Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir.
İndi hamını bir sual narahat edir: Karantin
qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir?
Tibb üzrə professor Adil Qeybulla Moderator.az-a
açıqlamasında bildirib ki, bunun başlıca səbəbi insanların virusdan qorunmaq
üçün tələb edilən şərtlərə lazımınca əməl etməməsidir:
“Karantinin ilk mərhələsində SMS icazəsi ilə çıxanda da insanlar gedib gəziblər,
evlərdə ziyafətlər təşkil ediblər, həyətlərdə çay içmək, domino oynamaq, bax,
bütün bunların nəticəsidir ki, indi artım müşahidə olunur.
Digər tərəfdən karantin qaydaları yumşaldıqdan sonra
da insanlar iqnor edirlər, sanki heç belə bir təhlükə yoxdur. Hazırda küçədə
baxsanız tək-tük masqalı adam görərsiniz. Proqnozlaşdrıma belədir ki, belə
davam etsə bu say getdikcə artacaq.
Professorun sözlərinə görə bunun qarşısını almaq
üçün karantin yumşaldılsa da qorunma şərtləri kəskinləşdirilməlidir:
“Hesab edirəm ki, Operativ Qərargah və digər
strukturlar karantinin yumşaldılması dövründə də qaydaların qaldığını sərt şəkildə
elan etməli idilər. Yəni bayıra çıxarkən masqa taxmaq, əlləri dezinfeksiya etmək
və sosial məsafəni saxlamaq əsas şərt olaraq qalmalıdır. Bunu pandemiya
qurtarana qədər etmək lazımdır”.
Taleh