"Məni həbs etdikdən dərhal sonra belə məlumatları tirajlayan elə MTN-nin özü idi..."
Müsahibə
Oxunub: 3179
28 Apr 2020 | 10:28

Ali Məhkəmə Plenumunun sabiq siyasi məhbuslar İlqar Məmmədov və Rəsul Cəfərov haqqında bəraət qərarı verməsi indiyədək qanunsuz həbs olunan şəxslərin məsələsini bir daha gündəmə gətirdi.

Bu sətirlərin müəllifi olaraq bəndəniz də MTN-nin cinayətlərinin qurbanlarından biri kimi bəraət tələb etdim.

Bunun üçün əlimdə ciddi əsaslardan biri məndən təxminən ay yarım əvvəl həbs edilmiş Prezident Heydər Əliyev Hökümətində sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin işində üzə çıxan sensasion faktlar oldu.

Bəlli oldu ki, MTN-dəki mütəşəkkil cinayətkar dəstə eyni silahlarla həm sabiq naziri, həm də məni şərləyib.

Nicat Quliyev ona təyin edilən 3 il cəzanı sonadək çəkdi. Onun hətta qanunvericiliyin imkan verdiyi “cəzadan vaxtından əvvəl azad edilmə” haqqı da tanınmadı.

Hazırda xaricdə yaşayan sabiq nazirin həbsi barədə çoxsaylı fikirlər səsləndirilmişdi. Ancaq indiyədək o, bu barədə danışmadığından bu suallar cavabsız qalıb.

Nicat Quliyev həbsdən azad olunanda müsahibə istəyimizə müsbət yanaşsa da söhbətimiz indiyə təsadüf etdi.

Hesab edirəm ki, sabiq nazirin müsahibəsi cəmiyyət tərəfindən maraqla qarşılancaq.

– Nicat müəllim, yəqin ki, İlqar Məmmədov və Rəsul Cəfərovun bəraət almasından xəbərdarsınız. Elə söhbətimizə bu haqda fikirlərini öyrənməklə körpü salmaq istəyirəm.

 –  Ali Məhkəmənin Plenumu iki şəxs haqqında barələrində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, işlər üzrə icraata bəraətverici əsasla xitam verməsi, sözsüz ki, xoş haldır. Mən diqqət etdim, bu, cəmiyyət və beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanmışdır. Hüqüqlarının bərpa edilməsi haqları olduğu şəxslər barədə qəbul edilən bu qərar əlbəttə ki, dövlət iradəsinin ifadəsi kimi də qiymətləndirilməlidir.

– MTN-nin qurama ittihamı ilə həbs olunan şəxslərdən biri olaraq bəraətiniz üçün çalışmağınızdan xəbərim var. Həbsiniz necə baş verdi? Mən o zaman mediada “Azərbaycanın müstəqilliyi uğrunda xidmətləri olan bir ailənin üzvlərinin yaşadığı mənzilə basqın təşkil edilib” xəbərini oxumuşdum. İstərdim ki, danışasınız, proses necə baş verdi?

– Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi, onların məhkəmə araşdırmaları və barələrində çıxarılmış hökmlər haqqında məlumatlardan da artıq geniş ictimaiyyətə də məlum olmuşdur ki, MTN-dəki mütəşəkkil dəstə öz qeyri sağlam məqsədlərinə nail olmaq üçün nümayişkəranə şəkildə hüquq və qanun əleyhinə aktiv fəaliyyət göstərmiş, qurama işlərin tərtib edilməsi, qondarma ittihamların verilməsi, sübutların saxtalaşdırılması və gizlədilməsi kimi yolverilməz, məkrli üsullardan da istifadə etmişlər.

Siz də bilirsiniz ki, bu ünsürlərin uzun illər ərzində amansız təqibinə mən də məruz qalmışam. Bunların artıq geniş bilinən iş metodu, başqa qurumlar üzərindəki təsiri və onların “iş”lərinə baxılması “təcrübəsi” mənə və ailəmə qarşı qanuna zidd hərəkətlərin təsbit edilməsini, təbii ki, istisna edirdi. Belə bir vəziyyət məni Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə qondarma ittihamla 3 il həbsdə tutulmağıma da gətirib çıxarmışdır.

Güman edirəm ki, mənə və ailəmə qarşı ikrah hissi doğuran faktla bağlı ictimaiyyət məlumatlıdır. Bu səbəbdən həbsdə tutulmağımla nəticələnən hadisəyə dair sadəcə qısa bir xatırlatmanın kifayyət edəcəyini sayıram.

Sualınızın ikinci hissəsinə gəlincə, mən 7 avqust 2013-cü il tarixdə saat 19 radələrində Novxanı kəndindəki yaşadığım evdən bir neçə yüz metr məsafədə yerləşən təsərrüfat malları mağazasındaykən MTN-nin əməkdaşları tərəfindən qollarım qandallanaraq, elə əynimdəki bağ paltarında MTN-nin mərkəzi binasına gətirilib törətmədiyim əməldə – CM-nin 228.1-ci maddəsi ilə ittiham edilərək MTN-nin təcridxanasına yerləşdirildim.

Bundan 4-5 saat sonra, saat 23.30 radələrində, MTN, Novxanı kəndindəki evimizə quldursayağı basqın etdi. Evdə yalnız həyat yoldaşımın və azyaşlı qız övladlarımın olduğunu bilə-bilə, MTN-nin təqribən 30-a yaxın maskalı-silahlı əməkdaşı divarın üstündən aşaraq həyətə soxulmuşdu, məhkəmə qərarı olmadan axtarış adıyla səhər saat 7-yə qədər evi alt-üst etmişdilər. Hədsiz təzyiqə məruz qalan ailə üzvlərimin emosional vəziyyətini düşünürəm ki, təsəvvür etmək o qədər də çətin olmaz.

Məni həbs etmək üçün formal əsas kimi sadəcə həmin axşamçağı mağazaya getmək üçün idarə etdiyim avtomobilə 07 avqust 2013-cü il tarixli “baxış” protokolu göstərilmişdir. Aydındır ki, açıq-aşkar quramanın və saxtakarlığın başlanğıç sənədlərindən olan bu protokol məni həbs etmək üçün əsas yaratmaq və bu həbsin qondarma ittihamla həyata keçirildiyini pərdələmək məqsədilə tərtib edilmişdir. Bu protokolda avtomaşında darağında 8 ədəd 9×18 mm döyüş patronu ilə “Makarov” odlu döyüş tapançası “askar edildi”yi əks edilmişdir. Məni həbs etdikdən dörd ay sonra, MTN “askar etdiyi” “Makarov” odlu döyüş tapançasını bu dəfə “MR-371” siqnal tapançasının odlu döyüş silahına çevrilmiş “Makarov MR-371” kimi sırıyraq sənədləşdirmışdir.

Həm “Makarov” döyüş tapançalarının, həm də, əslində heç odlu silah belə olmayan “MR-371” siqnal (səs) tapançalarının yeganə istehsalçısı Rusiya Federasiyasında yerləşən “İjevsk Mexaniki Zavodu” Səhmdar Cəmiyyətidir. MTN-nin sırıdığı kimi “Makarov MR-371” adıyla yarandığı gündən heç bir vaxt məhsul istehsal etməyən bu Səhmdar Cəmiyyətinin vəkillər mərhum Elton Quliyev, Əfqan Məmmədov və Fuad Ağaevin sorqularına rəsmi cavabları, bu Səhmdar Cəmiyyətinin bilavasitə istehsalat müəssisəsində aparılan tədqiqatlar nəticəsində də əldə olunmuş etibarlı və tutarlı dəlillər MTN-nin adı çəkilən “baxış” protokolunun, onun mütəxəssis rəyinin, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin rəylərinin həyasızcasına uydurulmuş olduğunu birmənalı olaraq təstiq etdi, MTN-nin məni həbs etmək üçün müvafiq “iş” saxtalaşdıraraq tərtib etdiyini bir daha təkzibediməz şəkildə sübut etdi.

– Azərbaycanın ən görkəmli vəkilləri Elton Quliyev, Əfqan Məmmədov, Adil İsmayılov və Fuad Ağayev çox ciddi tədqiqatlar aparmışdı və sensasion nəticələrə gəlmişdilər. Bu haqda daha nə deyə bilərsiniz?

 – Adlarını qeyd etdiyiniz dəyərli peşəkarların, başda mərhum Elton Quliyev olmaqla apardığı tədqiqatlardan tapançaların MTN-nin ixtiyarında olduğu faktı hasil olur. Mütəşəkkil dəstə 75 ədətdən ibarət bir qutu səs tapançalarını, izi itirmək üçün bir neçə şirkət üzərindən alqı-satqısını rəsmləşdirdıkdən sonra onları qaçaq yolla Rusyadan Azərbaycana gətirmişdir. Bildiyiniz kimi, eyni partiyaya aid olan bu siqnal tapançaları MTN-nin başqa işlərində, o cümlədən oxşar ssenari üzrə tərtib edilən sizin barənizdəki 1042 saylı “iş”də də keçir. Görünür, MTN bu tapançları məxsusi olaraq insanları şərləyərək onlara ağır cəzaların verilməsi məqsədilə əldə etmişdir.

Bunlar “işim” üzrə “rəy” vermiş ekspertlərin adından da sənəd saxtalaşdırmışdır. Bu barədə bir müddət əvvəl Adil İsmayılov istifadəçisi olduğu sosial şəbəkənin şəxsi hesabından bildirmişdir. “İş”də həmin rəy(lər)in saxta olması əsla şübhə doğurmamalıdır və onların altında imzası olan (yaxud uydurulan) şəxslərin əslində belə tədqiqat aparmaması sabiq MTN-nin sadəcə ölkə qanunlarını, Konstitusiyanı, insan hüquq və azadlıqları sahəsində Azərbaycanın üzərinə götürdüyü benəlxalq öhdəlikləri ayaq altına ataraq, etdiyi saxtakarlıqların miqyasını, törətdiyi dəhşəti və vəhaməti bir daha aydın şəkildə gözlər önünə sərir.

– Məhkəmə mənim də prosesimdə vəkilim Bəhruz Bayramovun istehsalçı zavoda silahı hansı ölkəyə verməsi barədə vəsatətini rədd etmişdi…

– Çünki, obyektiv araşdırma cinayət işinin qurama olduğunu təsdiq edir. Həbs olunduğum ilk günü MTN-nin sırıdığı silahlarla bağlı tədqiqatların aparılmasını müdafiəçilərimdən xahiş etdim. Nəticələri hazır olduqca mərhələlərlə məhkəmələrə təqdim edilirdi. Lakın beyhudə…, buralar, əfsuslar olsun “mtn ruhunda” köklənmişdi… Zənn edirəm ki, MTN ləğv edildikdən sonra onun işlərinin araşdırılması istiqamətində başladılan sürəcin dəvam etdirilməsi doğru olardı. Aparalıan təhqiqatlar göstərmişdi ki, dövlətin müxtəlif qurumlarında MTN-nin aparıcı vəzifəli şəxslərinin mənfur, sözün əsl mənasında qeyri-insani əməlləri haqda ətraflı məlumat və sənədli sübutlar mövcuddur… Onların cinayətlərinin qurbanlarının qəsb edilmiş haqlarının, etibarlarının iadə edilməsi ölkənin ədalət-hüquq sisteminə inamın və güvənin artması, ədalətin və həqiqətin təcəlli etməsi baxımından xususi əhəmiyyət kəsb edir.

– Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmusunuz. Orada qalib olacağınız şəksizdir. Plenumun son qərarı sizdə məhkəmələrimizə inam yaratmayıb ki?

 – Qeyd etməliyəm ki, mövzü bəhs Ali Məhkəmənin qərarı hüquqlarımızın bərpa olunacağına inamı artırır. Fəqət arzu olunan odur ki,  birincisi, məhkəmələr tərəfindən qərəzli qərarlar qəbul edilməsin; ikincisi, milli məhkəmələr ədalətli qərarları beynəlxalq institutların təsirinə ehtiyac qalmadan çıxartsın, onlar üçün bu alışılmış praktika, norma xarakteri daşısın. MTN şiddətinə məruz qalmış birisi kimi bu həm də mənim səmimi arzumdur.

– Həbsinizin siyasi tərəfinə toxunmaq istəyirəm. Həbsinizdə iki versiya səslənmişdi. Birincisi, Eldar Mahmudov konfilikt yaşadığı Vasif Talıbovdan qisas almaq üçün onun xalası oğlunu şərləyib, ikincisi, həmin dövrdə Milli Şuranın sədri olan Rüstəm İbrahimbəyov arasında “əlaqəyə” görə həbs olunmağınız nə dərəcədə doğru idi?

– Bu yazılardan xəbərim var. Məni həbs etdikdən dərhal sonra belə məlumatların tirajlanmasında maraqlı olan şübhəsiz ki, elə MTN-nin özü idi. Yəni, bizə qarşı qurama işin təşkilatçısı… Bendjamin Dizraeli deyərdi ki, “bir yalan olur, bir ağ yalan, bir də statistika” Bunların bu həmlələri daha çox statisikaya uğun gəlir sanki…

Bir mütəfəkkirin kəlamını xatırlayıram: ”Önəmli olan insanın nəyə inandığı deyil, inandığı şeyin onu nə hala salmasıdır.” Bu adamların inandıqları şeylər bizim ocaqlarımıza, ailələlərimizə basqın təşkil edə biləcək hala salmışdı, dəyərləri xor görəcək hala.

Ona görə də ləğv oldular…

 

Pərviz Həşimli

Gununsesi.org

Oxşar xəbərlər
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ