Koronavirus kabusunun geniş yayıldığı dünyamızda iri güclərinin bir-birlərinə yönəlik ittihamları davam edir. Koronavirusun bioloji silah olduğu və məqsədli şəkildə yayıldığı ilə bağlı bu iddiaların nə qədər əsasalı olduğu hələ məlum olmasa da, böyük dövlətlərin bu ittihamlar vasitəsi ilə öz siyasi maraqlarını təmin etməyə cəhd etdiyi göz önündədir.
Moderator.az rus
mediasına istinadən xəbər verir ki, Geosiyasi Ekspertiza Mərkəzinin direktoru
Valeri Korovin koronavirusun ABŞ tərəfindən yayıldığı ilə açıqlama verib. V.Korovin
qeyd edib ki, ABŞ-ı belə bir addım atmağa vadar edən səbəb Çinin artan iqtisadi
gücü olub. Ekspertin fikrincə, Çinin iqtisadi baxımdan onu üstələdiyini anlayan
ABŞ, bu yolla öz liderliyini qorumağa qərar verib.
V.Korovin Çində virusun
ABŞ tərəfindən yolxudurulmuş siçanlar vasitəsi ilə yayıldığı vurğulayıb.
Lakin nə qədər maraqlı
olsa da, V.Korovin koronavirusun ABŞ-ın özündə niyə bu qədər geniş yayılması və
böyük itkilərə yol açması məsələsinə toxunmayıb.
Əslində V.Korovinin öz
ehtimallarını təsdiqləyən hər hansı faklt ortaya qoymaması, eləcə də
koornavirusun ABŞ-dakı itkilərinə aydınlıq gətirməməsi bu iddiaların məqsədli şəkildə
ortaya atıla biləcəyini göstərir. Ola bilsin ki, Rusiya mediasında ABŞ-a yönəlik
bu ittihamalr Kremlin Amerikaya olan nifrətinin Çinlə bağlı narahatlığından
daha ağır gəlməsi ilə bağlıdır və yəqin ki, gələcəkdə də oxşar ittihamlara
şahid olacağıq.
Seymur ƏLİYEV