AY BƏRİ BAX, BƏRİ BAX...
Oxunub: 1488
07 Apr 2020 | 21:31
AY BƏRİ BAX, BƏRİ BAX...
Azərbaycanın qədim mahnılarından biri olan “Ay bəri bax, bəri bax”ın poetik mətni müxtəlif və çoxsaylı bəndlərlə oxunmuşdur. Bayatı formasında olan bu bəndlərin (nəqərat da daxil olmaqla) sayı 9-dur. Bu səbəbdən indiyədək bu mahnı lentə alınarkən ciddi nəzarət olmadığından, mahnını kim necə istəmiş, eləcə də oxumuş, sözlərdə təhriflər, mətndə pərakəndəlik yaranmışdır. Öncə biz mahnının süjet xəttini qorumaqla aşağıdakı bəndlərlə oxunmasını təklif edirik.

Pəncərədən daş gələr, Ay bəri bax, bəri bax
Xumar gözdən yaş gələr, Ay bəri bax, bəri bax,
Səni mənə versələr, Ay bəri bax, bəri bax,
Allaha da xoş gələr, Ay bəri bax, bəri bax.

Nəqərat:

Telləri burma, gözləri xurma,
Uzaqda durma, boynunu burma
Gəl, bəri-bəri, ay can alan bəri bax.
Bəri bax..., ay bəri bax,
Bəri bax..., ay bəri bax,
Bəri bax, ay bəri bax, bəri bax.

Pəncərənin milləri, Ay bəri bax, bəri bax,
Аçıb qızılgülləri, Ay bəri bax, bəri bax,
Oğlanı yoldan eylər, Ay bəri bax, bəri bax,
Qızın şirin dilləri, Ay bəri bax, bəri bax.

Nəqərat:

Pəncərəni bağlama, Ay bəri bax, bəri bax,
Mən gedirəm ağlama, Ay bəri bax, bəri bax,
Gedib yenə gələrəm, Ay bəri bax, bəri bax,
Özgəyə bel bağlama, Ay bəri bax, bəri bax.

Mahnının poetik mətnini “Ay bəri bax, bəri bax” adı ilə 1938-ci ildə ilk dəfə folklorşünas Hümmət Əlizadə (1907–1941) tərtibçisi olduğu “Aşıqlar” adlı kitabda vermişdir (Aşıqlar. Toplayanı Hümmət Əlizadə. İki cilddə, II c. B.: Azərnəşr, 1938, s. 365-366). Üç bəndlik bu mətndə maraq doğuran odur ki, hər bənd “aquşqa” (müasir ifaçılıqda “pəncərə”) sözü ilə başlayır. Sonuncu bənd isə indiki ifaçılıqda unudulmuşdur:

Aquşqada quş mənəm,
Uç desələr, uçmaram,
Yar mənə qaş-göz eylər,
Mən heç başa düşmərəm.

Mahnının 1-ci bəndində “aquşqadan daş gəlir” misrasında fikrimizcə, “gəlir” əvəzinə “gələr” oxunmalıdır. Belə olduqda fikir tamamlanır, əks halda həmin bənddə uyğunsuzluq yaranır və mahiyyət itir. Bu səhv müasir ifaçılıqda da davam etməkdədir. 2-ci bənddə isə “Aquşqanın milləri, Açılıb qızılgülləri” – dedikdə 2-ci misrada 8 heca yaranır, bayatılar isə 7 hecalıdır, bu baxımdan “açıb qızılgülləri” olmalıdır. Mahnıdakı “aquşka” da təhrif edilib, sözün kökü “ağuşga”dır. Bu, dilimizin arxaik sözü olub nəfəsgah, nəfəslik, yəni kiçik (50x65sm) ölçülü pəncərə mənasında işlədilib. Olsun ki ağuşga da bir çox türk sözləri kimi (qaradaş – karandaş, vur ha – ura, çaqqal – şakal, qarpız – arbuz və s.), slavyan xalqlarının dilinə keçmiş və akuşka şəklində tələffüz olunmuşdur. Bu söz barədə bəzi türk qaynaqlarında da bilgi verilir.
Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli (1950–2017) də bildirir ki, pəncərə “avışqa”dan çox qədim sözdür (Xudubəyli M. Nəğməli, muğamlı dünyam. B.: Elm və təhsil, 2012, s. 20). Yəni mahnı yarananda öncə pəncərə, sonra ağuşga, nəhayət, yenidən pəncərə sözü işlədilmişdir
Mətndə həmçinin hər misradan sonra “Ay bəri bax, bəri bax” sözləri yazılmayıb. Deyilən iradlara baxmayaraq H.Əlizadənin təqdim etdiyi mətn ilkin qaynaq kimi çox dəyərlidir.
Əlimizdə 1910-cu ildə Tiflidə Pate qardaşlarının 1910-cu il istehsalı olan qrammofon valı da vardır. Burada “Bəri bax” adı ilə mahnını Şuşada yaşayan erməni tarçalan Muxan Ter-Akopov oxumuşdur. Mahnının xronometrajı 2.55 dəqiqədir.
Şuşada oxunan 4 bənddlik mətnin 3-ü digər variantlarla üst-üstə düşmür, yəni tamam fərqlidir. Burada yalnız sonuncu bənd (“Pəncərədən daş gələr”) sonralar da oxunmuşdur. Bu mətndə də hər misradan sonra “Ay bəri bax, bəri bax” sözləri yoxdur, yalnız bəndlərin sonunda 1-ci və 3-cü bəndlərdə “Vay alagöz, bəri bax”, 2-ci və 4-cü bəndlərdə isə “Bir də bəri bax, bəri bax” sözləri nəqərat şəklində oxunur.
“Ay bəri bax, bəri bax” mahnısının süjeti özünü elə başlıqda göstərir. Bəlli olur ki, qızın və oğlanın bir-birinə olan sevgi münasibətindən doğan müraciət mahnıya başlıq kimi seçilib: “Ay bəri bax, bəri bax”.
Şuşa variantı “Bayramınız mübarək, Aquşqadan baxanlar” sözləri ilə başlayır. Çox güman ki, mahnı Novruz bayramlarının birində, bayat elində yaranmışdır. Çünki poetik mətn bayatılardan ibarətdir. Mətndən bəlli olur ki, qız tək deyil, yanında rəfiqələri var və onlar da ağuşqadan boylanırlar.
Mahnı boyu qız him-cimlə, oğlan isə oxumaqla sözünü deyir. Adətən xalq mahnılarımızda ilk olaraq oğlan qıza sevgisini bəyan edir. Bu mahnıda isə əksinədir, qız oğlanı sevdiyini bildirir. 1-ci bənd bu sözlərlə başlayır: “Pəncərədən daş gələr, Xumar gözdən yaş gələr”. Belə ki, şıltaq qız kiçik, fındıqdan da balaca ölçüdə olan daşı pəncərədən sevdiyi oğlana atır. Daş oğlana dəydikdən sonra pəncərəyə sarı boylananda qızı gözüyaşlı görür, yəni oğlanla görüşə bilmədiyi üçün ağlayır. Oğlan da ona görə “Xumar gözdən yaş gələr” sözlərini oxuyur. 3 və 4-cü misralarda oğlan: “Səni mənə versələr, Allaha da xoş gələr” – söyləyərək, qızın him-ciminə müsbət cavab verir. Burada ateistlərin yaşam tərzinə, sovet ideologiyasına uyğun gəlmədiyindən, “Allaha da” əvəzinə “Hər görənə”, “Ellərə də” və ya “Hamıya da” sözləri oxunmuşdur. Təklif edirik ki, həmin misra “Allaha da xoş gələr” kimi ifa olunsun.
2-ci bəndin 1-ci və 2-ci misralarında “Pəncərənin milləri, Аçıb qızılgülləri” – deyilir. Deməli, oğlanın oxuduğunu eşidən qızın rəfiqələri pəncərənin milləri arasından oğlana tərəf boylanırlar. Oğlan da mahnıda qızların hər birini qızılgülə bənzədir. 3-4-cü misralarda deyilir: “Oğlanı yoldan eylər, Qızın şirin dilləri”. Göründüyü kimi, qız “şirin dil” ilə oğlanı yoldan çıxarır. Amma bu “şirin dil” oxumaqla deyil, him-cimlə təqdim olunur. Qızın bu hisslərini oğlan oxumaqla dinləyiciyə çatdırır.
3-cü bənddə eyhamla deyilən, sətiraltı mənalar yoxdur. Hər şey açıq və aydın şəkildə göstərilir. Oğlan, bir növ, sağollaşır, qıza arxayın olmasını, heç kəsə könül verməməsini söyləyir və sevgisinə sadiq qalacağını bildirir. H.Əlizadənin təqdim etdiyi variantda da 3-cü bənd məzmun və mahiyyətcə müasir varianta yaxındır.

Aquşqada quş mənəm,
Uç desələr, uçmaram,
Yar mənə qaş-göz eylər,
Mən heç başa düşmərəm.

Burada da oğlan qızla sağollaşmaq üçün quş kimi ağuşqaya “qonur”, onu hətta qovsalar da, getməyəcəyini söyləyir, yenə yarının onu yoldan çıxartmasından bəhs edir. Hələ bir minnət də qoyur: “Yar mənə qaş-göz eylər, Mən heç başa düşmərəm”.
Bilindiyi kimi, Azərbaycan xalq mahnılarının spesiik quruluşu və xüsusiyyətləri vardır. Mahnılar bir neçə bənddən ibarət olur və hər bənd nəqəratla tamamlanır. Nəqəratın melodiyası və sözləri adətən dəyişmir və hər bəndin sonunda təkrarlanır. Bu mahnının da nəqəratında eyni ifadə – “bəri bax” 7 dəfə təkrarlanır.
Bülbülün ifasındakı “Ay bəri-bəri, bəri bax” mahnısında da 2 bənd başqa variantlarda işlənir, burada nəqərat da daxil olmaqla digər üç bənd isə tamam fərqlidir. Bülbül mahnının instrumental müqəddiməsinə söz qoşmuş və nəqəratda istifadə etmişdir. Bu da mahnıya gözəllik və dinamika gətirmişdir. O, bu yeniliyi 2-ci və 4-cü bəndlərdən sonra nəqəratda ifa etmişdir. Təklif edirik ki, bu, bütün nəqəratlar bu şəkildə oxunsun. Axı xalq mahnılarımızın strukturuna görə nəqərat eyni formada olmalı, nə sözü, nə də melodiyası dəyişilməməlidir...
Möhtərəm oxucu, sonda mahnı ilə bağlı yayılmış bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istəyirəm. 1908-ci ilin mart-sentyabr aylarında İosif Stalin (1878–1953) Bakıda Bayıl türməsində həbsdə olmuşdur. Stalinlə əlaqə qurmaq üçün mahnının sözlərindən, yəni “Pəncədən daş gəlir” misrasından parol kimi istifadə olunmuşdur (E.Nuri. Stalinin gizli parol kimi istifadə etdiyi Azərbaycan xalq mahnısı. 2018-ci il, 30 oktyabr. Karabakh media.az). Belə ki, Stalinə yazılı informasiyanı ötürmək üçün vərəqləri kiçik daşlara büküb onun saxlandığı otağın pəncərəsindən içəri atırdılar və cavab məktubu da eyni şəkildə qaytarılırdı. Daş atılmazdan əvvəl həbsxananın Stalin saxlanıldığı otağın həndəvərində mahnının “Pəncərədən daş gəlir, Ay bəri bax, bəri bax” sözləri oxunurdu. Stalin də daşı tutmaq üçün hazır vəziyyətdə dayanır və atılan daşı tuturdu. Sonra Stalin türmədən Ulu öndər Məhəmməd Əmin Rəsulzadənin köməyi ilə qaçır. Stalin haqqında “Ay bəri bax, bəri bax” mahnısını sonrakı illərdə də həvəslə dinləyərərək həbsxana həyatını xatırlayardı.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə Üzeyir Hacıbəyli (1885–1948) “Böyük Teatr”da “Koroğlu” operasını tamaşaya qoyarkən şəxsən Stalini də dəvət edir. Stalin söyləyir ki, əgər
orada “Pəncərədən daş gəlir” oxunacaqsa, mütləq gələrəm. Üzeyir bəy də “əlbəttə həmin mahnı ifa olunacaq” – söyləyir. Deyilənə görə, Üzeyir bəy tamaşanın uyğun bir məqamında, xorun ifasında Stalinin sevdiyi mahnını səsləndirir, o da musiqiçiləri ayaqüstə alqışlayır.

Abbasqulu NƏCƏFZADƏ,
sənətşünaslıq elmləri doktoru, professor
Oxşar xəbərlər
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."