqli olaraq nəinki Rusiyanın Azərbaycanın dövlət  sərhədlərini qorumasına razılaşmadı, hətta rus qoşunlarını Azərbaycandan çıxardı, MDB-yə, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmadı, Qərbin iri neft şirkətləri ilə müqvilə bağlamaq üçün danışıqlara başladı. Onun imzalaya bilmədiyi həmin kontraktları 1994-cü ildə Heydər Əliyev imzaladı. Heydər Əliyev Rusiyanın qəzəbini soyutmaq üçün MDB-yə və KTMT-yə Azərbaycanı daxil etsə də rus əsgərlərinin dövlət sərhədlərimizə və sülhməramlı kimi Qarabağa gətirilməsinə imkan vermədi. KTMT-dən isə 1999-cu ildə Azərbaycanı çıxardı. Onu da hamı bilir ki, Heydər Əliyevin 1987-ci ildə Moskvada Siyasi Bürodan istefaya göndərilməsində Yeltsinin Qorbaçova təzyiqləri xüsusi rol oynamışdı. Ona görə də Sülhəddin bəyin dedikləri faktlar deyil, onun təxəyyülünün məhsuludur. Əvvəl Sərdar Cəlaloğlunun ardınca Sülhəddin Əkbərin Elçibəyi Rusiyanın sifarişi ilə fəaliyyət göstərməkdə ittiham etməsi hansısa sifarişin icrası ehtimalını artırır. 

- Bundan başqa Əbülfəz Elçibəy başqalarını hakimiyyətə gətirmək üçün o cür mürəkkəb kombinasiyalar qurmaq gücündə olan bir siyasətçi idisə, onda nə yaxşı özü üçün çalışmayıb və nəyə görə Moskva özünün bu cür istedadlı adamını cəmisi 1 il sonra dəyişmək istəyib?

- Sülhəddin bəy deyir ki, MTN-in arxivləri bağlanmışdı və bu AXC hakimiyyətinin süqutunu şərtləndirdi. Ardınca deyir ki, AXC rəhbərliyində təmsil olunmuş çoxlu sayda adamın agent olmasına dair onda rəsmi sənədlər var imiş. Arxiv bağlı idisə, o həmin sənədləri necə əldə etmişdi? Onu da söyləyir ki, o ölkənin uçuruma getməsinin fərqində imiş və vəzifəyə təyin olunandan təqribən 6 ay sonra milli təhlükəsizlik naziri olmağa hazır imiş. Belə bir şəxs nə üçün istefa verib xalqa mövcud vəziyyətlə bağlı müraciət etməyib? Yaxud niyə həmin materialları mətbuata sızdırmayıb? Axı bu bütün dünyada qəbul olunmuş bir şeydir. Bunu bilmədən necə milli təhlükəsizlik naziri olmağa hazır imiş?Yaxud vəzifə onun üçün bu qədərmi şirin imiş?

Sonda onu söyləyim ki, həqiqətən AXC rəhbərliyində Elçibəyə yalnış məlumatlar ötürüb səhv qərarların qəbul olunmasına nail olan agentlər olsa da ona ağıllı məsləhətlər verə bilən güclü siyasi xadimlər yox idi. MTN arxivlərinin açılmaması, yeni Konstitusiyanın qəbul edilməməsi, parlament seçkilərinin keçirilməməsi həmin səhv qərarlardan idi. Xalqımızın sosial inkişaf və  siyasi yetkinlik səviyyəsi xalq hərəkatının önunə Baltikyanı respublikalarında və Rusiyada olduğu kimi güclü liderlər çıxara bilmədi. Respublikamızda mövcud olan qorxaq və müti bürokratiya kənara çəkildi. Xalq hərəkatının önünə keçən təcrübəsiz gənclər və agentlər isə dövlət aparatını xalqa düşmən elan etdi. Ona görə də sadə insanların dəstəyi ilə hakimiyyətə gəlmiş AXC o dövrün qorxaq ziyalılarının və rüşvətxor dövlət qulluqçularının dəstəyindən məhrum olmuşdu. AXC-nin hakimiyyətdən getməsinin əsas səbəbi Elçibəyin komandasının səriştəsizliyi, ölkənin güclü beynəlxalq dəstəyə və müttəfiqlərə malik xristian Ermənistanla müharibə aparması, dövrün şərtlərinin ağırlığı, geniş xalq kütlələrinin buraxılmış səhvlərə görə hökuməti müdafiə etməkdən imtina etməsi və məhz bu səbəblərdən regional və Qərbin böyük güclərinin  AXC hakimiyyətinin davam etməsində maraqlı olmaması idi.
Oxşar xəbərlər
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...