Bakı metrosunun yeni stansiyası belə olacaq Foto
Cəmiyyət
Oxunub: 4707
20 Aug 2013 | 17:37
Bakı metrosunun yeni stansiyası belə olacaq Foto
Gələn il Bakı Metropoliteninin yeni ”“ 3-cü xəttinin (“Bənövşəyi xətt”) ilk 2 stansiyası sərnişinlərin istifadəsinə veriləcəkdir. Paytaxtın əsas giriş qapısı olan “Avtovağzal” stansiyasından başlayaraq inşa edilən “Bənövşəyi xətt” 12 stansiyadan ibarət olmaqla, Qaraçuxur qəsəbəsinə qədər uzanacaqdır.

Beşillik proqrama əsasən, 2016-cı ildə bu xəttin ilk 5 stansiyası istismara veriləcəkdir. Onlardan ikisi - “Memar Əcəmi-2” və “Avtovağzal” stansiyaları eyni vaxtda, yəni, 2014-cü ildə açılacaqdır. Şərti adı “Memar Əcəmi-2” olan stansiya bu xəttin ilk əsas sahələrindən biridir. Çünki “Memar Əcəmi-2” “Bənövşəyi xətt”dən mövcud “Yaşıl xətt”ə keçid stansiyası rolunu oynayacaqdır. Sərnişinlər buradan “Memar Əcəmi” stansiyasına keçməklə, “Yaşıl xətt”in əhatə edəcəyi stansiyalardan istifadə edə biləcəklər.

Tikinti sahəsi ilk baxışdan o qədər böyük görünməsə də, yerin altına endikcə inşaatçıların yaratdıqları möcüzə insanı heyran edir. Sahə rəisi Emin Məmmədov deyir ki, “Memar Əcəmi-2” stansiyası nəhəngliyinə görə bu vaxtadək tikilən metro stansiyalarından fərqlənir. Stansiya 5 mərtəbədən ibarət olacaqdır. Hər bir mərtəbənin hündürlüyü isə 5,8 metrdir.

Stansiyada tətbiq olunacaq yeniliklərdən danışan E.Məmmədov qeyd edir ki, layihələndirmə işlərində qabaqcıl Avropa təcrübəsindən istifadə olunmuşdur. Əsas işləri görən Fransanın “SYSTRA”, Koreya Respublikasının “Saman” və “Britaniyanın “Mott Makdonald” şirkətlərinin iştirakı ilə paytaxtımızda bu günədək reallaşdırılmayan ən çeşidli və fərqli sistemlərin tətbiqi layihələndirilmişdir. Burada paytaxt metropolitenində ilk dəfə yeni üsul ”“ “diafraqma divarı” və ya “qruntda divar” üsulu tətbiq edilmişdir. Yəni, bu üsul tətbiq olunursa, deməli, heç bir qazıntı işləri görülmür. İnşaat işləri, sadə dillə desək, yuxarıdan aşağıya doğru, hasarlanmaqla aparılır. Bu gün paytaxt mərkəzə doğru sıx tikililər və tikinti obyektlərindən ibarətdir. “Qruntda divar” məhz bu məqamda dada çatır. O, məhdud məkanda iş aparmaq üçün ən ideal tikinti üsuludur.

Sahə rəisinin dediklərinə şəhərin hər tərəfində aparılan inşaat işlərini, toz-torpağın ətraf mühitə mənfi təsirlərini də əlavə etsək, bu cür üsulun müsbət cəhətləri aydın olar. E.Məmmədov bildirir ki, hər hansı bir zərəri olmayan bu üsulun əsas müsbət cəhətlərindən biri stansiyanın tikintisinin üst sahələrdən aşağıya doğru aparılmasıdır. Əlbəttə, ilk baxışda elə görünə bilər ki, bu, çox baha başa gələn məsələdir. Lakin dünyanın aparıcı mütəxəssisləri ilk növbədə iqtisadi səmərəni düşünürlər. Buna görə bu üsul daha sərfəli və səmərəlidir, eyni zamanda, az xərc tələb edir.

Sahə rəisi vurğulayır ki, paytaxtın ağır hidrogeoloji şəraiti hər kəsə bəllidir. Bu mənada tətbiq olunan üsul bir daha öz səmərəsini büruzə verir. Artıq stansiyanın əsas inşaat mərhələsi geridə qalmışdır. Aşağı qatlarda, platforma səviyyəsində bir sıra tədbirlər görüldüyü halda, vestibüldə memarlıq işlərinə - mərmər-qranit örtüyün vurulmasına başlanılmışdır. Divarların örtüyündən söz düşmüşkən, onu da qeyd edək ki, burada dizayn tərtibatını daha da zəngin etmək üçün əlavə işıqlandırmadan da istifadə olunacaqdır. Eyni zamanda, eskalatorların dəmir-beton konstruksiyası da qurulur. Bu isə son tədbirlərə başlanılmasının ilk göstəricisidir.

Vestibüldə genişlik ilk baxışdan diqqəti cəlb edir və elə təəssürat yaranır ki, bura əsl saray olacaqdır. Elə bu qayda ilə yuxarıdan digər mərtəbələrin görüntüsü də fərqlilik təəssüratı yaradır.

Tavanın şüşə materialdan olması Bakı Metropolitenində ilk dəfə təbii işıqlanmadan istifadəyə imkan verəcəkdir. Onun yaratdığı zahiri genişlik effekti yeraltı qapalı mühitin psixoloji təsirini azaltmaqda mühüm rol oynayır. Ümumən bunun müxtəlif səpkidə üstünlükləri və təsirlərindən çox söz açmaq olar. Metropolitendə ilk dəfə məhz bu stansiyadan başlayaraq müxtəlif səviyyəli keçidlərdən istifadə ediləcəkdir. Stansiyanın 3 giriş-çıxışı olacaqdır. “Memar Əcəmi” stansiyasının “M” şəkilli yerüstü vestibülündə həm də yeni stansiyaya giriş-çıxış və kassalar yerləşəcəkdir. Burada əlillər üçün şərait də nəzərə alınacaqdır. Ümumiyyətlə, yeni xətlərdə yerləşən stansiyalarda bu cür insanların metrodan istifadəsini asanlaşdırmaq məqsədi liftlərdən də istifadə olunacaqdır. Stansiyada 4 lift quraşdırılacaqdır. Almaniyanın tanınmış şirkətlərindən olan “Tüyssen Krupp”un “Sinerji” qaldırıcı qurğusundan ikisi xidməti funksiya daşıyacaqdır. Stansiyanın yuxarı vestibülündən platformaya birbaşa eniş olmaması səbəbindən burada çox sayda eskalatordan istifadə ediləcəkdir. Bu stansiyada eskalatorlar birbaşa platformanın mərkəzinə doğru uzanır. Ümumilikdə 16 eskalatorun quraşdırılması planlaşdırılır. Bunlar da Almaniyanın “Tugela” tipli eskalatorlarıdır.

Vestibüldən aşağıya doğru sonrakı mərtəbədən “Yaşıl” və “Bənövşəyi” xətlərin stansiyalarından bir-birinə keçid üçün istifadə ediləcəkdir. Bu, sərnişinlərin heç bir əlavə ödəmə etmədən digər xəttin stansiyasına keçməsinə şərait yaradır. Platformanın uzunluğu 144 metrdən az olmayacaqdır. Yeni xətdə 7 vaqonlu qatarlar hərəkət edəcəkdir. Bu da sərnişinlərin rahatlığına, sıxlığın azaldılmasına şərait yaradacaqdır.

Öz əzəməti ilə digər stansiyalardan fərqlənəcək “Memar Əcəmi-2”nin daha bir özünəməxsusluğu da olacaqdır. “Memar Əcəmi-2” stansiyasında da “Avtovağzal”da olduğu kimi, platforma təhlükəsizlik qapıları ilə stansiya yolundan ayrılacaqdır. Yəni, stansiyada sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar quraşdırılacaqdır. Qatar stansiyaya çatıb dayananda həmin şüşə qapılar açılacaq və sərnişinlər birbaşa vaqona daxil olacaqlar. Sonra həmin şüşə qapılar yenidən bağlanacaqdır. Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır.

Gərgin və ağır zəhmət tələb edən, eyni zamanda, məsuliyyətli işlərində inşaatçılara uğurlar arzulayır, onlarla sağollaşıb ayrılıram. Ərazidən uzaqlaşdıqca görülən nəhəng işlər, işin əzəməti bir daha gözlərim qarşısında canlanır. Bir vaxtlar heç kəsin ağlına gətirə bilməyəcəyi işi artıq yerli inşaatçılarımızın həm keyfiyyətlə, həm də zövqlə yerinə yetirmələri bir azərbaycanlı kimi məndə qürur doğurur. Həqiqətən də inşaatçılarımızın yeraltı saraylar səltənətinin tikintisində əldə etdikləri uğurlarla fəxr etməyə dəyər. İnşaatçılarımızın işləri ilə əyani tanışlıq zamanı bir daha əmin oldum ki, metropolitenin yaxın perspektivdə qarşısında duran birinci prioritet istiqamət ”“ Beynəlxalq Avtovağzal Kompleksini, 3-cü, 4-cü mikrorayonları, Tbilisi prospektini və Füzuli küçəsini əhatə edən, 5 stansiyadan ibarət olacaq və 6,8 kilometrlik metro xətti də vaxtında sərnişinlərin istifadəsinə veriləcəkdir. Ona da əmin oldum ki, bu stansiyalar da müasirliyi və qədimliyi ilə xarici turistlərin yaddaşında iz qoyan paytaxtımıza əlavə yaraşıq verəcəkdir.
Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/355.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/356.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/357.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/358.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/359.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/360.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/361.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/362.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/363.jpg">Bakı metrosunun yeni stansiyası belə olacaq <i style=Foto" src="//old.moderator.az/fotobaza/original/364.jpg">
Oxşar xəbərlər
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb