Ömürlük zəhmətin qarantı, yaxud sıfırdan başlamağa son qoyun!
Oxunub: 4616
29 Mar 2020 | 21:39
Ömürlük zəhmətin qarantı,  yaxud sıfırdan başlamağa son qoyun!

Siyasi idarəetmə quruluşundan asılı olmayaraq, dünyanın istənilən ölkəsində daşınmaz əmlakın hər kəs üçün eyni anlam və əhəmiyyət kəsb etdiyi məlumdur. Bu baxımdan ölkəmizdə də daşınmaz əmlak bir mülkiyyət növü kimi mühüm önəm kəsb edir. Lakin bu da bir həqiqətdir ki, bəzən uzun illər ərzində gərgin əmək nəticəsində əldə edilən daşınmaz əmlak, yanğın, zəlzələ, daşqın və s. kimi fövqəladə hallar nəticəsində bir anda məhv ola, yaxud ciddi zərər görə bilir. Bu isə mahiyyət etibari ilə çoxillik zəhmətin, böyük maliyyə vəsaitinin itirilməsi deməkdir. Hansı ki, bu riskin harada yerləşməsindən, hansı məbləğdə qiymətləndirilməsindən asılı olmayaraq, istənilən daşınmaz əmlak üçün keçərli olduğu birmənalıdır.Bu isə o deməkdir ki, bu gün dəyəri yüz min və ya milyonlarla hesablanan əmlaka sahib olan şəxsin belə sabah heç nəsiz qalmaq, hər şeyi sıfırdan başlamaq ehtimalı var. Bəs vəziyyətdən çıxış yolu varmı? Ömürlük zəhmətin nəticəsini sona qədər qoruyub saxlamaq mükündürmü?

 

Fövqəladə hallara meydan oxuyan “göydəndüşmə xilas”

 

İstər dünya, istərsə də Azərbaycan təcrübəsi göstərir ki, mövcud risklərdən qaçmaq, bu qəbildən olan istənilən təhlükəni önləməyin çox sadə yolu mövcuddur. “Göydəndüşmə xilas” hesab ediləcək bu yol isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməklə bağlıdır. Istənilən daşınmaz əmlak növünün icbari sığortasını təmin etməklə, həmin əmlakı hər cür risk və arzuedilməz aqibətdən hifz etmək mümkündür. Çünki sığortalanan daşınmaz əmlak hər hansı fövqəladə hadisə nəticəsində zərər görərsə, o zaman vətəndaşa dəyən zərər ödəniləcək ki, bu da həmin şəxsin fövqəladə hadisədən itkisiz çıxması deməkdir. Odur ki, hər bir daşınmaz əmlak sahibi öz marağı baxımından sahib olduğu daşınmaz əmlakın icbari sığortasında maraqlı olmalı, öz əmlakını yalnız bu şəkildə etibarlı şəkildə qoruya biləcəyini anlamalıdır.

 

İnsanları icbari sığortadan uzaq tutan üç başlıca səbəb...

 

Təəssüflər olsun ki, istər sosial şəbəkələrdə, istərsə də mediada zaman-zaman aparılan sorğu və araşdırmalar insanların önəmli bir qisminin daşınmaz əmlakın icbari sığortasına o qədər də maraq göstərmədiyini ortaya çıxarır. Daşınmaz əmlakın icbari sığortasına olan bu laqeydliyin arxasında isə üç başlıca səbəb dayanır ki, bunlardan biri yetərincə bilgi və məlumata sahib olmamaqdır. Məhz daşınmaz əmlakın icbari sığortası və bunun önəmi ilə bağlı yetərli məlumata sahib olmamaq, insanların sığortaya lazımi maraq göstərməməsinin əsas səbəblərindəndir. Hansı ki, bu məsələdə KİV-lərin, media orqanlarının daşınmaz əmlakın icbari sığortasının əhəmiyyətinə yetərincə yer ayırmaması da az rol oynamır.

Insanların daşınmaz əmlakın icbari sığortasına marağını azaldan digər bir səbəb, sığorta şirkətlərinə olan inam və etibarın lazımı səviyyədə olmamasıdır. Təəssüflə də olsa qeyd etməliyik ki, bu günə qədər bəzi sığorta şirkətlərinin öz işinə lazımi məsuliyyətlə yanaşmaması, üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməməsi vətəndaşların bəlli bir qismində ümumilikdə sığorta sisteminin etibarlılığına qarşı bri şübhə formalaşdırıb.

Vətəndaşların bir qisminin icbari sığortaya maraq göstərməməsinin digər bir səbəbi isə onların bəzilərinin bu əmlaka qanuni əsaslarla sahib olmaması gerçəyidir. Hansı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsində qeyd olunur ki, özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş,eləcə də , tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

Məlumat üçün qeyd edək ki, hazırda sadəcə Bakı şəhəri və Abşeron yarımadasında 500 minə qədər sənədsiz evin olduğu ehtimal olunur. Bu isə yüz minlərlə ecin daşınmaz əmlakın icbari sığortasından yararlana bilməməsi deməkdir.

 

“Dövlətin humanizmi vətəndaşı arxayın salmamaldır”

 

Millət vəkili Vahid Əhmədov hesab edir ki, əhalinin daşınmaz əmlakın icbari sığortasına marağı lazımi səviyyədə olmasa da, son bir ildə ticarət mərkəzlərində baş verən yanğınlar daşınmaz əmlakı sığortalamağın nə qədər vacib olduğunu bir kəs daha ortaya qoymuş oldu:

“Doğrusu, mən vətəndaşların daşınmaz əmlakın icbari sığortasına böyük maraq göstərdiyini görmürəm. Lakin son illər baş verən hadisələr, xüsusilə də ticarət mərkəzlərində baş verən yanğın olayları və s. göstərdi ki, daşınmaz əmlakın icbari sığortası olduqca vacibdir. Insanlar anlamalıdır ki, dövlət hər dəfə fövqəladə hallar zamanı bu ziyanı qarşılamayacaq.

Bildiyiniz kimi, bizdə adətən ölkə başçısı humanist addım ataraq dəyən zərərin kompensasiyası istiqamətində müəyyən addımlar atır. Amma hər bir sahibkar, istər özəl, istərsə də dövlət təşkilatı olsun, başa düşməlidir ki, öz əmlakını sığorta etdirməlidir.

Son vaxtlar evlərin sığortası ilə bağlı ciddi işlər həyata keçirilir. Evlərin əksəriyyəti sığorta olunub. Lakin problemli məqamlar da mövcuddur. Bizdə qeydiyyata alınmayan evlər də var. Hansı ki, onlara çıxarış verilməyib. Biz bu məsələni də həll etməliyik. Yalnız bundan sonra həmin evlərin sığortası məsələsini birdəfəlik həll edə bilərik”.

 

4 əsrlik sistem, 58 milyardlıq sığorta, 90%-lik aktivlik...

 

Dünya dövlətlərinin təcrübəsi göstərir ki, qabaqcıl ölkələrdə daşınmaz əmlakın sığortasına maraq kifayət qədər böyükdür. Belə ki, dünyanın qabaqcıl ölkələrində daşınmaz əmlakın sığortası göstəricisi təxminən 90%-dir. Bu göstəricinin özü inkişaf etmiş dövlətərin sığorta amilinə verdiyi diqqəti əks etdirir.

2001-ci ilin 11 sentyabrında ABŞ-ın Nyu-York şəhərində Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə edilən terror hücumu bir kəs daha sığorta sisteminin önəmini ortaya qoydu. Belə ki, məlum terror aktı nəticəsində 58 milyardlıq zərərə yol açılsa da, nə dövlət, nə də əmlak sahibləri maddi anlamda hər hansı zərərlə üzləşmədi. Buna səbəb həmin binaların sığortalanması idi. Nəticədə 58 milyardlıq zərər məhz sığorta şirkətləri tərəfindən qarşılandı.

Bir sözlə, görünən odur ki, 1681-ci ildə, yəni 4 əsr bundan öncə iqtisadçı Nikolas Barbon tərəfindən yaradılan əmlakın sığortalanması sistemi öz aktuallaığını zamanla daha da artırmaqdadır.

 

Ölkə başçısından qızıl tövsiyə: “Bunu edin ki, bədbəxt hadisə baş verəndə sığorta şirkətinə müraciət edə biləsiniz”

 

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası, bunun əmlak sahibləri üçün önəmi prezident İlham Əliyev tərəfindən də vaxtaşırı olaraq dilə gətirilib, ölkə başçısı bununla bağlı mövqeyini dəfələrə aydın şəkildə ortaya qoyub. Təkcə bir faktı vurğulayaq ki, ölkə başçısı 2019-cu ilin 19 dekabr tarixində pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə bəzi sahibkarların öz əmlakını sığorta etdirmədiyini, bədbəxt hadisə baş verən zaman isə dövlətdən kömək gözlədiyini sərt tənqid etdi, əmlak sahiblərini öz əmlakını sığortalamağa səslədi:

“Bu il zəlzələ olmuşdur. Üstündən cəmi 10 ay keçib, bütün əsas tikinti işləri artıq başa çatıb. Minlərlə ev tikildi, təmir və bərpa edildi. Bəziləri deyir ki, indi vətəndaşlar gərək bu evləri özləri bərpa etsinlər, gərək sığortalasınlar. Əlbəttə, gərək sığortalasınlar. Mən də söz düşmüşkən bunu deməliyəm, o cümlədən ticarət obyektləri, onların hər biri sığortalanmalıdır ki, sabah bədbəxt hadisə, yanğın baş verəndə gedib sığorta şirkətinə müraciət etsin. Yoxsa ki, yanğın baş verir, günahkar da özüdür, sonra da gəlib deyirlər ki, dövlət bunun pulunu versin. Hansı ölkədə belə şey var? Hansı ölkədə dövlət özəl sahibkara hansısa bədbəxt hadisəyə görə təzminat ödəyir? Heç bir yerdə belə şey yoxdur. Hərə gedir öz əmlakını, öz mülkünü sığortalayır, bədbəxt hadisə baş verəndə sığorta şirkəti gəlib onun pulunu verir, vəssalam. Bizdə də belə olmalıdır. Mən bunu özəl şirkətlərə, ticarət obyektlərinə aid edirəm və xəbərdarlıq edirəm ki, əgər haradasa daşqın, yanğın nəticəsində nəsə yanır, batırsa, dövlətdən dəstək almağa ümid etmək lazım deyil. Düzdür, biz bəzi hallarda ən kasıb, ən yoxsul təbəqəyə kömək göstəririk. Amma altında böyük maşınlar, mülklər, villalar olan sahibkara dövlət nə üçün kömək etməlidir? Axı, bu, ədalətsizdir. Dövlət kimə kömək etməlidir, ehtiyacı olana. Pulu olan adam özü kasıba kömək etməlidir. Mən bunu sahibkarlara dəfələrlə demişəm, onların sosial məsuliyyəti olmalıdır”.

Göründüyü kimi, ölkə başçısı hər bir əmlak sahibini öz əmlakının qayğısına qalmağa, onun icbari sığortasını həyata keçirməklə sahib olduğu əmlakı bədbəxt hadisələrin nəticəsindən sığortalamağa səsləyir. Bu çağırışa cavab vermək, bədbəxt hadisələrdən sığortalanmaq üçün isə sadəcə hər bir əmlak sahibinin sığorta şirkətinə müraciət etməsi kifayətdir.

 

“Hər şeyi” “heç nə” ilə ərsəyə gətirmək imkanı...

 

Məlumat üçün qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortasını həyata keçirmək olduqca sadədir və bunun üçün cüzi ödənişlər tələb olunur. Məsələn, yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta üzrə məbləğ Bakı şəhəri üçün 50 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 40 manat, digər bölgələrdə yerləşən mənzillər üçün isə 30 manat məbləğində müəyyənləşib. Hansı ki, bu məbləğ digər dünya dövlətləri ilə müqayisədə kiafayət qədər azdır. Bu isə o deməkdir ki, əmlak sahibləri sahib olduqları əmlakı çox cüzi vəsait hesabına, demək olar ki, “heç nə” ilə sığortalamaq, özlərini arzuedilməz olayların acı nəticəsindən hifz edə bilərlər.

Onu da qeyd edək ki, hər zaman sosialyönümlü siyasət yürüdən Azərbaycan dövləti ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsini nəzərdə tutur.

Həmçinin, böyük məbləğdə itkilərin sığortalanması üçün könüllü sığorta məqsədi ilə sığorta şirkətinə müraciət etmək mümkündür.

 

Sizi “cavabdehlikdən” azad edən, məsuliyyətinizi öz üzərinə götürən universal sistem

 

Mövcud sığorta sisteminin daha bir özəlliyi daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlıdır. Hansı ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 3-cü fəslində vurğulanır ki, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası bu əmlakın istismarı, həmçinin sözügedən əmlakın ərazisində aparılan təmir-tikinti, yenidənqurma işləri və s. zamanı üçüncü şəxsin sağlamlığına, habelə əmlakına dəyən zərərə görə edilməsi gərəkən ödənişlə bağlıdır. Yəni vətəndaş daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını həyata keçirməklə bu məsuliyyətdən azad ola bilər. Bu isə əmlak sahibi üçün sadəcə maddi qazanc deyil, həm də mənəvi-psixoloji rahatlıq deməkdir.

 

Seymur ƏLİYEV

 

Məqalə İcbari Sığorta Bürosunun “Daşınmaz əmlakın icbari sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası haqqında nə bilirik? Maariflənək, maarifləndirək” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 

Oxşar xəbərlər
22:38, Bu gün
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
22:37, Bu gün
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
22:35, Bu gün
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI