"Rəsulzadə xilaskar idi, cənab Paşinyan, bu gün yəhudilər də onu sayğılarla xatırlayır..."
Siyasət
Oxunub: 8381
18 May 2020 | 10:54
Nəsiman Yaqublu
Tarix elmləri doktoru

     
Müharəbə dövründə  orada insanların xilası üçün mücadilə edən və imkanlarından faydalanan hər kimsə mövqeyindən, milli mənsubiyyətindən asılı olmadan  fədakardır.Bu gün erməni əsirliyində qalan Dilqəm və Şahbazı da  azad  edəcək beynəlxalq qurumlara biz yalnız təşəkkürlərimizi bildirəcəyik.
      
İndi bəzi faktları cənab N.Paşinyana xatırladıb onun mövqeyini ciddi müdafiə etdiyi, SS cəza dəstələrində günahsız insanları qətlə yetirən  Q.Nijde ilə, müharibədə şəxsi əlaqələri vasitəsi ilə milliyyətindən və dinindən asılı olmayaraq türk, müsəlman və yəhudiləri də azad edən böyük dövlət xadimi, mücadilə  şüarını “İnsanlara hürriyyət, Millətlərə istiqlal!” sözləri ilə  hələ 1917-ci ildə elan etmiş M.Ə..Rəsulzadəni  eyniləşdirmək olmaz. Q.Nijde 1919-1920 ci illərdə dinc əhaliyə qarşı qətliamlar törədərkən M.Ə.Rəsulzadə həmin illərdə Şərqdə ilk demokratik dövlət yaradırdı.
     
Unudulmamalıdır ki,Q.Nijde müharibədən sonra həbs edilərək məhz kütləvi qətliamlarda iştirakına görə 25 il həbs cəzası almış və 1955-cildə Rusiyanın Vladimir bölgəsində  həbsxanada da müqəssir kimi dünyasını dəyişmişdir.Nijde könüllü olaraq ABŞ-dan Almaniyaya gəlib alman – faşistləri ilə əməkdaşlıq etmişdir.O, digərləri kimi   döyüşlərdə əsir götürülməmişdir.Onun faşizmlə əməkdaşlığı könüllü olub və o bu “xidməti”ndə günahsız insanların qətliamında iştirak edib.
     
Təəssüflər ki, keçmiş Sovetlər Birliyi məmləkətində yaşamış xalqların tarixi ideoloji sahədə ciddi problemləri yaşanmaqdadır.Bu problem ən çox İkinci Dünya müharibəsi ilə bağlıdır.
      
1939-cu ildə İkinci Dünya müharibəsi başlandı. 1941-ci ilin iyunun 22-də Almaniya dövləti SSRİ üzərinə hücum etdi. Bu hücumla daha da geniş sərhədləri əhatə edən müharibə Sovetlər Birliyində “Böyük Vətən müharibəsi” adı ilə təqdim olunmağa başladı. Uzun illər müddətində Sovet İttifaqında ali və orta məktəblərin tarix kitablarında müharibənin mövcud, real faktlarla təqdimatından uzaqlaşma meyyləri müşahidə edilmişdir. Belə ki, Almaniya-SSRİ müharibəsinin dərinliyinə
müdaxilə olunmamış faktlar birtərəfli qaydada oxuculara çatdırılmışdır. Bu, şübhəsiz ki, XX əsr tarixinin bütövlükdə təhrif olunması kimi qəbul edilməlidir. Müharibənin başlanması sovet dövlətinin daxilində zorla, üstüörtülü saxlanılan çoxlu sayda problemləri aşkarladı. Eyni zamanda, almanların işğal etdiyi ərazilərdə Sovet rejiminin ideoloji əsaslarının güclü olmadığı da aşkarlanmışdı.
      
Bu, həqiqət idi ki, Sovetlər Birliyi ayrı-ayrı xalqların azad yaşamaq hüquqlarından məhrum edilməsi nəticəsində yaranmışdı. Milli müstəqilliyin gerçəkləşməsində və azadlıq, müstəqillik hallarına qarşı olan kommunist rejimindən əhalidə ciddi narazılıq vardı.Təbii sullar da  çıxır ortalığa –“Bizim sovet əsgərimiz öz müstəqillik həyatını yaşayan Pribaltikada nə edirdi? Bəs nə üçün müharibə bitdikdən sonra sovet qoşunları Avropa ölkələrini tərk etmədi? Eyni situasiya bu gün cənab Paşinyana da aiddir-erməni işğalçı qüvvələri niyə  Qarabağı işğalda saxlayır. Dinc əhalinin öz yurdlarına qayıdıb yaşamasına niyə imkan yaratmır?  
         
Qayıdaq konkret mövzumuza.
        
Almaniya dövlətinin SSRİ-yə müharibə elan etməsi çoxlarında Hitlerin bolşevik rejimini tezliklə devirəcəyi ehtimalını gücləndirdi. Çoxlu sayda könüllülər Almaniya hökümətini dəstəklədi, Sovetlər Birliyinə qarşı silaha sarıldı. Qeyd etməliyik ki, keçmiş sovetlər məkanında yaşayan əksər xalqların nümayəndələri də Almaniya ordusuna keçməyə üstünlük verirdi. 
       
Yalnız 1941-ci ildə alman əsirliyində 3,8 milyon Qızıl Ordu əsgəri, zabit, siyasi işçi və general vardı. Bütövlükdə müharibə illərində isə bu rəqəm 5,24 milyon göstərilirdi. Könüllülərdən təşkil olunan hərbi hissələrin sayının bəzi mənbələrdə 180 olduğu göstərilirdi.  Bu hissələrdən 75-i rus, 216-sı kuban, don və terek kazakları, Türküstan və Tatarıstan (Tatarıstan və Krım tatarları) - 42, gürcülərdən -11, Şimali Qafqaz xalqlarından-12, azərbaycanlılardan - 13, ermənilərdən - 8 hissə yaradılmışdı. 1945-ci ilin 24 yanvarına olan məlumata görə taburlardakı könüllülər milli mənsubiyyətlərinə görə belə bölünmüşdülər: latışlar - 104 min, litvalılar - 36.800, azərbaycanlılar - 36500, gürcülər - 19000, Şimali Qafqaz xalqları -15 000, tatar (Tatariya)-12500, Krım tatarları -10 000, estonlar -10 000, ermənilər - 7000, kalmıklar - 5000. Rusların sayı haqqında məlumatı admiral Denikin “hökuməti”
belə açıqlayırdı: 1945-ci ilin mayın 20-nə olan məlumata görə 599-cu rus briqadasında - 13 000, 600-cıda 12 000, 650-cidə 18 000 vardı.  Qeyd edək ki, bu rəqəmlər yalnız döyüşdə iştirak edənlərin göstəricisidir. Almanların tərəfındə isə əsirlikdə olanların sayı 4-5 milyona qədər idi.
     
Qeyd edək ki, Almanların irqi baxışları Qafqaz və Türk-Tatar mühacirlərə də mənfi təsir
göstərmişdi. 
      
Bəs türk-tatar əsirlərindən milli legionlar (legion - latın mənşəli sözdür. Hərbi birliklər, könüllü birliklər mənasındadır)  yaratmaq fıkrini ilk dəfə kim irəli sürmüşdü? Tanınmış alman tədqiqatçısı P. Mühlen “Qamali xaç ilə Qızıl yıldız arasında” kitabında  yazırdı ki, bu fikrin təşviq ediciliyində iki türk generalının xüsusi rolu olmuşdu və 1941-ci ilin oktyabrında bu planın müsbət həyata
keçirilməsində cəhdlər göstərmişdilər. Həmin generallardan biri tanınmış hərbçi Nuru Paşa  digəri isə general Ərkilət ıdi. Qeyd edək ki, hələ 1941-ci ilin sentyabrında Berlinə golən Nuru Paşa Almaniya Xarici İşlər Nazirliyi ilə əlaqələr qurub Veyçzeker və Bermanla görüşlər keçirdi. Nuru Paşanın başlıca məqsədi həm də alman əsirliyində olan türk- müsəlman insanlarını ölümdən xilas etmək idi.
    
Lakin Almaniya dövləti Nuru Paşanın təkliflərini onun gözlədiyi kimi qarşılamadı. Almaniyanı Türkiyənin rəsmi dövlət mövqeyi ilə Pantürkist təşkilatları arasındakı münasibətlərin fərqli olması narahat edirdi. 
       
Eyni zamanda, Nuru Paşaya Berlində pantürkist ideyalarını təbliğ etməyə, xüsusən müsəlman hərbi əsirləri arasında iş aparmağa və hərbi hissələr yaratmağa razılıq verildi. Almanlar hərbi əsirlərlə iş aparmaq məqsədi ilə ayrı-ayrı xalqların mühacirətdəki liderləri ilə də əlaqələr qururdular. Bununla əlaqədar, almanlar hələ ötən illərdən Almaniyada fəaliyyət göstərmiş mühacir liderlərə xüsusi önəm verirdilər.
      
1941-ci ilin avqustundan fəaliyyətə keçən komissiyalar düşərgələrdəki əsirlərlə görüşməyə başladı. İdil-Ural komissiyasına (buraya tatarlar, başqırdlar, çuvaşlar və fin xalqlarının nümayəndələri daxil idi) Əhməd Teymur, Türkistan komissiyasına özbək Vəli Qəyyum xan, Şimali Qafqaz komissiyasına Əli xan Qantəmir, Azərbaycan komissiyasına isə Məhəmməd Əmin Rəsulzadə daxil idi.
Bundan əlavə, Gürcüstan və Ermənistan üçün də müvafiq komissiyalar vardı.Bu komissiyaların da başlıca məqsədi əsirləri ölümdən xilas idi.Və bunu almanlarla siyasi işbirliyi anlamına gətirmək qətiyyən doğru deyil.
          
Legionlar isə birbaşa alman məqamları ilə ilk dövrlərdə əməkdaşlıq etmək məcburiyyətində idi. Legionların yaradılması istiqamətində ilk çalışmalar isə 1941-ci ilin noyabr ayından başlandı.
1941-ci ilin dekabrında Rozenberq Hitlerə “türk” legionlarının təşkil edilməsi vacibliyi ilə bağlı bir bəyanat vermişdi. Bu plana Hitler müsbət yanaşaraq 1941-ci ilin dekabrın 22-də Alman Silahlı qüvvələri nəzdində rəsmən türküstanlı, erməni, gürcü və müsəlman qafqasiyalı legionunun təşkili əmrini vermişdi. Bu sonuncu sonradan azərbaycanlı və Şimali qafqasiyalı legionu olmaq üzrə ikiyə ayrılmış və 1942-ci ilin aprel-may aylarında isə Volqa tatarlarının legionu təşkil edilmişdi.
Türküstan legionu öz sıralarında Orta Asiya xalqlarını - özbəkləri, qazaxları, qırğızları, türkmənləri, qaraqalpaqları və tacikləri birləşdirirdi. Gürcü legionu - gürcüləri, abxazları, adıgeyləri, çərkəsləri, kabardinləri, balkarları və qaraçayları, Qafqaz legionu isə - azərbaycanlıları, dağıstanlıları, inquşları və çeçenləri öz sıralarına toplamışdı. 1942-ci ilin avqustun 2-də Qafqaz legionu Azərbaycan legionu adlandırıldı və digər dağlı xalqların nümayəndələri isə Şimali Qafqaz legionu adı ilə Vesolda yerləşdi. Bundan əlavə, 1942-ci ilin avqustun 15-də yaradılan Volqa tatarları legionuna isə Povoljye tatarları, başqırdlar, marilər, mordvinlər, çuvaşlar və udmurtlar cəlb edildilər.
     
Qeyd edək ki, Almanların müşahidələrinə görə etibarsızlıq və sürüşkənlik baxımından birinci planda ermənilər, sonra gürcülər, ikinci planda Volqa tatarları ilə türküstanlılar dayanırdı.
Azərbaycanlılarda və şimali qafqazlılarda belə hallara çox az təsadüf olunurdu.
    Hərbi əsirlərlə və mühacirlərlə yalnız Şərq Nazirliyi deyil, eyni zamanda,
Xarici İşlər nazirliyi də məşğul olurdu. 1941-ci ilin aprelindən bu sahədə fəaliyyətə
başlayan Xarici İşlər nazirliyi əslində Şərq Nazirliyinin gördüyü işləri təkrarlayırdı.
İşğal ediləcək Sovetlər Birliyi üçün yetkili olan Rusiya Komitəsinin başqanlığına
müşavir olaraq Georq Qrosskopf təyin edildi. O da Leybrandt və professor fon
Mendenin də daxil olacaqları bir heyət təşkil etməyə çalışdı. 
       Qeyd edək ki, pantürkizmin atəşli bir tərəfdarı və təşviqçisi isə Ankaradakı alman səfıri Frans fon Papen idi. Fon Papenin məqsədi Türkiyədə çox fəal olan mühacir qrupları və məşhur pantürkistlər vasitəsi ilə Ankara hökumətini Almaniyanın cərgəsində hərbə cəlb etməkdi. Məhz fon Papenin təşəbbüsü ilə iki türk generalı - Ərkilət və Ərdan Nentiqlə birgə Krımı gəzmiş, türklərin yaşadığı bölgələrin gələcəkdəki idarə forması ilə tanışlıq üçün Almaniyada olmuşdular.
     Almaniyanın sabiq Moskva səfiri Şulenburq da mühacirətdəki
siyasətçilərdən faydalanmağı vacib sayırdı və o da səfirliyin müşaviri Nilgerlə
birlikdə “Rusiya Komitəsi”nə daxil edilmişdilər. 1942-cı ilin aprelində Şulenburq
Fransa, İtaliya, Balkanlar, Türkiyə və İsveçrədə yaşayan mühacirləri Berlinə dəvət
etdi. Həmin ilin aprelin sonu və mayın əvvəllərində Berlinin məşhur “Adlon”
mehmanxanasında bir toplantı keçirildi. 
      Hitler Almaniyası mühacir təşkilat və qruplarla danışıqları
əsasən iki nazirliyi vasitəsi ilə aparırdı: Xarici İşlər Nazirliyi və Şərq Nazirliyi.
Xarici İşlər Nazirliyində bu işdə Şulenburq, Şərq Nazirliyində isə Rozenberq
dayanırdı. Bəzi məqamlarda bu iki nazirliyin işi üst-üstə düşdüyündən ziddiyyətlər
yaranırdı. Sonradan, Rozenberq Hitlerə şikayət etmiş, o isə “Xariciyyə
Bakanlığına” işğal altındakı Sovetlər Birliyinin məsələləri ilə məşğul olmağı
yasaqlayan bir təlimat vermişdi. 
      Şərq Nazirliyində professor fon Mendenin başçılıq etdiyi SSRİ millətləri
üzrə Baş İdarə fəaliyyət göstərirdi. Bu idarənin nəzdində isə Qafqaz işləri üzrə
idarə yaradılmışdı. Burada Qafqazdan olan ayrı-ayrı xalqları əhatə edən -
azərbaycanlı, gürcü, erməni, Şimali Qafqaz və Kalmık şöbələri vardı. Bu şöbələrin
başlıca məqsədi müxtəlif sahələr üzrə gələcəkdə istifadə məqsədi ilə kadrlar
hazırlamaqdan ibarət idi. 
       legionların yaradılması ilə bağlı ABŞ-da nəşr edilən
“Üçüncü Reyxin xidmətində olan xarici imkanlar” kitabında da maraqlı
məlumatlar vardır. Müəllif yazır: “Hitler 1941-ci ilin noyabrında Türküstan legionunun yaradılmasına razılıq verdi. Alman ordusunun tamamilə məxfı olan 1941-ci il, 3 dekabr tarixli əmri ilə daha çox - müsəlman Qafqaz, gürcü və erməni legionları formalaşdırılmağa başladı. 
      Lakin mühacirlərin Almaniya hökuməti təmsilçiləri ilə danışıqları heç də
uğurlu getmirdi. Xüsusən, şimali qafqasiyalı, gürcüstanlı və azərbaycanlılar öz
ölkələrinin müstəqilliyini irəli sürdüyündən almanlar tərəfindən qəbul edilmirdi.
Belə olduqda, Azərbaycan təmsilçisi Məhəmməd Əmin Rəsulzadə və şimali
qafqazlı Səid Şamil Almaniyadan çıxıb getmək məcburiyyətində qalmışdılar.
      Qeyd edək ki, həmin dövrdə Almaniyada M. Ə. Rəsulzadənin başçılığı ilə
Milli Azərbaycan Komitəsi də yaradılmışdı.
        M. Ə. Rəsulzadə bu münasibətlə yazırdı: “ İkinci Cahan
hərbi əsnasında Alman Xariciyyə Nazirliyindən fon Şulenburqin (sonradan Hitlerə
yapılan sui-qəsd işi ilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlində idim.
Milli Azərbaycan Komitəsi təşəkkül etmişdi; bu komitə Milli Azərbaycan
davasının əsaslarını alman məqamlarına qəbul etdirmək və əsir düşənlərin xilası üçün  fəaliyyətə keçmişdi”
      Milli təmsilçiliklərin mətbu fəaliyyətinə də geniş yer verilirdi. Legionlar
üçün həftəlik dərgilər və düşərgə qəzetləri də yayımlanırdı. Mətbu orqanlar milli
dillərdə və bəzən də iki dildə, yaxud almanca paralel nüsxələr şəklində çap edilirdi.
Bəzi milli təmsilçiliklər hətta ədəbiyyat sahəsində də fəaliyyət göstərirdilər.
     Qeyd etdiyimiz kimi, almanlar hər vasitə ilə  böyük nüfuz sahibi olan M. Ə. Rəsulzadədən
faydalanmağa çalışırdı. 1942-ci ilin oktyabrın 7-də M. Ə. Rəsulzadə ilə aparılan
danışıqlar fayda vermədiyindən (çünki o, Azərbaycanın müstəqilliyi fikrini önə
çəkirdi) o, Rumıniyaya - Buxarestə getmişdi. Eyni zamanda M.Ə.Rəsulzadə Azərbaycan legionerləri qarşısında çıxış edib  öz azadlıqları uğrunda mübarizə aparan Avropa xalqlarına( polyaklar, çexlər,rumınlar və s) qarşı silah işlətməməyə çağırmışdı.Onun bu mövqeyi də alman məqamlarında narazılıq doğurmuş və Almaniyadan qovulamasında ciddi səbəbə çevrilmişdi.
   Əlavə edimki, Müharibə illərində(1939-1945) M.Ə.Rəsulzadənin daimi yaşadığı ünvan Buxarest olmuşdu.O. burada yaxın dostu. Türkiyənin Rumıniyadakı səfiri Həmdulla Sübhi Tanrıövərin himayəsində yaşayır və əsirlərin xilası üçün Almaniyaya da gedirdi.
   Beləliklə, M. Ə. Rəsulzadə ilə danışıqların alınmadığını və Milli
Azərbaycan Komitəsində yalnız Hilal Münşinin təmsilçi olaraq Berlində qaldığını
gördükdə almanlar X. Xasməmmədov qrupu ilə dialoqa başlamışdılar. Bu dialoqda
azərbaycanlı “Qafqaz” qrupuna mənsub Fuad Əmircan, Abbas bəy Atamalıbəyov
və Əbdürrəhman bəy Fətəlibəyli Düdənginski olmuşdu.
       Lakin, M. Ə. Rəsulzadənin Hitlerə, onun ideya və baxışlarına münasibəti
də mənfi olmuşdur. M. Ə. Rəsulzadə Hitlerin “millətçiliyi”nə münasibətini hələ
30-cu illərdə yazdığı məqalələrində aydınlaşdırmışdı. O, 1933-cü ildə   bir məqaləsində yazırdı: “Hitlerçilik hər şeydən əvvəl kommunizm demaqogiyasına qarşı çıxış etmək üçün yaranmış bir ideyadır. O faşizm kimi öz müxaliflərindən diktatorluq fikrini
götürmüş, lakin oradakı beynəlmiləlçiliyi millətçiliklə əvəz etmişdir”. M. Ə. Rəsulzadənin Almaniyada nəşr edilmiş “İstiqlal” qəzetindəki “Demokrasi və Sovetlər” məqaləsində isə faşizmə münasibəti belə açıqlanırdı: “Daxildə və xaricdəki düşmənlərinin qənaətincə, Hitlerizm, demokrasi rejiminin müxalifı olaraq iş başına gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş.”
     M. Ə. Rəsulzadə sonrakı əsərlərində Almaniya dövlətinin İkinci Dünya
hərbində yeritdiyi siyasəti tənqid edərək yazırdı: “1942 və 1943-cü illərdə
Almaniyanın Xarici İşlər Nazirliyinin dəvəti ilə digər Qafqazlı siyasi emiqrantlarla
birlikdə Berlinə getdiyim zaman biri mənfı, digəri müsbət iki şeyə şahid oldum.
Hitler Almaniyasının mövqeyi bütün milli məsələlərdə olduğu kimi, Qafqazya
məsələlərinə olan münasibətdə də mənfi idi. Berlindən milli mübarizəmizin
əsaslarını tanımasını gözləmək əbəsdi. “Ali irq”in nəzəriyyəçiləri ilə Polşadakı,
Ukraynadakı və işğal olunan başqa məmləkətlərdəki alman praktikləri ən kiçik
ümidə belə yer vermirdilər. Üzərimizə düşən yeganə vəzifə milli haqlarımızı
tanımayan və istiqlal davamızı tanımayan bir hökumətlə birgə fəaliyyətin baş
tutmayacağını təsdiq edərək meydandan çıxmaqdı. Elə də etdik. 1943-cü il 5
avqust tarixli bir memorandum imzalayaraq Berlini tərk etdik”.
    Cənab N.Paşinyanın diqqətinə çatdırıram ki, mən bu faktları dünyanın müxtəlif ölkələrinin  arxivlərindən əldə etmişəm.Və Almaniyanın Potsdam arxivində kifayət qədər bununla ilgili sənədlər vardır. Qeyd edirəm ki,bu mövzuda iki kitabın müəllifi olaraq (“Azərbaycan legionerləri” və “Əbdürrəhman Fətəlibəyli – Düdənginski”) çoxlu sayda faktlar və sənədlərlə də tanışam.Bu faktları isə Almaniyanın, Polşanın, Rusiya və Türkiyənin arxivlərindən əldə edib  fikirlərimi  onun diqqətinə çatdırıram.Yəni bildirirəm  ki, onun müdafiə etdiyi və heykəlini ucaltdığı  Nijdenin   insanlığa və bəşəriyyətə müharibə dövründə göstərdiyi bir faydalı məqam yoxdur.Yalnız cinayətlər mövcuddur.M.Ə.Rəsulzadənin fəaliyyətinin əsasını isə  özünün ifadə etdiyi bu bəşəri fikirlər təşkil edir:”İnsanlara  hürriyyət. millətlərə istiqlal!”.
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama