Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi: "Sən demə, çirkin əməllərlə məşğul olurmuş..."
Müsahibə
Oxunub: 24993
21 May 2020 | 17:43
Qənirə Paşayeva Əbülfəs Qarayevi quru yuyub yaş sərdi:
Moderator.az Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayevanın axar.az-a müsahibəsini təqdim edir:

- Qənirə xanım, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat və üzə çıxan rüşvət, korrupsiya faktları ictimaiyyətdə ciddi rezonans doğurdu. Amma bir məsələ açıq qalır: Mədəniyyət Nazirliyində uzun illərdir baş verən prosesləri ziyalılar və millət vəkilləri müşahidə etmirdimi?

- Öncə, onu deyim ki, sizin sualınıza cavabımın səmimiliyini mənim istər Milli Məclisdəki çıxışlarıma, istərsə də media açıqlamalarıma baxmaqla, onları izləməklə müəyyənləşdirə bilərsiniz. Məsələ ondadır ki, mən özüm şəxsən, mədəniyyət sahəsində çox ciddi problemlərin olduğunu vaxtaşırı olaraq gündəmə gətirmişəm və bu problemlərin aradan qaldırılması üçün çağırışlar etmişəm. “Yutub”da, eyni zamanda KİV-də bu barədə fikirlərimi tapıb, oxumaq və izləmək olar.

- Konkretləşdirək: nədir mədəniyyət sahəsindəki problemlər?

- Uzun müddətdir ki, rayonlarda musiqi məktəblərinin vəziyyəti, tarixi abidə və binalara münasibət, kino sənayesi sahəsindəki süstlük, bölgə teatrlarımızda vaxtaşırı meydana gələn və heç də xoş olmayan müzakirələr, nazirliyin fəaliyyətində şəffaflığın olmaması barədə məlumatlar hamımızı narahat edir və mədəniyyət sahəsindəki problemləri hər zaman və ən müxtəlif platformalarda, görüşlərdə, mətbu çıxışlarda, əlbəttə, Milli Məclisin iclaslarında ifadə edirdim...

Məsələn, ötən il Prezident və I vitse-prezidentin iştirakı ilə mədəniyyət xadimləri ilə keçirilən görüşdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış mədəniyyət xadimimiz, xalq artisti Fərhad Bədəlbəylinin musiqi məktəbləri ilə bağlı qaldırdığı məsələyə görə ona telefon açdım, öz minnətdarlığımı bildirdim. O zaman heç Mədəniyyət Komitəsinin üzvü belə deyildim, başqa komitələrdə çalışırdım. Amma kənd musiqi məktəbini bitirmiş bir insan olaraq, musiqi məktəbləri ilə bağlı problemlər məni ciddi narahat edirdi və bunu hər zaman açıq söyləyirdim.

Ancaq o məsələ qaldırıldıqdan sonra keçən dövr ərzində musiqi məktəblərindəki vəziyyətin düzəlməsinə çalışmalı olan Mədəniyyət Nazirliyimiz, sən demə, musiqi müəllimlərinin dərs saatı, onların maaşı üzərindən çirkin əməllərlə məşğul olurmuş. Bu çox böyük təəsüf doğurur.

- Musiqi məktəblərindəki vəziyyətlə ciddi məsələdir və təəssüf ki, bir çoxları bunun üzərindən səthi keçir. Halbuki fərdlərə musiqi mədəniyyətinin aşılanması o məktəblərdən başlayır, özül oradır...

- Əlbəttə! Dediyim kimi, mən özüm vaxtı ilə musiqi məktəbində təhsil almışam, yaxşı bilirəm ki, musiqi məktəblərinin bölgələrimizin mədəni iqliminin, yeniyetmə və gənclərimizin, ümumən əhalimizin zənginləşməsində nə qədər böyük rolu var. Yeni nəslin inkişafının qayğısına xüsusi diqqət yetirən Ümummilli liderimizin uzaqgörən siyasətinin nəticəsi kimi təşəkkül tapan mədəniyyət təsərrüfatımızın belə subyektləri zamanında öz yetirmələri ilə fərqlənib, istedadlar üzə çıxarıb, mədəniyyətimizə töhfələr verib.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcək”.

– Mədəniyyət Nazirliyinin fəaliyyəti ilə bağlı üzə çıxan faktlarda fərqli mənzərə müşahidə etdik...

– Doğrusu, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin yaydığı məlum rəsmi məlumatla tanış olanda, əməliyyat videolarını izləyəndə adamı dəhşət bürüyür. Bizlər daha öncə müəyyən çatışmazlıqları, nöqsanları görürdük, bu barədə danışırdıq və müəyyən suallara cavab tapa bilmirdik; ancaq indi üzə çıxan məqamlar problemlərin kökünü göstər­mək­dədir.

DTX-nın araşdırmalarında nazir müavini Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək, bunun müqabilində onların əmək haqlarından tutulan vəsaitlərin, müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin aybay toplanaraq ələ keçirilməsindən söz açılır.

Rəsmi açıqlamada qeyd olunur ki, musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitab­xanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və s. mədəniyyət müəssisələrinin tikintisi, təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsi Rafiq Bayramov tərəfindən şəxsən və müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib. Bilirsiz, mən heç uzağa getmədən, öz doğulduğum kənddəki Mədəniyyət Evinin vəziyyəti barədə danışmaq istərdim. Vaxtı ilə Ümummilli liderimizin gəlib çıxışlar etdiyi o gözəl saray hazırda dağılmaq ərəfəsindədir. Mən bu Mədəniyyət Evi barədə dəfələrlə həyəcan təbili çalmışam, məsələ qaldırmışam, müraciət etmişəm... Demək, bizim müraciət etdiyimiz zamanlar, əlaqədar vəzifəli şəxslər şəxsi mənafeləri, qanunazidd əməlləri ilə məşğul imiş və bizim kimi müraciət edənlərin sözü ona görə də havada qalırmış...

- Mədəniyyət Nazirliyindəki xüsusilə idarəetmə və mədəniyyətimizə münasibətdə ciddi problemlərin olduğunu göstərən əsas fakt Bakıda Mükayıl Müşfiqin heykəli ilə bağlı qalmaqal və tarixi məscid olayı idi. Bununla bağlı çox böyük rezonans oldu...

- Bəli, problemlər bir deyil, beş deyil. Problemlər yalnız bir bölgəmizdə deyil, təəssüf ki, bütün respublika boyu mövcuddur. Bunların sayı həddən artıq çoxdur. Diqqət edirsinizsə, Mədəniyyət Nazirliyinin laqeydliyi, səhlənkarlığı nəticəsində baş verən – saydığınız və saymadığınız çoxsaylı fəsadların qarşısı hər zaman ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa müdaxiləsi ilə alınıb. Son illərdə istər tarixi abidələrin qorunması, mədəniyyətimizin inkişafı, milli musiqimizin yaşadılması, dünya miqyasında təbliği istiqamətində böyük işlərin tam əksəriyyəti Mehriban xanım Əliyevanın adı ilə biləvasitə bağlıdır. Açığı, şəxsən məndə belə bir sual yaranır: əgər şəxsən Mehriban xanım Əliyevanın titanik səyləri, Heydər Əliyev Fondunun mədəniyyətyönümlü ciddi layihələri olmasaydı, mədəniyyət təsərrüfatımız nə qədər miskin görünərdi?! Bəs dövlət büdcəsindən hər il ayrılan böyükhəcmli vəsaitlər, geniş imkanlar, formalaşmış infrastruktur müqabilində Mədəniyyət Nazirliyi nə iş görürmüş, neynirmiş?!

Elə ona görə də, məsələn, paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yenidən­qurma, abadlıq işləri aparılarkən oradakı bir sıra abidələr qorunmadı. Orada yerli əhəmiyyətli olsa da, bir xeyli abidə mövcud idi və Mədəniyyət Nazirliyinin biganələyi, saymamazlığı və yaxud başqa qəbuledilməz hərəkətsizliyi sayəsində sıradan çıxdı. Çünki adam daşıdığı vəzifənin məsuliyyətini hiss etməyəndə, ona bəslənən etimaddan sui-istifadə edəndə belə acı mənzərə meydana çıxır. Mənim parlamentdə təmsil etdiyim Tovuz rayonunda qorunmasına, bərpasına ehtiyac duyulan maddi mədəniyyət abidələri ilə bağlı dəfələrlə çıxışlarım olub – özü də o çıxışların bir çoxu Mədəniyyət Komitəsinin sədri seçilməmişdən əvvəllərə aiddir; eləcə də yalnız parlament tribunasından deyil, mediada etdiyimiz çıxışlarda da belə məsələləri qaldırmışıq. Mən bunu özümüzün fəaliyyətimizi qabartmaq üçün səsləndirmirəm, demək istəyirəm ki, onlarla ziyalımız belə problemləri qabardıb, işıqlandırıb, lakin dövlətin mədəniyyət siyasətinə cavabdeh olan nazirlik ya susub, ya çox gec və yetərsiz cavab verib.

Baxın, Şuşada güllələnmiş büstlərin İncəsənət Muzeyinin gözdən uzaq həyətində sax­lanmaqdansa, Şəhidlər Xiyabanının uyğun yerinə daşınmasını təklif etməyimizə bax­mayaraq, bu barədə heç bir əməli addım atılmamaqdadır. Mədəni irsə, vətən­pər­vər­liyə uyğun gəlməyən belə sayğısızlıqlar nazirlik rəhbərliyinin sanki xarakterik xüsusiyyətinə çevrilmişdir və çox üzücüdür...

- Belə görünür ki, Prezidentin abidələrimizi, tarixi tikililərimizi qorumaq, mədəniyyəti inkişaf etdirmək üçün ayırdığı vəsaitlərdən sui-istifadə edilib, təyinatı üzrə xərclənməyib...

- Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatla bu faktlar tam ortaya çıxdı və bu, təkrar edirəm, çox üzücü məsələdir. Dediyim kimi, bu problemlərin mövcudluğu barədə, Tovuz rayonunun timsalında mədəniyyət təsərrüfatındakı çatışmazlıqlarla bağlı hər zaman mövqeyimi ifadə etmişəm. Bununla bağlı kifayət qədər materialları KİV-dən bu ğun də izləmək mümkündür. Bildiyiniz kimi, 9 fevral seçkisindən sonra həmkarlarım yüksək etimad göstərərək, məni Milli Məclisin Mədəniyyət Komitəsinin sədri seçdi. Mə­dəniyyət Komitəsinin sədri seçildikdən keçən qısa müddət ərzində mən, Komitə sədri kimi bu sahədəki problemləri daha dərindən araşdırmağa başladım və biz qanunverici orqanda bəzi layihələr ətrafında ciddi çalışdıq. Karantin tədbirləri artıq yumşalmağa başladığı üçün bəzi məsələlərlə əlaqədar ictimai dinləmələr keçirməyi də planlaşdırırıq. Qeyd edim ki, parlamentin yeni sədri Sahibə xanım Qafarovanın da bu sahəyə və Komitənin işinə biləvasitə dəstəyi ilə biz bu istiqamətdə bir sıra yeni qanunvericilik təşəbbüsləri üzərində işləyirik.

DTX-nin üzə çıxardıqları bu sahədə yeni səhifə açdı, problemlərin, necə deyərlər, “yolsuzluq xəritəsi”ni, kökünü bizə göstərdi.

Təsəvvür edin, xalqımızın mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi üzrə dövlət büdcəsindən ayrılan vəsaitlər nazirliyin yüksək ranqlı məmurları tərəfindən dədə malı kimi talanıb – əslində, heç adam dədə malını da belə talamamlıdır.

Bu, dövlətin qanunla qorunan mənafelərinə zərbə vurmaqdır, hakimiyyət orqanlarının fəaliyyətinə, müstəqil dövlətin imicinə kölgə salan hüquqazidd əməllərdir; nə yaxşı ki artıq qarşısı alınmışdır və istintaq gedir.

DTX-nın apardığı araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin mü­avini Rafiq Bayramovun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanuna­zidd əməllərə yol vermələrinə dair məlumatlar üzı çıxarılıb, ictimailəşdirilib. DTX-nın rəsmi məlumatında da vurğulandığı kimi, bu, adıkeçən məmurların öz vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə etməsinin ifadəsidir.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin, mədəniyyət örnəklərinin qorunması, bərpası, rekonstruksiyası və müha­fizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsi faktları müəyyən edilib.

Sizdən nə gizlədim, DTX-nın R.Bayramov və Z.Sultanovun xidməti və yaşadıqları ünvan­lara keçirilmiş baxış zamanı üzə çıxan görüntülər bir millət vəkili olaraq, bir vətəndaş olaraq məni sarsıtdı. Çünki söhbət mədəni irsdən, mədəniyyətdən gedir... Və bizim Mədəniyyət Nazir­liyimizin bir sıra yüksək ranqlı məmurları mədəniyyətin inkişafına çalışmaq yerinə, dövlət vəsaitini və əmlakını talamaqla məşğul olub...

- Qənirə xanım, sosial şəbəkələrdə hazırda ən çox müzakirə edilən məsələlərdən biri də fəxri adların verilməsində neqativliklə bağlıdır. Bu ölkədə az qala hamıya bəllidir ki, uzun müddətdir Mədəniyyət Nazirliyi fəxri adlara təqdim etdiyi şəxsləri hansı meyarlarla seçir. Etiraf edək ki, hətta fəxri adların “qiymətləri” də bir çoxlarına bəllidir. Bunlara Mədəniyyət Komitəsinin sədri olaraq münasibətiniz çox maraqlıdır...

- DTX-nin keçirdiyi peşəkar əməliyyat nəticəsində ortaya çıxan və elan edilən mə­qam­lardan əlavə, hazırda istintaqın davam etdiyini də unutmamalıyıq. Hesab edirəm ki, icti­maiyyətdən daxil olan siqnalların hər biri yüksək peşəkarlıqla incələnir və istintaq hər məsələyə aydınlıq gətirəcək. İstintaqın nəticəsi olaraq ortaya dəlil-sübutlar çıxacağı halda bu məsələlər öz hüquqi həllini tapacaq.

Yalnız bir danılmaz faktı sizinlə paylaşım: təsəvvür edin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pandemiya dövründə dövlət yardımı ayrılan 600 min vətəndaşımızın, habelə sosial yardım alan 350 min vətəndaşımızın siyahısnı öz rəsmi saytında yerləşdirə bilir, Mədəniyyət Nazirliyi, digər əlaqədar qurumlar düz 12 ildir Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünü almış, hər il cəmi 50 yazara verilən yazarların siyahısını yayınlaya bilmir. Görəsən nə üçün? Yoxsa, o siyahıların üzə çıxması çoxlu suallar yaradar, bir sıra neqativlikləri üzə çıxarar da, ona görə?.. Axı şəffaflıq dövrün, zamanın çağırışıdır, şəxsən dövlət başçısının tələbidir; nə üçün dövlətin bir orqanı özünü bu şəffalaşmadan kənarda tutur? Bu barədə bizə çoxsaylı müraciətlər daxil olur və açığı bu və bənzəri mövzuda müraciətlərin çox­luğunun özü düşündürücüdür, nəinki onlardan hansısa faktıntəsdiq olunması...

- Daha bir məqam kino sənayesi ilə bağlıdır. Artıq illərdir ki, dövlət sifarişi ilə çəkilən filmlərə ayrılan vəsaitdən Mədəniyyət Nazirliyi rəhbərliyinin faiz aldığı da sirr olmaqdan çıxıb. Çünki bu illər ərzində az film çəkilməyib və hər film heyəti bu faktlarla qarşılaşıb. Nazirliyin dövlətin film çəkilişlərinə ayırdığı vəsaitdən faiz – bəzən bu, 20 faizə qədər çatır – götürməsinin nəticəsi kino sənayemizdə özünü göstərmirmi?

- Bu faktlara da DTX aydınlıq gətirəcək və cəmiyyəti narahat edən, hər kəsin muza­kirəsinə çevrilən bütün məqamların araşdırılacağına və yaxud artıq araşdırıldığına şübhə etməyin. O ki qaldı kino sənayemizə bu faktların təsirinə, məncə, prosesə daha geniş baxmalıyıq. Yəni yalnız bu fakt deyil – burada ssenarilərin seçilməsində şəffaflığın təmini, dövlət sifarişinin istiqamətində nələrin nəzərə alınması, aktyorlara münasibət və s. kom­pleks problemlərdən söhbət gedə bilər. Hazırkı vəziyyəti yaradan yalnız bir neqativ hal deyil.

Fikir verin, Xalq Cümhuriyyətinin 100 illik yubileyi olur, Mədəniyyət Nazirliyinin maliy­yə­ləşdirdiyi, dəstəklədiyi yaxud çəkdiyi bir san­ballı filmə rast gəlmirik. Nə yaxşı ki Bakı Media Mərkəzi “Əbədi Cümhuriyyət” filmini araya-ərsəyə gətirdi və o boşluq bir xeyli dolduruldu. “Nəsimi ili” oldu, yenə nazirlik müstəqil Azərbaycanın istehsalı olan dünya səviyyəli bir film ortaya qoya bilmədi. Faşizim üzərində tarixi qələbənin

75 illiyi tamam oldu, yenə Mədəniyyət Nazirliyinin yox, Bakı Media Mərkəzi və bəzi qurumların, mütəxəssilərin fəallığı göründü. Dəfələrlə Milli Məclisdə bu məsələni qaldıran insanlardan biri olaraq, təəssüflə qeyd etməliyəm ki Xocalı soyqırımı həqiqətlərindən bəhs edən və beynəlxalq festivallara çıxarıla biləcək “Pianist” filmi kimi bir filmimiz ərsəyə gəlmədi. Dövlətimizin kino sənayesi ilə bağlı nazirliyə ayırdığı vəsaitlərə baxmayaraq, təkliflərimiz illərlə havada qaldı. Azərbaycan hələ də “Avroimaj”ın (“Euroimages”) üzvü deyil. Hansı ki bu üzvlük Azərbaycan kinosunun inkişafına və beynəlxalq festivallarda təmsil olunmasına daha geniş imkanlar aça bilərdi. Nə üçün üzv ola bilmədik sualının cavabı isə çox genişdir... Biz bir sıra kino xadimləri ilə görüşürük və Mədəniyyət Komitəsi olaraq, bu istiqamətdə yaxın zamanlarda önəmli təkliflərlə çıxış etməyi düşünürük. Çünki kino sahəsinin inkişafı cənab Prezidentin ciddi diqqətindədir və inanırıq ki, Mədəniyyət Nazirliyinin yeni rəhbərliyi yaxın gələcəkdə bu sahədə dönüş yaradacaq.

Bu mövzu ilə bağlı yaxın günlərdə Komitə olaraq, təkliflərimizlə bağlı fikirlərimizi sizinlə daha geniş bölüşərik.

- Hazırda ciddi ictimai maraq doğuran suallardan biri də budur: Mədəniyyət Nazirliyində iki həbslə hər şey bitdimi?

- Əksinə, hər şey yeni başlayır və ictimaiyyət bu məqamda qətiyyən narahat olmamalıdır. Bu, cənab Prezident İlham Əliyevin siyasi iradəsi ilə başlayan böyük dəyişikliklərdir. Prezident qəti şəkildə elan edib ki, ya hər kəs şəffaf işləyəcək, xalqa xidmət edəcək, insanların rifahının yüksəlməsi üçün çalışacaq, ya da bunları etmədiyi halda vəzifəyə gəlməklə özünü bədbəxt edəcək, çünki rüşvət və korrupsiyaya qurşanan şəxs mütləq buna görə cavab verəcək. Bilirsiniz ki, cənab Prezidentimiz 10 mart 2020-ci ildə - Milli Məclisin yeni tərkiblə ilk iclas günündə olduqca mükəmməl çıxış etdi və proqram xarakterli bu çıxış bizim fəaliyyət istiqamətimizi müəyyənləşdirir. Cənab Prezidentimiz o çıxışında bütün istiqamətlər üzrə hansı ölçüdə dəyişiklərə start verildiyini açıqladı və prosesin miqyasını tamamilə anlatdı. Bu proqram-çıxış dövlət siyasətimizin əsas prioritetidir və hər kəs Prezidentin qoyduğu bu istiqamət üzrə öz fəaliyyətini qurmalıdır. Bunu bacar­mayanlar ən yaxşı halda komandadan uzaqlaşacaq, ən pis halda isə aqibətləri DTX-nin keçirdiyi əməliyyatlar olacaq.

Bir məqamı da xüsusi vurğulayım ki, bu gün ölkəmizdə general-leytenant Əli Nağıyev kimi peşəkar, milli və dövlətə sadiq bir kadrın Dövlət Təhlükəsizlik Xidmətinə rəhbərlik etməsi cənab Prezidentin korrupsiyaya qarşı mübarizə istiqamətində önəmli siyasətinin yüksək səviyyədə həyata keçirilməsində öz mühüm rolunu oynayır. Eyni zamanda, Prezidentimiz İlham Əliyevin bu sahədə ciddi və qəti mövqeyi Dövlət Təhlükəsizliyi Xidmətinə yüksək səviyyəli peşəkarın təyin edilməsindən sonra Kamran Əliyevin Baş prokuror təyin edilməsində özünü göstərir. Baş prokuror vəzifəsinə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rəisinin gətirilməsi sıradan hadisə deyil. Kamran Əliyev uzun müddət bu sahədə çalışan peşəkar kadr kimi korrupsiyaya qarşı necə mübarizə aparmaq lazım olduğunu mükəmməl şəkildə bilir. Cənab Prezidentimiz Kamran Əliyevi Baş prokuror təyin etməklə də əslində cəmiyyətə bir mesaj vermiş oldu. K.Əliyevin qısa müddətdə apardığı kadr islahatları və Baş Prokurorluğun fəaliyyəti artıq hüquq-mühafizə orqanlarının hansı istiqamətdə və necə səfərbər olunduğunun göstəricisidir. Yəni artıq təkcə DTX peşəkarları deyil, Baş Prokurorluq da daxil olmaqla, hüquq-mühafizə orqanlarının elit qurumları Prezidentin başlatdığı böyük prosesin daha aktiv fazaya keçməsi üçün çalışırlar və bunun nəticəsi də ortadadır.

Biz Prezidentin iradəsinə zidd olaraq çalışan, xalqın, vətəndaşın cibinə girən, dövlət büd­cəsini talayan məmurların bundan sonra da cəzalandırılacağını gö­rəcəyik.

- Qənirə xanım, sizcə, Mədəniyyət Nazirliyində baş verən rüşvət və korrupsiya prosesindən doğrudanmı nazir Əbülfəs Qarayevin xəbəri olmayıb? Buna kimisə inandırmaq olarmı?

- Hesab edirəm ki, bu məsələlərdə nazir - artıq keçmiş nazir – özü də ciddi məsuliyyət daşıyır. Əgər DTX-nın üzə çıxartdığı bu qədər dəhşətli faktlardan xəbəri olmadığını deyərsə, o zaman haqlı sual ortaya çıxır: bəs o, hara baxırdı?

Cənab Prezident Mədəniyyət nazirini vəzifəsindən azad etməklə bir daha göstərdi ki, işində şəffaflıqla çalışmayan, öz sahəsinə ciddi nəzarət edə bilməyən heç kəsə güzəşt edilməyəcək. Çünki dövlətin və xalqın maraqları hər şeydən üstündür.

Cənab Prezidentimiz birbaşa, açıq mətnlə elan edib ki, hər kəs etdiyi əmələ görə cavab verəcək və heç kəs kiməsə arxalanmasın. Son aylarda baş verən proseslər də bir daha sübut etdi ki, heç kəs hansısa qəyyumuna, yaxud keçmiş xidmətlərinə güvənməməlidir. Heç kimə toxunulmazlıq statusu verilməyib. Dövlətin əmlakına xor baxan, insanların haq­qını əlindən alan, korrupsiya və rüşvətə bulaşan hər kəs cəzasını alacaq.

- Radikal müxalifət nümayəndələri həmçinin bu faktlardan hakimiyyətə qarşı istifadə etmək yolu tutub...

- Bu da onların antimilli mahiyyətlərinin nəticəsidir. Əslində isə normal müxalifət ölkədə ən üst səviyyədə aparılan korrupsiyaya qarşı mübarizə prosesini, şəffaflığın daha da genişlənməsini alqışlamalı, dövlət siyasətini dəstəkləməli və dövlətin, xalqın rifahı naminə atılan bu addımlarda mövqeyini birmənalı olaraq, xalqdan, millətdən yana etməlidir, nəinki bu prosesi dayandırmaq üçün cəhdlər göstərməlidir. Məsələ də budur ki, radikal müxalifət cənab Prezidentin rəhbərliyi altında ölkəmizin inkişafı istiqamətində həyata keçirilən islahatları istəmir; çünki xalqın necə böyük sevgi ilə Prezidentin apardığı bu siyasəti dəstəklədiyini müşahidə edir. Onlar beynəlxalq agentliyin keçirdiyi sorğularda belə Prezident İlham Əliyevin reytinqinin 90 faizin üstünə qalxmasını həzm edə bilmir. Onlar görür ki, bu proseslərdə Prezidentin ortaya qoyduğu iradə necə dəstəklənir və cənab İlham Əliyevin reytinqi necə yüksəlir. Bunun qarşısını almaq üçün radikal müxalifət çox ucuz yol seçərək, prosesi ləngitmək istəyini büruzə verirlər ki, bundan hakimiyyətə qarşı istifadə etsinlər. Artıq bunu bütün xalq görür ki “Milli Şura” başda olmaqla, radikal müxalifəti xalqın maraqları yox, özlərinin kiçik qrup maraqları və dəstək aldıqları xarici güclərin maraqları daha çox düşündürür.

Ancaq onlar heç nəyə nail olmayacaq. Çünki xalqın birmənalı dəstəyi ilə cənab Prezidentimiz İlham Əliyevin başlatdığı bu böyük dəyişiklik ən yüksək səviyyədə davam edəcək.
Oxşar xəbərlər
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
01 May 2024 | 16:15
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
01 May 2024 | 16:12
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
01 May 2024 | 16:07
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
01 May 2024 | 16:05
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
01 May 2024 | 15:58
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:49
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
01 May 2024 | 15:45
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
01 May 2024 | 15:41
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
01 May 2024 | 15:37
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
01 May 2024 | 15:33
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:23
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
01 May 2024 | 15:19
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
01 May 2024 | 15:14
İlham Əliyev bu qanunu təsdiqlədi
01 May 2024 | 15:09
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
01 May 2024 | 15:05
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
01 May 2024 | 15:02
Prezident sərəncam imzaladı
01 May 2024 | 15:00
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 07:00
Bu “qrip” çox fərqlidir! – İlk növbədə mədəni vurur
01 May 2024 | 06:37
D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib
01 May 2024 | 06:55
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək: İNANILMAZ SƏRVƏT, PUL
01 May 2024 | 07:48
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
01 May 2024 | 07:25
Köçəryanın oğlunun köməkçisi Rusiyanın adamı olan keşişə görə jurnalisti döydü..-VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 06:16
"ABŞ-nin Qəzzadakı soyqırımındakı roluna görə utanıram"- Sabiq diplomat-polkovnik-VİDEO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 07:46
"Rusiya Avropa İttifaqının Cənubi Qafqazda mövcudluğundan çəkinməməlidir..."