Heydər Əliyev bütün həyatını Azərbaycanın əbədi müstəqilliyinə, davamlı inkişafına həsr edib
Oxunub: 1191
07 May 2020 | 12:39
Heydər Əliyev bütün həyatını Azərbaycanın əbədi müstəqilliyinə, davamlı inkişafına həsr edib
Mayın 7-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin kollektivinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş videobağlantı formatında tədbir keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin keçdiyi böyük, şərəfli, zəngin və mənalı ömür yolundan, müqayisəsiz ictimai və siyasi fəaliyyətindən bəhs edib. O deyib: “Ulu öndər Heydər Əliyevin ömür yolu yalnız və yalnız doğma Vətənimizin inkişafına və əziz xalqımızın rifahına, onun yüksəlməsinə həsr olunub. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən Ulu Öndərin əvəzsiz irsi Azərbaycan xalqının milli sərvətidir. "Mən fəxr edirəm ki, azərbaycanlıyam. Mən fəxr edirəm ki, Azərbaycan torpağı mənim doğma torpağımdır. Mən fəxr edirəm ki, mənim Azərbaycan millətim var. Mən fəxr edirəm ki, mənim doğma ana dilim, Azərbaycan dilim var. Mən fəxr edirəm ki, müstəqil, azad, qüdrətli Azərbaycan dövləti var", - deyən dahi rəhbərin həyatının mənası da məhz doğma, müstəqil Azərbaycan idi. Öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazmış Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil alıb. Lakin 1941-ci ildə başlayan müharibə ona təhsilini başa vurmağa imkan verməyib. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləyib və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə bu Komitənin sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə böyük liderimiz Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul Plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikamızın rəhbəri olub. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və keçmiş SSRİ-nin aparıcı rəhbərlərindən biri olub. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini vəzifəsində çalışıb. Heydər Əliyev 1987-ci ilin oktyabrında böyük cəsarət nümayiş etdirərək, o zaman düşünülməsi belə çətin olan bir addım ataraq, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib”.

Bəxtiyar Əsgərov qeyd edib ki, Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciəyə kəskin şəkildə etirazını bildirmiş və bununla əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib, açıq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət aktının təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Vətəni Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə doğulduğu doğma Naxçıvanda yaşamış, elə həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında yekdilliklə partiyanın sədri seçilib.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxmışdı. Azərbaycanın o zamankı rəhbərləri, adı ilə desək, AXC-Müsavat cütlüyündə təmsil olunan səbatsız “liderlər” səriştəsizliklərini, idarəçilik bacarıqsızlıqlarını etiraf edərək, məhz böyük Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Azərbaycan xalqının təkidli tələbi ilə xalqımızın böyük oğlu Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərin nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib, namizədliyini ləyaqətli davamçısı, dünyada tanınmış siyasi lider, Yeni Azərbaycan Partiyası sədrinin 1-ci müavini İlham Əliyevin xeyrinə geri götürmüş, xalqa ünvanladığı müraciətində İlham Əliyevin gələcəyinə böyük ümidlər bəslədiyini və ona özü qədər inandığını bildirmişdir.

Qeyd olunub ki, Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin aparıcı universitetlərinin Fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülüb. O, dörd dəfə Lenin ordeni, Qırmızı Əmək və Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını alıb, bir çox xarici dövlətlərin yüksək orden və medalları ilə təltif olunub.

Bəxtiyar Əsgərov bildirib ki, xilaskarlıq missiyası Ümummilli Liderimizin genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil edib. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanımayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bildi. Dahi rəhbər hələ ötən əsrin 70-ci illərindən başlayaraq, dahiyanə uzaqgörənliklə ölkəmizin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks layihələrin həyata keçirilməsinə nail oldu. O dövrdən başlanan sürətli inkişaf dağ və sərhəd rayonlarını da öz əhatəsinə aldı, sənaye, tikinti-quruculuq və aqrar-sənaye kompleksinin inkişafına nail olundu, emal və hasilat şəbəkəsi genişləndi. Azərbaycanın böyük şəhərlərində zavodlar, fabriklər, kombinatlar tikildi, müxtəlif təyinatlı müəssisələr yaradıldı, əhalinin işlə təminatı yaxşılaşdırıldı. Ulu Öndərimiz Azərbaycanın gələcək müstəqilliyi üçün təkcə iqtisadi əsaslar yaratmamış, bununla yanaşı, elm, təhsil, mədəniyyət və incəsənət sahələrində də böyük nailiyyətlər qazanılıb, milli oyanışın əsası qoyulub. Bir sözlə, uzaqgörən, böyük dövlət xadimi Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizdə yüksək iqtisadi, elmi-mədəni və milli kadr potensialı formalaşdırmaqla bugünkü müstəqil Azərbaycanın möhkəm bünövrəsini yaradıb.

“Ulu Öndərimiz Azərbaycan xalqının tarixində ən yüksək zirvəni fəth edən, öz misilsiz xidmətləri ilə xalqına müstəqillik bəxş edən, onu inkişafa, firavanlığa və qüdrətə çatdıran dahi liderdir. Azərbaycan xalqının milli müstəqilliyi və dövlətçiliyi yenidən xalqın böyük oğlu Heydər Əliyevin qırılmaz siyasi iradəsi ilə bərpa edilib. Bu gün inkişaf və tərəqqinin zirvəsində dayanan, hərbi qüdrətə, dayanıqlı iqtisadi gücə və hərtərəfli inkişafa malik olan Azərbaycanın bu inkişafa çatmasında yeganə amil Heydər Əliyev şəxsiyyəti və dahi liderin Vətəninə, xalqına sonsuz məhəbbəti olub”, - deyən daimi nümayəndəliyin rəhbəri qeyd edib ki; Ümummilli Liderimiz Azərbaycanın müasir simasını müəyyənləşdirib. Onun ölkəmizə hər iki vaxtda rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrildi, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Görkəmli dövlət xadiminin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, -üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Həmin dövrdə Ulu Öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi qədim diyarı işğaldan, əhalini isə qaçqın, köçkün taleyi yaşamaqdan xilas etdi. Naxçıvan Muxtar Respublikası işğal təhlükəsindən xilas olaraq dövlət müstəqilliyimiz və milli qurtuluşumuz uğrunda gedən mübarizənin mərkəzinə, yaxud bayraqdarına çevrildi. Böyük öndərin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın Milli Qurtuluşu və inkişafı tarixində yeni mərhələnin əsasını qoydu. “Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı xalqın azadlığına həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm”, – deyən ulu öndər Heydər Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində ölkəmiz parçalanmaqdan, vətəndaş müharibəsindən qurtuldu, Azərbaycanda milli-ideoloji birliyin təməli qoyuldu, güclü ordu yaradıldı, möhkəm və davamlı quruculuq yolu müəyyənləşdirildi, torpaqlarımızın işğalının qarşısı alındı. Ölkəmizdə qanunların aliliyinə söykənən vətəndaş cəmiyyəti quruldu. Dahi liderin fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildi. Bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı yerləşdiyi bölgədə və dünyada etibarlı tərəfdaşa və bir çox sahələrdə lider ölkəyə çevirib. Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, nüfuzlu tədbirlərə ev sahibliyi edir, inkişafın bütün istiqamətləri üzrə öz milli modellərini ortaya qoyur. Bütün bunlara isə yalnız və yalnız ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam və inkişaf etdirilməsi nəticəsində nail olunub. Prezident İlham Əliyevin dediyi kimi: “Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Bizim yolumuz şərəfli yoldur, ləyaqətli yoldur, müstəqillik yoludur. Eyni zamanda, bu, uğur gətirən yoldur. Çünki həyat və Azərbaycanın dünya miqyasındakı indiki rolu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.

Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin qurucu¬luq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına dərin sədaqət, məhz böyük liderin seçimi olan görkəmli dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu diyara uğurlu rəhbərliyi bu gün Naxçıvan Muxtar Respublikasını hərtərəfli yüksəlişə, dayanıqlı və davamlı inkişafa qovuşdurub. Ötən illər ərzində muxtar respublikada elm, təhsil, mədəniyyət, kənd təsərrüfatı, ordu quruculuğu və digər sahələrdə əsaslı irəliləyişə nail olunub. Naxçıvan şəhərində, rayon mərkəzlərində, eləcə də ucqar dağ və sərhəd kəndlərində müasir infrastrukturun yaradılması, yeni yolların və körpülərin salınması yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, insanlara rahatlıq və firavan həyat bəxş edib. Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan milli dövlətçilik yoludur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi: “Bu gün reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə XX əsr Azərbaycanının deyil, XXI əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir. Təsadüfi deyil ki, məşhur dövlət və ¬ictimai xadimlər Ulu Öndərimizi XX əsr dünya siyasi fikir tarixinin canlı əfsanəsi adlandırırdılar. Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmasıdır”.

Daimi nümayəndəliyin rəhbəri bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin çox önəmli bir istiqamətini də doğma dədə-baba torpağımız olan Dağlıq Qarabağda Ermənistan işğalına son qoyulması, bu torpaqlarda Azərbaycan Respublikasının suverenliyinin təmin edilməsi üçün fəaliyyət proqramı təşkil etmişdir. Öz xalqının həqiqət carçısı olan böyük lider Heydər Əliyev dünyanın müxtəlif məkrli dairələrinin himayə etdiyi qondarma qurama “erməni məsələsi”nin mahiyyətini, respublikaya rəhbərliyinin birinci dövründən başlayaraq gizli formalarda təzahür edən Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, Dağlıq Qarabağdakı erməni riyakarlıqlarının qarşısını qətiyyətlə almış, onu reallaşmağa qoymamışdır. Dərin zəkası, müstəsna siyasi liderlik bacarığı ilə özü qədər sevdiyi Azərbaycanı yumruq kimi birləşdirən Ulu Öndər həmişə məqam gözləyən dünya erməniliyinin, onun terrorizminin və separatizminin baş qaldırmasına imkan verməmiş, bunun üçün bütün rəhbərliyi dövründə ölkəmizdə zəruri mənəvi-siyasi, sosial-iqtisadi və inzibati tədbirləri məharətlə gerçəkləşdirmişdi. Zamanın hökmü ilə Azərbaycan dövlətinə və xalqına rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən praqmatik və xarizmatik lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkəmizin müstəqillik yolu ilə irəliləyişi üçün dönüş məqamı oldu. Bundan sonra çoxsaylı terror aktlarının, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alaraq, siyasi sabitliyə və sosial-iqtisadi dirçəlişə nail olan Prezident Heydər Əliyev Qarabağ müharibəsinin gedişində də dönüş yaratdı və düşməni atəşkəs müqaviləsi bağlamağa məcbur etdi. Ümummilli lider Heydər Əliyevin diplomatiyası Dağlıq Qarabağ münaqişəsinin dünya səviyyəsinə çıxarılması və həlli ilə bağlı xüsusi konsepsiya hazırlayaraq konkret vəzifələri həyata keçirmək üçün ardıcıl siyasi kurs planlaşdırdı. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzularından birinə çevrildi. Prezident Heydər Əliyevin qəti və inadlı mövqeyi nəticəsində ATƏT-in icraçı sədrinin bəyanatında münaqişənin üç prinsip əsasında tənzimlənməsi öz əksini tapdı: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusunun verilməsi; Dağlıq Qarabağ əhalisinin təminatlı təhlükəsizliyi. Bu prinsiplər Ermənistandan başqa, ATƏT-in 53 dövləti tərəfindən dəstəkləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tarixinə nəzər salarkən qeyd etmişdir: “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda qalsaydı və Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərsəydi, Dağlıq Qarabağda heç vaxt separatçılar baş qaldıra bilməzdilər. Heç vaxt bizim torpaqlarımız işğal altına düşə bilməzdi”. Ulu Öndərin özü isə belə demişdi: “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”.

“Əlbəttə, Azərbaycan xalqına Heydər Əliyev kimi təcrübəli bir siyasətçi başçılıq etmiş olsaydı, Dağlıq Qarabağ faciəsinin qarşısını almaq mümkün olardı. Ümummilli lider Heydər Əliyev Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışmışdır”, - deyə Bəxtiyar Əsgərov sözlərinə əlavə edib.

Qeyd olunub ki, dahi rəhbərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən ideyalardır. Heydər Əliyevin bütün həyatı Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr olunub. “Nə qədər ki, qədirbilən xalqımız, Azərbaycan xalqı var, Heydər Əliyev də daim bizimlə birlikdə, sevilərək yaşayacaq, onun ideyaları isə doğma xalqımızı daha böyük inkişafa, yüksəlişə, qələbələrə qovuşduracaq.
Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək