“Boeing 767-33A ER” oliqarxın ən sevimli təyyarəsidir. Onun hətta ləqəbi də var: “Bandit”.
Təyyarə dünyanın ən lüks özəl laynerlərindən biridir. Göyərtədə nəhəng çarpayısı olan yataq otağı, mətbəx, ofis və 30 nəfərlik banket zalı var. İnteryerin dizaynı üçün bahalı ağac növlərindən, parçalardan və qiymətli metallardan istifadə olunub.
Bundan başqa, hava gəmisində ABŞ Prezidenti Donald Trampın təyyarəsindəki kimi təhlükəsizlik sistemi quraşdırılıb. Bu, R.Abramoviçə 1,5 milyon funt sterlinqə (təxminən 3,1 milyon manat - red.) başa gəlib, təyyarənin ümumi dəyəri isə 250 milyon funt sterlinqdir (520 milyon 616 min AZN - red.).
Qeyd edək ki, Roman Abramoviç Böyük Britaniyanın ən zəngin 20 sakini siyahısında 12-ci yerdədir. Onun varidatı 10,16 milyard funt sterlinq (21 milyard manat- red.) həcmində qiymətləndirilir.