"Ayntraxt" klubunun müdafiəçisi Marko Russ Bundesliqanın II turu çərçivəsində bu gün qarşılaşacaqları "Bavariya" ilə oyunöncəsi fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, 27 yaşlı futbolçu Almaniya mətbuatına açıqlamasında "Qarabağ"la oyuna da toxunub:
"Bavariya" ötən mövsümün ən yaxşı komandasıdır. Əgər bu gün ən azı bir xal qazansaq, "Herta"ya acı məğlubiyyəti (1:6) az da olsa unutduracağıq. Ardından Bakıya çətin səfərimiz olacaq. "Qarabağ"la oyuna da ciddi yanaşırıq. Çünki Avroliqanın qrup mərhələsində oynamaq əsas hədəflərimizdən biridir. Bununla belə, Bundesliqada da yolumuza davam etmək istəyirik".
Qeyd edək ki, Bundesliqanın II turunda bu gün evdə "Bavariya"nı qəbul edəcək "Ayntraxt" klubu avqustun 22-də Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq.