“Qarabağ”ın “Ayntraxt”la görüşlərində şansları qiymətləndirmək çətindir. Əgər “Qarabağ” sürətli oynasa, qalib gələ bilər. Əks halda, çətin olacaq”. "Apasport.az" saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Avropa Liqasının pley-off mərhələsi haqda da danışıb.
Foqts bu mərhələdəki yeganə təmsilçimiz “Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə dueldən qalib ayrılmaq şansını dəyərləndirib: “Ayntraxt” keçən il Bundesliqaya qayıdıb, 6-cı yeri tutub. İndi zəifdir, həftəsonu “Herta”ya 1:6 hesabı ilə uduzub. “Qarabağ”ın az da olsa şansı var. Mən həmkarımın qrup mərhələsinin iştirakçısı olmağını istərdim”.