"Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir"
Oxunub: 3444
05 Apr 2020 | 00:56
Koronavirus pandemiyası ilə əlaqədar hamımızın beynində müxtəlif suallar yaranır. Xəstəlik kimi bu bəlanın virusdan yayıldığını nəzərə alsaq, pandemiya ilə bağlı qaranlıq məqamlara daha dolğun cavabları virusun xarakteristikasına bələd olan biri daha dolğun cavab verə bilər.

MOderator.az xəbər verir ki, Modern.az-ın  koronavirus xəstəliyi ilə bağlı suallarını Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü, "Rekonbinant vaksin və teropevtik zülalların sintezi üçün TUBİTAK”  və Beynəlxalq Qrant  Agentliyi tərəfindən 5 böyük layihənin rəhbəri olan Tərlan Məmmədov cavablandırıb:

- Tərlan bəy, ilkin olaraq Türkiyədə ümumi vəziyyəti təsvir etmənizi istərdim.

- Digər ölkələrlə müqayisədə Türkiyədə mövcud durum hələ ki, yaxşıdır. İtaliya və İspaniyaya baxanda burda vaxtında təyyarə reysləri ləğv edildi və karantin elan olundu. Düşünmürəm ki, vəziyyət bundan sonra ciddi xarakter alsın. Artıq maksimum həddə çatdıqdan sonra durum stabilləşməyə, xəstələrin sayı azalmağa başlayacaq.

- Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, yalnız xəstə insanlar maskadan istifadə etsin. Sağlam insanların isə buna ehtiyacı yoxdur. Mütəxəssis kimi sizin fikirlərinizi almaq maraqlı olardı. Yəni doğurdan da maska insanı virusdan qorumur?

- Maskadan müəyyən xəstəliyi olan insanlar istifadə etsə daha yaxşı olar. Çünki immun sistemi zəif olan belə insanlar və yaşlılar üçün xəstəlik risklidir. Xüsusilə də ağciyər xəstəliyi olan insanlar koronavirusa yoluxanda bu xəstəliyi çox  ağır keçirir, onlar mütləq maskadan istifadə etməlidir. Xəstəliyə hamı tutula bilər, amma əsas təhlükə xəstəliyin bədəndə yayılması tempidir.

- Virus Türkiyədə yayılmağa başlayanda insanlar xəstəliyə önəm vermirdilər. Deyirdilər ki, “Bizdə türk geni var, bizə heç nə olmaz”. Amma görünən odur ki, bu fikirlər əsassız çıxdı. Ümumiyyətlə, xəstəliyin inkişaf dinamikasında gen faktoru nə dərəcədə önəm daşıyır?

- Bu kimi fikirlər mənasız və ara söhbətlərdir. Təhsili və düşüncəsi geniş olan insanlar belə bir məntiqlə çıxış edə bilməzlər. Koronavirusun bundan əvvəl yayılan viruslardan ciddi fərqləri var. Bu virusun insanlara birləşməsinin mexanizmi eynidir. Virusun üzərində barmaqcıq var. Məhz bu barmaqcıq vasitəsilə o insanın ağciyərinə birləşir. Yəni virusun yayılması yaxud inkişafının türk, alman ya da italiyan geni üçün fərqi yoxdur. Əsas məsələ indi odur ki, hansı ölkə virusa qarşı necə mübarizə aparır. İtaliya ən güclü tibbi olan ölkədir. Amma görürsünüz ki, diqqətsizlik səbəbindən hazırda İtaliya tibbi də yoluxmanın qarşısını ala bilmir. Amma statistikaya baxanda görürük ki, ABŞ-da və digər Avropa ölkələrində yaşlıların immun sistemi türklərə nisbətdə daha güclüdür. Çünki digər ölkələrdə xəstəlik səbəbi ilə yaşlılar daha az ölür nəinki, Türkiyədə.

- Xəstəliyin geniş miqyasda yayılmaması üçün nə etmək lazımdır?

- Xəstəliyin geniş yayılmasında əsas səbəb insanların karantin rejiminə əməl etməməsidir. Buna görə də qaydalar daha da sərtləşdirilməli, cərimələr tətbiq olunmalıdır. Bu dəqiqə səhiyyə naziri də deyir ki, ər arvad evdən çıxırsa onlar yaxın olmamalı, evdə bir otaqda yatmamalıdırlar. Yəni xəstəlikdən qurtulmağın hazırda tək yolu var, o da təması qorumaqdır. Əgər biz təması azaltmasaq xəstəliyin qarşısını almaq mümkün olmayacaq. 2012-ci ildə SARS xəstəliyi də geniş yayılmışdı və təkcə Türkiyədə 700-ə yaxın insan öldü. Xəstəlik sonra birdən zəifləyib yoxa çıxdı. Bunun da səbəbi virusun bədəndə yeni mutasiyalara uğraması idi. Və o yeni mutasiyalar insanların bədənini tanıya bilmədi. Ümid edək ki, koronavirusun da belə mutasiyaları əmələ gələcək və zamanla xəstəlik sonlanacaq.

- Virusun tam bişməmiş yarasadan insana keçdiyi iddia olunur. Amma bəşər boyu çinlilər yarasa və bu kimi digər heyvanlarla qidalanıblar. Yəni niyə virus indi yayıldı və belə geniş miqyasda fəlakətə səbəb oldu? Koronavirusu bioloji silah hesab edənlər də az deyil…

- Virus canlı orqanizm deyil, sadəcə olaraq heyvan bədənində formalaşır. Həmin formalaşan virusun da müxtəlif mutasiyaları olur. Mutasiyaların hamısı insan orqanizmini tanıya bilmir. Yəni yarasada müxtəlif viruslar həmişə olub, sadəcə öz-özünə yaranan bu mutasiyanın digərlərindən fərqi insan bədənini tanımasıdır. Ola bilsin ki, zamanla bu növ də artıq insan resptorlarını tanımayacaq və beləliklə, bəladan xilas olacağıq. Onu da deyim ki, zamanla Ərəbistanda dəvədən də bu virusun başqa forması yayılmışdı.

- Artıq xərçəngə də əlac edən dünya səhiyyəsi var. Bəs, sizcə nə üçün  koronavirusu tamamilə məhv edə biləcək vaksin tapmaq olmur? Yəni koronavirus xərçəngdən də təhlükəlidir?

- Virusa qarşı insanda anticisim yarada biləcək vaksin yaratmaq lazımdır. O vaksinlər vasitəsilə anticisim əmələ gəlməlidir ki, virus neytrallaşsın. Yəni söhbət belə bir güclü vaksinin yaradılmasından gedir. Mən hazırda vaksinlərin yaradılması ilə məşğulam. Malyariya xəstəliyinə qarşı vaxtı ilə vaksin yaradan biri kimi hazırda koronavirusa qarşı da vaksinin yaradılması üzərində işləyirəm. Onu da deyim ki,  malyariya ən çox insan ölümünə səbəb olan xəstəlikdir. Təkcə Afrikada ildə 0,5 milyon insan, yarısı uşaq olmaqla bu xəstəlikdən dünyasını dəyişir. Dünya Sağlamlıq Təşkilatının məlumatına görə, hər il  milyon insan bu xəstəliyə tutulur. Amma bu qədər illərə rəğmən malyariya xəstəliyinə qarşı tutarlı vaksin hələ də yaradıla bilməyib. Yəni dediyim odur ki, virus əleyhinə tam uğurlu vaksinin yaradılması çox çətin məsələdir. Amma zamanla müsbət nəticə əldə edəcəyimizə inanıram.

- Malyariya xəstəliyindən söz düşmüşkən, bir neçə gün öncə ABŞ malyariya xəstəliyinə qarşı istifadə olunan hidroksiklorokin və xlorokin dərmanlarını koronavirusa qarşı istifadə edəcəyini bildirdi. Sizcə, hər iki dərman virusa qarşı nə dərəcədə effektiv ola bilər?

- Bayaq da dediyim kimi virusun məhvi üçün bədəndə anticisim yarada biləcək vaksin lazımdır Amma hələ ki, heç bir vaksin bunu bacarmır. Müəyyən dərmanlar var ki, koronavirusa qarşı istifadə olunur. Amma bu dərmanlar da müəyyən mənada kömək edə bilər, xəstəliyi tamamilə məhv edə bilməz. Əsas məsələ odur ki, insanlar immun sistemlərini güclü tutsunlar.

- Türkiyədə xəstəlikdən ölənlər neçə yaş aralığındadır və cins faktoruna görə bu hal necədir?

- Türkiyədə koronavirusdan ölənlərin 70 faizi 60 yaşdan yuxarı insanlardır. Cins faktoruna gəldikdə isə xəstəlik səbəbi ilə ölənlərin çoxu kişilərdir. Bunun da səbəbi odur ki, kişilər daha çox stresli həyat keçirir, siqaretdən istifadə edirlər və.s

- Xəstəlikdən sağalan insanlarda sonralar nə kimi problemlər yarana bilər?

- İnsan xəstəlikdən sağalıbsa, demək ki, onun bədənində anticisim yaranıb. Amma virusun böyrək və ağciyərlərdə sonradan problem yaratma ehtimalı var. Hələ ki, dəqiq demək mümkün deyil sağalan xəstə nə kimi problemlər yaşayacaq.

- Artıq dünya təcrübəsində də var ki, xəstəliyə yoluxan insanlara xəstəxana yetmədiyi üçün onları məktəb, stadion və.s bu kimi yerlərdə yerləşdirirlər. Elə ötən gün də xəbər tutduq ki, Fransada hətta sürət qatarı belə kiçik xəstəxana funksiyasını yerinə yetirir. Bəs, Türkiyədə hazırda vəziyyət necədir? Xəstəxanalar xəstələri qarşılayacaq gücdədirmi?

- Bilirsiniz, ABŞ-da tibb çox bahadır. İnsanlar bir-iki gündən artıq xəstəxanada qala bilmir. Amma indi görürsünüz xəstəxana qıtlığı yaşanır. Çünki heç bir ölkə bu  vəziyyətə hazır deyildi. Ona görə də baxırlar, ki, xəstəxana resursları yetərincə deyil məcbur qalırlar, gəmi ya da sürət qatarından istifadə etməyə. Türkiyəyə gəldikdə isə, burada səhiyyə hazırda çox güclüdür. Mən tez-tez burda tibb universitetinin tələbələri ilə görüşürəm. Sizi inandırım ki, mən onların savadına heyran qalıram və düşünürəm ki, onlar ABŞ-dakı tibb tələbələrindən də güclüdür. Bundan başqa, mən xəstəxanada analiz verəndə artıq evə çatdığımda onlayn olaraq nəticələrin mənə yollandığını görürrəm. Yəni onu demək istəyirəm ki, səhiyyə işçiləri və tibbi şərait hazırda bütün ehtiyacları qarşılaya bilir. Amma gələcəkdə nə olacağını heç kim bilmir. Ehtiyac olacağı təqdirdə əlavə alternativə Türkiyə də müraciət edə bilər.

- Tərlan bəy, biz normalda görmüşük ki, virus uşaqlar arasında daha tez yayılır və onlar xəstəliyi ağır keçirirlər. Amma koronavirus çox az hallarda uşaqlarda müşahidə edilir və ölüm halı da barmaqla sayıla biləcəkdir. Bunu da onunla əlaqələndirirlər ki, uşaqların immun sistemi daha güclü və bədənləri sağlamdır. Amma gənc insanların da immun sistemi güclü olur. Sizcə gəncləri, qocaları öldürən virus uşaqlara niyə təsir etmir?

- Mən belə düşünürəm ki, uşaqların bədənində olan reseptorlar hələ virusu tanımır, ona görə də onlar virusa yoluxmur və vəziyyətləri kəskinləşmir. Çox sevindirici haldır ki, uşaqlarda xəstəlik ağır olmur. Amma mən sizə məsələnin elmi tərəfini dedim, ola bilsin ki, bunun başqa tərəfləri də var. Hər şeyi dəqiqliklə Tanrı bilir…
Oxşar xəbərlər
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb