Qorxunc infeksiyaların yayılmasında pul əsginaslarının rolu - İDDİA
Oxunub: 1181
29 Feb 2020 | 11:49
Qorxunc infeksiyaların yayılmasında pul əsginaslarının rolu -  İDDİA
Çindən yayılan koronavirusla əlaqədar bütün dünya həyəcan içindədir. Ucuz Çin malları dünyaya çox sürətlə yayıldığı kimi, bu nataraz ölkədə meydana gələn viruslar da qısa zamanda ölkələrin sərhədlərini aşa bilir. Avropa dövlətləri bir-birinin ardınca koronavirus təhlükəsi ilə bağlı həyəcan təbili çalmaqdadır.

Almaniya hökuməti ölkədə koronavirus epidemiyasının yayılması təhlükəsinin olduğunu elan edib. Dünyanın tibb mərkəzlərindən biri olan Almaniyada ölümcül virusla mübarizə üçün ilkin olaraq federal büdcədən 50 milyon avro vəsait ayrılıb. Bu arada belə iddialar da var ki, koronavirusun pul əsginasları üzərindən yayılma ehtimalı var.

Məlumdur ki, virusun insana yoluxma yolları sırasında əşyalar üzərində keçmə də var. Məsələn, bir şəxs ictimai nəqliyyatda öskürürsə, bu zaman əşyanın üzərinə düşən ağız seliyi başqa şəxsləri də yoluxdurmağa kifayət edir. Tək koronavirus yox, bütün viruslar belədir. Bu səbəbdən koronavirusun əşyalar vasitəsilə Azərbaycana yayılması istisna edilmir. Pul əsginasları ictimai dövriyyədə olan əşyalar sırasındadır. Bu baxımdan Azərbaycanda nağdsız ödənişlərin tam şəkildə tətbiqinə ehtiyac duyulur.

2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur. Ümumilikdə, ölkədə ödəniş və pulköçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40 faiz artıb. Ötən il ödəniş kartlarının sayı 11,2 faiz artmaqla 7,3 milyona çatıb. Həmçinin ötən il debit və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38 faiz, məbləği isə 31 faiz artıb. O, həmçinin əlavə edib ki, 2019-cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə ödənişlərin sayı 67 faiz, məbləği isə 97 faiz yüksəlib. Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS-terminallar üzrə nağdsız ödənişlər 20 faizə qədər artıb. Lakin ATM və POS-terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir.

Koronavirusun dünya üzərində səyahətə çıxdığı bu günlərdə Azərbaycanda nağdsız ödənişlər həm də həyat və sağlamlıq üçün zəruridir. Pul əsginasları ilə birbaşa təmasa yol vermədən alış-verişin nağdsız həyata keçirilməsi bu yolla yoluxmanın qarşısının alınması deməkdir.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, koronavirusun pul əsginasları üzərində yayılma ehtimalı var: “Virusların daha çox insanların sıx toplaşdığı məkanlarda - məktəblərdə, metrolarda, avtobuslarda, ali məktəblərdə yayılması üçün olduqca münbit şərait olur. Bir də ki, pul sürətlə əldən-ələ keçir. Koronavirusun əşyalardan keçməsi halları da var. Virus pula düşdüsə, həmin pul da bir əldən bir başqasına keçirsə, adamın yoluxması ehtimalı var. Həmin şəxsin yoluxması ilə yenə də virus pul əsginası ilə digər şəxsə ötürülə bilər. Beləcə, yoluxma sayı arta bilər. Bu baxımdan alış-veriş zamanı nağdsız ödənişlərə üstünlük vermək vacibdir. Amma Azərbaycanda milli mentalitet belədir ki, pul bir çox hallarda canımızdan da artıqdır. Məsələn, məmurları götürək. Adamlar büdcə pullarından oğurlayıb əvəzində çoxlu xəstəliklər qazanıblar. Ürək, şəkər xəstəlikləri pulları artdıqca canlarına keçib. Üzdə sakit görünmələrinə baxmayın, qorxurlar və oğurlamaqda davam edirlər. Nağd pula aludəçilik var bizdə. Əllər nağd pula dəyməyəndə əhvalımız düzəlmir. Mentalitetimiz belədir. Azərbaycanda nağdsız ödənişlərin təbliğatının ən güclü vasitəsi də elə puldur. Ötən ilin yanvarında Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə pərakəndə iaşə müəssisələrində vətəndaşların etdiyi alqı-satqı üzrə Əlavə Dəyər Vergisinin (ƏDV) nağdsız ödənişlər zamanı daha böyük hissəsi sahibinə qaytarılmalıdır. Qanun qüvvədə olsa da, faktiki olaraq vətəndaşlar qəbul olunan qanuna uyğun olaraq ƏDV-nin bir hissəsini nağdsız ödənişlər üzrə geri ala bilmirlər. Qanunun, sadəcə, tətbiqi mexanizmi yoxdur. Qanun qüvvəyə salınırsa, tətbiq mexanizmi də olmalıdır. Nağdsız ödəniş edən vətəndaş ƏDV-nin bir hissəsini geri ala bilsə, bu halda nağdsız ödənişə üstünlük verəcək. Belə olmayacaqsa, nağdsız ödənişlərin tətbiqi çətin olacaq, pulla birbaşa təmas, müvafiq olaraq əsginas üzərindən yoluxma ehtimalı da qalacaq”.

Əkrəm

Əkrəm Həsənov: “Virus pula düşdüsə, həmin pul da bir əldən başqasına keçirsə, adamın yoluxması ehtimalı var”

Əkrəm Həsənov deyir ki, rəhbərlik etdiyi hüquq şirkətində nağdsız ödənişləri tətbiq edib və müxtəlif xidmət sektorlarından etirazlar eşitməkdədirlər: “İşçilərimizin əmək haqları nağdsız şəkildə ödənir, işlə əlaqəli gediş-gəlişləri şirkətin ödəmə kartına bağlanıb. İnanın ki, taksi şirkətlərinin bir çoxu pulun nağd ödənməyəcəyini  eşidəndə, ümumiyyətlə, sifarişi qəbul etmirlər. Pulun nağd verilməsini tələb edirlər. Əgər taksi sürücüsü bilsəydi ki, nağdsız ödəmənin özündən də nəsə  qazanacaq, bu şəkildə nağd ödənişə can atmazdı. Digər sahələr üzrə də eyni durumdur. Koronavirusun dünyaya yayılması fonunda nağdsız ödənişlərin geniş tətbiqi məsələsi gündəmin əsas mövzularından olmalıdır”.

Həmid
Həmid Herisçi: “Mikroorqanizmin düşmən kimi qiymətləndirilməsinə gəldikdə, latın dilində ”virus" sözü “zəhər” mənasını verir"

Yazıçı-konspiroloq Həmid Herisçi deyir ki, Avropada ciddi həyəcan təbili varsa,  vəziyyət ciddidir: “Koronavirusun pul əsginasları üzərindən yayılması mümkündür. Keçmiş zamanlarda ”Böyük ipək yolu" coğrafiyasında oxşar situasiya 14-15-ci əsrlərdə yaşanıb. Milyonlarla insan tələf olub. “İpək yolu” projesinin gündəmdən silinməsi, aşağı yuxarı, məhz bu yoluxucu xəstəliklərlə əlaqədardır. Konspiroloqlar arasında bu ssenarinin Çin-ABŞ ticarət müharibəsi çərçivəsində baş verdiyini vurğulayanlar az deyil. Umberto Ekonun “Gülün əsəri” romanında süjet belədir ki, əlyazmanın vərəqləri zəhərli olduğu üçün ona toxunan keşişlər ölürlər. Əlyazmalardan belə təhlükə varsa, viruslu pul əsginaslarından yoluxma ehtimalı da qalır. Deyilənə görə, İosif Stalini də bu cür - kitab vasitəsilə zəhərləyiblər. Lyudoviqin də eyni üsulla aradan götürülməsi haqda məlumatlar var. Bizim eradan əvvəl var olmuş Hett dövləti Misirlə rəqabətdə müharibələrə meyl edirdi. Hett çarı bir şəhəri alandan sonra viran qoyur. Onun torpağını şumlatdırır və orada zəhərli bitkilər əkdirir ki, həmin ərazidə düşmənləri bir daha şəhər sala bilməsinlər. Bu, həmin dövr üçün ilk bioloji silah idi. Bu gün alimlər anlayırlar ki, mikroblar insanın nəinki düşməni, həm də onun müttəfiqi ola bilər. Mikroorqanizmin düşmən kimi qiymtləndirilməsinə gəldikdə, latın dilində “virus” sözü “zəhər” mənasını verir. Viruslardan silah kimi istifadənın genişlənməsinə şahidlik etməkdəyik. Britaniyada siyasi kəşfiyyat orqanı ilə yanaşı bioloji kəşfiyyat orqanı da fəaliyyətdədir.Viruslarla məşğuldurlar. Ona görə də pul əsginasları ilə virusların yayılmasını da istisna etmək olmaz".
Oxşar xəbərlər
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
02 May 2024 | 19:01
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
02 May 2024 | 18:59
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
02 May 2024 | 18:54
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
02 May 2024 | 18:50
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
02 May 2024 | 18:48
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
02 May 2024 | 18:43
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
02 May 2024 | 18:38
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
02 May 2024 | 18:10
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 18:00
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
02 May 2024 | 17:55
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
02 May 2024 | 17:52
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
02 May 2024 | 17:50
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
02 May 2024 | 17:48
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
02 May 2024 | 17:45
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
02 May 2024 | 17:40
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
02 May 2024 | 17:35
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
02 May 2024 | 17:30
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
02 May 2024 | 17:20
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
02 May 2024 | 17:10
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
02 May 2024 | 17:05
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
02 May 2024 | 17:00
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
02 May 2024 | 16:56
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
02 May 2024 | 16:50
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
02 May 2024 | 16:45
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
02 May 2024 | 16:40
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:35
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:18
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:12
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:00
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
02 May 2024 | 15:55
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 15:47
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
02 May 2024 | 15:45
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
02 May 2024 | 15:40
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
02 May 2024 | 15:35
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:27
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
02 May 2024 | 15:25
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
02 May 2024 | 15:22
Bazar günü imtahan olacaq
02 May 2024 | 15:18
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 15:10
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
02 May 2024 | 15:06
Tələbə və məzunlara yeni şans - VİDEO
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
02 May 2024 | 14:58
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
02 May 2024 | 14:53
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
02 May 2024 | 14:49
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
02 May 2024 | 14:45
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 14:35
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:25
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 09:12
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
02 May 2024 | 09:30
Bu insanlardan uzaq olun!
02 May 2024 | 10:20
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
02 May 2024 | 10:00
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
02 May 2024 | 10:40
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
02 May 2024 | 09:05
Bu gün Yasamalda qaz olmayacaq
02 May 2024 | 10:23
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
02 May 2024 | 09:00
Küləkli hava nə vaxtadək davam edəcək?
02 May 2024 | 08:25
Sumqayıtda 15 yaşlı qız itkin düşüb