"Biz birlikdə mücadilə aparmaqla qlobal təhlükələrdən az itki ilə çıxacağıq" - VİDEO
Oxunub: 1557
03 Apr 2020 | 14:12
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri  Fərəc Quliyev ərzaq təhlükəszliyi ilə bağlı videomüraciət edərək təkliflər verib. Həmin videomüraciəti və müraciətin mətnini təqdim edirik:

 
"Hörmətli həmvətənlərim, son zamanlar mən sizə KİV-də yazılar və videomüraciətlərlə ona görə müraciət edirəm ki,  görüşlər keçirmək, auditoriyalara çıxmaq obyektiv səbəblərdən mümkün deyil, hər halda bu yolla bəzi düşüncələrimi və təkliflərimi vermək istəyirəm. 

Çünki yaranmış durum hər bir vətəndaşın hansı mövqedə olmasından asılı olmayaraq ölkədəki vəziyyətə təkliflərlə dəstək verməsi , potensialı, resursları ilə dəstək verməsi ilə müşayiət olunmalıdır. Hesab edirəm ki, pandemiyanın  bugün davam edən və sonrakı nəticələri uzun müddət müzakirələrə , axtarışlara səbəb olacaqdır. Və qlobal karantin də demək olar ki, artıq dəyişiklərə səbəb olubdur və bundan sonra da bir çox sahələrdə ciddi dəyişikliklərə səbəb olacaqdır. O səbəbdən yeni çağırışların ortaya çıxacağı qaçınılmazdır. Bütün dünyada demək olar ki, pandemiyadan sonraki dövrdə çətinliklərlə müşayiət olunacağı proqnozlaşdırılır.İqtisadi böhranın gözlənilməsidə bir çox mütəxəssislər tərəfindən dilə gətirilir. Əlbəttə həm də kapitalizmin yeni formasının bərqərar olması müzakirə mövzusudur. Artıq yeni yanaşmalar ortaya çıxır və rəqabətsal ortamın daha da aktuallaşdığı göz önündədir. Görünən budur ki, yaşam xarakteri dəyişikliyə məhkumdur və ona görə də yaşam qaydaları da dəyişməlidir. Bu səbəbdən ölkəmizin əyninə yeni yaşam donunun biçilməsini də biz düşünməliyik və mən örnək olaraq Amerikanın divar siyasətini misal çəkirəm. Həm hərfi , həm psixoloji mənada bu dövlət divar siyasəti ilə özünü  böyük superdövlət olmasına baxmayaraq qlobal məsələlərdən kənarda milli maraqlarına və milli resurslarına söykənən və dövlət milliyətçliyini əsas götürən bir dövlət kimi ortaya qoyduğunu da bariz şəkildə göstərdi. Bunu biz Trampın BMT tribunasından çıxışında da gördük.Hətta hesab etmək olar ki, divar siyasəti əvvəldən nəzərdə tutulmuş və ölkəni müəyyən fəsadlardan qorumağa hesablanmış variantdır. 

Həm dövrün reallıqlarından, həm də psixoloji baxımdan öz resurslarımız hesabına ərzaq təhlükəsizliyimizi təmin eləməklə bağlı bugün mən sizə  müraciət etmək istəyirəm. Və bu istiqamətdə mənim 4-cü və 5-ci çağırış parlamentdəki fəaliyyətim dönəmində də təkliflərim olubdur. Amma indi bu məsələ daha da aktualdır və hesab edirəm ki, o dönəmdəki çağırışlarım da bugün aktuallığını saxlayır . Həm də bir çox ölkələrdə gözlənilməz şəkildə alacağımız bəzi məhsulların bahalaşacağı, və gözlənilməz şəkildə satacağımız bəzi məhsulların ucuzlaşacağı da indi artıq müzakirə  movzusudur və bu da daha çox hər bir ölkənin öz resursları hesabına ərzaq təhlükəsizliyini təmin etməsini  qaçılmaz edir. Son dönəmlər obyektiv səbəblərdən Azərbaycanda bir çox müəssisə və böyük ticarət mərkəzləri bağlandı. Bu təkcə bizdə deyil, bütün dünyada karantin- təcrid olunma siyasətidir ki, yürüdülür. Azərbaycan qabaqlayıcı, profilaktik tədbirlər görmək məqsədilə bir çox obyektlərin bağlanmasını zəruri hesab elədi. Bu çox doğru addımdır. Bu obyektlərin- böyük ticarət mərkəzlərinin bağlanmasından sonra təbii ki, minlərlə insan əyalətlərə qayıda bilər . Karantin müddətinin nə qədər çəkməsi sualdır. Cənab Prezident də öz çıxışında bu məsələyə toxundu.Bildirdi ki, vəziyyət elədir ki, biz nəyisə proqnozlaşdıra və hansı zamanda nəyin olacağını da nə biz nə də dünyada heç kim  müəyyənləşdirə bilməz. Ona görə hesab edirəm ki, həm  ölkəmizdə bağlanan iş yerlərimizdən əyalətlərə qayıdanların vəziyyətini nəzərə alaraq , həm də bizim ölkədən heç də fərqli vəziyyətdə  olmayan xarici dövlətlərdə də müəyyən iş yerlərinin bağlandığına görə müəyyən azərbaycanlıların qayıtması tendensiyasını nəzərə almalıyıq.  Bu da böyük rəqəmlərlə ifadə olunur. Bizim Rusiyada və Türkiyədə 100 minlərlə vətəndaşımız çalışır və onların da qayıtma ehtimalları vardır. Əlbəttə dövlətimiz bütün tədbirləri görüb. Bağlanan iş yerlərinə, məcburi məzuniyyətə gedənlərə konpensasiyaların verilməsi , maaşların saxlanılması heç kimin işdən azad olunmaması ilə bağlı tədbirlər görülür. Mən hesab edirəm ki, biz  yalnız evlərə çəkilib oturmaqla məşğul olmalı deyilik. Həyat davam edir. Əyalətlərə , xüsusən kənd rayonarına qayıdan insanların müəyyən stimullaşdırıcı tədbirlərlə faydalı iş əmsallarını artırmaq mümkündür. Mən xüsusən nəyi nəzərdə tuturam?

 Bu insanlara konpensasiya vermək müvəqqəti xarakterlidir.Amma, yardım göstərərək onların kənd təsərrüfatında çalışaraq məhsul istehsalına həvəsləndirmək mümkündür və hər mənada effektlidir. Ölkəmizdə bu addım atılacaqsa təbii ki, təcili atılmalıdır. Çünki yaz aylarıdır və aran rayonlarından fərqli olaraq bəzi rayonlarda hələ yaz işləri kənd təsərrüfatı ilə bağlı başlamayıbdır. Planlı kənd təssərrüfatı malları istehsalı  mümkündür. Bu nədən ibarətdir?

Mən bir neçə il əvvəl büdcə müzakirələrində bildirmişdim ki, Azərbaycan təxminən 860 milyon manatlıq o istehlak məhsullarını kənardan alıb  ki, onlar Azərbaycanda istehsal oluna bilərdi. Məsələn, bunları təsnifat edib siyahı eləmək mümkündür. Bu məhsullarla bağlı olaraq əhaliyə bildirmək olar ki, bu məhsulların alıcısı olaraq dövlət sifariş verə bilər , müqavilə bağlaya bilər , bu məhsulları ala bilər. Mən  xüsusi olaraq dövlətin məhsulu  almasını və müqavilə bağlamasının vacibliyini  düşünürəm. İnsanlar kənd təsərrüfatı məhsullarını istehsal eləmək üçün alıcı var deyə güvənli olsunlar.Yerlərdə həm hüquqi ,həm fiziki şəxslərlə müqavilə bağlamaq olar ki, səndən bu çəkidə, həcmdə müəyyən məhsulları mən alıram. Müqavilə ilə ilkin olaraq, beh şəklində vəsait də vermək mümkündür ki, həmin insanlar yerlər də işlər qura bilsinlər , gübrə alsınlar və s. O insanlara indiki neft qiymətlərinə uyğun olaraq ucuz qiymətə kənd təsərrüfatı maşınlarının istifadəsi üçün yanacağın da verilməsi mümkündür. Və artıq dövlət bu məsələni sifarişçi tərəf kimi üzərinə götürəndə insanlar güvənli şəkildə o istehsalla məşğul olacaqdırlar. Heç kimə sir deyil ki, bəzi məqamlarda kənd adamları məhsullarını istehsal edirlər, amma qazanc əldə edə bilmirlər. Tutaq ki, Göyçayda nar , Balakəndə xurma istehsal olunur və son anda bunlar alıcı tapmaqda çətinlik çəkirlər və məhsulun bir qismi xarab olur. Ona görə dövlət müqavilə bağlayıb əvvəldən bir qisminin vəsaitini ödəməklə, həm də güvən yaratmaq mümkün olacaqdır. Müəyyən bölgələrdə həm də souducu anbarların tikilməsi mümkündür ki, alacağı məhsulu orda ilboyu dövlət tərəfindən satıcılara çatdırılsın. Bu xüsusi əhəmiyyətlidir, çünki, bu yaxınlarda İqtisadiyyat naziri Mikayıl Cabbarov qiymətlərə nəzarətlə bağlı bir müraciət etdi. Çox doğru bir yanaşma idi. Məqsəd manapolistlərin qiymətlə oynamağını önləməkdir. Mikayıl Cabbarov Azərbaycanda çox rəğbətlə qarşılanan nazirlərdən biridir. O,Vergilər Nazirliyi kimi çox bərbad bir yeri  son dərəcə dürüst, nümunəvi  bir vəziyyətə gətirib çıxarıb. Amma təkcə inzibati yollarla qiyməti önləmək mümkün deyil və mən hesab edirəm ki, bazarın doymasında hələ də manapolistlərin təbii ki, rolu vardır. Hərçənd ki, son illər bu xeyli dərəcədə azaldılıb. Amma manapolistlərin qiymətdə oynamaması , bazarın doymasında iştirakını məhdudlaşdırmaq üçün o məhsulların dövlət tərəfindən alınması , yerlərdə soyuducu anbarlarda saxlanılması və hissə-hissə  yerlərdəki bazarlara çatdırılması həm şəhərlərdə bolluğa və ucuzluğa səbəb olacaqdır, həm də kənd yerlərin də, əyalətlər də insanların işlə təminatına səbəb olacaqdır. Bu həm də ölkəmizdə, xüsusən, Bakı şəhərində süni şəkildə urbanizasiyanın qarşısını alacaqdır. Bakıda çalışanların ki bir qismi ticarət  yerlərindən qayıtdılar. Onların böyük əksəriyyəti, əgər bu cür stimul olarsa və yerlərdə iş qurmaq imkanına malik olarlarsa, təbiiki  şəhərə qayıtmaq maraqları da olmaz. Təbii ki, dövlətimiz son zamanlar qeyri neft sektorunda çalşan sahibkarlara  dəstək verir. Kənd Təsərrüfatı ilə bağlı xeyli irəliləyişlər vardır. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərdə ciddi şəkildə reseptlərlə çıxış edibdir. Amma mən hesab edirəm ki, təkcə hüquqi şəxslər yox, fiziki şəxslər də bu məsələ də cəlb oluna bilərlər və onlara da dəstək verilə bilər. Bunun çox sadə bir yolu vardır. Hər bir kənddə yerli icra hakimiyyəti nümayəndəsi, bələdiyyə nümayəndəsi , kəndlinin nə qədər torpaq sahəsinə malik olması, nəyi istehsal eləməsi haqqında informasiyaya malik olurlar və onlarla da eyni müqaviləni bağlamaq mümkündür. Məsələn, yaxın ərazilərdə olan hərbi hissələrin, internatların, müəyyən bağçaların və. s.müəssisələrin  ərzaq  təminatı ilə bağlı bu hüquqi şəxslər və kəndlilərlə  müqavilə bağlanmaları mümkündür. Insanlar bilərlər ki, istehsal etdiyi məhsulu alan vardır . Dövlət tərəfindən də xaricdən aldığımız məhsulları təsnifat edərək nəyə ehtiyac olduğu, hansı rayonlarda onları istehsal eləmək mümkündür və s kimi sullar aydınlaşdırılar.  Planlanmış şəkildə ehtiyac olan məhsulun istehsalı  mümkündür. Bir neçə məsələ birdən birə həll olunmuş olur. 

1.Şəhərdən əyalətlərə qayıtmış insanlar işlə təmin olunurlar. Dövlət konpensasiya əvəzinə  yardım və aldığı məhsulun bir hissəsinin pulunu verir və bu pulda qayıdan bir puldur. Vəsait itirmir. Yerlərdə bolluq olduğu üçün şəhərdə də bazarlarda ucuzluq olur. Əsas odur ki, ölkənin ərzaq təhlükəsizliyi ciddi şəkildə təmin olunur. 

Mən bir neçə il əvvəl dəfələrlə bu məsələni qadırmışdım ki, Neft Fondunun vəsaitlərinin bir hissəsini ölkəyə gətirmək  və gənclərə vermək lazımdır. Şərtləri də bildirmişdim. Məsələn, kənddən olan, hərbi xidmətdən qayıdan gəncə istehsal sahəsi ilə bağlı özünün təqdim edəcəyi bir  layihəsi olacaqsa, müəyyən vəsaiti 3%-lə vermək lazımdır . Çünki bizim Neft Fondunun vəsaitləri xaricdə 3%-lə işlətməyə verilir. Və özünə mənzil tikmək üçün də torpaq sahəsi verilir. Gənc həm mənzil ilə özünü təmin edir, həm iş yeri olur, həm də bir neçə nəfərin burda işləməsi təmin olunur. Şəhərdən olan gənclərə də eyni cür istehsal sahələri yaratmaq üçün Neft Fondunun ölkəyə gətirilmiş vəsaitlərinin 3 %-lə verilməsini təklif eləmişdim. Və bildirmişdim ki, şəhər ətrafında da onlara 1.5 və 2 sot torpaq sahəsi verilməklə həm mənzil məsələsi həll oluna bilər, həm kiçik iş yerləri açıla bilər .

 Həm də elə istehlak malları var ki, ölkədə istehsal olunması mümükündür bunu kənardan almağa ehtiyac yoxdur. Təbii ki, bu təkliflərim də qüvvəsindədir. Düşünürəm ki, bu məsələlərə ciddi şəkildə əl qoymaq lazımdır. Hesab edirəm ki, bu resept və buna oxşar təkliflərlə xeyli dərəcədə ölkədəki vəziyyəti sahmana salmaq üçün addımlar atılması mümkündür. Bizim potensialımız çoxdur. Biz bir neçə iqlim qurşağı olan bölgədə yaşayırıq. Nəinki özümüzün ərzaq təhlükəsizliyimizi təmin edə bilərik, belə vaxtda həm də qonşu ölkələrə məhsul ixrac etmək imkanlarımız vardır. Bütün hallarda  ümidsizliyə qapılmaq olmaz. Bütün sahələrdə mücadilə verməyimiz lazımdı. O cümlədən ərzaq təhlükəsizliyi ilə bağlı da müəyyn işləri görməyimiz lazımdı. Bu məsələdə ciddi bir siyasi faktor da var . Heç kimə sirr deyil ki, ölkəmizə başqa ölkədən qayıdan gənclərin işsiz qalacağı halda , vəsaitlə təmin olunmayacağı halda , qıtlıq yaranacağı halda o gənclərdən bəzi dövlətlər məqsədli şəkildə istifadə eləməyə cəhd edə bilərlər. Ona görə həm də siyasi mənada yuxarıdakı təkliflərin  çox böyük əhəmiyyəti vardır və nəzərə alınacağını düşünürəm. Biz birlikdə  mücadilə aparmaqla qlobal təhlükələrdən sağlam və az itki ilə çıxacağıq. Bizim buna imkanlarımız vardır. Son zamanlar görsənən də budur ki, xalq və iqtidar arasında ciddi şəkildə bu məsələdə anlaşma var. Anlayışla məsələlərə yanaşma vardır. Əhalimiz həddən artıq yüksək səviyyəli intelektə malikdirlər və bu məsələlərdən güc birliyi ilə əlimizi hamımız daşın altına salmaqla çıxmaq imkanlarımız vardır. Bir daha sizə işlərinizdə uğurlar, can sağlığı arzu edirəm. Bu təkliflərimin də müvafiq strukturlar tərəfindən nəzərə alınmasını xahiş edirəm. Təşəkkür edirəm".
Oxşar xəbərlər
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
Tehranın Azərbaycanla bağlı daha bir QORXUSU budur - ŞOK AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 11:15
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
02 May 2024 | 11:20
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
02 May 2024 | 11:25
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
02 May 2024 | 11:12
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
02 May 2024 | 11:30
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 11:38
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO