Heydər Əliyevlə ermənilər arasında “çinarlıq müharibəsi”: “Bəsitçay zəfəri”nə aparan yol...
Araşdırma
Oxunub: 4380
10 May 2020 | 18:52
Heydər Əliyevlə ermənilər arasında “çinarlıq müharibəsi”:  “Bəsitçay zəfəri”nə aparan yol...

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür. Bu tarixi gündə həm ölkə başçısı, həm də I vitse-prezident Mehriban Əliyeva Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkib, Heydər Əliyevə olan hörmət və ehtiramlarını təbiətə göstərdikləri qayğı  ilə nümayiş etdiriblər.

 

Bütün həyatı boyu təbiətə, ekologiyaya həssas münasibəti ilə diqqət çəkən ulu öndərin anadan olmasının ildönümündə belə bir addımın atılması həm də rəmzi məna ifadə edir. Çünki təbiət Heydər Əliyev üçün yaşamın və həyatın ayrılmaz bir hissəsi idi və o, ömrünün önəmli bir hissəsini təbiətin qorunmasına, eləcə də Ermənistanın ekoloji terror siyasətinə qarşı mübarizəyə həsr etmişdir.


Moderator.az xəbər verir ki, jurnalist-tarixçi Seymur Əliyevin “Heydər Əliyev və Ermənistanın ekoloji terrorizm siyasətinə qarşı mübarizə” kitabında ulu öndərin bu yöndəki fəaliyyəti ilə bağlı maraqlı faktlar yer alıb. Bu faktlardan birini oxucuların diqqətinə çatdırırıq.

 

“Ermənilərin ekoloji terror siyasətinə qarşı daim mübarizə aparan Heydər Əliyevin bu savaşda əldə etdiyi uğurlardan biri də Zəngilan rayonunun Bəsitçay dərəsində yerləşən təbii çinar meşəliyi ilə bağlıdır. Bu meşəliyin kəsb etdiyi önəmi təsəvvür etmək üçün bircə onu demək kifayətdir ki, Bəsitçay meşəliyi yalnız Qafqazın deyil, bütün Avropanın ən böyük təbii çinar meşəliyi hesab edilir.

 

XX əsrin 50-ci illərindən etibarən Bəsitçay dərəsindəki çinar meşəsi məhv olmaq təhlükəsi ilə üzləşmişdi ki, bu da Azərbaycan təbiətsevərlərinin ciddi narahatlığına səbəb olmuşdu. Məhz bu səbəbdən də  1959-cu ildə Nazirlər Kabinetinə çinar meşəsinin mühafizəsi məqsədi ilə qoruq yaradılması üçün layihə təqdim edilmişdi. Lakin ermənipərəst məmurların müdaxiləsi səbəbi ilə Azərbaycan tərəfinin verdiyi bu layihə laqeydliklə qarşılanmışdı. Əvəzində 1960-cı ildə meşənin Ermənistan hissəsində qoruq yaradan ermənilər meşənin Azərbaycan tərəfindəki hissəsinin daha acınacaqlı hala salınmasında fəal iştirak edirdi.

İllər keçdikcə vəziyyətin daha dözülməz hal aldığını görən akademik Həsən Əliyev Respublika Nazirlər Soveti qarşısında layihə ilə çıxış edir. Layihə Heydər Əliyev tərəfindən dəstəklənir və nəticədə 1974-cü ildə Bəsitçay çinar meşəsinin qoruq elan edilməsinə nail olunur.  Bu, Heydər Əliyevin Ermənistanın ekoloji terrorizm siyasətinə qarşı apardığı mübarizədə əldə etdiyi ən böyük qələbələrdən biri idi.


Bu qələbə Bəsitçay meşəliyinin hifz edilməsini təmin etdi. Lakin XX əsrin 90-cı illərində başlayan Qarabağ müharibəsinin gedişatında Azərbaycan torpaqlarını işğal edən Ermənistan Bəsitçay meşəsini də ələ keçirdi. Hazırda Bəsitçay meşəliyinin  ermənilər tərəfindən acınacaqlı vəziyyətə salınması ilə bağlı ciddi informasyalar mövcuddur ki, bu da böyük narahatlıq doğurmaqdadır.

 

Məlumat üçün qeyd edək ki, Bəsitçay vadisindəki çinar meşəliyi 117 hektar sahəni əhatə edir ki, onun da 107 hektarı Bəsitçay Dövlət Təbiət Qoruğuna məxsusdur. Meşənin uzunluğu 15 km, eni isə 150-200 metrdir.

 

Onu da qeyd edək ki, Bəsitçay meşəliyi Heydər Əliyevin səyi nəticəsində hifz edilsə də, qoruğun Ermənistan ərazisindəki hissəsi həm ulu öndəri, həm də respubliklamızın görkəmli ziyalılarını, təbiətşünaslarını ciddi şəkildə narahat edirdi. Ermənilərin təbiətə münasibəti ümummilli lider və Azərbaycan təbiətşünaslarına bəlli olduğu üçün onlar Bəsitçay qoruğunun Ermənistana düşən hissəsinin taleyindən ciddi narahatlıq keçirir, bu problemin həlli üçün də müxtəlif yollar fikirləşirdilər. Həmin ərəfədə Azərbaycan təbiətinin bir parçası olan bu qiymətli meşələri qorumaq üçün ölkə ziyalıları tərəfindən müxtəlif təkliflər səslənirdi ki, bunlardan da biri akademik Həsən Əliyev tərəfindən irəli sürülən Bəsitçay meşəsinin birgə qorunması ideyası idi.

Mövcud dönəmin mürəkkəb vəziyyətini nəzərə alan görkəmli alim Həsən Əliyev hesab edirdi ki, Bəsitçay meşəsinin birgə qorunması məsələsinin reallaşması meşənin Ermənistan ərazisindəki hissəsinin taleyini qismən də olsa sığortalaya bilər. Bu səbəbdən də Həsən Əliyev həmmüəllifi olduğu “Təbiətin keşiyində” kitabında bu barədə yazırdı: “Qeyd etmək lazımdır ki, buradakı meşələr 180 ha-ya qədər olub, 120 ha-sı Bəsitçay dərəsində Azərbaycan ərazisində, 60 ha-sı isə Bəsitçayın davamı olan Sav çayının dərəsində Ermənistan ərazisində yerləşir. Həmin çayların dərələri kimi iki respublikanın yeganə iri çinar meşələri də bir-birinin davamıdır. Daha yaxşı olardı ki, hər iki meşə sahəsi birləşdirilib (ərazicə hər respublikanın ərazisi öz hesabında olmaqla) meşələri “qoruq meşələri” kimi birgə qoruna idi. Dünya qoruq sistemi tarixində beynəlxalq qoruqların təşkili yüksək effektli nəticələr vermişdir. Daqomeya, Nigeriya və Yuxarı Volta ölkələri ərazisindəki “V” milli parkı, Daqomeya və Toqo ərazisindəki Sinğu qoruğu buna misal ola bilər. Deməli, gələcəkdə iki yeganə təbii və şərti sərhədlə ayrılan Bəsitçay və Sav çay çinar meşələrini birgə qorumaq və çinarlarla bağlı olan birgə tədbirlər həyata keçirmək mümkündür”. (H.Ə.Əliyev, X.H.Həsəmov. “Təbiətin keşiyində”. Elmi-kütləvi əsər. Bakı, “Maarif”, 1993. 311 səh. Səh – 140).

H.Əliyev Bəsitçay meşəliyini qorumaq, onun genişlənməsini təmin etmək üçün əlavə tədbirlərin həyata keçirilməsini də zəruri sayırdı. Görkəmli alim, meşənin qorunmasını təmin etmək üçün xalq arasında maarifləndirmə işlərinin  genişləndirilməsi ilə yanaşı, bununla bağlı muzeyin yaradılmasını da atılması gərəkən zəruri addımlardan biri hesab edirdi: “Respublikamızın çox yerlərində, eləcə də çinarın yayıldığı ərazilərdə bu bitkinin əhəmiyyətini bilmir və onu layiqincə qiymətləndirmirlər. Ona görə də Bəsitçay qoruğu ərazisində xalq arasında geniş təbliğat işləri aparmaq, mühafizə maarifilə əlaqədar olan tədbirlər görmək lazımdır. Burada çinarın əhəmiyyəti, qorunması və artırılması ilə əlaqədar olan muzeyin təşkil edilməsinin də mühüm əhəmiyyəti olardı”. (H.Ə.Əliyev, X.H.Həsəmov. “Təbiətin keşiyində”. Elmi-kütləvi əsər. Bakı, “Maarif”, 1993. 311 səh. Səh – 140).

 

Aydın olduğu kimi, Azərbaycan tərəfi Heydər Əliyevin dönəmində Bəsitçay meşəliyinin qorunması üçün kompleks tədbirlər həyata keçirməyi nəzərdə tuturdu. Lakin təəssüflər olsun ki, sonrakı dönəmlərdə Ermənistanın Azərbaycana yönəlik açıq ərazi iddiaları, işğalçılıq siyasəti bu planların bəzisini həyata keçirməyə imakn vermədi. Ermənistanın işğal siyasəti Azərbaycan təbiətinin çoxsaylı nümunləri ilə yanaşı, Bəsitçay meşəsinə də ağır zərbə vurdu”.

 

Seymur Əliyev, “Heydər Əliyev və Ermənistanın ekoloji terrorizm siyasətinə qarşı mübarizə” kitabından.

 

Oxşar xəbərlər
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
02 May 2024 | 14:30
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:15
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
02 May 2024 | 14:10
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
02 May 2024 | 14:05
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
02 May 2024 | 14:01
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
02 May 2024 | 13:58
Füzuli sakinlərinə ŞAD XƏBƏR
GÜNLÜK
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 06:30
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
02 May 2024 | 06:19
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
02 May 2024 | 07:45
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 06:37
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 05:55
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz