Koronavirus xəstəliyinin dünya iqtisadiyaytına ağır zərbə vurduğu, dünya dövlətərinə maddi baxımdan böyük itkilər yaşatdığı göz önündədir. Bəs bu xəstəlik dünyadakı siyasi münasibətlər sistemi və siyasi proseslərə də hər hansı şəkildə təsir göstərəcəkmi?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov koronavirusun bir çox dövləri özündən sonra da ciddi problemlərlə üz-üzə qoyacağını vurğuladı:
“Hesab edirəm ki, bu prosesin tərkibində geosiyasi amillər var. Hazırda belə bir proqnoz səslənir ki, koronavirusun dünya iqtisadiyyatına vurduğu ziyanın məbləği 3 trilyon dollar olacaq. Bu, böyük məbləğdir. Lakin hələlik heç kim deyə bilmir ki, bütün bu məhdudiyyətlər, hərəkətsizlik dövrü nə qədər davam edəcək. Ehtimal edilir ki, təxminən bir aydan sonra baş verənlərin konturu daha da aydınlaşacaq və çox güman ki, virusun yayılmasında geriləmə olacaq.
Hazırda dünya iqtsiadiyyatı çox ağır bir dövrünü yaşayır. Bu proseslərdə ən çox itirən isə Çin oldu. Çünki Çin faktiki olaraq ABŞ-a çatmışdı. Koronavirus Çinin inkişafına böyük ziyan vurdu və ləngimə göz önündədir.
Post-virus dövründə yeni iqtisadi şərait formalaşcaq. Bu şəraitin özəlliyi ondan ibarət olacaq ki, bir çox ölkələr geriləmədən sonra özünə gəlməyəcək. Bu, Çinə aid deyil. Çünki Çin özünü “dünya emalatxanası” kimi təsdiqləmişdi. Çində işçi qüvvəsi çoxdur. Partiya intizamı mövcuddur və s. Bu, Çinə qısa zamanda bərpa olunmağa imkan verəcək. Lakin bir çox dövlətlər üçün bu proses çox ağır keçəcək. Çünki onların iqtisadi potensialı zəifdir. Bu səbəbdən də onlar xeyli müddət özlərinə gələ bilməyəcəklər”.
Seymur ƏLİYEV