\"Gəlin razılaşaq ki, Azərbaycanın bunun qarşısını almaq imkanı o qədər də yüksək deyil\"
Oxunub: 3585
25 May 2020 | 11:04
\
Son zamanlar İran-Azərbaycan münasibətlərində yaxınlaşmalar hiss olunur. İran dini liderinin nümayəndəsi Ayətullah Amilinin Dağlıq Qarabağla bağlı verdiyi bəyanatdan sonra ölkənin Azərbaycandakı Səfirliyi də ard-arda bizim milli maraqlarımıza cavab verən açıqlamalarla yadda qaldı. Bu yaxınlaşma nə dərəcədə səmimidir?  Hansı zərurətdən ortaya çıxıb və nə perspektiv vəd edir?

Bu və bənzər sullara Yaxın Şərq barədə analitik yazılarıyla tanınan şair-publisist, Ədalət partiyasının sədr müavini Heydər Oğuzla söhbətləşərək cavab tapmağa çalışdıq.

Heydər Oğuzun müsahibəsini təqdim edirik:

- Son zamanlar həm İran-Azərbaycan, həm də iqtidar-müxalifət arasında ciddi polemikalara yol açan Xudafərin qalmaqalının ortaya çıxmasında rəhbərlik etdiyiniz Ovqat.com-un da rolu az olmadı. 4 il bundan əvvəl bağlanmış sazişin birdən-birə yadınıza düşməsinin səbəbi nə idi?

- Əvvəla, ondan başlayım ki, nəyinsə yada düşməsi onun barəsində əvvəl məlumatının olması anlamına gəlir. Açığını desəm, belə bir müqavilənin mövcudluğu barədə hər hansı məlumata malik deyildim. Sazişin detallarını açıqlamağımızdan sonra yaşanan polemikalar sübut etdi ki, heç cəmiyyətimizin böyük əksəriyyəti də məlumatsızlıq sahəsində məndən geri qalmırmış. Bu baxımdan “Xudafərin” sazişinin yenidən ictimai müzakirəyə çıxarılmasında hansısa məqsəd axtarmaq yanlışdır. Hər şey birdən-birə baş verdi və öz təbii axarıyla getdi. Mövzunun mürəkkəbliyi istər-istər uzun sürən polemikalara yol açdı.

Sazişin təkrar gündəmə gəlməsinin əsas səbəbi ondan bir müddət əvvəl Xankəndində bir erməninin İrana məxsus yük maşınlarını göstərərək Qarabağa yanacaqla yanaşı koronavirus daşındığını bildirməsiylə başlayan polemikalardı. Ovqat.com-un həmin məlumatı yaymasından sonra bütün media qurumları və siyasi xadimlər bu məsələnin üzərinə getdilər. Azərbaycan XİN İrandan faktla bağlı açıqlama istədi. İran XİN  İranla Dağlıq Qarabağ arasında hər hansı tranzit əlaqəsinin olmadığını bildirdi və videonun erməni təxribatı məqsədilə başqa yerdə çəkilə biləcəyi ehtimalını irəli sürdü. Bu da istər-istəməz gözlərin Dağlıq Qarabağ sərhədlərinə yönəlməsinə səbəb oldu. Məlum oldu ki, İranla Dağlıq Qarabağ arasında 5 körpü mövcud imiş. Bu fakt kosmosdan çəkilən şəkillərlə də öz təsdiqini tapdı və yenə bizim saytımızda işıqlandırıldı. Azərbaycan ictimaiyyəti sövq-təbii olaraq bu fakta daha çox etiraz etdi. Sözsüz ki, biz də buna laqeyd qala bilməzdik və bir çox məsləkdaşlarımızın çəkinib vermədiyi etirazları da öz səhifələrimizdə işıqlandırdıq. Ara yenidən qarışdı. Bütün gözlər yenidən İranın bu məsələylə bağlı verəcəyi açıqlamaya zilləndi. İranın Azərbaycandakı Səfirliyi yenə bizim vasitəmizlə həmin körpülərin iki dövlət arasında 2016-cı ildə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi ilə əlaqədar bağlanmış saziş əsasında tikildiyini bildirdi. Bu açıqlama istər-istəməz hər kəsi şoka saldı və müzakirələrin ardı-arası kəsilmədi. Başqa sözlə desək, suya atılmış kiçik daş parçasının yaratdığı dalğalanma getdikcə böyüdü və ictimaiyyətin böyük əskəriyyəti tərəfindən müzakirə olundu. Daş parçasının su səthində yaratdığı dalğalanma nə qədər təbii və öncədən planlaşdırılmamış prosesdirsə, Xudafərin müzakirələrinin böyüməsi də bir o qədər anidən ortaya çıxmış hadisədir. Məncə, burada hər hansı qərəz, qeyri-adi səbəb axtarmaq doğru deyil. Azərbaycanın uzun illərdən bəri qanayan Qarabağ yarası var və əl dəydikcə göynəyir…

- Qəribədir ki, “Xudafərin” sazişi barədə iqtidar və müxalifətin bir-biriylə qətiyyən uzlaşmayan yanaşmaları var. İqtidar bu sazişi “misli görünməniş diplomatik uğur”, müxalifət isə “təslimiyyətçi siyasət” kimi qiymətləndirir. Siz bu dağla dərənin harasındasınız? Daha konkret desək, hansı mövqeni həqiqətə ən yaxın hesab edirsiniz?

- Bizdə hər hadisəyə maksimalist yanaşma var. İqtidar özü bağladığı bütün müqavilələri “əsrin müqaviləsi” saydığı kimi, müxalifət də hər şeydə məğlubiyyət axtarır. Öz nöqteyi-nəzərlərincə haqlıdırlar da. Yarısına qədər su dolmuş stəkana boş kimi də baxa bilərsən, dolu kimi də. Amma əsl həqiqət budur ki, stəkan nə doludur, nə də boş. Onun əsl adı yarımçıdır. Boş olaraq da yarımçıqdır, dolu olaraq da. Məncə, biz də “Xudafərin” sazişinə məhz bu nöqteyi-nəzərdən baxmalıyıq. Unutmamalıyıq ki, paritet əsaslarda bağlanmış müqavilələr heç bir tərəf üçün tam “dolu” olmur. Bu cür müqavilələr “qazan-qazan” prinsipinə uyğun şəkildə bağlanır. Yəni müqaviləyə imza atan hər iki tərəf ondan nəsə qazanır. Ancaq bir tərəfin qazanacağı müqavilələr isə müharibələr nəticəsində ortaya çıxır. Tərəflərdən biri digəri üzərində tam və qəti qələbə çalır, məğlub tərəfi təslim olmağa məcbur edir. Bunun da adı saziş və ya müqavilə yox, kapitulyasiya aktıdır. Kapitulyasiya aktları yalnız bir tərəfin marağını nəzərə aldığından əksər hallarda qalıcı olmur və yeni savaşlara gətirib çıxarır. Buna görə də tam və qəti qələbə çalan tərəflər belə, qarşı tərəfə hansısa miqdarda qazanc yeri qoyurlar. Bir sözlə, iki tərəf arasında, özü də sülh zamanı bağlanan sazişlər misli görünməmiş uğur ehtiva etmirlər. Bu fikir eyni zamanda ticari və iqtisadi müqavilə imzalayan zəif tərəfə də aiddir. Heç bir iqtisadi  müqavilə ancaq bir tərəfin güzəştləri hesabına bağlanmır, “qazan-qazan” prinsipi əsas götürülür. Əks halda zəif tərəf onu bağlamaz və heç kim qazanmaz. “Xudafərin” sazişi də “qazan-qazan” prinsipiylə bağlanmış bir sənəddir. Azərbaycanın ordan qazancı İrandan az olsa da, hər halda var. O qazancı böyük uğura çevirmək isə artıq diplomatiyanın deyil, hərbi qüvvələrin işidir. Hesab edirəm ki, Azərbaycan diplomatiyası 2016-cı ildə nəyi bacarıbsa, onu da əldə edib. Müqavilənin misli görünməmiş uğur adlana bilməsi üçün barəsində ortaq məxrəcə gəlinən ərazilərin Azərbaycanda olması lazımdır. Həmin ərazilər hələ də işğal altındadırsa, uğurdan danışmaq əbəsdir. Amma bu müqavilə təslimiyyət aktı da deyil. Əksinə Dağlıq Qarabağın regional güc olan İran tərəfindən erməni torpağı kimi tanınmasının qarşını alan sənəddir. Bu mənada onu “potensial uğur” adlandırıla bilər. Amma yenə deyirəm, bu potensialın real qüvvəyə çevrilməsi üçün Azərbaycan Silahlı Qüvvələrinin həmin əraziləri işğaldan azad etməsi tələb olunur.

- İstərdim ki, son fikirlərinizi bir qədər açasınız. Müqavilədə bizim xerimizə “potensial uğur” hesab etdiyiniz məqam nədən ibarətdir? Əgər söhbət hələ işğaldan azad edilməmiş torpaqlar üzərində bağlanmış müqavilədən gedirsə, yaxşı olmazdı ki, əvvəl həmin yerlər işğaldan azad olunardı, sonra həmin ərazi barədə hansısa sənəd imzalanardı?

- Yeri gəlmişkən, qeyd edim ki, sizin bu fikirlərinizi saziş yenidən gündəmə gələndə Ədalət partiyasının sədri İlyas İsmayılov da dilə gətirmişdi. O, Molla Nəsrəddindən bir misal çəkərək, Azərbaycan hakimiyyətinə bildirmişdi ki, adam birinci ulağı alar, sonra onun gözü barədə düşünər. Kifayət qədər haqlı mövqe idi. Amma sonradan sazişin bağlanma şəraiti haqqında bəzi detallar üzə çıxanda “gözün” “ulaqdan” niyə qabağa keçməsinin səbəbi aydınlaşdı.

Məsələ burasındadır ki, 2000-ci illərin əvvəllərində Azərbaycanla İran arasında ciddi böhran baş verir. Əsasən Xəzərin bölgüsü üzərində yaranan anlaşmazlıq tərəflərin bir-birini hərbi müdaxilə ilə təhdid etməsinə qədər uzanır. İran Xəzərin kimə aid olduğu indiyə qədər aydınlaşdırılmamış hissəsində kəşfiyyat işləri aparan BP-yə aid bir gəmini sıxışdırıb bölgədən uzaqlaşdırır. Daha sonra hərbi təyyarələrlə Azərbaycanın hava sərhədlərini pozur. Buna cavab olaraq, Türkiyəyə məxsus hərbi təyyarələr Bakı səması üzərində uçuş təlimlərinə başlayır. Beləcə İrana sərt mesaj verilərək çatdırılır ki, Azərbaycana edilmiş hər hansı həmlə zamanı qarşınızda Türkiyəni görəcəksiniz. İran bundan sonra Araz çayı üzərində həmin suqovşaqlarının inşasına qərar verir. Gəlin, razılaşaq ki, Azərbaycanın bunun qarşısını almaq imkanları o qədər də yüksək deyil. Əvvəla, ona görə ki, özümüzün nəzarət edə bilmədiyimiz torpaqlardan söhbət gedir. İkincisi ona görə ki, həmin ərazidə suqovşağı qurmaq barədə müqavilə sovet hakimiyyəti illərində bağlanıb. SSRİ dağıldığı ərəfədə həmin əraziləri işğal edən ermənilər müstəqillik arzusundadırlar. İddiaları beynəlxalq qurumlar tərəfindən tanınmasa belə, bu durum regional dövlətlərin əlində rahatlıqla Azərbaycan hakimiyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə oluna bilər. Belə ki, ermənilər nə qədər qanunsuz olsa belə, haqsız mövqelərini öz müqəddaratını təyinetmə hüququ kimi təqdim etməyə çalışırlar. Onların iddialarına görə, Dağlıq Qarabağ heç vaxt indiki Azərbaycanın ərazisi olmayıb. Sovet Azərbaycanı isə indi yoxdur. Dolayısıyla mövcud olmayan bir dövlətin qanunvericiliyi qarşısında hər hansı öhdəlikləri də qalmayıb. Sözsüz ki, beynəlxalq hüququ zorlama kimi qiymətləndirilə bilən bu arqument regional dövlətlərin əlində bəhanəyə çevrilə bilər. Daha loru dillə desək, münasibətlərimizin korlandığı İranın fürsətdən istifadə edərək həmin ərazilərdə SSRİ-nin varisi kimi qondarma “DQR”-nı tanınmaq ehtimalı vardı və Azərbaycan diplomatiyası bunun qarşısını almalı idi. Rəsmi Bakının qarşısında 3 yol qalmışdı: ya həmin əraziləri işğaldan azad edənə qədər İranın bu planının təxirə salınmasına nail olmaq, ya hərbi əməliyyatlara başlayıb işğala son vermək, ya da o müqaviləni imzalamaq. Belə görünür ki, İranı varianta razı salmaq mümkün olmayıb. Bu da başa düşüləndir. Hər bir dövlətin öz maraqları var və onları öz hüququndan geri çəkilməyə vadar etmək hər zaman mümkün olmur.

İkinci ehtimalda isə Dağlıq Qarabağda başlayacaq işğaldan azadetmə əməliyyatı beynəlxalq birliyin razılığı əsasında həyata keçirilə bilər. Sirr deyil ki, bu məsələdə hər kəsdən daha çox Rusiyanın razılığı alınmalıdır. Rusiya isə Dağlıq Qarabağ məsələsinə Cənubi Qafqazda mövcudluğunun əsas açarlarından biri kimi baxır. Bu konfliktdən istifadə edərək həm Ermənistanı, həm də Azərbaycanı öz orbitində saxlamağa çalışır. Heç bir imperialist dövlət isə strateji məsələrdə maraqlı tərəflərə güzəştə getmirlər. Bu fikirlər xüsusilə Rusiyaya aiddir. Moskva eyni siyasəti həm Gürcüstan, həm Moldova, həm Ukrayna, həm də Qazaxıstan və digər Ortaya Asiya ölkələri üzərində həyata keçirir. Keçmiş SSRİ-nin tərkib hissəsi olan ölkələrin hər birinin Qarabağa bənzər konflikt ocaqları var. Bu da ondan xəbər verir ki, nə qədər Rusiya imperialist mövqeyindən əl çəkməyib, konservləşdirilmiş konfliktlər aradan qalxmayacaq. Moskvanın bu kartını əlindən almağa çalışmaq isə Gürcüstanın 2008-ci ildə üzləşdiyi problemə dəvətnamə göndərmək kimi bir şeydir. Xatırladım ki, həmin il Saakaşvilinin təmkinsizliyi Cənubi Osetiyanın tamamilə Gürcüstanın əlindən çıxmasına səbəb oldu. Bənzər siyasəti biz 2014-cü ildə Ukraynada gördük. Ukraynanın rus orbitindən uzaqlaşmağa çalışması Krımın və Şərqi Ukraynanın itirilməsiylə nəticələndi. Göz gördüyündən qorxar. Rəsmi Bakı da məhz bu təcrübələrdən nəticə çıxarıb üçüncu variantı seçmək məcburiyyətində qalıb və “Xudafərin” sazişini imzalayıb. Bununla ona nail olub ki, Dağlıq Qarabağ üzərində formal suverenlik hüququnu münbit şərait yaranana qədər qorusun. Bu mənada “Xudafərin” sazişini mən “potensial uğur” adlandırardım. Ərazilərimiz işğaldan azad oluna qədər problemi konservləşdirmək bir uğurdur. Amma hələ tam reallaşmamış uğurdur.

- Bəy, bir tərəfdən bu müqaviləni uğur adlandırırsınız, digər tərəfdən isə Azərbaycanın Xarici İşlər Nazirliyini, xüsusilə Elmar Məmmədyarovu tənqid edirsiniz. Sizcə, bu, təzadlı yanaşma deyilmi?

- Əvvəla, mən müqaviləni uğur yox, “potensial uğur” adlandırıram. Hər potensial güc isə real qüvvəyə çevrilmir. Potensial gücün də bir müddəti var. Həmin müddət bitəndə potensial da yox olur. Son zamanlar qondarma “Dağlıq Qarabağ Respublikası”nın bir sıra dövlətlər tərəfindən tanınması bizim bu potensialımızın ömrünü azaldır. Hesab edirəm ki, rəsmi Bakı bu barədə dərindən düşünməli, beynəlxalq münasibətlər bizim əleyhimizə çevrilmədən Dağlıq Qarabağ üzərində öz suveren hüquqlarını bərpa etməlidir. Diplomatiya bir yerə qədərdir. Diplomatik təşəbbüslər işə yaramayanda Silahlı Qüvvələr öz sözünü deyir. Məşhur bir atalar sözü var: “Quran oxumaqla donuz darıdan çıxmaz”. Mən də bu atalar sözündən hərəkət edərək bir qəzəlimdə yazmışam ki,

“Yıxılıb şil-küt olar, kim “uçaraq göylə” gedər.

Çünki adət belədir: “hayla gələn küylə gedər”.

Oxusan Müshəfi, çıxmazsa donuzlar darıdan

Ələ al nar çubuğun, onları qov, küylə, gedər”.

Nə yazıq ki, bizim bu gün “ələ nar çubuğu alıb donuzları darıdan küyləmək” zamanımızdır. Niyə “küyləmək” deyirəm? Çünki hərb yolu elə diplomatiyanın uğur qazanması üçün də bir vəsilədir. Donuzlar nar çubuğunu dadmayana qədər küylənməzlər. Bu mənada Azərbaycan diplomatiyasının uğuru da ordusunun biləyindəki gücdən asılıdır.

O ki qaldı Elmar Məmmədyarov barəsində yazdıqlarıma, mən ümumiyyətlə, XİN ilə Elmar Məmmədyarovu bir-birindən ayırmağın tərəfdarıyam. Bu adamın indiyədək nə demək istədiyini anlayan yoxdur. Bircə, deyəsən onun dilini XİN-nin Mətbuat katibi Leyla Abdullayeva başa düşür. Hər halda nazirin sözçüsü kimi çıxış etməsindən belə anlaşılır. Açığını desəm, Elmar Məmmədyarovun bir çox nöqsanlarını bu qız qapada bilir. Mən şəxsən Prezidentin yerinə olsam, Elmar müəllimlə Leyla xanımın yerini dəyişərdim. Deyəsəksiniz ki, onda bəs Elmar Məmmədyarov Leyla xanımın fikirlərini necə xalqa çatdıracaqdı? Haqlı sualdı. Amma çox bəsit bir cavabı var: O zaman Mətbuat katibinə lüzum qalmayacaqdı. Leyla xanımın özü gözəl nitqiylə bütün fikirlərini ifadə edəcək, Elmar Məmmədyarov isə doyunca yatacaqdı.

Bunlar məsələnin yarızarafat, yarıciddi tərəfidir. Amma məndən soruşsanız, görünən budur ki, “Xudafərin sazişinin” Elmar Məmmədyarova zərrə qədər də dəxli yoxdur. Müqaviləni o vaxt İqtisadiyyat naziri olan Şahin Mustafayev bağlayıb. Bu sazişin şərhini isə Xələf Xələfov verir. Belə çıxır ki, danışıqları da o aparıb. Hər dəfə İranla bir böhran ortaya çıxanda Xələf Xələf ortaya girib problemi yoluna qoyur. Deməli nazirlikdə belə ciddi məsələlərə Xələf Xələfov baxır. Təsəvvür edirsinizmi, demək olar ki, heç bir iş görməyən adam nazirdir, hər işi görən adam ona müavinlik edir, xalqı maarifləndirən isə Leyla Abdullayevadir. İndi necə hesab edirsiniz, mən Elmar Məmmədyarovun böyük diplomatik uğurundan danışmalıyam? Amma insafən, onun da uğurları az deyil. Di gəl ki, bu uğurları diplomatik məharətə şamil etmək bir qədər mübahisəlidir. Məsələn, o, 2004-cü ildən indiyədək nazirdir. Heç Napalyonun Xarici İşlər naziri, dünya diplomatiyasının nəhəngi Talleyrand da bu qədər hakimiyyətdə olmayıb. Hələ onu demirəm ki, 16 il ərzində 313 illik maaşı ilə oğluna iki ev almağı nəinki Talleyrand, heç dünyanın ən böyük simyagərləri belə bacarmazdılar…

-O zaman bu adamı niyə vəzifədə saxlayırlar?

- Görünür, müasir Azərbaycan reallığında təhlükəsizlik dərəcəsi ən aşağı səviyyədə olanların nazir vəzifəsini icra etməsi daha məqsəduyğun bilinir. Bu, təkcə Xarici İşlər naziri üçün də keçərli deyil. Azərbaycanda bir çox nazirlik və dövlət komitələrində eyni vəziyyət hökm sürür. Ən bacarıqsız adamlar nazirdir, həmin strukturu isə ikincilər idarə edirlər.  Amma bu prinsiplərlə dövlət strukturları idarə oluna bilməz, xarici siyasət də həmçinin. Fikrimcə, mərhum Heydər Əliyevin zamanında qurulan bu sistem təkmilləşdirilməli, işinin əhli olanlar önə çəkilməlidir. Çünki nə Azərbaycan müstəqilliyinin ilk illərindəki çarəsiz vəziyyətdə dövlətçilik ənənələrini möhkəmlədən, məcburən balanslı xarici siyasət yürüdən dövlətdir, nə də yerləşdiyi məkandakı beynəlxalq münasibətlər əvvəlki qədər hamardır. İndi dünyanın böyük dövlətlərinin region üzərində mübarizələri əməkdaşlıq müstəvisindən kənarlaşıb və açıq konfliktlər şəklini alıb. Bizə regional rəqabətdən daha çox divident əldə etməyi bacaran mahir komanda lazımdır. Ölkəmiz bir nəfər tərəfindən idarə edilə bilməyəcək qədər böyüyüb. Bir çox regional məsələlərin həllində vasitəçilik edəcək mərhələyə gəlmişik. Uşaq vaxtı geyindiyimiz ayaqqabı yeniyetməlik dövründə ayağımıza dar gəldiyi kimi, indiki diplomatik korpus da Azərbaycanın artan ağırlığını qaldıra bilmir. Son zamanlar hakimiyyətin kadr dəyişikliklərinə getməsi sübut edir ki, bu həqiqət rəsmilərimiz tərəfindən də artıq başa düşülür. Xüsusilə güc və təhlükəsizlik strukturlarında aparılan kadr dəyişikliklərin müsbət nəticələri də sezilməyə başlayıb. Düşünürəm ki, ölkədə yeni komandanın formalaşması prosesi gedir. Bu yeniləşmə prosesində müxalifət düşərgəsindəki dövlətçi düşüncəli insanların potensialından da istifadə olunmalıdır. Azərbaycan yalnız bir qrup adamın məmləkəti olmaqdan çıxmalı, müxtəlif kəsimlərin birgə idarə və bir-birinə daha yaxından nəzarət etdiyi dövlət halına gətirilməlidir. Dövlətləşmə məhz bu cür baş verir.

-İstərdim, mətləbdən çox uzaqlaşmadan yenidən İran-Azərbaycan münasibətlərinə qayıdaq. Bir çoxları fikirləşirlər ki, bu kimi məsələlərin gündəmə gətirilməsi əslində Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra yaxşılaşan Azərbaycan-İran münasibətlərini korlamağa xidmət edir…(Hurriyyet.org)

(Ardı var)
Oxşar xəbərlər
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
6 ümumi təhsil müəssisəsi tikiləcək - AÇIQLAMA
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
12:47, Bu gün
Azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkarlanıb
12:43, Bu gün
Bu il 48 şəxsə aid meyit qalıqları aşkar edilərək götürülüb
12:38, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib - FOTO
12:33, Bu gün
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA + FOTO
12:29, Bu gün
Şimal bölgəsində hərbi çağırışçıların müayinəsi regional tibb müəssisəsində aparılacaq - FOTO
12:25, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşən 73 nəfərin taleyinə aydınlıq gətirilib - FOTO/VİDEO
12:23, Bu gün
Bakıda 2 milyon ədədə yaxın aksiz markasız tütün məmulatı aşkar edildi - FOTO
12:19, Bu gün
"Prezident Kubokunda 12 medal qazanmaq sevindirici haldır" - Məmməd Abdullayev
12:15, Bu gün
Havanı çirkləndirən müəssisələr cəzalandırıldı
12:10, Bu gün
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq - SİYAHI
12:05, Bu gün
Bakıda 206 minlik dələduzluq edən şirkət direktoru ilə bağlı QƏRAR
12:01, Bu gün
Afət Əkbərovaya vəzifə verildi
11:57, Bu gün
Bakıda avtomobil əvvəl digər maşına, sonra isə işıqfora çırpıldı - ANBAAN VİDEO
11:54, Bu gün
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
11:52, Bu gün
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görüldü - FOTO
11:51, Bu gün
Nizami Gəncəvi məqbərəsi: ot, zibil basıb? - Foto
11:48, Bu gün
Ordubadın Nüsnüs hamamı turist yox, mütəxəssis yolunu gözləyir - REPORTAJ + FOTO
11:44, Bu gün
Vəzifəli şəxsin oğlunun üzərinə benzin töküb yandırdığı qadın öldü
11:40, Bu gün
Parisdə “IEA-COP29” formatında yüksək səviyyəli ilk dialoq keçiriləcək
11:35, Bu gün
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür
11:31, Bu gün
"Nisə Qasımovaya halallıq vermirəm" - VİDEO
11:25, Bu gün
İTV “söyüşlü serial”la bağlı qərar verdi: Bundan sonra...
11:22, Bu gün
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının növbəti iclası keçirilib - FOTO
11:20, Bu gün
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?
11:15, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalı başlayır
11:10, Bu gün
Əfqanıstanda məscidə hücum - Ölənlər var
11:05, Bu gün
20-dən çox insanın ölümünə səbəb olan “fironun lənəti”nin sirri AÇILDI - FOTO
11:00, Bu gün
Vəfa İsgəndərovaya yüksək vəzifə verildi
10:56, Bu gün
Azərbaycan kürüsü BU QİYMƏTƏ satılır  - VİDEO
10:52, Bu gün
Rubl və avro ucuzlaşaraq GÖRÜN NEÇƏYƏ OLDU
10:49, Bu gün
Natiq Həsənov YÜKSƏK VƏZİFƏYƏ TƏYİN OLUNDU - Nazir ƏMR İMZALADI
10:42, Bu gün
Prezident MUSLİM İnstitutunun direktorunu qəbul edib
10:36, Bu gün
DİN məlumat yaydı
10:30, Bu gün
Çaykənd əməliyyatından 33 il ötür
10:21, Bu gün
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
10:15, Bu gün
Kreml Azərbaycan siyasətini niyə qəfildən dəyişdi? – Putinin Əliyevlə bağlı ilginc rəftarı 
10:04, Bu gün
Mayda bizi hansı sınaqlar gözləyir? Bütün bürclər üçün ulduz falı
09:59, Bu gün
Bu istintaqda Paşinyanın xanımı da dindiriləcək...
09:48, Bu gün
Bu həftə 6 gün işləyəcəyik?
09:44, Bu gün
Neftin bu günə olan qiyməti
09:39, Bu gün
Gənc qadın konservləşdirilmiş sup yedi və iflic oldu...
09:35, Bu gün
Bu ərazilərdə qaz olmayacaq
09:30, Bu gün
İşıqpuluna görə qardaşını öldürdü, BƏRAƏT ALDI - ŞOK TƏFƏRRÜATLAR
09:21, Bu gün
Keçmiş daxili işlər naziri saxlanıldı
09:13, Bu gün
Ermənistanla yeni sərhəd bu kəndin ortasından keçəcək - DETALLAR
09:04, Bu gün
Nizami Kino Mərkəzi və "Azərbaycanfilm" AKİ-yə verilir?
GÜNLÜK
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 16:35
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
29 Apr 2024 | 17:03
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri
29 Apr 2024 | 18:52
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
29 Apr 2024 | 16:42
ABŞ-də şəhəri viran qoyan tornadonun qorxunc nəticələri: Ölənlər var - VİDEO
29 Apr 2024 | 16:39
Təbrizdə kanalizasiya borusu partladı: Yaralılar var - FOTO/VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
29 Apr 2024 | 18:10
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb
29 Apr 2024 | 19:21
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək? - VİDEO
29 Apr 2024 | 19:45
Kəlbəcərdə usta dördüncü mərtəbədən yıxılıb
29 Apr 2024 | 17:12
Narkomanların yuvası nəzarətə götürüldü: Məsuliyyətə cəlb olunanlar var - YENİLƏNİB + FOTOREPORTAJ
29 Apr 2024 | 16:35
ADP İdarə Heyəti ABŞ-dan gələn zəngə münasibət bildirdi
29 Apr 2024 | 17:43
Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi
29 Apr 2024 | 17:03
"Nədən Putin nüvə silahını tətbiq etməyəcək?" - Polşa XİN rəhbəri
29 Apr 2024 | 18:52
“Azərbaycanda toxunulmaz şəxs yoxdur və bundan sonra da olmayacaq”
29 Apr 2024 | 16:42
ABŞ-də şəhəri viran qoyan tornadonun qorxunc nəticələri: Ölənlər var - VİDEO
29 Apr 2024 | 16:39
Təbrizdə kanalizasiya borusu partladı: Yaralılar var - FOTO/VİDEO