Dünya “Kovid-19” virusundan gömüləcək qədər cılız deyil...
Oxunub: 3388
14 Mar 2020 | 13:46
Dünya “Kovid-19” virusundan gömüləcək qədər cılız deyil...
KORONAVİRUS – YENİ DÜNYA MODELİNƏ ŞƏR HİYLƏSİYLƏ KEÇİD

Bu virus dünyanın siyasi düzənini dəyişmək gücündə olan bir silah, müxtəlif ölkələrdə inqilablar coşduran böyük çevriliş planıdır. Koronavirus azman Çini, böyük Rusiya imperiyasını çökdürməyə yönəlmiş dəhşətli cəza növüdür. Dünya virus girdabında çalxalanır. Dünya qəfil çevrilişə mübtəla olub. Çevriliş olan yerdə isə mütləq qan-qada olur. Belə qəribə işləri var fani dünyanın...

Ola bilsin, bəzi dairələrdə bəzi adamlar öz aralarında dünyanı cənginə alan bu bəladan söz salanda baş verənləri “Kovid-19” planı kimi müzakirə edirlər. Ola da bilsin, barəsində miflər yaradılan dünyanın gizli idarəçiləri, ailələrin iyerarxiyası, böyük dövlətlərin böyük rəhbərləri belə virusun haradan, necə və nə məqsədlə qaynaqlandığı barədə dəqiq heç nə bilmirlər. Axı tək dövlətlər, cəmiyyətlər, ayrı-ayrı fərdlər yox, xüsusi diqqətlə qorunan siyasətçilər, ictimai xadimlər və məmurlar da itirir. Milyonçular, milyarderlər, var-dövlətlərinin dəyəri trilyon dollarla ölçülən nəhəng kapitalistlər vahimə doğuran koronavirusun “qara dəlik” cazibəsində fırlana-fırlana lap havalanıblar. 

Dünya təşviş içindədir. Koronavirus həyəcan təbilini çalandan bəri gündəlik həyatda işlədilən bəzi ucuz ərzaqlar və tibbi vasitələr çevirib qızıldan qiymətli mallara. İndi insanları iqtisadiyyatdan, neft və qazdan çox maraqlandıran sarımsaq, soğan, göyərti, yumurta, armud, alma, tünd spirtli içkilər, qoruyucu maska, rezin əlcək, inhalyasiya aparatı, tibbi spirt, yod, gigiyenik şampun, növ-növ sabunlardır. Hələ ki, “Kovid-19” fırtınası yatmayıb. Hələ ki, XXI əsrin dünyası iradə və əzmlə, öz zəkası, elmi ilə bu bəlayla döyüşməyə davam edir. Qurban çoxdur, “dərd gələndə batmanla gələr“ söyləyib atalar. Və indən sonra da olacaq, amma bu da dünyanın sonu deyil. Bu fövqəladə şəraitdə, karantinə bələnmiş dünyada indi bizim yeganə vəzifəmiz özümüzü qorumaq, səbir edib Allaha dua etməkdir. Hər bir dərdə gərək peyğəmbər mətanəti, səbri ilə yanaşasan. 

Tanrı dərd və dərman verən yaradıcıdır. Onun dünya boyda gözəl bir əsəri var. İlahi eşqlə yoğrulub ərsəyə gəlmiş Yer üzünün bu gözəl aləmin bəşər oğlunun əli ilə yerlə-yeksan edilməsi elə də asan deyil və inandırıcı görünmür. Koronavirus dünyada mənşəyi bilinməyən 5000-dən çox virusdan biridir. Beş min bəladan biri. Kim bilir, bəlkə də bu, dəyərləri sarsılan, əxlaqı tar-mar olan bəşəriyyətə növbəti xəbərdarlıq, Tanrının göndərdiyi növbəti cəzadır?.. Bəlkə də Çin, Amerika, Rusiya, İtaliya, din deyib sinə cıran İran, Vatikan, Qüdsə görə silah çəkənlərin elə layiq olduğu cəzanın acısını da biz dadırıq. Bəlkə də “hə”... bəlkə də “yox”...

Bəlkə də biz ümumiyyətlə heç nə bilmirik, yəni başımıza gələnləri anlamaq, bu bəlanın arxasında gizlənən hikməti dərk etmək bizim şüurumuz xaricindədir, bəlkə də çox mürəkkəb düşünürük. Bəlkə də bunun adı qiyamətdir. Bəlkə də...

Məlum olan tək bir fakt var - əxlaqı çox zəifləyən, imanı sınıq dünyanı “Kovid-19” alıb cənginə. Ən çox qorxanlar isə günahkarlardır. Koronavirusla mücadilə etməkdən çox bu bəladan şikayətlənən, gizlənməyə çalışan müəyyən bir elitanın qəzəblə, həsəd və paxıllıqla dolu “Niyə o yox, mən?“ bağırtısı bütün dünyaya yayılır. Onlar belə tezliklə virusa can verməyən və indən sonra da dünyanı bəlaya salmağı düşünən lənətlənmiş bir “qovmü“ xatırladır. Virus qurbanlarına adamyeyən təbəssümü ilə baxa-baxa zövq alanlar, dünyanı “artıq adamlar” kateqoriyası ilə bölüb təmizləməyi düşünənlər belə yaman qorxuya düşüb. Havadan keçən bu virus onları da havalandırıb. 

Böyük iblislərə şeytanların bioloji hücumu başlayıb... 

Kiminin canı əldən gedir, kiminin də canından əziz milyardlarını silib süpürür bu koronavirus. Ehtimal çox, fakt isə təkdir. Dünyanı didib-dağıdan koronavirus artıq mövcuddur. Və digər viruslardan daha dəhşətli, daha ölümcül olan “Kovid-19” böhranı yəqin ki, uzun zaman çəkəcək. 

Dünyanın necə də qəribə işləri var. Belə yerdə mental yaddaşımıza tikilən bir qarğış düşür yadıma: “Allah səni öz bildiyi kimi eləsin!“ Bu virus qısa zaman ərzində dünyanın psixoloji portretini öz bildiyi kimi göstərdi. Bu virus rusları ukraynalılara bir daha tanıtdı, bu virus türkün, ərəbin, farsın bir-birindən hansı xüsusiyyətlərə görə fərqləndiyini göstərdi, bu virus katoliklərin gözü ilə protestantlara, pravoslavlara baxa-baxa qiyamət qopardı və bu zalım virus uyğurları bir daha çinlilərə xatırlatdı. Çox mətləb məlum oldu, göründüyü kimi olan dövlətlər, xalqlar olduğu kimi görünüb yenidən üzə çıxdı. Super gücü, hərbi, texnoloji potensialı ilə öyünən dövlətlər bir-birinin ardınca virusun “qara siyahısı”na düşməyə başladı. Nəhayət, Allahın bu bəlası gələndən sonra məlum oldu ki...

2020-ci ilin belə fırtınalı olacağını kim ağlına gətirərdi ki?..

Daha bir dəhşətli və yeni bioloji silahın mövcudluğu hər gün nüvə arsenalını artırmağa çalışan dövlətlərin bir virus silahı qarşısında necə köhnəldiyini sübut etdi. Koronavirus köhnəfikirli savaşçılara, super güclərə meydan oxudu və elə bir dərs verdi ki, dövlətlər, cəmiyyətlər özünün kimliyini, əsl mahiyyətini iki-üç günün içində büruzə verdilər. Koronavirus sanki psixoloji təcrübədir həm də. Çin, Rusiya, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya kimi dövlətlərin hər hansı problemə görə son illərdə belə dəhşət dolu qorxuya, çaşqınlığa, həyəcana düçar olduğunu görən olmamışdı. Halbuki neçə ildir müasir dünya ara verməyən hərbi münaqişələrdən, dini, irqi zəmində baş verən toqquşmalardan və törədilən terrorlardan danışır, həmçinin qlobal istiləşmə, ekoloji çirklənmə bəlasından, Avropaya üz tutan miqrantlardan gileylənirdi. İndiyədək neçə-neçə qripi, eləcə də  qurbanları ilə yadda qalan ebola virusunu adlayıb keçən dünya  bu yerdə yaman ilişib. 

Dünyanın heyrətamiz mənzərəsi yaranıb. Dünyaya meydan oxuyan zorlular necə də gücsüz görükür. Koronavirus fonunda bəşəriyyəti vahiməyə salan atom, hidrogen, neytron bombaları, lazer silahları, nəhəng sualtı qayıqlar, səsdən sürətli təyyarələr, mövcudluğu şübhə doğuran tektonik silahlar belə faydasız, lazımsız müdafiə təsiri bağışlayır. Bütün hərbi arsenallar qalıb qıraqda. Gözlər dikilib yenə alimlərə. 

Suallar isə səngimir: “Koronavirus nəzarətdən çıxan bioloji silahdır, yoxsa təbii virus?” Bir zaman bu sualın cavabını da biləcəyik, amma belə tezliklə yox. Sadəcə ehtimallar mövcuddur. Amerika hərbçilərinin Çin ərazisində gizli bioloji sınaq keçirən personalının ilkin vaksin nümunələri ilə təmin edilməsi versiyasına inansaq, onda koronavirusun yayılma səbəbini həm də bu prosesdən xəbərdar olan Çin dövlətinin məsuliyyətsiz davranışı ilə əlaqələndirmək gərəkdir. 

Bu bioloji silahın üçüncü dünya müharibəsinə hazırlıq məqsədi ilə dövriyyəyə buraxıldığı barədə ehtimal isə daha çox maraq doğurur. Ehtimal ki, dünya dövlətlərinin və möhkəm özül üzərində formalaşmış cəmiyyətlərin immuniteti, müqavimət gücü yoxlanandan sonra (bu proses hələ davam edir) onlara qarşı mübarizənin yeni strategiyaları işlənib hazırlanacaq. Proseslər elə sürətlə gedir ki, mən “bu virusun vaksini onlarda var“ fikrinə də artıq şübhə ilə yanaşıram. Ola bilsin, ilkin vaksin nümunəsi elə də güclü təsiredici qüvvəyə malik olmayıb. Ola da bilsin, bu bəlanı ortaya atanlar arzularına çatandan sonra “Kovid-19” əleyhinə vaksin hazırlanması mümkün olacaq. Hazırkı vəziyyətdə dünya əhalisi sanki nəhəng laboratoriya siçanına çevrilib. Sözsüz ki, son nəticəyə qədər xeyli cəhd olacaq, hələ dünya bu bəladan qurtulmaq üçün baş sındırır. Lakin “üçüncü göz”ün müşahidələri də hələ davam edir. İdeyadan reallığa çevrilən “Kovid-19” istehsalçıları bu gün öz vətəndaşlarını dəhşətli, yoluxucu bəladan qurtarmaq istəyən ölkələrin çevikliyini və həyata keçirdikləri tibbi sınaqların, fövqəladə tədbirlərin effektini yüksək dairələrdə uzun zaman müzakirə edəndən sonra yəqin ki, bir qərar verəcəklər. Ancaq onları qabaqlamaq gərəkdir. Və dünya buna mütləq nail olacaq. 

Bu virus hələ kimləri çalxalayacaq...

Yenidən güclü və inadkar dövlətlər anlayışı meydana gələcək. Daha sonra isə böyük ehtimalla Çin və Rusiya kimi ölkələrin siyasi, iqtisadi və psixoloji durumu möhkəm sarsılacaq. Bu ölkələrin sonrakı taleyini isə neftin bazarı müəyyən edəcək. Nəhəng ölkələrin hazırladığı antivirus preparatlarının, vaksinlərinin keyfiyyəti və nəticəsi bilinəndən sonra proseslərə nəzarət edən həmin virus istehsalçıları koronavirusu qismən məhv edən və tək bir növə güc gələn yeni vaksin kəşf edib onu dövriyyəyə buraxacaq. Düşünürəm ki, əldə edilən nəticələr üstündə gələcəkdə daha da dəhşətli və yeni xüsusiyyətə malik virusun dövriyyəyə buraxılması prosesinə start veriləcək. Yəni ikinci mərhələyə keçid başlanacaq. 

Hər gün bu virus barəsində yeni nə isə eşidirik. Hər gün koronavirus canlı əfsanə həyatı yaşayır. Alimlərin dediyinə görə, “Kovid-19” əsasən havadan keçir və ən qəribəsi də odur ki, bu virus çirkli havanı təmizləyir, yəni havadakı bütün mikroblar, zərərli komponentlər virusda cəmləşib onun nüvəsini daha da zənginləşdirir. Deməli, koronavirusun uzunömürlü olmasında son zamanlar baş verən meşə yanğınları, daşqınlar, qum fırtınaları, toz dumanları da xüsusi rol oynayır. Təbiətin şıltaqlığını, təbiətdə baş verənləri girəvə bilib şər xisləti ilə ətraf mühitə müdaxilə etmək, bir meşə yanğınını, yaxud toz dumanını öz məqsədinə calayıb məqam güdənlər məhz Tanrıya qiyam edənlərin sırasında olanlardır. Onlar da canlı virusdur. Belə adamlar isə ömrü boyu zərər versə də, sonda həmişə məğlub olur.
Sözsüz ki, Allahsız iş yoxdur. Və Yaradan bütün bunlardan xəbərdardır. 

Mənim bu virus bəlasına münasibətim dədə-baba baxış bucağı ilə üst-üstə düşür. Allahın göndərdiyi bəlaya görə ona qiyam etmək yox, mütləq böyük səbirlə çıxış yolu arayıb tapmaq. Dünya çox belə bəlanı adlayıb. Və bu yerdə nədənsə koronavirus universal xüsusiyyətinə görə keçmişə çevrilən taunun, vəbanın və neçə-neçə unudulan bəlanın müasir rüşeymini xatırladır mənə. 

Allah bilən yaxşıdır...

Dünyanın başı qarışdı. İqtisadi çökmə və siyasi tənəzzül başlandı. “Kovid-19” ən güclü silah olduğunu təsdiqlədi. Virus yeni mərhələyə qədəm qoydu. Çin və Rusiya hələ ki, savaşır, Avropa isə bu savaşda artıq geri çəkilmiş pərakəndə ordunu xatırladır. Dünya əhalisinin sayını azaltmağa çalışıb guya bəşəriyyətə xoşbəxtlik vəd edənlər elə hey çalışırlar ki, ümidi sınan insanların dilindən “bunun cavabını verməkdən ötrü tək variant müharibədir“ çağırışları eşitsinlər. Belə kəlmələri eşitməkdən ötrü tələsənlər Çinlə ABŞ-ın, yaxud da Rusiya ilə Amerikanın müharibəsini arzulayan çevrələrdir. 

Onları geri oturda biləcək ən böyük qüvvə Tanrıdan ilham alan xeyirdir. 

Dinsiz-imansız, adət-ənənələrin tapdandığı, ailə institutunun dağıldığı bir cəmiyyətin prinsipləri üzərində, cinsi azlıqlarla, feministlərlə, anarxistlərlə əl-ələ verib bəşəriyyətə meydan oxuyan bir mutant aləm qurmaq eşqi ilə yaşayan lojadakı cənablardan ötrü koronavirus əslində ciddi bir tarixi sınaq oldu. Onlar elə bir dünya yaratmaq istəyirdilər ki, orada güclü və ideoloji rəqiblər olmasın. Onlar yazdıqları qanunları dünyaya həzm etdirməyi, bəşəriyyətin, insanların taleyini tək mərkəzdən idarə etməyi düşünürdülər və görünür tələsdiklərindən 2020-ci il qlobal iflasına uğradılar. Nəzarətdən çıxan bioloji silah onların özünü də vurdu. Gizli dövlət yaradanların yaydığı bu bioloji silahın virusu öldürə-öldürə aləmə yayılıb yenə onlara tərəf üz tutdu...

...Bu dünyanın çox qəribə işləri varmış...

Dərd-bəladan göz açmağa macal tapmayan, yenə də dərdi təzələnən dünyanın dərdini təzələyən bu ölümcül silahın necə fəsadlar yaratdığı çox maraqlı idi. Öncə belə dəhşət görməyənlər  bunu da gördü. Artıq savaş canavarları uzaqmənzilli raketlərdən istifadə etmədən uzaq-uzaq mənzillərə hansı üsullarla çata biləcəklərini yaxşı bilirlər. Yoluxucu şər tezliklə küncə sıxılmasa, bu dünya növbəti mərhələdə virus daşıyıcısı robotların hücumları ilə də qarşılaşmalı olacaq. Bu boyda dünya adlı yurda dönük çıxanlar, onu qarışdırmaq istəyənlər kosmik savaşa yerdən bu üsullarla belə başlamaq istəyirlər.

Lənətlənmiş XXI əsrin 20-ci ili.

Şübhələr səngimir. Dünyanı yerindən oynadan, ölkələrin iqtisadi tempini, ictimai və siyasi durumunu dolaşığa salan “Kovid-19” bəlasına bir az masonsayağı, bir az da assanjvarı fərqli baxışlar bucağından baxsaq görərik ki, canlar alan bu virusun və gələcəkdə gözlənilən ən böyük bəlaların köməyi ilə bəşəriyyətin müqavimətini qırmaq, tənəzzüldən təkamülə fəlsəfəsi ilə müasir dünyanı, texnologiyaların inkişafını tamamilə ayrı istiqamətə yönəltmək istəyi hələ ki, tükənməyib. Bizim gələcək dünya haqqında təsəvvürlərimizi dağıtmaq istəyirlər. Milli-mənəvi dəyərlərin heç olduğuna, dinlərin gücsüz, eyni zamanda köhnəldiyinə insanları inandırmağa cəhd edənlərin ali məqsədi bütün müqəddəs şəhərləri, paytaxtları, kilsələri və məscidləri, sinaqoqları, hətta Budda məbədlərini boşaldıb sərhədsiz, dinsiz, inancsız bir dünya qurub yaratmaqdır. Dünyanın vahid mərkəzdən idarə edilməsi dövrünə keçid almağı qət edənlər sanki İsanın zühurundan öncə dünya hakimiyyətinə yiyələnməyə tələsirlər. Bəlkə də Dəccal obrazını real şəxsiyyətə çevirmək, dünya hakimi kimi təqdim etməkdir onların məqsədi. Saymaqla qurtarmaq bilməyən variantlar və saysız-hesabsız “bəlkə”lər...

Dünya təslim olmağa tələsmir...

Koronavirus 127 ölkəyə yayılıb. Bu virusa yoluxanların sayı 135 min, virusdan ölənlərin sayı isə 5 mindir. Statistikanın ümidverici hesabatında koronavirusdan sağalanların 66 min nəfərdən çox olduğu bildirilir. Yəni dünyanın ipi hələ üzülməyib. Və sözsüz ki, bu Allahın qəzəbindən çox Allahı qəzəbləndirən bəndələrin işləridir. Ümidlər ölməyib hələ. Yəqin ki, bu virus da bir zaman (bəlkə də tezliklə) keçib gedəcək, ancaq belə şər ideya müəlliflərinin kökü tezliklə kəsilməyəcək. Ən böyük bəla da elə budur. Müstəbidlərin firavanlığına dözən, illər uzunu onların nazını çəkən, onları varlandıran Amerika, Rusiya, Çin, İngiltərə,   Fransa, İtaliya, Vatikan, İran indi cəzalı dünyanın girovuna çevrilib. 
Bioloji silah “Kovid-19”un sınağı böyük faciə ilə nəticələndi. Zaman gələcək, iblislər bir-birini yeyib axırına çıxanda dünyadakı bütün viruslar da gömüləcək qaranlıq keçmişə. Buna görə də savaşmaq lazımdır. Savaş olan yerdə isə mütləq qurban olacaq. Neçə-neçə dəhşətli, təbii xüsusiyyəti dəyişdirilən bəla gəlir koronavirusun ardınca...

...Dünya “Kovid-19” virusundan gömüləcək qədər cılız deyil. Bura yerdən göyə, göydən də yerə dönən Adəmin vətənidir.   
Allah bizi bəlalardan qorusun! 
Bu, istək və duadır.
Allah bəlanızı versin! 
Bu, qarğış deyil, əmin-amanlıq arzusudur. 
Oxşar xəbərlər
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 12:39
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi