Azərbaycan və türk dünyasına qarşı tarixin bütün mərhələlərində xüsusi qəddarlıq və amansızlıq sərgiləyən, torpaqlarımızın 20%-ni işğal edən Ermənistanda “Bakı qurbanları”nın şərəfinə salınan Talin meşəsi genişləndiriləcək.
Moderator.az xəbər verir
ki, bu niyyətlə məlum layihənin müəllifləri çıxış edib. 1988-1990-cı illərdə Azərbaycanın
Bakı, Sumqayıt, Gəncə şəhərlərində çoxsaylı təxribatlar həyata keçirən erməniləri
qurban kimi qələmə verən, qeyd olunan illərdə guya minlərlə erməninin azərbaycanlılar
tərəfindən qətlə yetirildiyini, zorakılığa məruz qaldığını iddia edən layihə müəliflərinin
fikrincə, Talin meşəsinin genişlənməsi “erməni soyqırımı”na daha çox diqqətin cəlb
edilməsi baxımından önəmlidir. Qatilləri dünya ictimaiyyətinə qurban kimi təqdim
edən, onların xatirəsinə meşə salan erməni şovinistləri, bu məqsədlə Avropa və ABŞ-dakı ermənilərin
maliyyə dəstəyindən yararlanmaq niyyətindədir.
Xatırladaq ki, düşmən son
bir ildə “ermənilərin Bakı soyqırımı” ifadəsi altında Azərbaycanı uydurma
soyqırım yalanı ilə üz-üzə qoymağa, dünyanı bu yalana inandırmağa çalışır.
Seymur ƏLİYEV