“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir”
Cəmiyyət
Oxunub: 1330
02 Jun 2020 | 19:24
“Riyakar adamların qiyafəti işıq, məzmunu kölgədir”
“Yaddaşımız puç olmuş arzularımızı bizə xatırladır.”

2 mart – 2 iyun dövrünü əhatə edən, o qədər də az olmayan 3 aylıq  bir müdddətdə, əsasən kitab oxumaq, fərdi yaradıcılıqla bağlı digər işlərimlə məşğul olmaqla yanaşı, yorğunluğumu və gərginliyi aradan qaldırmaq üçün arada musiqiyə qulaq asmağa da yer ayırmışam. Ən çox bəyəndiyim və dinlədiyim Volfanq Amadey Motsartın təbirincə desəm,  “duyğularımı şerlərlə anlada bilmərəm, çünki şair deyiləm; özümü kölgə və işıqlarla ifadə edə bilmərəm, çünki rəssam deyiləm; düşüncələrimi hərəkətlərlə də ifadə edə bilmərəm, çünki rəqqas deyiləm. Lakin bunların hamısını musiqi ilə edə bilərəm.”  Bu ərəfələrdə dinlədiyim növbəti bir musiqi nömrəsi düşüncələrimi o qədər də uzaq olmayan 70-ci ilərə apardı və mənə Səməd Vurğunun məşhur şerindəki “...bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin” misralarını xatırlatdı.

Növbəti illərin 1 may günü Raykomda növbətçi idim. O zaman, rəsmi və ya qeyri-rəsmi olduğu mənə məlum olmayan ənənəyə əsasən, bütün partiya fəalları bazar və bayram günləri qrafik üzrə I katibin qəbul otağında növbətçilik edirdilər. Məqsəd ayrı-ayrı müəssisə və təsərrüfatlardan daxil olan statistik məlumatları xüsusi ayrılmış kitaba daxil etmək idi. Yəni, rayonun hansı təsərrüfatında neçə ton meyvə-tərəvəz yığılıb, hansı müəssisədə nə qədər məhsul istehsal olunub, hansı fermada neçə litr süd sağılıb və s. və i.a.  Raykom komsomolun Plenum üzvü olduğumdan məni də bu “bayram aksiyası” siyahısına daxil etmişdilər.

Qəbul otağında növbəni bir “Sovxoz” direktorundan yenicə təhvil alıb, oturmuşdum ki, I katib gözlənilmədən içəriyə daxil oldu. Qapıdan çıxmağa hazırlaşan həmin direktor dərhal onun qabağına qaçıb, əynindən hələ tam olaraq çıxarmadığı plaşını və panamasını, sanki əlindən qaparaq asılqandan asıb, müti nökər kimi dik dayandı. Mən bir əlimdə qələm, qulağımda telefon dəstəyi, neçə inəkdən neçə litr süd sağıldığını dəqiqləşdirmək hayında olduğum halda ayağa durub onu salamlaya bilmədim. Katib aşağıdan yuxarı kinayəli şəkildə məni süzərək hirslə qapını çırpıb, otağına daxil oldu. Bir neçə həftədən sonra həmin sovxoz direktoru o zamanlar el arasında əsasən “Rayİspolkom” adlandırılan, Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin olundu, mənim isə görəcəyim günlər hələ qabaqda imiş...

Elə, o ərəfədə Rumın-Sovet dostluğu aylığı çərçivəsində ölkə üzrə rəsmi tədbirlər keçirilirdi. Rumınıya lideri Nikolae Çauşeskunun oğlu Niku Çauşeskonun rəhbərlik etdiyi 25 nəfərdən ibarət nümayəndə heyyəti Azərbaycana gəlmişdi. Onların növbəti səfərlərindən biri də rayonumuza nəzərdə tutulmuşdu. Yüksək səviyyəli qonağı təntənəli şəkildə qarşılamaq üçün 15 nəfərdən ibarət “Təşkilat komitəsi” yaradılmışdı. İctimai-siyasi fəallığımı və rayonda kifayət qədər tanındığımı nəzərə alıb, məni də həmin “Komitəyə” daxil etmişdilər.

Qonaqları rayonun giriş qapısında “zurna-balabanla” qarşıladıqdan sonra, qabaqcadan tərtib olunan proqrama əsasən onları rayonumuzun görməli yerləri ilə tanış etdik, görülən işlər və qazanılan nailiyyətlər barədə ətraflı məlumatlandırdıq. Rəsmi və fəxri qonaqların şərəfinə düzənlənmiş ziyafət məclisində rayonun prokurorundan tutmuş, polis rəisinə qədər bütün rəhbər işçilər və büro üzvləri iştirak edirdilər. “Xoşgəldi”  və bir sıra statistik göstəricilərin qısaca  təqdimatından ibarət rəsmi hissə başa çatdıqdan sonra məclis qızışdı.

Əlimi masaya düzülmüş nemətlərdən birinə yenicə uzatmışdım ki, məni bir müddət əvvəl ilk təşkilata “partkom” seçən həmin ideologiya üzrə katib olan rus qadın “göz-qaş” işarəsi ilə öz yanına çağırdı. Tapşırıq isə ondan ibarət idi ki, mən durub oynamalı və xarici qonaqları rəqsə dəvət erməli idim. Rumınların şən millət olduğu çoxlarına məlum idi. Pıçıltı ilə qulağına oynaya bilmədiyimi, hətta öz toyumda belə oynamadığımı nə qədər izah etsəm belə, katib qərarında israrlı idi. Əl-qolumu asta-asta yelləməklə ortalığa çıxdım.Sən demə rumınlar elə mənə bənd imişlər.

Ortalığı tozanaq bürüdü. I katibin qolundan dartıb, onu da meydana çəkdilər. Digər rəhbər işçilərin də həddi nə idi ki, oynamasınlar. Səhərisi gün məni Raykoma çağırdılar. I katibin üzündən zəhirmar yağırdı. Məni partiya intizamını pozduğuma görə cəzalandıracğı ilə hədələyirdi ki,  bu zaman üzbəüz kabinetdən həmin ideoloji katib içəri daxil oldu və hikkəli şəkildə mənim hərəkətimin məhz partiya tapşırığı olduğunu ona bildirdi. Sən demə aralıq dəhlizdə olarkən bizim səsimizi eşidirmiş.  I katibin mimikasında yaranan kinayə sanki, “söhbətimizin sonraya qalmasına” bir işarə idi.

“Söhbətimiz sonraya qalsın” mesajından heç bir ay keçməmış onunla mənim aramda, yumşaq dildə desək növbəti “sərinlik” yaşandı. Belə ki, qiyməti 50 qəpiyə olan bir ДОСААФ (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎) lotereya bileti almışdım. Tərslikdən biletimə motorlu qayıq düşdü. Qiyməti 550 rubl (manat) idi. Qaydalara əsasən əşyadan imtina edib, nağd pulunu da ala bilərdin. Elə də etdim. Həmin pulun 405 manatına bir elektro-qitara, 110 manatına isə “usilitel” deyılən elektrik gücləndirici cihaz aldım. Bu da səbəbsiz deyildi.

Əvvəla qayığı harda sürəcəkdim və buna hardan vaxt tapacaqdım. Digər tərəfdən, hələ orta məktəbin 5-ci sinfində oxuyarkən, 5 illik musiqi məktəbinin tar sinfinə daxil olmuş, orta məktəbin 10-cu sinfini bitirməklə yanaşı, həm də musiqi məktəbindəki təhsilimi də başa vurmuşdum. Ali məktəbdə tələbəlik illəri dövründə isə, institutun musiqi ansamblına cəlb olumuşdum. Sonralar bir ara elektiklə işləyən gitaranın dəbə düşməsi, mənim də diqqətimi cəlb etmişdi. Tez-tez radio vasitəsi ilə həzin melodiyalar səsləndirilir, gitaraçı Rəmişin kasetləri maşın maqnitofonlarından eşidilir, xeyli sayda və formatda musiqi valları satışa çıxarılırdı. Mən də imkan düşəndə “barmaqlarımın yatmaması” üçün evdə araya salıb, gitaranı əlimə götürürdüm.

Bir gün yaxın qonşum və uşaqlıq dostum israrla onun toyunda gitara çalmağımı xahiş etdi. Nə qədər and-aman etsəm də, mənim peşəkar musiqiçi olmadığıma onu inandırmağa çalışsam da, bir xeyri olmadı. Nəhayət, mikrofonla mənim toyda iştirakımı və bir musiqi nömrəsi ifa edəcəyimi elan etdikdən sonra naəlac qalıb, “səhnəyə” çıxmalı oldum. Şənliyə dəvət olunanlar bir müsiqi  nömrəsi ilə kifayətlənmədilər, sifariş, sifariş dalınca gəlirdi. Hamı yaxın dost-tanış olduğundan onları qırmadım, toyun sonuna qədər qalaraq, digər musiqiçilərə dəstək verdim.

Bu xəbər sürətlə bütün rayona yayıldı. Toy məclisində gitara ifaçısının olması, o vaxtlar toy sahibi üçün böyük nüfuz və qürur sayılırdı. Rayonda isə məndən başqa gitarada ifa edən ikinci adam yox idi. Mən isə musiqi məktəbini bitirdiyimdən, milli muğamlarımızdan tutmuş, rast və təsniflərimiz də daxil olmaqla, “Tarantella Napolitana”ya qədər demək olar ki, əksər musiqi janrlarında bir çox melodiyaları belə öyrənmişdim. İfaçılıq bacarığımin sədası, görünür qonşu rayonlara da yayılmışdı.

İş o yerə çatdı ki, mənə son dərəcə yaxın olan bir neçə dostum vasitəsi ilə sabahısı gün qonşu rayonda toy məclisinə dəvət olunduğum barədə xahiş ünvanlandı. Müəllim və partiya fəalı olduğumu diqqətə çəkərək, qəti şəkildə etirazımı bildirməyimə baxmayaraq, bütün hazırlıqların görülməsini və məni gözləyəcəklərinə arxayınlıq bildirərək, sağollaşıb, məndən ayrıldılar. Səhəri gün məni Raykoma çağırdılar. Içəri girər–girməz, aramızda olan insidentlə bağlı mənə qarşı olan kin-kudurəti hələ də soyumayan I katibin “Ya partiya, ya da toyxana” hikkəsi ilə qəzəbli baxışı, musiqi sənətçisi perspektivlərimə son qoydu. O gündən bu günə, musiqi alətini yerə qoyanam...

Nadir İsrafilov









Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...