İlham Əliyev fərqi, Azərbaycan örnəyi...
Oxunub: 1587
06 Apr 2020 | 22:45
İlham Əliyev fərqi, Azərbaycan örnəyi...
Tanınmış jurnalist, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tural Səfərov ölkəmizdə koronavirusla mübarizə istiqamətində görülən işlər barədə məqalə yazıb. Moderator.az mövzunun aktuallığını nəzərə alaraq, Tural Səfərovun bir vətəndaş kimi qələmə alıb sosial şəbəkə hesabında paylaşdığı məqalısini oxuculara təqdim edir:

İlham Əliyev fərqi, Azərbaycan örnəyi

Koronavirus pandemiyası bütün dünyanı öz cənginə alıb. Dünyanın ən inkişaf etmiş dövlətləri belə bu xəstəliklə mübarizədə aciz vəziyyətdə qalıblar. Artıq 1 milyon 200 min nəfərdən çox insan bu virusa yoluxub, 70 mindən çox yaxın insan dünyasını dəyişib. Koronavirusun bioloji silah, yaxud təbii fəlakət olduğu çox ciddi müzakirə mövzusudur. Yəqin ki, dünyamız bu bəladan xilas olduqdan sonra onun necə yayıldığı ilə bağlı tədqiqatlar aparılacaq və bunun səbəbləri araşdırılacaqdır. Məqsəd bu yazıda koronavirusun necə yayıldığı ilə bağlı “ağıllı” tezislər irəli sürmək deyil. Onsuz da indiki dövrdə bu mövzuda kim nə yazırsa, hamısı fərziyyədir. Reallıq odur ki, koronavirus ayrı-ayrı dövlətlərin və bütövlükdə dünyanın gözlənilməz hadisələrə qarşı hazırlığını, hər gün ən yüksək inkişaf səviyyəsindən danışılan səhiyyə sisteminin acizliyini, elmi-texniki tərəqqinin hələ ki insanlığı xilas etməyə gücünün çatmadığını göstərdi. Bir sıra öz inkişafı ilə qürur duyan, bütün dünyaya nümunə kimi göstərilən ölkələr və cəmiyyətlər pandemiya dövrünün imtahanından kəsildilər. Dünya nəhəngləri olan Amerika Birləşmiş Ştatlarında, Avropa ölkələrində baş verən hadisələr bizə məlumdur. Bu ölkələrdə koronavirusa yoluxma və ölüm halları sürətlə artır, iqtisadiyyatlar böhranlı vəziyyətə düşür, insanlar çıxış yolu tapa bilmirlər. Onlardan fərqli olaraq, “sapı özümüzdən olan baltaların” və onların havadarlarının ( O havadarlar ki, indi özləri çıxış yolu tapa bilmirlər)  bəyənmədiyi Azərbaycanda nəinki koronavirus pandemiyası ilə ciddi mübarzə aparılaraq insanların həyatı xilas olunur, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün tədbirlər görülür,  post-pandemiya dövründə iqtisadiyyatın inkişafı üçün proqramlar qəbul edilir. 
İndi Azərbaycanın bu istiqamətdə gördüyü işlər bütün dünyada nümunə kimi göstərilir. Koronavirusla mübarizə sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ölkəmizdə vəziyyət stabildir. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin hadisələrə çevik reaksiyası bizim bu qorxulu bəladan daha az itki ilə qurtulacağımıza zəmanət verir. Koronavirus infeksiyası barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yaydıqdan dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılması xalqımızı onu gözləyən böyük bəladan xilas etdi. Qonşu ölkələrdə koronavirusun yayılmasını nəzərə alan Azərbaycan hökuməti sərhədləri bağladı, orta, orta ixtisas və ali məktəblərin şagird və tələbələrini tətilə göndərdi.  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirusun pandemiya elan olunmasından sonra ölkəmizdə karantin rejiminin, daha sonra xüsusi karantin rejiminin tətbiqi, “Evdəqal” çağırışlarının edilməsi, həyat təminatlı olmayan əksər dövlət orqanlarının işçilərinin əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi, kütləvi informasiya vasitələrinin koronavirusla bağlı aktiv təbliğat kampaniyasına başlaması insanların sağlamlığının qorunmasına xidmət edir. Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın koronavirusla bağlı bir neçə dəfə xalqa müraciət etməsi Onların insanların sağlamlığından, ölkəmizin gələcəyindən necə narahatlıq hissi keçirdiklərindən xəbər  verir.
Əgər insanlar xüsusi karantin rejiminin şərtlərinə  əməl etsələr, dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində koronavirus ölkəmizdə ciddi fəsadlara yol açmayacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər belə deməyə əsas verir. Azərbaycanın  ən böyük və ən müasir standartların tətbiq olunduğu xəstəxanası olan “Yeni klinika”nın koronavirusa yoluxmuş insanların müalicəsi üçün istifadəyə verilməsi, bu virusla mübarizədə mühüm rol oynayan dezinfeksiyaedici maddələrin və tibbi maskanın təcili istehsalına başlanılması, 15 min nəfərə yaxın vətəndaşımızın ölkəmizə gətirilib 4,5 ulduzlu otellərdə, dövlət orqanlarına məxsus sanatoriyalarda, “Atletlər kəndin”də karantin rejimində saxlanılması dövlətimizin gücünü nümayiş etdirməklə yanaşı, onun hər bir vətəndaşımızı qorumağa çalışdığını bir daha sübuta yetirir. 
Müdrik xalqımızın uzun illərin sınağından çıxmış dəyərli bir atalar sözü vardır: “Tək əldən səs çıxmaz”. İstənilən çətinliyi yalnız birgə səylərlə keçmək mümkündür. Bu reallığın düzgün dəyərləndirildiyi Azərbaycanda dövlət-xalq, xalq-iqtidar birliyi bir daha özünü göstərməkdədir. Prezidentin səsləndirdiyi “Bir birlikdə güclüyük” şüarı koronavirusla mübarizədə hər bir vətəndaşımızın əsas immunitet vasitəsinə çevrilib. Dövət başçısının milli birliyimizin və həmrəyliyimizin gücləndirilməsi istiqamətində indiyədək həyata keçirdiyi tədbirlər bugünkü çətin günləri birgə səylərlə keçməyimizə səbəb olur. Bunun nəticəsidir ki, ölkə rəhbərinin yaratdığı Koronavirusla Mübarizəyə Dəstək Fonduna comərd və xeyirxah Azərbaycan xalqı tərəfindən 100 milyon manatdan çox vəsait köçürülüb. Azərbaycan dövlətinin nə belə bir fonda, nə də bu fonda köçürüləcək pula ehtiyacı var idi. Dövlət başçısının sərəncamı ilə  koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrılıb. Prezident daha 100, 200 milyon da əlavə vəsait ayıra bilərdi. Dövlətimizin potensialı buna imkan verir. Ancaq Prezident İlham Əliyevin dediyi kimi: “Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq”.
Dövlət başçısının yuxarıda qeyd etdiyimiz Sərəncamına uyğun olaraq, 4 İşçi Qrupu yaradılıb. Bu İşçi Qrupları həm indiki şəraitdə, həm də post-pandemiya dövründə görüləcək işlərlə bağlı tədbirlər planları hazırlayırlar. Göründüyü kimi, dünyanın ən inkişaf etmiş ölkələrinin belə başının koronavirusa yoluxma hallarının qarşısının alınmasına, xəstələrin müalicəsinə qarışdığı, iqtisadiyyatın, insanların tələbatlarının, sosial ehtiyaclarının yaddan çıxdığı bir vaxtda Azərbaycan öz vətəndaşlarının sağlamlığını qorumaqla, onların tələbatlarını, sosial ehtiyaclarını ödəməklə yanaşı, ölkəmizin gələcəyi barədə də düşünür və mühüm addımlar atır. Prezident İlham Əliyevin dediyi kimi, həm xəstəliyə qarşı mübarizə, həm iqtisadi fəallığın təmin edilməsi, həm sosial məsələlərin həlli, hər bir vətəndaşın problemlərinin dərk edilməsi və kömək göstərmə cəhdlərimiz və niyyətimiz bizim siyasətimizi əks etdirir. 
Dövlət başçısının Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında xalqımıza müraciəti bir daha onu göstərdi ki, hər bir vətəndaşımız, ölkəmizin hər bir sahəsi Prezidentin diqqət mərkəzindədir, xalqımızın və dövlətimizin gələcəyi ilə bağlı ciddi narahatçılıq yoxdur: “Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın”. 
Ölkə rəhbəri millətimizi və dövlətimizi qorumaq üçün insanları məsuliyyətli olmağa çağırıb: “Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik”.
Rallıq budur ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaradıb. Bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri də qeyd edirlər. Beynəlxalq Valyuta Fondu məlumat yayıb ki,  koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaqdır.
Azərbaycana gəldikdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər dövlətimizi bütün risklərdən sığortalayıb. 
Koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərib. Bütün bunlara görə qabaqlayıcı tədbilər həyata keçirən dövlət başçısı  o sahələrdə çalışan insanların problemlərinin nəzərə alındığını bildirir: “Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun”.
Bu gün Azərbaycan xalqı və dünya ictimaiyyəti Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli  dövlət xadimi olduğunu bir daha görür. Ölkəmizdə hələ bir neçə il bundan əvvəl başlanan struktur və kadr islahatları Azərbaycanı müxtəlif çətin situasiyalardan çıxarmağa hesablanmış tədbirlər idi. Dövlət aparatının və hökumətin intellektli, müasir düşüncəli, peşəkar kadrlarla formalaşdırılması indiki çətin dövrdə vəziyyəti idarə etmək, ölkə rəhbərinin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək baxımından çox mühüm əhəmiyyət daşıyır. Təkcə iqtisadi və sosial sahələrdə aparılan struktur islahatlarının əhəməyyəti indi bariz şəkildə özünü göstərməkdədir.  Koronavirus pandemiyası onu da sübuta yetirdi ki, Azərbaycan dövləti dünyanın qüdrətli dövlətlərindən, Azərbaycan hökuməti isə dünyanın ən çevik hökumətlərindən biridir. Bütün bunlar Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləridir və xalqımız var olduqca Onun bu xidmətləri də daim minnətdarlıqla xatırlanacaqdır.
Bax, budur bütün dünyanın qəbul etdiyi, ancaq ölkəmizdəki radikal ünsürlərin, marginallaşmış dərnək rəhbərlərinin dərk etmədiyi İlham Əliyev fərqi və Azərbaycan reallığı. Kimin necə dərk etdiyindən və necə görmək istədiyindən asılı olmayaraq, İlham Əliyevin Azərbaycanı bu gün bütün dünyada örnək kimi göstərilir və Azərbaycanın yaratdığı yenilikləri digər ölkələr də tətbiq edir. Biz ölkəmizlə qürur duyuruq. Biz birlikdə güclüyük.
Oxşar xəbərlər
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?