“Yaradılanın dəyərini Yaradanın özündən yaxşı dərk eləyən yoxdur...”
Oxunub: 4131
27 Apr 2020 | 00:35
“Yaradılanın dəyərini Yaradanın özündən yaxşı dərk eləyən yoxdur...”
Moderator.az saytının müsahibi yazıçı, publisist, tərcüməçi, ssenarist Nəriman Əbdülrəhmanlıdır.

- Karantin dövrü necə keçir?

- Əlbəttə, sıxıntılı keçir. Ümumiyyətlə, yaradıcı adam asudə günlərdə belə öz içinin sıxıntısından əzab çəkən, özünə yer tapmayan, o sıxıntıdan canını qurtarmaq üçün yazıb qurtulmağa çalışan məxluqdur. Aləmin, güzəranıın çətinlikləri onun sıxıntılarını daha da artırır, dözülməz həddə çatdırır. Mən də indi belə bir dövr yaşayıram. Amma umudsuz da deyiləm, bu qlobal bəlanın ötüb-keçəcəyinə inanıram. Sıxıntımsa bununla bitməyəcək. Artıq uzun illərdi ki, taleyimlə barışmışam.
- Pandemiya ovqatınızı dəyişib yazmaq enerjinizə mənfi təsir etmədi ki?

- Düzü, ovqatımın, yazmaq istəyimin pandemiyaya, yaxud hava şəraitinə çox az dəxli var. Mən öz içimin havasıyla yaşayan adamam. Şübhəsiz, pandemiyayla bağlı məhdudiyyətlər sıxıntımı bir qədər də artırdı. Canımı qurtarmaq üçün köhnə yazılarımın üzərinə qayıtdım, arxivimi qaydaya saldım, “Yalqız” və “Yolsuz” romanlarını bir daha, bu dəfə oxucu kimi oxudum, yenidən nəşrə hazırladım. Uzun illər ərzində qələmə aldığım portret yazıları yığıb bir kitab elədim, yəqin imkan olanda işıq üzü görəcək. Ədəbi tərcümələrimi də ayrı bir kitabda topladım, o da öz nəşrini gözləyir. Sonra az qala özümü tanıyandan bəri yığdığım Qaraçöp ağzında işlənən bəzi sözlərin izahlı lüğətini tərtib eləməyə başladım. Məhdudiyyətlər ərəfəsində yekunlaşdırdığım 4 cildlik “Azərbaycan kino sənəti tarixi”ni, hələ çap olunmamış tərcümə kitablarını da əlavə eləsək, bu sıxıntılar içində müəyyən işlər gördüyümü deyə bilərəm. Bu günlərdə “Yol gəlir Ərdəbildən” publisistik kitabım, çapa hazırladığım böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geyinmiş cəngavər” poeması (mərhum dostum Ruhin Sadıqlının orijinaldan və uğurlu tərcüməsində) nəşr olundu. Dostum şair Nurafizin poetik tərcümələr kitabı da çapa hazırlıq prosesindədi. Bütün bu işləri görə-görə də yeni romanıma hazırlaşıram. Beləcə, pandemiyaya, onun əlavə sıxıntılarına inad daha çox işləmişəm.

- Şablon səslənməsin, sizi zəhmətkeş yazıçı kimi tanıyıram. Əsasən tarixi janra müraciət edən yazıçı, publisist, ssenarist Nəriman Əbdülrəhmanlını sənədli xronika, hətta rekviyem üslubunda qələmə aldığı romanlara görə tarixi mövzularda yazan bioqrafiya ədəbiyyatının nümayəndəsi adlandırmaq olarmı?

- Rəhmətlik Tofiq Abdinin yaradıcı adama münasibətdə “zəhmətkeş” sözündən yaman acığı gəlirdi. Deyirdi, qardaşım, pambıqçı deyiləm ki, zəhmətkeş olam, mənim işim yazmaqdı, bununla da məşğul oluram. Onun bu sözləriylə tam şərikəm. Mən sadəcə qismətimə düşən, taleyimə yazılan işi görür, yazmaq istədiyim yazıları yazıram, bununla da nə oxucuların, nə də ədəbiyyatın boyuna minnət qoymaq fikrindəyəm. Əksinə, yazı-pozusuna görə dövlətdən, oxucudan, cəmiyyətdən nəsə uman, hətta tələb eləyən adamlar həmişə məndə ikrah hissi oyadıb. Görünür, belələri yaratdıqlarının səviyyəsinə əmin deyillər, elə güman eləyirlər ki, dövlət və cəmiyyət qiymətləndirməsə, ortaya qoyduqlarının bir qara qəpiklik dəyəri olmayacaq. Amma əslində, yaradılanın dəyərini yaradanın özündən yaxşı dərk eləyən yoxdu. Bioqrafik ədəbiyyatın nümayəndəsi sayılmaqla bağlı fikrinə gəldikdəsə, bunu birmənalı iddia eləmək çətindi. Çünki hər bir yazıçının əsərində öz bioqrafiyasından nələrsə var, o ştrixlər üst qatda nəzərə çarpmasa da, alt qatda mütləq duyulur. Bu mənada hekayə və povestlərimdə də, tarixi “Könül elçisi”, “Yolçu”, “Qurban”, “Taclı” romanlarımda da öz bioqrafiyamdan nələrsə var. Həm də o tarixi romanların heç birini (yalnız “Qurban”ı müəyyən şərtlərlə) sırf bioqrafik əsər saymaq olmaz. Obrazlarımın bioqrafiyasını duyduğum, gördüyüm kimi “oxumuşam”, rəsmi bioqrafiya yaratmaq fikrindən uzaq olmuşam. Məni daha çox talelərin bədii yozumu maraqlandırır...

- Dünyada, eləcə də Azərbaycanda tarixi janra müraciət edən və ortalığa sanballı əsərlər qoymuş görkəmli yazıçılar çox olub, indi də var. Ustad bildiyiniz bir yazıçı varmı?

- Bu barədə dəfələrlə düşünmüşəm, tarixi mövzuda qələmə alınmış o əsərlərin böyük əksəriyyətini də oxumuşam. Düzünü deyim, yeniyetməlik və ilk gənclik illərində bəyəndiyim tarixi romanlar (məsələn, indi də qiymətləndirdiyim İsmayıl Şıxlının “Dəli Kür”, İsa Hüseynovun “Məhşər” romanları) olub, amma sonralar mütaliəm artdıqca həmin əsərlərə başqa gözlə baxmağa, əyər-əskiyini görməyə başlamışam. “Taclını” qələmə alanda Səfəvilər, Osmanlı tarixiylə bağlı salnamələr və araşdırmalarla yanaşı bir çox romanları da oxudum, əksəriyyətində təfəkkür miqyasının çatışmadığını, tarixi “danışdırmaq” iqtidarında olmadığını, dövrün havasını çatdıra bilmədiyini duydum. Məndən ötrü tarixi roman Yusif Səmədoğlunun “Qətl günü”, Çingiz Hüseynovun “Fətəli fəthi”, Orxan Pamukun “Mənim adım Qırmızı”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Afaq Məsudun “Azadlıq” romanları timsalında cəlbedicidir. Tarixi şəxsiyyətlərin siyahısını tutub hərəsinə bir roman düzəltmək kədərli haldır, təəssüf ki, ədəbi təsərrüfatımızda bu hal qarşısıalınmaz prosesə çevilib. Belə romanları maddi imkanlar hesabına ölkə sərhədlərindən kənara çıxarsalar belə, diqqəti çəkmir, ölü materiala çevrilir.

- Mövzu baxımından sizi daha çox nə cəlb edir: ümumi fon, tarixin gedişatı, yoxsa xronologiya, bəlkə obrazlar? 

- Yazmağa başlayanda əksər qələm adamları kimi elə fikirləşirdim, əsərin təməli maraqlı əhvalatdı, hadisələr nə qədər cəlbedici olsa, o qədər diqqət çəkəcək. Sonra dilin obrazlılığına daha çox fikir verməyə başladım. İndi tamam başqa məqama gəlib çatmışam, artıq məndən ötrü başlıca ölçü nəql elədiyim dövrün havasıdı, hadisə də, dil də, obrazlar da o havanın içindədi. Bədii əsər üçünsə xronologiyanı şərti bir şey hesab eləyirəm. Yazıçı xronologiyanı istədiyi kimi dağıda, başqa cür qura bilər. Bu, onun əlahiddə haqqıdır, öz haqqından istədiyi kimi istifadə eləyə bilər. Salnamələri az-çox bədiiləşdirib romana çevirmək xüsusi istedad tələb eləmir, güman ki, son vaxtlar tarixi romanların kəmiyyət partlayışı bununla bağlıdır.

- Yazmamışdan plan tutursunuz? Ümumiyyətlə, iş üslubunuz necədir? 

- Heç bir xüsusi planım olmur. Yazmaq istədiyim mövzu beynimdə yetişir, ətə-qana dolur. Əlbəttə, tarixi mövzuları işləyəndə oxuduqlarımla bağlı xırda-para qeydlər aparıram, vacib məqamları diqqətdən qaçırmamağa çalışıram. Əsər beynimdə tamam yetişməmiş yazmağa başlamıram. Bir qayda olaraq da bədii yazılarımın hamısını əllə, qələmlə kağıza köçürürəm, indiyəcən kompüterdə bir cümlə belə yazmamışam. Bu müddətdə də çox narahat, adamayovuşmaz oluram, təkcə səfərlərə çıxmağı, yol boyu düşünməyi sevirəm. Özümü artıq hazır hiss eləyəndə otağıma qapanır, əsərin adını yazır, ilk cümləni tapanacan olmazın əziyyət çəkirəm. Ondan sonra elə bil ayağım yerdən üzülür, başımsa göyə çatmır, çəkisizlik şəraitinə düşürəm. Bu, adama xüsusi zövq verən yarıbayğınlıq halıdı, yazıya son nöqtəni qoyanacan da beləcə davam eləyir.

- Məmməd Səid Ordubadi dahi şair Nizami Gəncəvinin portretini daha da ictimailəşdirib, şairin həyatı içindən tarixə keçid edib, o dövrün siyasi proseslərində qaynayan türk dövlətlərini, şərqi Asiyanı, bütövlükdə ərəb dünyasını Nizami tarixçəsinə toplamışdı. Polyak yazıçısı Boleslav Prus isə itmiş keçmişdən tapdığı, taleyi naməlum bir adın üzərində möhtəşəm "Firon" romanı ilə Ramzesin tarixini yazmışdı. XX əsr Amerika yazıçısı Kurt Vonnequt böyük ustalıqla yaşadığı bir tarixi bilərəkdən təhrif etməklə, o biri yandan da baş verənlərin əslində həqiqət olduğunu anlatmaqla, anti-utopiya janrında “Pişik beşiyi” kimi roman ərsəyə gətirmişdi. Yazıçının tarixi hadisələrə subyektiv yozumunu, real faktlara sərbəst yanaşma tərzini, ciddi mövzulara ironik münasibətini qəbul edirsinizmi? 

- Şübhəsiz, bütün bunlar yazıçının, ümumiyyətlə yaradıcı adamın haqqıdır. Məncə, yaradıcı adamın missiyası stereotip yaratmaq yox, əksinə, stereotipləri dağıtmaqdı. Məsələn, böyük Portuqaliya yazıçısı Joze Saramaq “İsanın İncili” romannda İncildəki hadisələri alternativ mövqedən nəql eləyib, İsanı insaniləşdirib, qanunları və peyğəmbərləri inkar eləyən inqilabi obraz səviyyəsinə qaldırıb, Müqəddəs Üçlük haqqında ilkin doqmanı dağıdıb. Ona ədəbiyyat üzrə Nobel mükafatı da fantaziya və ironiyanı pritça formasında ifadə eləmək siqlətinə görə verilib. Eləcə də Çingiz Hüseynovun “Yıxılmış səhəngdən su dağılmasın gərək”, “Merac”, “Məhəmməd”, Kamal Abdullanın “Yarımçıq əlyazma”, Afaq Məsudun “Azadlıq” romanları tarixə özünəməxsus yanaşma faktlarıdı. Onlardan birincisi “Qurani hekayələr”di, yəni peyğəmbərlik fenomenini anlamaq cəhdi ilə Quran stilistikasında (“şüur axını”, assosiativlik) yazılmış əsərdir; ikincisi bütünlüklə Məhəmmədin Məkkədən Qüdsə möcüzəli gedişi (uçuşu) və özündən əvvəlki peyğəmbərlərlə görüşü (isra və merac, əl-İsra və əl-Mirac) süjeti üzərində qurulmuş romandır. Üçüncüsü isə Məhəmmədin tərcümeyi-halı, onun Quran mətninin bizə çatdırılmasında rolu, İlahi Kitabın quruluşunda insan amili (insan əli!) və peyğəmbər və dövlət xadimi kimi Məhəmməd haqqında dini-dünyəvi üslubda yazılmış analitik tədqiqatdı. “Yarımçıq əlyazma” tarixə sərbəst yanaşmanın orijinal nümunəsidir. “Azadlıq” romanında isə müəyyən bir dövrdə Azərbaycanda baş verənlər, ölkəni bürümüş kütləvi çaşqınlıqlar, xaos və mitinqlər dönəminin iştirakçısı olmuş ayrı-ayrı fərdlərin azadlığı ön plana çıxır.

- Adətən, tarixi romanlarda müəllif həmin dövrə aid ifadələrə, danışıq dilinə xüsusi diqqət yetirir. Amma bəzi müəlliflər özləri tarixi intonasiya yaratmağa çalışırlar. Bütün bunlara yazıçı kimi necə baxırsınız? 

- Fikrimcə, hər iki yanaşma məqbuldu. Təbii ki, məsələn, XIV yüzilliyin axırı, XV yüzilliyin əvvələrində “Məhşər”, XVI yüzillikdə “Mənim adım Qırmızı” romanındakı kimi danışmayıblar, bunu o dövrün salnamələrinin dilindən də ayırd eləmək olar. Amma əvvəla, indi heç bir qələm adamı o dillə yaza bilməz, yazsa belə, o cür dillə oxucuların qəlbinə yol tapa bilməz. Bu baxımdan tarixi romanlarda dövrün dili kifayət qədər şərtidi, yalnız o zamanın ab-havasını mümkün qədər çatdırmaq funksiyası daşıyır. Belə məqamda yalnız “qızıl orta” prinsipinə əməl eləmək, yəni həm dövrün dilini, həm də oxucunun söz yaddaşını nəzərə almaq lazım gəlir. Əlbəttə, “Nadir Şah iclası bağlı elan etdi” səviyyəsində dillə nə Nadir Şahın yaşadığı XVIII yüzilin havasını çatdırmaq, nə də XXI yüzilin oxucusunu razı salmaq olar. Müəyyən bir tarixin özünəməxsus intonasiyasını yaratmaqsa heç də hər yazıçıya qismət olmur. Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı, fikrimcə, dediyin o intonasiyanı yaratdığına görə bu qədər bəyənilir, qiymətləndirilir. Belə üslub da quru yerdə yaranmır, istedadla yanaşı dərin savad, tarixə bələdlik tələb eləyir.

- Müasir ədəbiyyatımızın Azərbaycanda tarixi roman janrının inkişafı mərhələsində olduğunu demək olarmı? Bu yükü daşıya biləcək yazıçı nəsli, ədəbi məktəb yetişibmi?  
 
- Məncə, bu iddianı irəli sürmək üçün əlimizdə kifayət qədər əsas yoxdu. Çünki inkişafı kəmiyyət yox, keyfiyyət müəyyənləşdirir. Tarixi romanlar sayca əvvəki dövrlərdən çox yazılsa da, səviyyə məsələsində hələ öyünməli bir həddə çatmamışıq. Hər qələm sahibindən tarixə, məsələn, Çingiz Hüseynov kimi orijinal yanaşma gözləmək olmaz. Son illər oxuduğum Sabir Rüstəmxanlının “Ölüm zirvəsi”, “Şair və Şər”, Kamal Abdullanın “Sehirbazlar dərəsi” romanları tarixə münasibətin müxtəlif çalarlarını üzə çıxarır, həm bütövlükdə ədəbiyyatımızın, həm də milli roman janrının uğurlarından sayılır. Məmməd Orucun “Köçürülmə”, Əlabbasın “Qiyamçı”, Aslan Quliyevin “Ağrı” romanlarında tarix alt qatda olsa da, dövrün ruhu aydın sezilir. Şübhəsiz ki, məktəb yarada biləcək siqlətdə olan yazıçılarımız var, o məktəbin yaranıb-yaranmadığınısa zaman göstərəcək.

- Romançı kimi tanınan yazıçı Nəriman Əbdülrəhmanlı öz yaradıcılığında qlobal bəla olan koronavirus pandemiyasını nə vaxtsa böyük romana çevirəcəkmi? 

- Yəqin ki, yox. Çünki bundan ötrü gərək həqiqətə çatasan, o həqiqətsə sözün əsl mənasında əlçatmazdadı. Şübhəsiz, pandemiya haqqında yazanlar tapılacaq, artıq yazmağa da başlayıblar. Amma bütün bunlar üst, görünən qatdı. Əlbəttə, dövr içində başqa mövzuları qələmə almaq olar. Sırf pandemiya haqqındasa özümü təmin eləyən bir şey qələmə ala biləcəyimi güman eləmirəm. Ona görə də bu barədə düşünmürəm... 

Söhbətləşdi: Oqtay Qorçu
Oxşar xəbərlər
19:59, Bu gün
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
19:56, Bu gün
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
19:52, Bu gün
11-ci sinif şagirdi vəfat etdi
19:45, Bu gün
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
19:44, Bu gün
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
19:43, Bu gün
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
19:37, Bu gün
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
19:34, Bu gün
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
19:18, Bu gün
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
19:17, Bu gün
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
19:16, Bu gün
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
18:40, Bu gün
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
18:29, Bu gün
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
18:25, Bu gün
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
18:15, Bu gün
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
17:58, Bu gün
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
17:53, Bu gün
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
17:51, Bu gün
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
17:46, Bu gün
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
17:43, Bu gün
İranda zəlzələ olub
17:39, Bu gün
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
17:36, Bu gün
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
17:31, Bu gün
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
17:27, Bu gün
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
17:22, Bu gün
İlham Əliyev fərman imzaladı
17:18, Bu gün
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:14, Bu gün
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
17:11, Bu gün
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
17:09, Bu gün
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
17:07, Bu gün
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
17:02, Bu gün
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
16:57, Bu gün
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
16:52, Bu gün
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
16:48, Bu gün
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
16:47, Bu gün
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
16:46, Bu gün
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
16:44, Bu gün
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
16:39, Bu gün
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
16:33, Bu gün
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
16:28, Bu gün
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
16:22, Bu gün
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
16:17, Bu gün
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
16:12, Bu gün
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
16:07, Bu gün
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
16:02, Bu gün
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
16:00, Bu gün
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
15:58, Bu gün
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
15:53, Bu gün
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
GÜNLÜK
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
AYLIQ
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR