"Bunun üçün jurnalistlərin telefonla Milli Məclisə daxil olma qadağasının ləğvi şərtdir"
Oxunub: 3686
08 Apr 2020 | 10:11
Bir neçə gün öncə Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında sərəncam qəbul etdi.

Bu o deməkdir ki, ölkədə başladılan islahatlar Ali Qanunverici Orqanda davam etdiriləcək. Parlament Jurnalistlər Birliyinin üzvləri isə parlamentin media ilə iş prinsipində də dəyişiklik olacağı gözləyir.

Bəs, maraqlıdır, parlament jurnalistləri bu islahatlar çərçivəsində jurnalistlərin işinin asanlaşdırılması, parlament fəaliyyətinin cəmiyyətə daha rahat çatdırılması üçün nə təklif edir?

Modern.az məsələ ilə bağlı Parlament Jurnalistləri Birliyinin bir qrup üzü arasında sorğu keçirib:

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə parlament üzvələrinin mediaya diqqətli yanaşmasını istəyir:

“Bu islahatların real nəticəsini görməyimiz üçün ilk növbədə jurnalistlərin telefonla Milli Məclisə daxil olma qadağasının aradan qaldırılması şərtdir. Bu günədək nə parlamentin rəhbərləri, nə də bir-iki deputatı çıxmaq şərrtilə Milli Məclisin heç bir üzvü çıxışlarında jurnalistlərə "xala, xətrin qalsın" olsa belə xitab etmədilər, bunun anlamı o ki, ya bizlərin qədir-qiymətini hələ də anlamaqda çətinlik çəkirlər, ya da bilərkədən bizi saymadıqlarını bu yolla ifadə etmək istəyirlər. Bu davranışlara da son qoyulması parlamentin fəaliyyətini işıqlandıran qələm əhlinin qismən də olsa məmnun edərdi. Bizlərin parlament rəhbərliyindən və sıravi deputatlardan umacaqları və gözləntiləri çox deyil, azacıq diqqət göstərmələri yetər ki, onları cəmiyyətə haqq etdiklərindən də artıq şəkildə təqdim edək”.

“Report.az” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə komitə iclaslarının açıq olmasının vacibliyini vurğulayıb:

“Son illərdə müəyyən subyektiv mülahizələrlə Milli Məclisin komitə iclaslarına jurnalistləi dəvət etmirdilər. Komitə iclaslarında yalnız AzərTAC Dövlət Agentliyi və Milli Məclisin mətbuat xidməti iştirak edirdi. Belə olan halda da onların vasitəsi ilə biz “ütülənmiş” məlumatları ala bilirdik.

Yəni hansı deputatın hansı təklifi verdiyi, ümumi məsələyə münasibəti və.s bilmirdik. Təbii ki, belə olan halda da təqdim olunan informasiya bizim üçün yetərli olmurdu. Amma vaxtilə komitə iclaslarında iştirak etmişəm. Bir çox hallarda komitə iclasları hətta parlamentin plenar iclaslarından da maraqlı keçirdi. Çünki orda müzakirələr daha çox olurdu, daha çox təkliflər səsləndirilirdi. Bəzən də qanunvericiliyə təklif olunan əlavə dəyişikliklərə daha sərt reaksiyalar olurdu. Əksər hallarda da deputatlar arasında fikir çəkişməsinə şahidlik edirik. Amma təəssüf ki, sonradan iclaslar qapalı keçirilməyə başladı. Hazırda yeni formalaşan Milli Məclisdən cəmiyyətin gözləntiləri böyükdür. İnsanlar düşünür ki, parlament Azərbaycan cəmiyyətinin həyatında böyük rol oynamağa başlayacaq. VI çağırış Milli Məclisin açılışında Prezidnet İlham Əliyev bu kimi işlərlə bağlı deputatları daha fəal olmağa, beynəlxalq təşkilatlarda aktiv olmağa çağırdı”.

İ.Əlizadə Milli Məclisin media fəaliyyətində görüləsi işlərin çox olduğunu qeyd edib:

“Milli Məclisin media fəaliyyətinə gəldikdə isə burda da kifayət qədər görüləsi işlər var. Əvvəla onu deyim ki, Milli Məclisin son illərdə fəaliyyətini işıqlandırmaq üçün əlverişli şərait yoxdur, müəyyən qadağalar tətbiq olunub. Bu qadağalar mütləq ləğv olunmladır. Jurnalistlər iclaslara telefon, smartfonla daxil olmalıdır. Bir neçə il əvvəl bu qadağalar yox idi. Yəni müəyyən bir hadisə baş verdiyi üçün məhdudiyyətlər tətbiq olundu. Düzdür, Parlamentin Jurnalistlər Birliyinin üzvləri üçün nəzərdə tutlmuş otaqda kompüterlər var, amma onların da sayı kifayət qədər deyil. Ona görə telefon qadağası aradan qalxmaldır. Bundan başqa, Milli Məcisin fəaliyyəti jurnalistlər üçün əlçatan olmalı, parlament rəhbərliyinin qapısı mediaya açıq olmalı, medianı maraqandıran sullara cavab verilməlidir. Milli Məclisin digər vəzifəli şəxsləri də jurnalistlər üçün əlçatan olmalıdır. Burda söhbət şöbə müdirlərindən, müdir müavinlərindən və.s. gedir.

Həmçinn Milli Məclisin mətbuat xidmətinin də fəaliyyətinin genişləndirilməsi çox yaxşı olardı. Komitə iclasları açıq keçirilməli, jurnalistlərin iclası izləməsinə maneə yaradılmamalıdır. Milli Məclis rəhbəri xaricə səfər edən zaman yaxşı olardı ki, bir neçə aparıcı KİV nümayəndəsi heyətin tərkibinə daxil edilsin və onlar da Milli Məclis rəhbərini müşahidə edərk, fəaliyyəti geniş işıqlandırsın. Mən dediyim hər şey Milli Məclisin xeyrinədir. Çünki onlar işləyir və bu işin cəmiyyətə çatdırılması üçün mətbuata açıq olmalıdırlar”.

Modern.az saytının əməkdaşı Namidə Bingöl Milli Məclisin işlər idarəsi və aparatında dəyişikliklərə əvvəldən ehtiyac olduğunu bildirib:

“Son illərdə ölkədə bir çox sahələrdə köklü islahatlar həyata keçirilir.Təbii ki,  islahatların həyata keçirilməsi vətəndaşların xeyrinədir. Biz media təmsilçisi olduğumuz üçün həmişə bu istiqamətdə islahatların aparılmasının tərəfdaşı olmuşuq. Bu da bizim vətəndaşlara daha yaxşı xidmət etməyimizə kömək ola bilər. Milli Məclisin işlər idarəsi və aparatında dəyişikliklərə çoxdan ehtiyac var idi. Çünki parament elə bir sahədir ki, hər bir vətəndaşın maraq dairəsindədir. Biz də deputatlar haqqında informasiyaları oxuculara daha yaxşı formada çatdırmağa çalışırıq. Milli Məclisin mətbuat xidmətinin gələcəkdə jurnalistlərlə daha sıx əməkdaşlıq etməsini istərdim. Çünki cəmiyyət üçün vacib olan, qanun layihələrinin hazırlanmasıdır. Bu qanun layihələri mətbuat xidməti vasitəsi ilə jurnalistlərə təqdim olunmalıdır. Jurnalistlər də qanun layihələrini daha detallı ictimaiyyətə təqdim etməlidir. Çünki qanun layihəsi əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, səhhətinə, təhsilinə, bütün sahələrə  birbaşa dəlaət edir.

Eyni zamanda, Milli Məclisin mətbuat xidməti müasir standartlara cavab verməyə can atmalıdır. Çünki bu gün sosial şəbəkələr üzrərindən də jurnalistlərlə əlaqəyə girib onlara daha geniş və dolğun məlumat çatdırmaq olar. Ümid edirəm ki, biz jurnalistlər üçün Sahibə xanım Qafarovanın imzaladığı sərəncamın faydası olacaq, media olaraq Milli Məclisin mətbuat xidmətindən məlumatları anında ala biləcəyik. Mətbut xidməti də parlament üzvləri haqqında məlumatlı olmalıdır ki, hansısa deputat haqqında müəyyən bir xəbər yayılanda jurnalistlərə məlumat verə bilsinlər. Yəni mətbuat xidməti ancaq quru informasiyaları verməməlidir”.

“Etikxeber.az” saytının baş redaktoru Kamil Həmzəoğlu Milli Məclisdə əvvəlki qayda ilə məbuat konfranslarının keçirilməsini istəyir:

“Parlamentin yeni seçilmiş rəhbərliyi, komitələrin sədr və sədr müavinləri kifayət qədər savadlı insanlardır və heç vaxt adları hansısa neqativ işdə hallanmayıb. Son bir neçə ildir ki, parlamentdə jurnalistlərə imkan yaradılsa da çox təəssüf ki, 3-4 nəfərə bəzən bir kompüter düşür ki, bu da sayt və agentliklərin işini ləngidir. Çox istərdim ki, bu məsələ öz həllini tapsın. Bir neçə il öncəyə qədər parlament rəhbərliyinin yaz sessiyasından öncə və sonra iki dəfə mətbuat konfransı keçirilərdi. Ən azından orda bütün komitə sədrləri, Milli Məclisin sədrinin birinci müavini yaxud da müavinlərdən biri iştirak edirdi. Mən çox istərdim ki, yenidən bu mətbuat konfransları bərpa olunsun. Eyni zamanda parlamentin bütün rəhbərliyi də konfransda iştirak etsin. İnanram ki, Sahibə xanım Qafarovanın spikerliyi dövründə bu məsələlər öz həllini tapacaq və parlament demokratiyasının genişləndirilməsi istiqamətində töhvələrdən biri olacaq. Parlamentin həm aparatının, həm də strukturunun yenilənməsinə ehtiyac var. Bura yeni nəfəs, yeni ruh gəlməli, müasir düşüncəli, savadlı insanlar strukturlarda əyləşməlidir”.

Oxu.Az-ın parlament müxbiri Aqşin Kərimov hesab edir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın qəbul etdiyi sərəncamlar, tapşırıq və göstərişləri qanunverici orqanla media arasında əlaqələrin genişlənməsinə “yaşıl işıq” yandırır. “Artıq bunun işartılarını da görməkdəyik. Milli Məclisin media ilə iş prinsipində aktivlik müşahidə edilir, məlumatlar operativ şəkildə mediaya çatdırılır. Və yaxud, əvvəllər parlamentin iclaslarının gündəliyi iclasın keçirildiyi gün Milli Məclisin saytında yerləşdirilirdisə, indi bir neçə gün qabaq parlamentin saytına qoyulur”,-deyə A.Kərimov bildirir.

Bununla belə, jurnalist bir çox gözləntisinin olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, ilk növbədə yeni qanun layihələri Milli Məclisin komitə və plenar iclaslarında müzakirəyə çıxarılmamışdan qabaq parlamentin rəsmi saytında dərc olunmalıdır. “Bu, jurnalistlər üçün yeni qanun layihələrinə çıxış imkanlarının əhatəsini genişləndirər. Bundan başqa təklif edərdim ki, Milli Məclisin sosial şəbəkələrdə hesabı açılsın, parlament televiziyası yaradılsın. Xanım spikerdən parlamentin media ilə əlaqələr “coğrafiyasının” genişləndirilməsi istiqamətində daha bir neçə addım atmasını gözləyirəm”,-deyə o əlavə edib.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy parlamentin rəhbər şəxsləri ilə parlament jurnalistlərinin görüşünün təşkil olunmasının yaxşı olacağını bildirib:

“Ölkədə son illərdə davam edən islahatlar prosesinin ali qanunverici orqanı da əhatə etməsi təbii ki, vacib, həm də arzuolunandır. Elə ötən çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilər yolu ilə yeni tərkibin seçilməsinin özü də gecikmədən islahatlar prosesinə töhvə verilməsi istiqamətində atılan növbəti addım hesab olunur.

Milli Məclisin Sədri Sahibə Qafarovanın Milli Məclis Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında sərəncam imzalaması parlament rəhbərliyinin islahatlar prosesində ali qanunverici orqan olaraq yaxından iştirak etmək, bu prosesə töhfə vermək və üzərinə düşən missiyanın öhdəsindən layiqincə gəlmək, həmçinin etimadı doğrultmaq istəyindən irəli gəlir.

Məntiqlə, yenilənmiş parlamentin yenilənmiş strukturu, burada təmsil olunan təcrübəli, savadlı kadrları da olmalıdır, bu mənada prosesi media mənsubları da maraqla izləyir. Milli Məclisin fəaliyyətini işıqlandıran mətbuat nümayəndələrinə sədrin münasibətini elə geridə qalan bir neçə plenar iclas zamanı müşahidə etmək mümkün oldu. Sədrin media mənsublarına önəm verməsi faktı parlament jurnalistlərinin də üzərinə öhdəliklər qoyur.

Mətbuat nümayəndələri proseslərə peşəkarlıqla yanaşmalı, müzakirələrə təqdim olunan və qəbul edilən qanunlarla bağlı cəmiyyətə obyektiv, qərəzsiz məlumat çatdırmalıdır heç şübhəsiz ki.

Fikrimcə, əksər həmkarlarımız hər zaman peşə prinsiplərinə sadiqlik nümayiş etdiriblər. Parlament-jurnalist əlaqələrinin daha da inkişaf etdirilməsi də işin xeyrinə olar. Məsələn, vaxtaşırı parlamentin rəhbər şəxsləri ilə parlament jurnalistlərinin görüşü təşkil olunması, media mənsublarını maraqlandıran suallara cavab verilməsi çox yaxşı olardı. Parlamentə noutbukların gətirilməsinin yasaq edilməsi, telefonlardan istifadənin qadağan olunması kimi keçmiş ənənələrin də aradan qaldırılması işin xeyrinə olardı.

Vaxt var idi mətbuat işçiləri parlamentdə qanunların müzakirəsindən çox, hansısa fors-major hadisələrin baş verməsinə, insidentlərə, mübahisələrə, dava-dalaşlara diqqət yetirir, həmin anları ictimailəşdirməyə önəm verirdilər. Amma yenilənmiş parlamentdə artıq bunu müşahidə etmirik. Etik qaydalar çərçivəsində davam edən müzakirələrin məntiqi nəticəsi olaraq jurnalistlər sensasiya ardınca qaçmır, qanunvericilik bazasının təkmilləşdirilməsi barədə cəmiyyəti məlumatlandırmağa önəm verirlər. Deməli, bu məkanda hansısa markalı telefondan istifadə problem olmamalıdır. Ümumiyyətlə, Milli Məclisin xanım Sədrinin koronavirusla bağlı yaşanan problemlərin aradan qaldırılmasından sonra parlament jurnalistlərini şəxsən dinləmək üçün zaman ayırması çox arzuolunandır".

CBC TV-nin əməkdaşı, veb-redaktor Fərəh Sabirqızı deyir ki, Milli Məclis ilə media arasında çevik və onlayn qaydada işləmə mexanizmləri tətbiq olunmalıdır:

“On beş ilə yaxındır parlamentdə akkreditə olunmuşam, Milli Məclisin işini işıqlandırıram. İndiyədək həm qəzet, həm sayt, həm də televiziya üçün MM iclaslarından reportajlar, müsahibələr, müxtəlif mövzularda süjetlər hazırlamışam. Bəli, indiki dövrdə ölkənin ən önəmli qurumlarından biri, ən böyük informasiya mənbəyi olan Milli Məclis media ilə iş prinsiplərini yenidən nəzərdən keçirməlidir. Bir məqam - neçə illərdir ki, müəyyən səbəblərdə televiziya kameraları zala buraxılmır. Telekanallar deputatların çıxışlarını zaldakı iri monitordan yazmalı olur, bu da görüntü keyfiyyətinin zəifləməsinə səbəb olur. Düzdür, son vaxtlar Milli Məclisin mətbuat xidməti tərəfindən TV-lərə bir neçə dəqiqəlik yüksək keyfiyyətli kadrlar göndərilir. Amma burada deputatların çıxışları yer almır.

Deputatları arxa yöndən çəkmək praktikasına son vermək üçün plenar iclaslar Youtube kanalı ilə canlı yayımlana bilər. Bu, həm televiziyaların işini asanlaşdırar, həm də insanların MM-in fəaliyyəti haqqında daha çox məlumatlı olmasına səbəb olar. Seçicilər səs verdikləri deputatın Milli Məclisdə nə barədə çıxış etməsindən, onların hüquqlarını hansı səviyyədə təmsil etməsindən birbaşa xəbər tutmuş olarlar. 

Milli Məclis ilə media arasında çevik və onlayn qaydada işləmə mexanizmləri tətbiq olunmalıdır. Məsələn, koronavirus pandemiyası ilə əlaqədar komitə iclasları online qaydada keçirilir. Lakin bu iclaslarla bağlı videomateriallar yoxdur ki, TV-lər də məlumat yaya bilsinlər. Təşəbbüs əladır, lakin işıqlandırmaq mümkün olmur.  Hətta biz İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin online iclasından komitə sədrinin özünün şəxsi Whatsapp statusundakı kadrlardan material hazrlamaq istəyirdik. Bəlkə də indi bununla bağlı hansısa mexanizm hazırlanır. Amma dəyişiklik olmasa, bu qayda ilə davam etsə, belə çıxır ki, Milli Məclisin plenar iclasları onlayn keçirilsə, onda media orda baş verənlərdən xəbərsiz olacaq.

Fikrimcə, artıq parlament binasına daxil olarkən jurnalistlərdən mobil telefonların alınması praktikasına son verilməlidir. Çünki deputatlar, MM işçiləri, xaricdən gələn qonaqlar və binaya daxil olan bir çoxları üçün bu məhdudiyyət yoxdur. Lakin işi məhz mobil cihazlardan keçən, telefon, planşet, noutbukla işləyən jurnalistlərə məhdudiyyət qoyulur. Halbuki, jurnalistlər iclasa öz noutbuku ilə gəlsələr, heç mətbuat otağındakı kompüter qıtlığı, sıxlıq, kompüter üçün növbələr də yaşanmaz. Əksər agentliklər xəbəri elə mobil telefon üzərində dərhal və rahatlıqla reksiyaya ötürür. Əgər bu məhdudiyyətin məqsədi jurnalistlərin hansısa neqativ halları, uyğunsuz çıxışları çəkib paylaşmasına mane olmaqdırsa, məncə, deputatlar özləri belə hallara yol verməməlidir. Ümid edirəm ki, yeni tərkibdə Milli Məclisdən məhz bu cür davranış görəcəyik”. 

“Pravda.az” saytının baş redaktoru İlkin Pirəli Milli Məclisin komitə iclaslarında bəzi çatışmazlıqların olduğunu deyir:

“İlkin Milli Məclisin Sədri Sahibə Qafarovanın islahatlara hesablanmış sərəncamını yüksək qiymətləndiririk. Doğrudan da, islahatlara ehtiyac var. Məlumata görə, gənc kadrlar irəli çəkilir. Belə də olmalıdır, müasirlər çağırışlarla ayaqlaşa bilən kadrlar cəlb edilməlidir. Parlamentdə həyata keçirilən islahatlar, artıq qurumun media ilə əlaqələrinə də təsir edib. İndi daha çevik və operativdirlər, sorğulara dərhal reaksiya verirlər. Əslində komanda həmin komandadır... Deməli, rəhbərdən çox şey asılıdır. Milli Məclisin “Facebook” və digər sosial şəbəkələrdə səhifələri yaradılıb, deputatların çıxışların mütəmadi paylaşılır, bunun bir qədər də gücləndirilməsi daha yaxşı olardı. Milli Məclisin komitələrinin iclaslarının onlayn keçirilməsi yenilikdir, amma müəyyən çatışmazlıqlar var. İclaslar onlayn keçirildikdə jurnalistlər qanun layihələri ilə tanış ola bilmirlər. İclaslar onlayn keçirilirsə, gərək qanun layihələri ilə bağlı ətraflı məlumat verilsin. Yəqin ki, Milli Məclis rəhbərliyi bu məsələni hansısa formada nəzərə alacaq. Parlamentdə jurnalistlər üçün nəzərdə tutulan otaqda komputerlərin sayı azdır, cəmi 14 komputer var. Nəzərə almaq lazımdır ki, jurnalistlər içəri smartfon və digər bu kimi cihazları keçirə bilmir, belə olan halda işdə müəyyən çətinliklər yaranır. Parlament rəhbərliyindən xahiş edərdik ki, komputerlərin sayının artırılması məsələsinə də baxsın”.

“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov yeni seçilən parlament rəhbərliyinin və millət vəkillərinin media üçün əlçatan olmasının vacibliyini bildirib:

“Hesab edirəm ki, ölkədə 2019-cu ildə başlayan və daha geniş miqyasda həyata keçirilən islahatlar parlamentdən də yan keçmədi. Belə ki, köhnə parlamentin müəyyən hissəsi yenə Milli Məclisin tərkibində təmsil olunmadı. Ölkədə aparılan islahatların davamı olaraq parlamentin tərkibi yeniləndi. Köhnə millət vəkillərindən bəziləri yenidən seçicilərin etimadını qazandı. Bir neçə komitənin heyəti və rəhbərliyi yenidən formalaşdırıldı. Müstəqillik tariximizdə ilk dəfə olaraq Milli Məclisə xanım sədr seçildi. İslahatlara uyğun olaraq parlament tam tərkibdə fəaliyyətə başlayandan sonra Milli Məclisin aparatında və İşlər İdarəsində struktur islahatlarının aparılması ilə bağlı sərəncam imzalandı. Təbii ki, aparılan islahatlar müəyyən ölçüdə parlamentin media ilə bağlı işində də dəyişikliklərin olmasını zərurətə çevirir.

Mən düşünürəm ki, yeni seçilən parlamentin rəhbərliyi və millət vəkilləri media üçün əlçatan olmalıdır. Onlar jurnalistlərlə əməkdaşlıq edərək əhalinin maarifləndirilməsi üçün mediaya açıq münasibət göstərməlidirlər. Çünki belə olduğu təqdirdə vətəndaşlar deputatların fəaliyyəti, onların gördüyü işlərlə daha yaxından tanış olma imkanı əldə edəcəklər. Millət vəkilləri mediaya qapalı olduğu təqdirdə onlar seçicilərinin nəzərində passiv deputat olaraq qalırlar. Məncə, Milli Məclis üzvləri bu kimi amilləri nəzərə alsalar, jurnalistlərin işi asanlaşar. Çox təəssüf ki, əksər millət vəkilləri gündəmdə olan məsələlərə münasibət bildirmək istəmirlər. Ötən parlament rəhbərliyi, eləcə də əksər üzvlər mediaya bir o qədər də açıq deyildilər. Mətbuat nümayəndələrinə açıqlama verməkdən yayınırdılar. Hətta jurnalistlərin zənglərinə belə cavab vermək istəmirdilər. Parlamentin rəhbərliyi və üzvləri mətbuata açıq münasibət göstərməlidir. Milli Məclisdə qəbul olunan qərarların ictimaiyyətə çatdırılmasında və hakimiyyətin gördüyü işləri vətəndaşlara aşılamaqda maraqlı olmalıdırlar. Media ilə əməkdaşlıq onların seçicilərlə təmasını asanlaşdıra bilər. Çünki millət vəkilləri jurnalistlərlə təmasdan qaçmamalıdır ki, vətəndaşlar onların fəaliyyətləri ilə yaxından tanış ola bilsinlər”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı parlament jurnalistləri üçün daha əlverişli şəraitin yaradılacağını düşünür:

“İslahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar cəmiyyətimizdə çox rəğbətlə qarşılanır.

Təbii ki, Milli Məclisin strukturlarında da islahatların aparılması çox müsbət haldır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi də məhz qanunvericilik sahəsinin də islahatlar prosesindən kənarda qalmaması məqsədi daşıyırdı.

Bilirsiniz ki, dövlətimizin başçısı VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qanunvericilik sahəsində, parlamentin strukturunda islahatlarla çox dəyərli tövsiyələrini verdi.

Düşünürəm ki, parlamentin strukturunda aparılacaq islahatlar məhz Prezidentimiz İlham Əliyevin islahatlar kursuna uyğun olacaq. Bu islahatlar çərçivəsində media ilə əlaqədar atılacaq addımlara gəlincə, əlbəttə ki, jurnalistlərin parlamentin fəaliyyətinin işıqlandırılması üçün daha geniş imkanların yaradılacağına inanıram.

Bilirsiniz ki, Milli Məclisin sədri Sahibə Qafarova millət vəkili kimi fəaliyyəti dövründə mətbuat üçün həmişə açıq olub, o jurnalistlərlə fəal əməkdaşlıq edib. Sahibə xanım deputat kimi ölkəmizdəki ictimai siyasi proseslər, aktual mövzularla bağlı daim KİV-ə açıqlamalar verib. Onun AŞPA-da nümayəndə heyətimizin üzvü olaraq da fəaliyyətini yaxından izləyə bilmişik. Bu mənada, yeni spikerin parlamentdə jurnalistlərin fəaliyyətini diqqət mərkəzində saxlayacağına, onların daha yaxşı iş şəraiti ilə təmin edəcəyinə inanıram”.

“Azvision.az” saytının əməkdaşı Anar Kəlbiyev parlament jurnalustləri ilə Milli Məclisin mətbuat xidməti arasında daha yaxşı əlaqələrin qurulmasını istəyir:

“Məlum olduğu kimi, Milli Məclisdə struktur islahatlarına start verilib. Sizin də qeyd etdiyiniz kimi parlamentin media ilə iş prinsipində dəyişiklik olacağı gözlənilir. Təklif edərdim ki, sosial şəbəkələrdən aktiv istifadə olunsun. Buraya facebook, twitter, youtube, instagram və s. daxildir. Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadə əsas yeri tutur. Son zamanlar onlayn komitə iclaslarının keçirilməsidə bunu göstərir. Yaradılacaq sosial şəbəkə hesabları vasitəsilə iclasların izləyicilərə onlayn çatdırılması da mümkündür. Parlament jurnalistləri ilə Milli Məclisin mətbut xidməti arasında sosial şəbəkə üzərindən sıx əlaqələrin qurulması daha yaxşı olardı”.

Parlament Jurnalistləri Birliyinin sədr müavini Aqil Aslan Milli Məclisdə işləyən jurnalistlərin işinin asanlaşdırılması üçün konkret təklif irəli sürüb:

"Artıq bir neçə ildir ki, Milli Məclisə smartfon telefon və noutbuk keçirmək qadağan olunub. Bu, əvvəl deputatara da aid idi, lakin çox keçmədən deputatlara bu qadağa araadan götürüldü, jurnalistlər isə hələ də nə smartfon, nə də noutbuk keçirə bilir. Qeyd edim ki, Milli Məclisdəki jurnalist otağı çox kiçikdir və oradakı kompüterlərin sayı da azdır. Jurnalistlər növbəli şəkildə kompüterdən istifadə edirlər. Bu da onların hansısa informasiyanı vaxtında yazıb redaksiyaya göndərməsinə imkan vermir. Və onu da bilriəm ki, əlavə jurnalist otağı yaratmaq və ya mövcud otağı böyütmək mümkün deyil. Ona görə də təklif edirəm ki, zalda jurnalistlər üçün ayrılmış lojada ya parlament tərəfindən kompüterlər qoyulsun, yaxud da jurnalistlərə əvvəllər olduğu kimi noutbuk, eləcə də smartfon keçirməyə icazə verisnlər ki, onlar iclas zalından iclasın gedişatı, müzakirələr, deputatların qaldırdıqları, səsləndirdkləri məsələlər, qəbul olunan qanun layihələri barədə informasiyaları sürətlə yazıb oxuculara çatdıra bilsinlər.

Bütün bunlar edilməyəcəksə, o zaman Milli Məclisin öz televisiyası yaradıla bilər və bu televiziya vasitəsilə plenar iclaslar canlı yayımlanar ki, bütün xalq izləyə bilsin. Bu zaman seçici də biləcək onu təmsil edən deputat parlamentdə nə iş görür, danışır, yoxsa yatır?"
Oxşar xəbərlər
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək