"Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil, ona görə də..."
Müsahibə
Oxunub: 2741
29 May 2020 | 08:54
Moderator.az modern.az-a istinadən jurnalist Səfurə Çərkəzqızının Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadədən illər öncə aldığı müsahibəni təqdim edir:

Qeyd edək ki, müəllifin “Sevdalılar” adlı kitabında yer alan bu müsahibə internet mediada ilk dəfədir yayınlanır.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadəylə görüşüm onun doğum günü ərəfəsində baş tutdu. Olanlardan, ola biləcəklərdən, dindən, dindarlardan, hətta doğum gününü necə keçirəcəyindən də danışdıq...

- Şeyx həzrətləri, bura gələndə məscidin qapısında oturan dilənçi qadınları gördüm. Hara gedir bu millətin axırı? Hamı əl açıb dilənir...


- Bismillahir-Rəhmənir - Rəhim! Yaxşı olar ki, bu sualı dövlət qurumlarına, onun işçilərinə verəsiz. Bu məsələləri dövlət həll eləməlidi.


- Həmişə güzəran ağırlaşanda deyirlər, dinsizliyimizdən bu günə düşmüşük. Siz necə fikirləşirsiz?


- Bizim xalq heç vaxt dinsiz olmayıb. Bugünkü çətin vəziyyəti  dinin üstünə yıxmaq lazım deyil.


- Bəs dinin dövlətə təsiri necədi?


- Azərbaycan dövlətinin Konstitusiyası, qanunu var. Biz də işimizi o çərçivədə görürük. Yəni  həmin qanunda yazılmayıb ki, din dövlətə təsir eləməlidi.  Dinin dövlətə köməyi o olmalıdı ki, məscidlərdə dini işlər aparsın. Şəriət kitablarını, “Quran”ı çap elətdirsin.


- Dinlə siyasət necə?  Din xadiminin siyasətə müdaxiləsi düzgündür?


- Konstitusiyanı oxumusunuzsa, bayaq dediyim kimi, “Vicdan azadlığı” bəndində göstərilir ki, din dövlətdən ayrıdı. Heç bir siyasi işlərə qarışmır.


- Amma sizi ən çox siyasətə müdaxilənizlə suçlayırlar.


- Mən heç vaxt siyasətə qarışmamışam. Amma elə şeylər var ki, kənardan durub baxmaq olmur. Mən də bu ölkənin vətəndaşıyam. Din dövlətdən ayrı olsa da, vətəndaş vətənindən ayrı deyil. Onun işlərinə müdaxilə eləmək, dövlətçilik ideyasını yaymaq mənim də borcumdu.

 -Onda gəlin indiki siyasi vəziyyəti sizin baxışınızla çözək.


- Yaşadıqlarımız bütün dövlətlərin həyatında olub. Bu dövrdə çətinliklər, laxlamalar baş verir. Amma axırda xalq öz doğru yolunu tapır. Camaata da bu dövrdə köməyi biz eləməliyik. Uzun müddət müstəmləkədə olduğumuz üçün azadlığa birdən-birə çatmaq  çətindi. Bu gün bütün müsəlmanların qəlbində iman var, o vaxtsa bunu izhar eləmək mümkün deyildi. İndi məscidlər, mədrəsələr açıq-aşkar öz işiylə məşğuldu. Əminəm ki, xalqımız gec-tez axtardığı yolu tapacaq.


- Bununçün xalq kimə arxalanmalıdı? Lap belə deyək: müxalifətə, ya iqtidara?


- Allaha!


- Şeyx, deyirlər, siz türkçülüyə qarşı çıxırsız?


- Yalan söhbətdi, buna heç bir əsas yoxdu. Mən milli məsələlərə yox, dini işlərə baxıram. Milli məsələlər dövlətin işidi. Biz heç bir dini məzhəbi birləşdirmək fikrində deyilik. Amma bunların arasında dostluq yaratmaq borcumuzdu. O sözü deyən ancaq təxribat məqsədi güdür. Əslində, mənim istəyim odur ki, islamdan gələn keyfiyyətləri qoruyub saxlayaq. Heç bir dövlətin xüsusiyyətləri bizdən o keyfiyyəti almasın. Bizim öz modelimiz olmalıdı, ordan-burdan gələn yox. Əgər mənim bu mövqeyimi hər hansı millətin əleyhinə yönəldirlərsə, daha sözüm yoxdu.


- ...Bizdə həm çadraya bürünənlər var, həm də  açıq-saçıq geyinənlər...


- Azərbaycan müsəlman dövləti yox, müsəlman ölkəsidi. Burda müxtəlif xalqlar yaşayır. Kim müsəlmançılığa əməl eləyirsə, başını örtməlidi. Bu, mənim sözüm deyil, Allahın, peyğəmbərin, şəriətin tələblərindən biridi. Kim istəmirsə, məcburiyyət yoxdu. Amma təbliğat bizim borcumuzdu.


- Son illər bizdə müxtəlif dinlərin təbliğatı gedir...


- Bir vaxtlar ateizmdən imtahan verib “5” alanda sevinirdik. Həmin nəsil beş-altı ilin içərisində dönüb müsəlman ola bilməz ki... Onların içərisində kök salmış ünsürlər həmin təbliğata tez uyur. Bir də ki Azərbaycanın coğrafi mövqeyi, onu əhatə edən dövlətlərin dünyadakı siyasi yeri buna təsiri göstərir.  Həmin dövlətlər Azərbaycanın gələcəyini öz arzusuyla görmək istəyir. Hər birinin də öz maraqları var.


- Siz onlara qarşı hansı işləri görürsüz?


- Bizimki təbliğdi. “Vicdan azadlığı”nda var ki, xalqın ümumi etiqadına, ənənəsinə yad məzhəblərin, dinlərin yayılması qadağandı. Bu qanunu dövlət qəbul eləyib,  o da cavabdehdi.  Azərbaycanda hər hansı bir dini yayırlarsa, onun fəaliyyəti üçün şərait yaradan, viza verən, sərhəddən keçirən  dövlət məmurlarıdı. Həmin dinlərin təbliği üçün nə qədər pul qoyulur. Özü də gələnlər xüsusi öyrədilmiş adamlardı. Onlar öz dövlətlərində məktəb keçiblər. Bizimsə qarşımızı qanunlarımızdakı qüsurlar, boşluqlar  kəsir. Missionerləri cəzalandıracaq qanunumuz yoxdu.  Bu məsələləri biz dəfələrlə qaldırmışıq.  Milli Məclis xüsusi qərarlar çıxarmalıdı.


- Bizdə İran mədrəsələrinin, dini məktəblərin sayı artır. Sizcə, bu da İran dövlətinin gizli təbliği deyil?


- Elə hesab eləmirəm.


-  O məktəblərin yerləşdiyi binaların üzərində ancaq İranın bayrağı asılır...


- Mənə qalsa, ümumiyyətlə, hər hansı binadan bayraq asılmasının əleyhinəyəm. Özümüzün bayrağı, ya başqasınınkı, fərqi yoxdu. Bu, o deməkdi ki, bu işi mən eləmişəm. Bir növü, elədiklərinə minnət qoymaqdı.


- Keçək başqa məsələyə...Şəriət məhərrəmlikdə baş yarmağa, qan çıxarmağa icazə vermir. Amma belə mərasimlər elə sizin məscidin həyətindəcə olur...


- Qan çıxarmaq müsəlmançılıqda günah sayılır.  Biz dəfələrlə televiziyadan bu barədə çıxışlar eləmişik. O mərasimləri təşkil eləyənlərsə  bizim mollalar deyil. Kənardan gələn camaatdı. Onlar elə bilir ki, zəncirlə özlərini döyməklə Allahın yanında günahlarını yuyurlar. Bir də ki onlar ancaq bir gün bura gəlirlər. Biz onlara necə deyək “gedin burdan!”?

- Sizcə, bu, camaat arasında  dini təbliğatın zəifliyi deyil?


- Düzdü.


- Doğum  gününüzü  təmtəraqlı keçirmək fikriniz var?


- Yox, elə bir şey fikirləşməmişəm.


- Gəlin  bir az da islamda qadının yeri barədə danışaq...


- İslamın qadınlara verdiyi hüquq, ixtiyar heç bir dində yoxdu. Allah-təala Quranda buyurur ki, qadınlar bəzi şeylərdə kişilərdən üstündü.


- İslamın qadına verdiyi o hüquqları müasir Azərbaycan qadını qoruya bilirmi?


- Yox.


- Niyə?


- Çünki cəmiyyət hələ o səviyyədə yetişməyib. Bununçün heç  kəsi qınamaq olmaz. Hələ xeyli zaman gərəkdi. Bax, bilirəm ki, başınızdakı yaylığı bura gələndə örtmüsüz, eləmi?


- Doğrudu.


- Amma çox istəyərdim ki,  həmişə belə örtünəsiz. Siz bu yaylığı Allaha görə yox, mənə görə bağlamısız. Nə vaxt bu işi Allaha görə eləsəz, deməli, azadlığınızı, hüquqlarınızı qoruya bilirsiz. Əgər daxili azadlığınız  daxili hicabınız olsa, bu dediklərinizə çatmaq mümkündü. Qadına verilən ixtiyar  Sovet dövründə onların əlindən alındı.  Biz səkkiz il qabaq bunları qışqırıb deyirdik.  Mən Azərbaycan qadınlarından o qədər də narazı deyiləm.  Amma axır vaxtlar televiziyada, qəzetlərdə  elə açıq-saçıq şeylər verirlər ki. Siz elə bilməyin ki, mən fanatikəm. Amma əgər mən ailəmlə oturub hansısa filmə baxa bilmirəmsə, bu, biabırçılıqdı.


- İslamın verdiyi azadlığı Azərbaycan qadını tarixin daha hansı dövründə yaşayıb?


- Mən Sovet dövründə yaşamışam. Əvvəlki dövrləri də ancaq kitablardan oxumuşam. Hər halda, qadınların hüquqları Sovet dövründə daha çox tapdanıb.


- Sizcə, qadınlarımız o azadlığa çatacaq?


- İnşallah! Bu, sizdən, dinə yanaşmağınızdan asılıdı. Əgər addımınızı şeytana yox, Allaha görə atırsınızsa, gec-tez o zirvəyə çatmalısız.


- Milli Məclis çoxarvadlılıqla bağlı bir ara səs-küy qopardı. Amma qərar qəbul olunmadı...


- Çoxarvadlılıq  Allahın “Quran”da buyurduğu qanundu. Şəriətdə dörd arvada qədər evlənmək olar. Amma çoxlu şərtləri var. Gərək  arvadların hamısına ədalətli olasan. Eyni cür sevəsən, mənəvi-maddi, şəhvani tələblərini bərabər ödəyəsən. İkincisi, şəriətə görə  birinci arvadın uşağı olmursa, ya keçici xəstəliyi varsa, kişi ondan icazəsiz ikinci arvad ala bilər. Əgər bu səbəblər yoxdusa, ikinci arvad almaq üçün mütləq birincinin icazəsi olmalıdı. Üçüncünü almaq üçünsə hər iki qadının icazəsi lazımdı. Dördüncü də elə. Hanı indi belə kişi? Şəriətə görə bəzi məqamlarda çoxarvadlılıq vacibdi. Müharibələr zamanı nəsil artımı üçün...


- Bəs  şəriətə görə Şeyxin neçə arvadı olmalıdı?


- “Quran”da nə yazılıbsa, o, şeyxə də aiddir. Amma şeyxinizin bir arvadı var. İkincisinə, üçüncüsünə də ehtiyac duymuram.

 
1999-cu il


Səfurə Çərkəzqızı,
Sevdalılar”
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama