Onlar hüquqi dövləti necə yaratdılar? - Korrupsiyadan uzaq Cümhuriyyətimiz...
Cəmiyyət
Oxunub: 3501
27 May 2020 | 12:05
Onlar hüquqi dövləti necə yaratdılar?  - Korrupsiyadan uzaq Cümhuriyyətimiz...
Nəsiman Yaqublu
Tarix elmləri doktoru
                 
Azərbaycan Cümhuriyyətinin 102-ci il dönümündə  qısa zaman müddətində hüquqi dövlətin yaradılmasının və  geniş öyrənilməsin də  təbliğinə ciddi ehtiyac vardır.Savadlı,  vətənpərvər olan bu insanların hər birisi öz sahəsinin əsil peşəkarı idi.Bunun nəticəsi idi ki, qısa zaman müddətində bu insanlar dövlətin inkişafına böyük töhfələr verdilər.Bu nazirlərin təyinatında onların savadı, təhsili  əsas götürülür və bu da öz müsbət nəticəsini verirdi.
     
Cümhuriyyət dövrünün nazirləri yaş etibarı ilə də enerjili insanlar idi.Onların yaş həddinin cavan olması imkan verirdi ki, daha çox fəaliyyət göstərsinlər.
      
Cümhuriyyət dövründə nazirlərin orta yaş həddi 30-45 yaş həddində idi.Onların arasında ən gənc nazir olan Mustafa Vəkilovun (Daxili İşlər naziri) 23 yaşı, ən yaşlı Səməd bəy Mehmandarovun(Hərbi nazir) isə 63 yaşı vardı.
      
Cümhuriyyət nazirlərindən 16 nəfəri müxtəlif    universitetlərin(əsasən Moskva,Sankt Peterburq, Kiyev,Odessa) hüquq fakültələrini bitirmişdilər.Odur ki, dövlətin hüquqi əsaslarla inkişfında bu amil başlıca rol oynayırdı.Bundan əlavə, Azərbaycan Parlamentinin 17 aylıq fəaliyyətində 270-ə qədər qanunun hazırlanıb müzakirəyə çıxarılmasında( o qanunlardan 230-u qəbul edilmişdi) hüquqşünas nazirlərin ciddi fəaliyyəti vardı.
       
Azərbaycan Nazirlər Şurası İcraiyyə Komitəsinini sədri və Daxili İşlər naziri F.X.Xoyskinin 43 yaşı vardı və o,Moskva Universitetinin hüquq fakültəsini bitirmişdi.
      
Azərbaycan Parlamentinin sədri olan Əlimərdan bəy Topçubaşov Sankt Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi.
      
Maliyyə və Xalq Maarifi naziri Nəsib bəy Yusifbəylinin 37 yaşı vardı və Odessa Universitetinin hüquq fakültəsini bitirmişdi.
     
Ədliyyə naziri Xəlil bəy Xasməmmədovun 43 yaşı vardı və Moskva Universitetinin hüquq fakültəsini qurtarmışdı.
        
Ticarət və Sənaye naziri Məmməd Yusif Cəfərovun 33 yaşı vardı və Moskva Universitetinin hüquq fakültəsində təhsil almışdı.
             
Dövlət Nəzarəti naziri (Dövlət müfəttişi) Cəmo bəy Hacınskinin 30 yaşı vardı və Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdi.
      
Yenə sonradan formalaşan sonuncu – beşinci hökumət kabinəsində Əmək və Əkinçilik naziri olan Əhməd bəy Pepinovun 26 yaşı vardı və o, Moskva Universitetinin hüquq və iqtisadiyyat fakültələrində təhsil almışdı.
      
Daxili işlər naziri və parlament üzvü olan Şəfi bəy Rüstəmbəylinin Kiyev Universitetinin hüquq fakültəsini bitirmişdi, qanunların hazırlanmasında yaxından iştirak edirdi.
      
Cümhuriyyətin digər nazirləri də (bəzi kiçik istisnalarla) yüksək ali savada malik və  Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar idi.Yəni bu Cümhuriyyətdə bölgəçilik yox,savad,istedad və qabiliyyət önə çəkilir və bu da dövlət quruculuğu prosesində müsbət əhəmiyyətini göstəriridi.
    
Azərbaycan Cümhuriyyəti dövründə qəbul edilən və dövlətin bu əsaslar üzərində inkişafını təmin edən ilk ilk hüquqi sənəd İstiqlal Bəyannaməsidir.

1918-ci ilin 28 Mayında Azərbaycan Milli Şurasının qəbul etdiyi 6 maddəlik “İstiqlal bəyannaməsi”:

1.Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub -Şərqi Zaqafqaziyanı əhatə edən  Azərbaycan da  tam hüquqlu müstəqil dövlətdir.
2.Müstəqil Azərbaycanın dövlətinin idarə forması  Xalq Cümhuriyyətidir.
3.Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu  millətlər  və dövlətlərlə mehriban  münasibətləri yaratmaq əzmindədir.
4.Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan  bütün vətəndaşlarınasiyasi hüquqlar və vətəndaşlıq hüququ  təmin edir.
5.Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün   geniş imkanlar yaradır..
6.Müəssislər Məclisi toplanıncaya  qədər  Azərbaycanın idarəsinin başında xalqın seçdiyi   Milli Şura və Milli Şura  qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur. 
        
Azərbaycan Cümhutiyyəti dövründə formalaşan hökumət kabinələrində müxtəlif partiyaların təmsilçiləri olurdu.Diqqətt edək: İlk hökumət kabinəsinin tərkibi:
1.Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf); 2.Hərbi nazir – Xosrov Paşa bəy Sultanov (müsavat); 3.Xarici işlər naziri – Məmmədhəsən Hacınski (müsavat); 4.Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (müsavat); 5.Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat); 6.Ticarət və sənaye naziri – Məmmədyusif Cəfərov (bitərəf, sonra -müsavat); 7.Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov (Hümmət); 8.Yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlikaslanov (bitərəf); 9.Dövlət müfəttişi – Camo bəy Hacınski (sosialist).
      
Sonrakı hökumət kabinələrində də bu müxtəlifliyin daha genişlənmiş formada şahidi oluruq:. 1)Maarif və dini etiqad naziri – Həmid bəy Şahtaxtinski (ittihad); 2)Əkinçilik  və dövlət əmlakı naziri – Aslan bəy Qardaşov (əhrar); 3)Sosial-təminat naziri – Viktor Klenevski (Slavyan-Rus cəmiyyəti); 4)Ərzaq naziri – Konstantin Lizqar (Slavyan-Rus cəmiyyəti) və s.
   Azərbaycan Cümhuriyyəti dövründə dövlətin qanunvericilik bazasınə Azərbaycan parlamenti təşkil edirdi.Parlamentdə müzakirə edilməyən və qəbul olunmayan qərar hüquqi əsas sayıla bilməzdi.

AZƏRBAYCAN  PARLAMENTİ

İlk olaraq 1918-ci ilin noyabrın 19-da Bakıda keçirilən Azərbaycan Milli Şurasının iclasında Parlamentin yaradılması qərara alındı. Azərbaycan Milli Şurası bununla əlaqədar ayrıca qanun qəbul etdi. 
Azərbaycan Cümhuriyyəti Parlamentin çağırılması ilə əlaqədar Milli Şura adından M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci ilin noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” müraciətnamsəi dərc olundu.Müraciətnamədə deyilirdi: “Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcək”.
Azərbaycan Cümhuriyyəti dövründə əhalinin sayının 2.750.000 olduğu qeyd edilirdi. Buna müvafiq hər 24 min nəfərdən bir nümayəndə olaraq müsəlmanlar − 80, ermənilər − 21, ruslar  − 10, almanlar − 1, yəhudilər  − 1 nümayəndə parlamentə göndərə bilərdilər. Parlament 120 nəfərdən ibarət olmalı idi. Qeyd edilirdi ki, müsəlmanlardan 44 Milli Şura üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün parlamentə üzv daxil olurlar. Qalan 36 nəfər isə əlavə şəxslər kimi parlamentə cəlb edilirlər.
Qeyd edilirdi ki, Parlamentə seçiləcək 21 erməni nümayəndəsindən 8-i Gəncə, 8-i Şuşa, 5-i isə Bakı erməni komitələrindən seçilməli idi. Rus Milli Şurası 10, alman əhalisi milli təşkilatından 1, yəhudi Milli Şurasından 1, gürcü komitəsindən 1 və polyak komitəsindən 1 nümayəndə olmalı idi. Qanunda parlamentə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sənaye-Ticarət Cəmiyəti tərəfindən 2 nümayəndə nəzərdə tutulmuşdu.
1919-cu ilin sonlarında parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupun 96 deputat tərəfindən təmsil olunurdu.
 
Məhkəmə sisteminin yaranması
            
Azərbaycan Cümhuriyyəti hökumətinin   ilk aylarda  Gəncədə yerləşdiyi  əsas götürülərək Gəncə Dairə Məhkəməsi  fəaliyyətə başlayır.
        Hökumətin 1918-ci ilin 1 oktyabr tarixli qərarı əsasında burada Bakı Sovetinin yaratdığı məhkəmə orqanları ləğv edliir,Bakı Dairə Məhkəməsi formalaşır.
       1918-ci ilin noyabrın 14-də Azərbaycan Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında əsasnamə” təsdiq olunur.Bu əsasnamə ilə bağlı Bakı şəhərində Azərbaycan Məhkəmə Palatası  yaradılır.
    1919-cu ilin martın 16-da Bakı dairə məhkəməsinin binasında Azərbaycan Məhkəmə Palatasının rəsmi  açılışı olur.Nazirlər Şurasının sədri F.X.Xoyski açılışda iştirak edir.
       1919-cu ilin 28 fevralında Nazirlər Şurasının qərarı ilə Ə.Xasməmmədov Məhkəmə Palatasının böyük sədri  vəzifəsinə təyin olunur.
       Nazirlər Şurasının 1919-cu ilin 9 iyun tarixli qərarı ilə Polşa tatarlarından olan O.Kriçinski Palatanın Prokuroru təyin edilir.

İNSAN  HÜQUQLARI  VƏ AZADLIQLAR

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hüquqi sənədi olan İstiqlal Bəyannaməsində insan hüquqları və azadlığı problemi öz əksini tapıb.
1918-ci ilin Mayın 28-də elan edilən İstiqlal Bəyannaməsinin 4-cü maddəsində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti öz vətəndaşlarına verdiyi azadlıqları belə ifadə edirdi: “4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, mməzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarını siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir”.
Bu maddədə qeyd olunduğu kimi vətəndaşlar milli, dini, sosial və cinsi əlamətlərindən asılı olmadan eyni azadlığa və hüquq bərabərliyinə malikdir. Həmin maddədən aydın olur ki, vətəndaşlar hüquq bərabərliyi əsasında qanun qarşısında eyni məsuliyətə malikdirlər. 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə vətəndaşların hüquq və azadlıqlarını ümumiləşdirib belə əsaslarla izah etmək mümkündür: vətəndaş hüququ, bərabərlik hüququ, seçki hüququ, fikir və söz azadlığı, mətbuat azadlığı, mülkiyət hüququ, əmək hüququ və s. 

MİLLİ  AZLIQLARIN HÜQUQLARI

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkədə müxtəlif  xalqların təmsilçiləri yaşayırdılar. 1918-ci ilin Mayında qəbul edilən İstiqlal Bəyannaməsinin 5-ci maddəsində milli azlıqların hüquqları, sərbəst yaşamaları belə əksini tapırdı: “5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar açır”.
Sonrakı dövrdə Azərbaycanda yaşayan digər xalqların dini etiqadlarına sayğı ilə yanaşılması, qəzet və jurnallar nəşr etməsi, Parlamentdə təmsil olunması, Hökumətdə müxtəlif vəzifələr alması (hətta nazir olması) 5-ci maddədə qoyulan fikrin reallığını sübut edirdi.

SÖZ  VƏ  MƏTBUAT  AZADLIĞI - MƏTBUAT  NİZAMNAMƏSİ. SENZURANIN  LƏĞVİ

Azərbaycan  Xalq Cümhuriyyəti fəaliyətə başladığı ilk dövrlərdən söz və mətbuat azadlığına böyük önəm vermişdir.
Əslində 1918-ci ilin Mayın 28-də elan edilən İstiqlal Bəyannaməsinin 4 və 5-ci maddələrində göstərilən “vətəndaşlara siyasi və vətəndaşlıq hüququnun təmini”  və  “bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanların yaradılması” fikirləri  mətbuatın, söz azadlığının ciddi təminatı idi.
Həmin dövrdə ABŞ və bəzi Avropa ölkələrinin timsalında demokratik dövlət anlayışının ayrılmaz tərkib hissəsi də Mətbuat və söz azadlığı, senzuranın ləğvi idi. 
Azərbaycan Xalq Cümhuriyyəti dövründə senzuranın rəsmi olaraq ləğv edilməsi 1918-ci ilin noyabrın 9-na aiddir. Azərbaycan Nazirlər Şurasının həmin tarixə əsaslanan qərarı ilə mətbuatla bağlı senzura ləğv edilirdi.
Maraqlıdır ki, həmin günü Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngdən (göy, qırımızı, yaşıl) ibarət olması haqqında qərar qəbul edilir.
Dövlət Bayrağıın yaradılması ilə senzuranın ləğvi qərarı eyni gündə verilmişdir. Bu qərar ölkədə azad, demokratik prinsiplərə əsaslanan cəmiyətin formalaşdığını təsdiqləyirdi.
1919-cu ilin oktyabrın 30-da Azərbaycan Parlamenti “Mətbuat Nizamnaməsi haqqında”  qanun qəbul etdi. Bu qanun ölkədə məktəblər açılmasına, əsərlər çap olunub satışa buraxılmasına geniş imkanlar yaradırdı. Bundan ötrü isə hakimiyət orqanlarından icazə tələb edilmirdi. İstənilən vətəndaş qəzet, jurnal, mətbəə açmaq üçün Hökumətin İşlər İdarəsi nəzdindəki Mətbuat üzrə Baş müvəkkilinə rəsmi ərizə təqdim etməli idi. Nizamnamədə çap məhsulu üzərində senzuranın ləğvi də qeyd edilirdi. Mətbuat orqanı yalnız cinayət törədilməsinə imkan yaratdığı təqdirdə məhkəmə qaydasında məsuliyətə cəlb oluna bilərdi.

SEÇKİ  HÜQUQU - QADINLARA SEÇKİ HÜQUQUQNUN  VERİLMƏSİ

İstiqlal Bəyannaməsində vətəndaşlara verilən ilk hüquqlardan sonra bu istiqamətdə fəaliyətlər davam etdirildi.Qanunverici orqanın − Parlamentin yaradılmasına qədər qəbul edilən ayrı-ayrı qanunvericilik aktlarında və hökumət qərarlarında insan hüquq və azadlıqları əksini tapırdı.
Vətəndaşların seçki hüquqları ilə bağlı ilk rəsmi sənəd 1918-ci ilin avqustun 23-də qəbul edilən “Azərbaycan Cümhuriyyətinin təbəəliyi (vətəndaşlığı) haqqında” əsasnamədir. Bu sənəddə vətəndaşın siyasi hüquqları, qanunvericilik orqanına və yerli özünüidarə orqanlarına seçki hüququ ilə vətəndaşlığının əlaqəsi qeyd edilirdi.
Azərbaycan Cümhuriyyəti vətəndaşının seçki hüququnun daha əsaslı şəkildə əksini tapan sənəd isə Azərbaycan Milli Şurasının 1918-ci ilin noyabrın 20-də qəbul edilən “Azərbaycan Parlamentinin yaradılması haqqında qanun”dur. Həmin qanunda  ilk dəfə olaraq qadınlara da seçki hüququ verilmişdir.
Azərbaycan Cümhuriyyəti dövründə vətəndaşların seçki hüququnu təmin edən daha iki sənəd də mövcuddur: 1) “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə” (1919-cu il, 21 iyun); 2) Azərbaycan Cümhuriyyətində şəhər dumaları üzvləri seçkilərinin keçirilməsi haqqında qaydalar” (1919-cu il, 7 iyul).
Bu faktlardan məlum olur ki, Azərbaycan Xalq Cümhuriyyəti dünyada qadınlara ümumi seçki hüququ verən ilk dövlətlər sırasında 7-ci yeri tutur (1918-ci ildə Latviya, Litva, Polşa dövlətləri də qadınlara seçki hüququ vermişdi.
Qadınlara seçki hüququnun verilməsi 20 noyabr 1918-ci il tarixli qanunda ümumi müddəa olaraq qeyd olunsa da, 1919-cu ilin 21 iyulunda qəbul edilən “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə”də konkret şəkildə “hər iki cinsdən olan vətəndaşların” seçki hüququna malik olduğu göstərilmişdir.
Bu akta əsasən birbaşa seçkilər, gizli səsvermə üsulu, proporsional seçki sistemi və səsvermə yaşı 20 olaraq müəyyənləşdirilmişdir. 

DÜNYƏVİLİK, DİN  AZADLIĞI

Azərbaycan Xalq Cümhuriyyəti dövründə dünyəvilik və din azadlığı məsələsi İstiqlal Bəyannaməsinin 4-cü bəndində əksini tapırdı: “4. Azərbaycan Xalq Cümhuriyyəti milliyətindən, məzhəbindən, silkindən və cinsindən asılı olmayara, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüuqlar və vətəndaşlıq hüququ təmin edir”.
Azərbaycan Cümhuriyyəti dövründə İslam rəsmi dövlət dini elan edilməmişdi və bütün dinlərin təmsilçilərinə eyni hüquq əsasında fəaliyət göstərmək imkanı verilirdi. Yəni dövlət və din bir-birindən ayrı idi. Lakin o, eyni zamanda əxlaqi və mənəvi həyata təsir imkanlarını saxlayırdı.
Azərbaycan Cümhuriyyətinin dövlət bayrağındakı yaşıl rəng əslində İslam mədəniyətinə məxsusluğu bildirsə də, digər dinlərin azad fəaliyətləri təmin edilmişdi.
Azərbaycan Cümhuriyətinin 1919-cu ilin iyulun 21-də Parlamentdə qəbul etdiyi “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnamənin 96-cı bəndində deyilir:”Hər bir kəsə məbəddə və ya dini ibadət üçün nəzərdə tutulmuş digər yerlərdə həm moizələr vasitəsi ilə, həm də şifahi və yazılı çağırışlarla seçkiqabağı təbliğat aparılması qadağan edilir”.
Göründüyü kimi, dövlət dindən sui-istifadə hallarının qarşısını alır, hətta buna əməl etməyənləri altı ayadək həbs müddəti ilə cəzalandırmaq nəzərdə tutulurdu.
Bu istiqamətdə təhsil sahəsində də ciddi islahatlar aparılırdı. Müsəlman məktəb-mədrəsələrində və pravoslav kilsə məktəblərində ümumi dünyəvi təhsil sisteminə keçilməsinə başlanılmışdı.
Eyni zamanda məktəblər dinin təsirindən çıxarılaraq Maarif nazirliyinin tabeliyinə verilir, tədris sahəsində yeni proqramların və dərsliklərin hazırlanmasına başlanılmışdı.
Azərbaycan Cümhuriyyətində formalaşan dörd hökumət kabinetində (ümumilikdə beş idi) Dini məsələlərlə bağlı nazirlik fəaliyət göstərmişdir:

QEYRİ-HÖKUMƏT  TƏŞKİLATLARININ  YARADILMASI  VƏ  FƏALİYYƏTİ.VƏTƏNDAŞ  CƏMİYYƏTİNİN FORMALAŞMASI

Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğu dövründə demokratik prinsipləri əsas götürmüş, vətəndaş cəmiyətinin formalaşması üçün mühüm işlər görmüşdür.
Bu sahədə reallaşdırılan işlər sırasında qeyri-hpkumət təşkilatlarının yaradılması mühüm yer tutur.
Qeyd edək ki, Azərbaycan Cümhuriyyətinin yaradılmasına qədərki dövrdə mövcud olmuş xeyriyə təşkilatları da öz fəaliyətlərini daha geniş inkişaf etdirmək imkanı qazandılar.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif sahələr üzrə 50-dən çox qeyri-hökumət təsisatı fəaliyəti göstərirdi. Həmin təşkilatlardan aşağıdakıları qeyd etmək mümkündür: 1) Azərbaycan Tələbə İttifaqı; 2) Bakı Həmkarlar İttifaqı Şurası; 3) Bakı Mülk Sahibləri İttifaqı; 4) Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti; 5) Bakı Neft Cəmiyyəti; 6) Bakı Müsəlman  Qadın Xeyriyyə Cəmiyyəti; 7) Bakı Şəhər Həkimlər Cəmiyyəti; 8) Bakı Müsəlman Maarif  Cəmiyyəti; 9) “Xalq evləri” Cəmiyyəti; 10) Qafqazda Slavyan-Rus Cəmiyyəti Şurası; 11) Yaxın Şərqdə Amerika Yardımı Cəmiyyəti; 12) “Qardaş köməyi” ictimai təşkilatı; 13) “Uşaqları Mühafizə” Cəmiyyəti; 14) “Yaşıl Qələm” Ədəbi-Birliyi; 15) Jurnalistlər və Ədiblər İttifaqı; 16) “Nəşri-Maarif” Cəmiyyəti; 17) Gəncə Müsəlman Milli Komitəsi; 18) İrəvan Quberniyası Müsəlmanlarının Həmyerliləri Cəmiyyəti; 19) “Yeni Şirvan” Xeyriyyə Cəmiyyəti və s.
FÖVQƏLADƏ  TƏHQİQAT  KOMİSSİYASININ  YARADILMASI
1918-ci ilin iyul ayının 15-də Azərbaycan Cümhuriyyəti hökuməti Gəncədə keçirilən iclasında azərbaycanlılara qarşı zorakılıq hallarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaratmaq haqqında məsələ müzakirə etdi.
Həmin ilin avqustun 31-də Azərbaycan hökumətinin qərarına əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat (istintaq) komissiyası yaradıldı. Komissiyanın sədri andlı iclasçı ‒ Ələkbər  bəy Xasməmmədov, üzvləri isə Gəncə dairə məhkəməsinin üzvləri  ‒ İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, həmin dairə məhkəməsi prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, həqiqi milli müşavir V.V.Qubvilli və müəllim Mirzə Cavad Axundzadə təyin olunur.
Azərbaycan Parlamentində qanunun
aliliyinə sayğını əsas götürən çıxışlardan:
Baş nazir F.X.Xoyski qətiyyətlə bildirir: “...Biz var qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək və heç kəsə yol verməyəcəyik ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər”.
F.X.Xoyski Azərbaycan Parlamentinin açılışındakı çıxışını bu sözlərlə yekunlaşdırır: “Hökumətin fəaliyyətində nə qədər qüsur və nöqsan olmuşsa da, yol göstərən işıqlı ulduzu olmuşdur: millətin hüququ, istiqlalı və xeyri!”

Baş nazir N.Yusifbəyli  çıxışlarında hərbi işin hökumətin fəaliyyətinin əsasını təşkil edəcəyini, əsgərin ehtiyacına, ləvazimatına hökumətin ayrıca diqqət edəcəyini, “əsgərlik kimi müqəddəs vəzifənin ilk əvvəl zənginlərin, varlıların, ziyalıların övladlarının vəzifəsi olduğunu hökumətin onlara anladacağını, bundan boyun qaçıran olarsa, lazım gələn cəzanın veriləcəyini” söyləyir.

1919-cu ildə Gəncə qubernatoruna N.Yusifbəylinin göndərdiyi teleqram bu məzmunda idi: “Gəncə qubernatoruna. Sizə qanunla verilən səlahiyyətlə qətiyyətli hərəkət etmək lazımdır. Daxili İşlər naziri N.Yusifbəyli”

Ədliyyə naziri X.Xasməmmədov çıxışında neft məsələsinə də toxunmuşdur. Bir çox yerlərə külli miqdarda, qanunsuz olaraq neft aparıldığını (xüsusən Qazax bölgəsinə və oradan da Gürcüstana) qeyd etmişdir. Sonda fikrini belə yekunlaşdırmışdır: “Müqəssirlər ilə də ,əlbəttə, məmləkətin qanununa müvafiq rəftar ediləcəkdir. Sorğuda daha başqa bir şey yoxdur. Bir neçə söz də deyəyim. Mən sizin hüzurunuzda deyirəm − qüsurlarımız var. Nəzarətin hər bir işi “düzdür” demirəm. Ancaq işlərin hamısını bu üç-dörd ayda düzəltmək mümkün olmamışdır. Böyük müşkülat vardır. Nəzarət ixtiyarında olan bütün vasitə və qüvvə ilə bunları düzəltməyə çalışmağa borcludur. Nəzarət çalışır ki, o qüsurları rəf olana və idarəni öylə yola qoyaq ki, camaat razı, məmləkət salamatda qalsın”
Daxili İşlər naziri  B.Cavanşirin çıxışından: “Möhtərəm məbuslar! Bir məmləkətin yaşamasından ötrü iki şey lazımdır: biri maliyyə, biri də qoşun. Qoşun da maliyyəsiz yaşamaz. Məmləkət üçün müəyyənləşmiş maliyyə siyasəti lazımdır... O qanunlar ki, nazirlərə verilibdir, o qanunlar onlar üçün mütləq olmalıdır”

O, vacib bir məqamı da vurğulayır: “Məmləkətin xəzinəsini saxlamaq bir şəxsin öz evini saxlaması kimidir”.
  
Bu və digər faktlar sübut edir ki, !918-1920-ci illərdə Azərbaycanda həqiqətən hüquqi dövlət yaradılırdı.
Oxşar xəbərlər
10:26, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?