K.Uşinskinin dilimizi məhv edən “vəsiyyəti”
Oxunub: 2092
04 Apr 2020 | 20:04
K.Uşinskinin dilimizi məhv edən “vəsiyyəti”
“Feysbuk” sosial şəbəkəsi həyatımıza elə möhkəm “bağlarla” birləşdirilib ki, artıq sözümüzə qüvvət vermək üçün az qala kitablardan yox, ordakı statuslardan, şərhlərdən sitat gətirək. İnsafən, maraqlı paylaşımlar edənlər olur. Məsələn, xeyli vaxt bundan qabaq bir şəkil görmüşdüm. Ötürdüyü mesaj təsirli idi. Yəqin ki, çoxunuz görmüsünüz. İdeya müəllifi də, paylaşan da yaxşı iş görüblər. Şəkildəki iki balaca oğlan uşağı hərəsi ananın bir əlindən tutub özünə tərəf çəkir. “Mənim anamdır” cümləsinin çərçivədə, bərli-bəzəkli yazılması əsas fikrin qabardılmasına yönəldilib. Hər iki oğlan eyni sözü deyir. Həmin şəkil aşağı hissədə təzədən iki fərqlə verilib. İkincidə ana qocalıb çarəsiz-çarəsiz baxır ki, hansı övladı ona sahib çıxacaq. Qardaşlar isə əlləri ciblərində üzlərini yana tutublar. Bu dəfə ikisinin də fikri belədir: – “Sənin anandır”.

O ananın taleyi də bizim anamızınkına bənzəyir. Azərbaycanı deyirəm. O Azərbaycanı ki, Almas İldırım görürdü onun aqibətini, o ananı ki, dərdini şair oğlu çəkir, “Qoynunda Şimaldan gələn qonaq gəzir…”deyir. Bax o Şimallı qonaq da, ondan neçə əsr əvvəl gələn qəsbkarlar da bizi anamızın dilindən uzaq saldılar. Şeirə çevrilən ağrılarını duymadılar. Çünki ağının deyildiyi dildən “yaxşısını” tapmışdılar. Həmin xalqdır binaların üzərində qeyri dillərdə yazılan yazılara biganə qalan, həmin xalqdır hərəsi bir dil öyrənib özünükünü unudan, “sənin dilindir sən qoru” deyib qardaşına yönəldən. Bu məqamda “Feysbuk”da gördüm həmin şəkli çərçivəyə salıb “yazının divarından” asıram. Yaxşı-yaxşı baxın.

Dillə bağlı bizə qədər də çox deyilib, çox yazılıb, biz də çox dedik, çox yazdıq. Oxumuşuq ki, rus mütəfəkkiri K.Uşinski deyib bir milləti məhv etmək istəyirsənsə, birinci onun dilini əlindən al. Rəhmətliyin başqa mənada söylədiyi bu fikirdən siyasətçilər öz istədikləri kimi faydalandılar. Hegemon dövlətlər ata nəsihəti bilib də həmin aforizmi bizə tətbiq etdilər. Uzun müddət rəsmi dairələrdə ərəb, fars, rus dilləri işlənməsinin dilimizə vurduğu yaradır ki, bu gün də üç kəlməmizdən biri öz sözümüz deyil. O “nəsihətin” nəticəsidir ki, şəhərdə gözə dəyən bir çox lövhələrin üzərində ana dilində bir kəlmə də görmürük. Gördüklərimiz isə qrammatik baxımdan bərbaddır. Bu da dil qanunlarına bələd olmadığımızın göstəricisidir.

Fədakarların küçələrdə monitorinq aparıb çəkdikləri qalaq-qalaq şəkillərdən albom düzəltmək olar. Adına “millət albomu”, “dil albomu” – nə deyirsiniz deyin, amma baxın. Və düşünün.

Dillə bağlı konkret faktlara söykənən, etiraz motivli “şəkilli yazılar” Vasif Sadıqlı, Fizzə Heydərova, vətəndaş yanğısı ilə Gülyaz Əliyeva, mövqeyimi açıqlayan bir neçə yazı da mən və digər ziyalılar yazmışıq. Bu mövzuda Cabir Novruzun tövsiyəsinin (“Gələcəyə çox da ümid bağlamayın”) əleyhinə gedib gələcəyə çox, lap çox ümid bağlayırıq. İnanırıq ki, bu zəhirmar virusla mübarizə bitən kimi, yəqin ki, dilini korlayan viruslara qarşı da aidiyyatı qurumlar tədbir görəcəklər.

Televizor adlı əşyaya qarşı antipatiyam olduğundan o işləyən saatlarda həmin otağa keçmirəm (bu barədə bir dəfə yazmışam.) Müğənni olsaydım, Barış Manço kimi mən də televizor üçün oxuyardım ki, mövsümlər gəldi keçdi baxışmayalı. Sonuncu dəfə adam kimi (yəni divanda əyləşib) televizora baxanda çox gənc idim. Uzun illərdir ki, televiziya proqramlarından imtina etmişəm. Dərzidə, gözləmə salonlarında və s. yerlərdə məcburən izlədiyim proqramlardan iyrənərək baxmıram. Bu illər ərzində zövq almaq üçün iki-üç nəfər sanballı ziyalımızın çıxışını izləmişəm vəssalam. Nəhayət, son günlərin karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydalardan xəbər tutmaq üçün özümü bu “işgəncəyə məruz” qoyub, bir neçə verilişi izləməli oldum. Amma hansı məqsədlə ekrana yaxın əyləşdiyim yadımdan çıxdı. Özümü nitq polisi kimi hiss etdim. İki-üç verilişə baxmaq xeyli material toplamağıma imkan verdi. Veriliş gedə-gedə apardığım qeydlərin çoxunu indi oxuya bilmirəm. Aparıcıların nitqi kimi qarışıqdır. Onların “kələ-kötür” nitqini dinləyəndə mənə elə gəldi, necə ki, yollar ayaqlarımızı ağrıdır, eləcə də bu əyri-üyrü tələffüzdən sözlər inciyir. Qulaqlarımız da bir yana, yazıq ana dili nələr çəkir. Son vaxtlar “bilməzsən” sözünü “bilmərsən” kimi deyənlər də artıb. Dillərinə hardan düşüb, – bilmirəm.

“Speys” telekanalındakı aparıcını dinləyirəm ki, vəziyyətdən məlumatım olsun. Vaxtımın çoxu onun “xəbər verdiyim kimi”, “qeyd etdiyim kimi”, “dediyim kimi” ifadələrindən axırda hansını seçəyini gözləməyə getdi. “…ayın 20-dək fyaliyət göstərəcək” cümləsini də sonra başa düşdüm ki, “fəaliyyət” demək istəyir.

“Real TV”-dəki qonaqsa maska düzəltməyi öyrədirdi, bildirdi ki, bunu düzəltmək çox “hasantdır”.

Brilyant Dadaşova gül kimi xatirəsini işlətdiyi ifadə ilə İctimai kanaldakı verilişdə eybəcərləşdirdi: “Mirzə Babayev bərkdən oxuyana deyirdi ki, niyə anqırırsan?”. Aparıcı Saleh Bağırova tutacağım iradın isə onun savadına, mədəniyyətinə heç bir zərəri yoxdur. O da etiraz edib deyə bilər ki, əksər ziyalılar “Rəcəbovu – Rəcəbıv”, “Babayevi – Babaiv” kimi tələffüz edir, burda nə var ki? “Hasant” sözünü bu verilişdə də işlətdilər. Bu da onu göstərir ki, çoxumuz “asan” əvəzinə bu cür deyirik. Elə mənim yaxınlarım da. Ola bilsin, mənim tələffüzümdə də bəzi qüsurlar var. Siz də mənə xəbərdarlıq edin. Beləliklə, gec də olsa, ana dilini qorumağa birinci özümüzdən başlamış olarıq.

“Material toplamaq üçün” “Yutub”a da baxmışam. Beş-on mahnı da dinləmişəm. Burda da mahnıdan çox qrammatik səhvlərə başım qarışmışdı. Səhvlərindən yazdım, mahnılardan yazmaqsa indiyə qaldı.

Sovet dönəmində yazılan mahnılarda da ifaçıların xətalı tələffüzünü eşidirik. Məsələn, Polad Bülbüloğlunun “ot qoydun gözümə” oxuması dinləyicidə başqa təsəvvür oyada bilər. Azərbaycan dilini bilməyən Manana Caparidze “məhəbbət”lə “Məhəmməd”i ayıra bilməsin, Polad Bülbüloğlu da “ot”la “od”u.

Son dövrlər bəstələnən mahnıları hesablasaq, onca dənəsini dinləyirəm. O da sözü, bəstəsi, ifası yerində olanı. Yaxşı musiqi ilə pis musiqini seçmək üçün musiqişünas olmağa ehtiyac yoxdur ki.

Bilmirəm Musa Musayevin mahnıda “ğ” hərfi əvəzinə “q” demək adətindən özünün, ya da duet ortağının xəbəri var ya yox, (“Sönmüş ocaqıma dönürəm”), (“Qıyma ömrümün cavan çaqına” ) əgər yoxdursa, mən xəbər edirəm.

Könül Kərimovanın ötən illərdə ifa etdiyi mahnılardan dinlədiklərim var, amma bu marağın onun

“Vüsal bizim, həsrət bizim

Özün söylə gəl, əzizim,

Sevgi dolu qəlbimizi

Biz açmasaq, kim açarmı?”

oxumasına irad tutmağıma heç bir dəxli yoxdur.

Rədif pozulmasın deyə yersiz halda “açarmı” soruşmağın nə mənası var?

Yazıda söhbət səhv oxunan sözlərdən gedir. Bu ağrıya dözə bilmirik, ümumilikdə mahnı mətnlərindəki qüsurlardan yazsaq, “ot” püskürərik, “ot” tutub yanarıq.

Pərvanə BAYRAMQIZI
Oxşar xəbərlər
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:10, Bu gün
Ağdərədə sümük fraqmentləri aşkarlandı
13:08, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü