\"Xarici İşlər Nazirliyimiz özünü ATƏT-in Minsk qrupunun yaratdığı bir firma kimi aparır\"
Oxunub: 2201
22 Apr 2020 | 17:39
\
Ötən gün Rusiyanın xarici işlər naziri Azərbaycnın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin də danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verdi. Ardınca Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirdi, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi. Düşündüm ki, bu erməni həyasızlığının cavabının sərt şəkildə ilk olaraq görəsən hansı qurum verəcəkdir? Baxdım ki, yenə də sərt və tutarlı cavab Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən gəldi. İllərdir artıq alışmışıq: işğalçı Ermənistanın bütün sayıqlamalarının cavabını Valday Diskussiya Klubunda, MDB dövlət başçılarının zirvə görüşüdə, yaxud Münhen Təhlükəsizlik konfransı çərçivəsində təşkil olunan açıq debatda birbaşa ölkə prezidenti cənab İlham Əliyevin özü verir. Bəzən də bu missiyanı başqa platformalarda onun administrasıyasının məsul şəxsləri öz üzərinə götürürlər. 
Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər” keçirməsinə  münasibətdə də yenə bu yükü İlham Əliyev öz çiyninə götürərək 2020-ci ilin 1-ci rübünün sosial-iqtisadi yekunlara həsr olunan müşavirədə Azərbaycanın qəti mövqeyini ifadə etdi və sistemli çalışan erməni xarici siyasət maşınının formalaşdırdığı təbliğatın effektini heçə endirdi. Bizim bu milli davamızın yükünü ən çox ölkə prezidenti, ardınca da ayrı-ayrı siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətənsevər ekspertlər, diaspora təmsilçiləri götürərək haqq işimizi təbliğ etməklə illərdir erməni yalanlarının effektini azaltmağa çalışırlar. Bu savaşda görünməyən yalnız bir qurum var. O da bu sahədə cəbhənin ön xəttində olması vəzifə borcu sayılan xarici işlər nazirliyimiz və xarici işlər nazirimiz cənab Elmar Məmmədyarovdur. Fərdi qaydada alt səviyyələrdə fədakarlıq edən bir sıra diplomatlarımızın əziyyətlərini yerə vurmadan əminliklə söyləyə bilərəm ki, bizim xarici işlər nazirliyimiz özünü ATƏT-in Minsk qrupunun yaratdığı bir firma kimi aparır. Diqqət etsəniz, görərsiniz ki, Ermənistan xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda Azərbaycan xarici işlər naziri cəbhədə atəşkəsin gücləndirilməsindən, COVİD-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışır. Özünü ölkə prezidentindən mandat almış şəxs kimi deyil, sanki ATƏT-in Minsk Qrupu həmsədrlərindən mandat almış filial təmsilçisi kimi apararaq Ermənistan xarici işlər naziri ilə birlikdə 2+3 formatında birgə bəyanatla çıxış edir. Bu o deməkdir ki, ermənilərlə savaşda bizim qəti mövqyi olan Ali Baş komandanımız var, güclü ordumuz var, Vətən üçün qan tökməyə hazır xalqımız var, lakin diplomatik artileriya qurğularımız və canlı birləşmələrimiz sınıq-salxaq vəziyyətdədir.
Bütün ölkə və dünya koronavirusla mübarizə apararkən xarici işlər nazirliyinin Azərbaycan idarəetmə sistemində qətiyyən rolu görünmür. Yalnız martın sonundan alayarımçıq nəsə bir iş görməyə başladı və onu da effektli şəkildə başa çatdırmadı. Azərbaycanın gördüyü uğurlu işlər, islahatların xarakteri və mahiyyəti  hələ də beynəlxalq auditoriyaya lazımi səviyyədə çatdırılmır, beynəlxalq təşkilatlar və digər dövlətlərlə qalıcı faydalı əlaqələr qurulmur. Xaricdə olan vətəndaşlarla görüşmək və durumu izah etmək, həll yolu tapmaq əvəzinə, səfirlərin əksəriyyəti problemi Bakının üstünə atmaqla məşğuldur. Bütün dünyada durum gərgin olduğu halda Azərbaycanın bir sıra ölkələrdəki səfirləri Bakıda istirahətdədirlər.  İndi də bəhanə edib işlədikləri ölkələrə qayıtmırlar. Səfirlərin əksəriyyəti çalışdıqları ölkələrin media məkanında deyil, daha çox Azərbaycan mətbuatında özlərini göstərməklə məşğuldurlar.
Diqqət yetirdikdə görürsən ki, Azərbaycanın xarici işlər naziri yeni tezis və mahiyyət ortaya qoymadan dişsiz, tutarsız və yalnız təkrarlara əsaslanan tezislər əsasında çıxış edir. Sanki ölkənin  milli maraqlara əsaslanan mövqeyini qəti, birmənalı və əsaslı şəkildə ifadə etməkdən çəkinir və ya qorxur. İşğalçı tərəf olan Ermənistan daha sərt və tələbkar formada çıxış edir və bizim xarici işlər nazirliyi isə əsasən özünü sığortalamaq prinsipindən çıxış edir. Özünü heç kimlə pis etməmək, “konstruktiv” görünmək kimi meyarlara üstünlük verir. Sanki öz fəaliyyəti ilə Azərbaycanın dövlət başçısını, Azərbaycan xalqını deyil, bizə qarşı qərəzli mövqeyi ilə seçilən beynəlxalq təşkilatları, ATƏT-in Misk qrupunun həmsədrlərini razı salmaq üçün çalışır. 
Mart ayının sonunda  Azərbaycanın işğal olunmuş ərazilərində qondarma seçkilər keçirildi, ənənəvi olaraq Azərbaycanın xarici işlər nazirliyi öz rolunu sadəcə əvvəlki illərdə verdiyi bəyanatı təkrarlamaqda gördü.  Nə Azərbaycanın xarici işlər naziri, nə də  müavinlərindən hər hansı biri başlarını özləri üçün diplomatik sanatoriyaya çevirdikləri nazirliyin virtual binasından çölə çıxarıb ciddi bir mövqe ifadə etmədilər. Qondarma “seçkilər”lə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı da Azərbaycanın maraqlarına uyğun gəlmirdi. Xarici işlər nazirliyi sanki bu işin səhiyyə nazirliyinə aid məsələ olduğunu düşünərək  həmsədr ölkələrə tutarlı cavab vermədi. Bu qurumun başında duran şəxslərin öz vəzifə borclarına ciddi yanaşmaması, hər şeyi “öz-özünə düzələcək” inancı ilə əhəmiyyətsizləşdirməsi belə bir təşkilatın varlığı ilə yoxluğu arasında bir fərqin duyulmadığını göstərir. Onların əvəzinə yenə də bu işi Azərbaycan prezidenti gördü və ən sərt formada qondarma qurumun “saxta seçkilərinin” mahiyyətini ifşa etdi. 
Öz maraq standartlarından formalaşdırdıqları insan hüquqlarını əllərində bayraq edərək Azərbaycana təzyiq göstərməyə çalışan ermənipərəst beynəlxalq təşkilatların da cavabını çox nadir hallarda  xarici işlər nazirliyi verir. Bu qərəzli qüvvələrin də tutarlı cavıbını yenə də ölkə prezidenti İlham Əliyev verməyə məcbur qalır.
Bütün bunlar, eyni zamanda xarici işlər nazirliyinin aparatında və bir çox diplomatik nümayəndəliklərdə mövcud olan yarıtmaz kadr siyasətinin nəticəsidir.  Bu qurumda coğrafi bölgü prinsipi əsasında siyasi idarələrin rəisi olan şəxslərin əksəriyyəti,  ümumiyyətlə diplomatik fəaliyyətə yararsızdılar. Ancaq gün keçirməklə məşğuldurlar və ölkənin tale yüklü problemlərinin həllinə biganə yanaşırlar. 
Bu gün xarici işlər nazirliyində olan ətalət və qeyri-peşəkarlıq mühitinə görə illər uzunu formalaşmış peşəkar kadrlar, vətənpərvər insanlar diplomatik fəaliyyətdən bezərək uzaqlaşırlar. Burada işə götürmə qaydaları qeyri-şəffaf xarakter daşıyır. Xarici işlər nazirliyinin konsulluq idarəsi də mahiyyət etibarilə vətəndaşları incitmək və rüşvətxorluq prinsipləri əsasında çalışır. 
Bir neçə dəfə Milli Məclisin plenar iclasında da səsləndirmişəm ki, Azərbaycanın xarici işlər nazirliyi ölkə prezidentinin yürütdüyü hücum xarakterli diplomatiyaya dəstək vermək və bundan irəli gələn tapşırıqları icra etmək gücündə və iqtidarında deyil. Həm də əminliklə söyləyə bilərəm ki, buna heç maraqlı da deyillər.
Əgər biz, bu ölkənin maraqlarını fədakarcasına müdafiə edən, buna bir şərəf məsələsi kimi baxan bir xarici siyasət qurumuna, bir vətənsevər və peşəkar nazirə, eyni zamanda sağlam diplomatik korpusa sahib olmasaq, bu sahədə nöqsanları düzəltməsək, ciddi kadr islahatları aparmasaq, COVİD-19 fəlakətindən sonra başlayacaq yeni və daha ağır beynəlxaq münasibətlər sistemində fəal oyunçuya çevrilməkdə çətinlik çəkəcəyik.

Fazil Mustafa, Millət vəkili
Oxşar xəbərlər
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
GÜNLÜK
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 17:50
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”