Artıq xeyli müddətdir ki, Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatları, habelə Liviya ilə bağlı ortaya qoyduğu qətiyyətli mövqe bəzi Qərb dövlətləri, xüsusilə də Rusiyada ciddi narahatlıq yaratmaqdadır.
Təsadüfi deyil ki, qitələr, min kilometrlərlə məsafələr qət edərək Suriyaya gələn, bu torpaqlarda minlərə mülki insanın, günahsız körpələrin qanı hesabına öz maraqlarını təmin etməyə çalışan qüvvələr, Türkiyənin Suriyadakı mövcudluğuna son qoymağa, onun bu ölkədəki varlığına lüzum olmadığını iddia etməkdədirlər. Hətta imperialist dövlətərin bəzi təmsilçiləri bir qədər də irəli gedərək Türkiyəni işğalçılıq siaysəti həayat keçriməkdə, bu torpaqlarda həlak olan türk əsgərlərini şəhid adlandırmağın doğru olmadığı ilə bağlı məsuliyyətsiz bəyanatlar səsləndirməkdədir.
Aleksandr Perendjiyevin sayıqlamaları, yaxud türk şəhidlərinə atılan böhtan
Rusiya mediasına açıqlamasında türk əsgərlərinin Liviyadakı mövcudluğunun yolverilməz olduğunu bildirən rus politoloqu Aleksand Perendjiyev, Türkiyəni bu ölkədə işğalçı müharibə aparmaqda ittiham edib. Türk əsgərlərinin Türkiyədə deyil, Liviyada döyüşdüyüün əsas gətirən rus politoloq, bu səbəblə də türk torpağında həlak olan türk əsgərlərinin şəhid sayılamdığını bidlirib. Aleksand Perendjiyev qeyd edib ki, şəhid öz vətəni və ya xalqı, yaxud ədalət uğrunda mübarizədə həlak olanlara deyilir. Rus politoloq Liviyadakı türk əsgərlərinin bu dəyərlər uğrunda döyüşmədiyini, odur ki, bir işğalçı olaraq həlak olduğunu bildirib.
Göründüyü kimi, Aleksandr Perendjiyevin məlum açıqlamasında məqsəd Türkiyənin Liviyadakı mövcudluğuna kölgə salmaq, onun apardığı mübarizənin önəmini azaltmaq, bu mübarizəyə işğalçılıq müharibəsi damğası vuraraq ictimai rəyi Türkiyə əleyhinə kökləməkdir. Lakin bu açıqlamada ikrah doğuran ən başlıca məqam türk şəhidlərinə atılan böhtandır. Türkiyə ilə yanaşı, Suriya və Liviyadakı məzlum insanların təhlükəsizliyi uğrunda mübarizə aparan, terror təşilatlarının regiona uzanan əllərini kəsən, öz çörəyini suriyalı uşaqlarla bölən, terror təşkilatlarının dağıtdığı məktəb və xəstəxanaları yenidən inşa edən, insanlara həqiqi azadlıq və rifah bəxş edən türk əsgərini işğalçı kimi qələmə vermək hər şeydən öncə vicdansızlıqdır və əsla qəbul edilə bilməz.
Türk əsgərinin ayaq basdığı, türk şəhidinin uyuduğu hər yer vətəndir
Aleksandr Perendjiyevin məlum açıqlaması fonunda qeyd etməli olduğumuz xüsusi bir məqam var. Bu da sadəcə Türkiyədə, Suriyada, Liviyada deyil, dünyanın istənilən nöqtəsində savaşan və həlak olan türk əsgərinin şəhid adına layiqliyi gerçəyidir. Çünki türk əsgəri hər zaman sadəcə Türkiyənin deyil, bütün bəşəriyyətin, insanlığın rifahı, təhlükəsizliyi uğrunda mübarizə aparıb. Ayaqları altındakı torpağın hansı dövlətə məxsus olmasından asılı olmayaraq, türk əsgəri hər zaman haqq, ədalət uğrunda savaşıb, zalımların deyil, məzlimların yanında yer alıb. Başqa sözlə desək, türk əsgəri yaradılışın ilk günündən etibarən dünyada ədləti təmin etmək, ilahi nizamı qoruyub saxlamaq missiyası ilə hökümlü olub.
Bu səbəblə də, türk əsgərinin ayaq basdığı, türk şəhidlərinin uyuduğu hər yer türk insanı üçün vətəndir. Türk əsgərinin tər və qan axıtdığı hər torpaq bizim üçün müqəddəsdir. Dünyanın harasında döyüşməsindən, dünyanın hansı nöqtəsindən həlak olmasından asılı olmayaraq, həyatını itirən hər bir türk əsgəri şəhitdir və bu şəhidlərə ehtiram göstərmək, ehtiram göstərmək istəməyənləri isə buna məcbur etmək bizim borcumuzdur.
İşğalçı müharibələrə gəlincə, dünyada işğalçı müharibələr aparmaq, nahaq qanlar tökmək rekordu uzun əsrlərdir ki, Rusiyaya məxsusdur. Rusiyanın hazırkı siyasətini - Ukrayna, Suriya, Liviyadakı hərbi mövcudluğunu, Polşa, Belarus, Baltikyani dövlətlərə yönəlik təzyiqlərini nəzərə alsaq, əminliklə demək olar ki, bu rekord hələ uzun müddət qırılmaz olaraq qalacaq.
Seymur ƏLİYEV
E-mail: [email protected]