“Lavrovun bu mövqeyi Azərbaycanın mənafelərinin ziddinə deyil” – MÜSAHİBƏ
Oxunub: 3560
23 Apr 2020 | 22:45
“Lavrovun bu mövqeyi Azərbaycanın mənafelərinin ziddinə deyil” –   MÜSAHİBƏ

“Qüdrət Həsənquliyev uzun illərdir siyasi prosesləri çox yaxından izləyən, hər zaman öz orijinal mövqeyi ilə seçilən bir simadır”

 


 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair son açıqlaması və onun ətrafında gedən müzakirələrə özünəməxsus münasibət sərgiləyib.

 

Millət vəkilinin Moderator.az-a mövzu ilə bağlı fərqli fikirlərlə zəngin olan müsahibəsini təqdim edirik:

 


- Rusiya xarici işlər naziri Sergey Lavrov münaqişənin mərəhələli həlli ilə bağlı yenidən ciddi müzakirələrə səbəb olan açıqlama verib. Siz indiki məqamda bunu necə qiymətləndirirsiniz?

 

- Öncə onu vurğulayım ki, Lavrov kimi ehtiyatlı və az qala Sovet dövrünün xarici işlər nazirləri haqqında formalaşan “mister yox” imici kimi eyni xarakteri daşıyan birinin dilindən çıxan ifadələr şübhəsiz ki, təkcə iki ölkənin informasiya məkanında deyil, beynəlxalq aləmdə də diqqətlə izlənməkdədir və təhlil olunur. Bu, özü-özlüyündə düşüncələri və fikir istiqamətlərini dəyişdirir. Digər yandan da hesab edirəm ki, hazırkı dövrdə bu, Minsk Qrupuna bir fəaliyyət istiqaməti kimi də görünə bilər.

 

 

Burada bir məsələni qeyd edim ki, Paşinyan hakimiyyətə gələndən sonra dah çox inqilabi-demokratiya “libası” ilə proseslərin Dağlıq Qarabağ münaqişəsinə daşınacağı düşünülürdü. Əvvəllər Ermənistanda hərbi-səhra komandirləri siyasi rəhbərliyə gəlirdilər, bu da münaqişənin həllini qeyr-mümkün edən amillərdən biri kimi qəbul edilirdi. Paşinyan gəldikdən sonra hesab edilirdi ki, bəlkə bu dəfə müharibələrdə iştirak etməyən mülki bir şəxs, hansı ki, birbaşa azərbaycanlıların qətlində iştirak etməyib, belə adamların siyasi hakimiyyətə gəlməsi situasiyanı dəyişdirə bilər - deyə uzun illərdən bəri mediada və ekspert camiəsində formalaşan düşüncə, mən deyərdim ki, xeyli zərbə aldı. Göründü ki, əksinə, bu komanda daha radikal münasibət sərgiləməyə başladı. Əvvəlcə onlar, ümumiyyətlə, Ermənistanı danışıqlardan kənarda saxlamağa çalışdılar. Lakin Azərbaycanın israrlı mövqeyi onları masaya qaytara bildi.

 

İndi isə Lavrov kifayət qədər prinsipial bir açıqlama ilə çıxış edib. Söhbət mərhələli həlldən gedir. Mnatsakanyanın dərhal buna reaksiyasını gördünüz və bu azmış kimi bunun ardınca Ermənistanın XİN sözçüsü açıqlama verdi ki, guya son 2 ildə bağlı qapılar arxasında münaqişə ilə bağlı danışıqlar aparılmayıb. Lakin aydın məsələdir ki, burada ilk baxışda görünməyən detallar çox önəmlidir.

 


- Siz nələri nəzərdə tutursunuz?

 

- İlk növbədə burada söhbət Ermənistanın indiki rəhbərliyi ilə Rusiya arasındakı böyük konfrantasiyanın mövcudluğundan gedir. Yəni aşkar görünən odur ki, Paşinyan bu və digər formada Ermənistanın guya müstəqilliyini nümayiş etdirməyə çalışaraq, hətta bir az da irəli gedərək sanki “Qafqazda heç bir geosiyasi bucaqdan asılı deyilik” mənzərəsini yaratmaq, bunun üçün Qərb dairələrindən daha çox yardım almaq ümidi ilə gəlib özünü Dağlıq Qarabağ məsələsində düyünə salıb.


Digər tərəfdən, əgər həqiqətən də Rusiya münaqişənin mərhələli həllində israrlı olacaqsa, bu, nələrə səbəb ola bilər? Burada bir neçə versiya var.

 

Düşünürəm ki, biz ilk növbədə ehtimal edə bilərik ki, çox mümkündür ki, Qərb dairələri İrəvan və Moskva arasında olan bu ziddiyətdən öz maraqları üçün istifadə etsinlər. Ermənistanı öz yanlarına çəkmək məqsədilə ondan faydalansınlar, ona qarşı dəstəkləyici addımlar atsınlar. Halbuki, Putinin idarəçiliyi dövründə Azərbaycanla münasibətlər o dərəcədə strateji bir səviyyədə inkişaf edibdir ki, Rusiya Azərbaycana çox rahatlıqla milyardlıq silahlar verə bilir, digər tərəfdən isə heç bir halda, məsələn, Abxaziyadakı kimi Qarabağdakı rejimi tanımağa xidmət edən hər hansı bir addımı atmır, o cümlədən, Rusiyanın informasiya məkanında da 90-cı illərdəki mənzərə təkrar olunmur. Yəni Azərbaycana daha hörmətli və onun müstəqilliyinə ehtiram göstərən bir münasibət sərgilənir. Nəzərə alsaq ki, Rusiya kifayət qədər böyük bir coğrafiyaya, rəngarəng etnik tərkibə və fərqli ideologiyaları daşıyan informasiya vasitələri olan bir ölkədir. Belə olan təqdirdə, ikincisi o ola bilər ki, Ermənistan danışıqlar prosesini maksimum baykot edən addım atsın, burada da Rusiyanın mövqeyi çox əhəmiyyətlidir.

 

Biz çox arzulayırıq ki, Lavrovun bu açıqlaması postpandemiya dövründə Kreml tərəfindən Qafqazdakı proseslərə yönəlmiş yeni strategiyanın tərkib hissəi olsun.

 


- Ermənistanda bəziləri bunu və Lavrovun qazın qiymətlərinə yenidən baxılması ilə bağlı açıqlamasını işğalçı ölkəyə qarşı təzyiq və şantaj üsulu hesab edirlər. Sizcə, indiki məqamda, bu, həqiqətənmi belədir, ya sizin dediyiniz kimi, postkarona dövründə Rusiya siyasətinin davamlı tərkib hissəisi olacaq?

 

 - Dövlətlərin siyasəti hər zaman bir parametr üzrə olmur. Burada motiv o mənada önəmli ola bilər ki, bu mövqe Azərbaycanın mənafelərinin ziddinə deyil. Hətta həqiqətən sözügedən bəyanatlar Rusiyanın Ermənistanda iqtisadi və hərbi varlığına yönəlibsə, o cümlədən Ermənistanın bəzən Qərblə açıq təmaslaırını əngəlləməyə xidmət edərsə belə, bu, yenə də bizim maraqlarımızı qətiyyən zərbə alıtnda qoymur. Əksinə, deyərdim ki, xeyrimizə işləyir. Nə üçün?

 

Xatırladaq ki, biz 90-cı illərdə məhz bu şəraitdə məğlub olmuşuq. Yəni bizi bir sıra hallarda Qərblə yaxın əlaqlərimizə görə “cəzalandırıblar”. Belə olan halda düşünürəm ki, Rusiyanın Ermənistana bu maksimal təzyiqlərini Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti formalaşdırıb. Bu isə bir günün içərisində yaranmayb. Əgər bu məsələ ictmailəşibsə, xüsusilə də Ermənistan dərhal bu açıqlamaya reaksiya verməyə məcbur olubsa, bu, özlüyündə iki ölkə arasında ortada olan böyük ziddiyəti sübut edir.

 

Mən elə düşünürəm ki, Prezident İlham Əliyevin dəfələrlə Putinlə yüksək səviyyədə münasibətlərini nümayiş etdirməsi, Qərbdən olan təzyiqlər fonunda antirusiya cəbhəsi açmaması, eləcə də Avropa Birliyi ilə münasibətlərimizi Ukrayna kimi Moskvanın əleyhinə çevirməməsi, mədəni əlaqələr və sair amillər hazırkı dövrdə ən yüksək münasibətləri meydana çıxarıbdır. Ona görə də dediyiniz davamlılıq bizim situasiyanı nə dərəcədə düzgün dəyərləndirməyimizdən, siyasi hərəkatlar, media, beyin mərkəzlərinin mövqeyindən asılı olacaq. Əgər kimlərsə buna 90-cı illərdəki kimi, bizdən istifadə edildiyi anlamında yanaşacaqsa, bu yanlış olacaqdır.


Məgər Azərbaycan vasitəsilə Ermənistanın cəzalandırılması doğrudanmı bizi rahatsız etməlidir. Mən əsla belə düşünmürəm - sondakı bu, beynəlxalq hüququn təmin edilməsidi, haqqın öz yerini tapmasıdır.

 

 

- Yəni, demək istəyirsiz ki, mahiyyətindən asılı olmayaraq, bu, ərazilərimizin azad edilməsinə səbəb olacaqsa, bizim üçün məqbuldur?

 

- Tamamilə doğrudur. Torpaqlarımzın işğaldan azad edilməsinə xidmət edən mövqe, həm də Ermənistanın cəzalandıırlması kimi bir əməliyyatın nəticəsi olacaqsa biz bundan çəkinməməliyik. Əlbəttə, bu, mediada və siyasi düşərgələrdə fərqli düşüncələrin olmasını qadağan etmir. Lakin mən hesab edirəm ki, burada Azərbaycanın ardıcıl işi mühüm rol oynayıbdır.

 


- Deputat həmkarınız, BAXCP sədri Qüdrət Həsənquliyevin danışıqların birbaşa Rusiya ilə aparılması haqqında açıq çağırışları ilə yəqin ki, tanışsınız. Bu barədə fikirləriniz maraqlı olar...

 

- Qüdrət Həsənquliyev bir partiya rəhbəri olaraq uzun illərdir siyasi prosesləri çox yaxından izləyən, hər zaman öz orijinal mövqeyi ilə seçilən və əksər hallarda milli mənafelər məsələsində prinsipiallığı ilə tanınan bir simadır. Digər tərəfdən, hesab edirəm ki, onun məhz Rusiya faktrounu belə qabartmasının özünəməxsus tarixi əsasları vardır. Lakin məsələnin başqa cəhəti də odur ki, əslində elə danışıqlar Rusiya ilə gedir. Söhbət ondan gedir ki, məsələ hansı paytaxtlarda həll edilir-edilsin sonda onun nəticəsi Ermənistanla aydınlaşdırılmalıdır də. Danışıqlar harada gedir-getsin, istər Moskvada, istər Strasburqda, Berlində, harada olur-olsun, sonucda İrəvanda tamamlanacaq.

 

Belə olan halda Azərbaycan BMT qətnamələrinə uyğun olaraq danışıqların formatını qoruyur. Qoy, bu modelii Ermənistan dağıtsın, bu, qətiyyən bizim ziyanımıza olmayacaq.

 


Taleh   

Oxşar xəbərlər
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
13:15, Bu gün
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
13:10, Bu gün
“Özləri həyatda olmasalar da, onların nəfəsi, izi hər zaman mənim qulağımda, ürəyimdə, yaradıcılığımda olacaq” - ÖZƏL + VİDEO
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
GÜNLÜK
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO