Müsəlman qadının səbri, XXI əsrin maskası və yaxud koronavirus olmasaydı...
Oxunub: 4440
03 May 2020 | 17:21
Müsəlman qadının səbri, XXI əsrin maskası və yaxud koronavirus olmasaydı...
Pandemiyaya görə təxirə salınan işlər çoxdur. Beynəlxalq səviyyəli siyasi toplantılar, dövlət başçılarının səfərləri, ictimai tədbirlər, kosmik durumun, qlobal istiləşmənin, ekoloji çirklənmənin və Qreta Tunberqin müzakirə edildiyi konfranslar, seminarlar, dünyaca məhşurların qatıldığı, poza verdiyi kino festivalları, Avroviziya musiqi yarışması, dünya və Avropa üzrə idman yarışları, Olimpiya çempionatları, futbol oyunları... Daha nələr, nələr... Dünya Kovid-19-a yoluxub. Dünya maskalanıb. Və hamısı da ittiham edilən Çindən sızmış bu dəhşətli virusa görədir. Suçlu Çinmi? Koronavirus olmasaydı...
Nələr olacaqdı...
Milyonlarla adam Kovid-19-a yoluxub. Və şükür Allaha ki, bu virusa düçar olanlar içində sağalanlar az deyil. Yüzlərlə ehtimal və uydurmalardan ötüb təsadüfdən zərurət doğur məntiqinə söykənənlər arasında özünü şübhələrdən, psixoloji düşkünlükdən çırpa-çırpa, sakitcə pandemiyanın kabus təki dolaşan xəbərlərini dinləyə-dinləyə tək Allaha sığınanlar çoxdur. Tanrıyla dost, həmsöhbət olmaq istəyən başıbəlalı insanların sayı elə sürətlə davam artır ki, bu hərdən tərəddüd və şübhə də yaradır. Həqiqətənmi insanlar səmimi-qəlbdən sevdikləri Tanrıdan umurlar, yoxsa bəla göndərən hökmdardan qorxduqlarına görədir bu yalvarışlar? Bunu da biləcəyik... Səbirli olun...
Sevən inanc sahiblərinin, varlı dünyanın əyləncəli çağlarında allahsız olmaları ilə fəxr edənlərin və qorxanların hamısı qarışıb bir-birinə. Koronavirus elə məşum tarixdir ki, artıq bu dövrdə əzələ oynadan, kol dalında gizlənən nə böyük var, nə də kiçik. Böyük-kiçik yoxdur, çünki böyüklər əlacsız, kiçiklər isə itirməyə bir şeyi qalmayan kamikadzelərə bənzəyirlər. Bu da müasir dünyanın adamları. "Virusa inanmıram" deyib yazılı qanunları pozan, boş küçələri maskasız, əlcəksiz dolaşıb sanki varlıları gizlənmiş dünyaya meydan oxuyan kasıbların bir gün intizamlı birinə çevriləcəyi, haqqının bərpa ediləcəyi yeni dünyanın sakinləri olacağına inanıram. Ədalətin bərpa edildiyi, arzulanan gözəl bir zamana gözlənilməz keçid mərhələsi olacaq postpandemiya dövrü. Bir çox işlər yarımçıq qalsa da, çox işlər yenidən çək-çevir olunacaq. Dünyanın bir çox gizlini aşkara çıxacaq, daşqalaq edilənlər alqışlananlardan çox olacaq şübhəsiz. Axı bu boyda bəla yayılıb. Və hamı da dərsini alıb. İndən sonra üçüncü dünya savaşı da olmayacaq. Tanrının vədi var - bəlalardan Allaha sığınıb səbir edən hər kəsi mükafat gözləyir. Bu da... Koronavirus olmasaydı... 
*** 
Allahdan gözləmək, Allahdan ummaq və Yaradana sığınıb İlahinin bəşər sevgisi ilə aşıb-daşan məsum gərdişindən nələrisə anlamağa çalışmaq. Ünvanı sonsuzluq olan, dünyalar, zamanlar, peyğəmbərlər, tayfalar, xalqlar, ölkələr və talelər ötürən məkansız əbədiyyətin təzə-tər gülzarında behişt ətri verən İlahinin sirli eşqi. Tanrının laməkan hüzurundan bizlərə bəxş edilən, ruhumuza, cismimizə, yaddaşımıza hopan elə bir eşq ki... Onun batindən zahirədək yeri-göyü nura qərq edən, günəşə, aya, ulduzlara işıqlı sima verən zatı əmin edir. İlahi eşqin qüdrətli mərhəmətinə, şəfqətinə güvənib, səbirlə gözləmək, gözlərini qan örtən pisliklərdən gözümüzü ayırıb hikmət dolu möcüzələrə varmaq, bir azca nəsə anlamaq və səbir edib yenə də gözləmək. Səbirli olmaqdan savayı çarə yoxdur. Ayrı yol bizi məhvə apara bilər. Səbirli olmağın, şükür edib Allahdan diləməyin nə olduğunu kim bilir?
*** 
Pandemiyaların qara yelləri ötüb keçsə də, XII əsr Ərəbistanı dəhşətli qızdırmadan əzab çəkirdi. Belə bir dövrdə... 
*** 
Müsəlman qadınla evlənmək xətrinə bütə sitayişdən imtina edib islamı qəbul edən Əbu Təlhanın həyatını incələmək deyil fikrim. Bu peyğəmbər səhabəsindən, "Qırmızı dəvə" savaşının iştirakçısı kimi dini mənbələrdə adı çox keçən Təlhadan geniş söz açmadan onun islam əxlaqına vaqif olan xanımı barədə hədisə varmaq istədim pandemiya dövründə. Oxudum, zövq aldım. 
İmanlı bir müsəlman qadının Tanrının yazdığı taleyə qiyam etmədən, faciəsinə bükülmədən, axıtdığı göz yaşlarını selə döndərmədən heyrətamiz şövq və səbirlə, məsum inancla fani dünyanın maskasını necə yırtdığını, övladını aparan əcəlin bəlasını eşqlə necə adladığını təsəvvür edəndə adama elə gəlir ki, XXI əsrin maskalı dünyası, maskalı adamı sanki etdiyi əməllərə görə peşman olub min illər boyu yarımçıq qalan missiyanı yenidən davam etdirməyə dönəcək.  
*** 
İslamın ilkin dövründə Ənsarlardan, Xəzrəc qəbiləsindən olan Ummu Səlim Məlhan qızı Malik adlı sərt xasiyyətli bir kişidən, bütpərəst ərindən çəkinmədən yeni dinə iman gətirmişdi. Məhəmməd ümmətindən olan bu gözəl qadın ərinin gözləri baxa-baxa oğlu Ənəsə "La ilahə illəllah, Muhəmmədən rəsulullah" dedirdib onu da müsəlman etmişdi. Malik bütün bunları görüncə arvadını dəhşətli şiddət və boşanma ilə hədələmiş, lakin həmin gün evdən çıxıb geri dönmək ona qismət olmamışdı. Düşmənlərindən biri Malikə hücum çəkib onu öldürmüşdü. Bu hadisəni eşidən Ummu Səlim oğlunun xeyir-duası olmadan ərə getməyəcəyi barədə əhd edib az sonra oğlunu islam peyğəmbərinə xidmət etmək üçün onu Həzrət Məhəmmədin evinə gətirmişdi. Bu həmin Ummu Səlimdi ki, oğlunun razılığı ilə, oğlunun oxuduğu kəbinlə ərə getmiş ilk qadın kimi islam tarixinə düşmüşdü. Və bu gözəl qadının yenə yolunu kəsirlər. Onu Məkkədə görən bir kafir ərəb kişisi var-dövlətinə güvənib Ummu Səlimə aşiq olur, təkidlə ondan arvadı olmasını istəyir. Müsəlman qadın Əbu Təlha adlı bütlərə tapınan birisi ilə ailə qurmayacağını bəyan edib onun üçün gətirilən qiyməti bəxşişlərdən imtina edir. Fəqət inad göstərən Əbu Təlha yenidən bu ismətli müsəlman xanımın qapısını döyür və gözəl qadına qovuşmaq xətrinə... Və bir kişi də islamı beləcə qəbul edir... Ummu Səlimin yeniyetmə oğlundan izn alandan sonra yeni müsəlman olmuş Əbu Təlhanı doğma övladına göstərib "Bizim kəbinimizi sən kəs" söyləməsi isə həqiqət boyda fakt və yozumu hikmətə calanan ibrətamiz bir hekayətdir. Əbu Təlha tezliklə arzusuna çatır, onun Ummu Səlimdən oğlu olur. Oğul atası fəxrlə ortalığa çıxır, artıq ona Umeyrin atası deyəcəklər. 
Bu həmin dövrlər idi ki, Ərəbistan yarımadası bir çox xəstəlikdən tədricən qurtulsa da, qızdırmadan yanan ərəblərin sayı hələ azalmırdı. İslam peyğəmbərinin həyatından bəhs edən bir çox hədislərin süjetində bəlaya çevrilmiş qızdırma faktoru keçir. O zaman bu qızdırma epidemiyasının hətta Allah elçisinin ailəsinə yol tapdığı barədə də bir çox dini mətnlər mövcuddur. İstisi səhra yoğuran bir torpaqda qızdırma qapı-qapı gəzəndə Allaha sığınıb Yaradanına şükür edən bir müsəlman ailəsində ər-arvad yenicə dünyaya gələn oğulun xoş gəlişini qutlayırdı. Günlərin birində vaxtsız əcəl bu evə soxulub ata-ananı övlad dağı ilə sınağa çəkir. Və bir səhər Əbu Təlhanın Ummu Səlimdən olan oğlu Umeyr qızdırmadan ölür. Uşağın atası bazarda, ana isə evdə. Qadın övladı üçün ağlayıb tez də toxtayır. Hamıdan balacanın ölüm xəbərini gizli saxlamağı tələb edən oğul anası ayağa qalxıb körpəsinin ruhsuz vücudunu tərpətmədən onu öz yatağında səliqə ilə bükəndən sonra ərinin gəlişinə hazırlaşır. Az öncə oğul itirən qadının ən gözəl libasını geyinib ətirlənməsini, zinət əşyaları ilə bəzənəndən sonra romantik bir şam süfrəsi hazırlamasını, üzügülər və eşq dolu əhval-ruhiyyə ilə səbirlə evə dönəcək ərinin yolunu gözləməsini... "İnanmaram" deyənlər də tapılacaq sözsüz ki, amma mən "gözümlə görməsəm inanmaram" inadından uzaq olduğumdan bu xanımın başına gələnlərə çox inanıram. Belələri az da olsa var. 
Belə qadınlar bu gün XXI əsrin içində öz dünyalarını qurub inanc nurlu bir səbirlə, İlahi sevgi və şəfqətə, mərhəmətə sığına-sığına hətta pandemiya dövründə də xoşbəxt olmağı bacarırlar. Səbirli olun, Ummu Səlim kimi. Koronavirus pandemiyasının şərə çevrilib dünyanı alt-üst etmək istəyi şeytanın əbədiyyəti qədər mənasızdı. Dünya hələ ki, ağ, mavi rəngli maskalarla qorunur. 
Gün gələcək (tezliklə), XXI əsrin virus qoxuyan maskaları cırılıb atılacaq zibil yeşiklərinə və kişili-qadınlı hər kəs, özünü qoruya-qoruya dua edib səbirlə gözləyənlər pandemiya tarixindən sonra koronavirusdan sağalan gözəl dünyanın çoxlu möcüzəsinə şahid olacaqlar. Tarix unutmur, unutdurmur. Ulu tarix zaman-zaman başına gələnləri yüz il, min ildən bir dastan diliylə bu dünyanın adamlarına danışır. Taundan, vəbalı, cüzamlı ölkələr və şəhərlərdən, milyonların axırına çıxan ispan qripindən və Kovid-19 virusundan söz açan nəhəng dünya tarixi. Bu gün də dünya pandemiya məngənəsində çırpınır, amma bu bambaşqa bir dünyanın bəlalı qismətidir. Dünya durulmaq istəyir. İnsan insanı tanımaq istəyir. Dünya ona dəyər verməyənlərə, onun varını-dövlətini dədə malı kimi bölənlərə qiyməti heç bir neft, qızıl, taxıl hərracına sığmayan koronavirus adlı cəza göndərib ki, aləmə zor göstərən kişilər haqq-ədalətin, əzazil, xəyanət edib xəyanətə susan qadınlarsa əsl xanımlığın nə olduğunu anlasınlar. Bizi evlərimizdə karantin qadağaları ilə həbs edən bəlanın batinindən boy verən sirli hikmət bizlərə verilən düşünmək möhlətinin sonucunu gözləyir. Bundan sonra dünya sakinləri necə yaşayacaq, nələrə "yox" deyəcəklər, onu bir Allah bilir... Elə bildiyinə görə də bu gün insanlar koronavirusun timsalında Sirat körpüsündən keçməyə məhkumdurlar. Möminlər, əzab çəkənlər rahat yürüyəcək, günahkarlar, əməlləri ilə odlu cəhənnəmi qazananlar isə bu ülgüc təki iti körpüdən yıxılıb düşəcəklər... Şər düşə-düşə gedir... 
Dünya çox dəyişəcək, lap çox. Yaxşıların sayı pislərin faizini üstələyə-üstələyə bir gün dünya başdan-başa gündoğana çevriləcək. Dünyanı narahat edən qlobal istiləşmə, ekoloji çirklənmə, kosmosdan yola çıxan təhlükələr, ozon qatında baş verən dəyişikliklər, qara dəlik, odu sönməz konfliktlər... Bütün yarımçıq işlər tamama yetəcək. Və hər şey qaydasına düşəndən sonra nəhayət İNSAN DÜNYANIN DOSTU OLACAQ. Min illər əvvəllər də yer üzündə belə, bundan da ağır sınaqlar olub, indən sonra da olacaq. Bəlaya qiyam etmək yox, bəlanı ümidin, inancın uğurlu gələcək vəd edən sabahı üstündəki yolda əl-ələ verib gömmək gərəkdir. İnamlı, ehtiyatlı, səbirli olan hər kəs qonşularına, əzizlərinə xeyir verən bəndələrdəndir. Səbirli olub ehtiyat göstərən, özü ilə bərabər tanıdığı və özgə sandığı neçə-neçə adamı virusa yoluxma riskindən uzaq tutan hər kəs Tanrı bəxşişi aldığının fərqindədirmi görən? - səbrinə və əməllərinə görə unudulmayan yaxşıların biri də odur. Min dörd yüz il öncə də yaxşı və pis, xoşbəxliklə bədbəxtlik, xəstəlik və dərman vardı, indi də var. Ancaq 1400 il əvvəl bəla gələndə havanı, suyu, külək və mehi, dəvələri, it-pişikləri, varlı-kasıb olanları suçlamadan ancaq Allaha üz tutardı insanlar. "Göydə Allah, yerdə də Loğman" deyərdilər. Həmin dualar göz qırpımında yerdən göyə dikəlib ərşə, cəmi aləmlərə yayılardı. Və qəlbində İlahi sevgi olan hər kəs buna inanardı. Oxunan bəyaz duaların enerjisi çağırışa gələn həkimi də, yatağında səmaya gözü dikilən xəstəni də ildırım təki silkələr, azarlının ürəyinə təsəlli damardı. Xəstə ümidli olanda müalicənin xeyri də olardı. 
Müjdə gözləyən dünyanın belə bir ağır çağında güvəndiyi ünvanlar yenə həkimlərdir. Bütün dünya XXI əsrin xeyli inkişaf etmiş tibb elminin tezliklə bəşəriyyətə təqdim edəcəyi yeni vaksinlərin sorağındadır. Səbirli olun, hamı sağalacaq. Gələn bəlaya bir qadın iradəsi qədər müqavimət göstərin öz səbrinizlə. Necə ki, bunu Ummu Səlim etmişdi... 
*** 
Yazılanlara görə, axşam bazardan evə dönən Əbu Təlha öncə xəstə oğlunun səhhətini sorur, arvadı sakitcə ərinə belə cavab verir: "O indi ən sakit halındadır". Bunu eşidən ata sevinir, qızdırmadan uşağın qurtulduğunu güman edir və şam süfrəsinə oturub yeməyə başlayır. Ummu Səlim sevgili bir əhvalla Təlhanı yatağına çəkir. Əriylə sevişəndən sonra onun halətini, dinclik tapdığını görən xanımı soruşur: "Ey Əbu Təlha, əgər bir qövm bir evə əmanət verərsə və sonra əmanətini geri istərsə, ev sahibinin həmin əmanəti verməməyə haqqı varmı?". "Yox" cavabın eşidən kimi qadın hər şeyi danışır.
Ərinin yatağından qalxan qadın geyinib-kecinib Əbu Təlhadan səbirlə onu dinləməyi rica edir. Hekayətə görə, Ummu Səlim vay-şivənsiz belə söyləyib: "Sənin  oğlun da Allah əmanəti idi və Allah-təala onu geri götürdü. Bu itki ilə barış, savabını Allahdan gözlə". Əri Əbu Təlha bu gecikən xəbərə görə arvadına qəzəblənib, ancaq Ummu Səlim bir kəlmə də dinməyib. Və körpə övladı qızdırmanın qurbanı olan ana sonra bir küncə çəkilərək doyunca oğluna göz yaşı töküb. Belə bir qadın, ana, həyat yoldaşı olub Ummu Səlim Məlhan qızı. 
Bu, başı bəlalar çəkən insanlar haqqında ən böyük, ən gözəl ibrətamiz hekayətlərdən biridir. Bu qadın Allahın göndərdiyi bəlaya qiyam etmədən oğlunu əlindən alan qara ölümün vahiməli qələbəsinin təntənəsini pozub. Bu qadın səbrinin gücü ilə əcəlin qəfil gəlişindən püskürən qara qorxunu  heçə sayıb və qovub. Və bu müsəlman xanım "Cəməl" döyüşündə adı hallanan məhşur Əbu Təlhanın arvadı olub.
*** 
Milyonlarla adamı xəstə salan, cavanlı-qocalı, uşaqlı yüz minlərlə insanın həyatını alan koronavirus pandemiyasının da kökü kəsiləcək. XXI əsrin maskasını yırtan da elə Kovid-19 virusu olacaq. Allahın insanı çəkə bilməyəcəyi bir yüklə bəlaya düçar etməsi mümkünsüzdür. Bu, yazılanlara, ali qanunlara, yer üzündəki qaydalara və İlahi nizama xilaf olan prinsiplərdir. Dünyamız yenə həmin olacaq. Bu pandemiyadan dünya dağılmayacaq, xeyirin və insanlığın, bəşəriyyətin əleyhinə olan, dünyanı idarə etməyə iddia edənlərin yazdığı qanunlar və qadağalar dağılacaq. Dağılan tabular, qlobal aləmi tələyə salmağı planlaşdıran məkrli təbəqənin göydələnləri olacaq. Bu dünya onlara dözməyəcək və milyardları ilə insanları cana gətirən təkəbbürlülərin eqosu dağılacaq bir gün. Mütləq nələrsə dəyişəcək. Dünyanı ağıllı, ədalətli, səbirli insanlar şərəfləndirəcək. Dünya da, insan da bəraət alacaq. Biz hələ pandemiyadan öncə dünyanın başına nələrin gələ biləcəyindən xəbərsizik.
...Nələr olacaqdı, kim bilir?..
Dünya neçə belə bəladan, neçə dəhşətli pandemiyadan qurtulub, bundan da qurtulacaq. Ağır olacaq, qurbanlar olacaq, ancaq nicat olacaq. Mütləq olacaq. Səbirli olun, hər şey düşündüyümüz qədər də pis deyil. Koronavirus olmasaydı...
...Əgər yaxşı və yaxud bundan da pis nəsə baş versəydi... 
Oxşar xəbərlər
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:25
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:25
Sumqayıtda 15 yaşlı qız itkin düşüb