İşğalçıya növbəti aprel zərbəsi endirmək zamanı
Oxunub: 1130
26 Feb 2020 | 10:32
İşğalçıya növbəti aprel zərbəsi endirmək zamanı
Erməni tərəfinin son təxribatları dinc nizamlamaya ən kövrək ümidləri də dəfn edir; türkiyəli politoloq: “Dağlıq Qarabağ məsələsində vaxt bizə işləyir...”

Ermənistan baş naziri Nikol Paşinyanın Münhendəki fiaskosundan sonra və Xocalı soyqırımının ildönümü ərəfəsi işğalçı qüvvələrin azğınlaşması müşahidə olunur. Xəbər verdiyimiz kimi, Paşinyanın işğal altındakı Dağlıq Qarabağa növbəti qanunsuz səfərindən sonra təmas xəttində gərginlik artıb. Bu gərginlik özünü həm də Azərbaycan-Ermənistan sərhədinin Qazax istiqamətində göstərib. Sərhədçilərimizin mövqelərinin minaatanla atəşə tutulması nəticəsində bir əsgərimiz şəhid olub.

Ermənistan tərəfi hələlik bir hərbçisinin “yüngül yaralandığını” bildirir, itkilərini təsdiq etmir. Ola bilsin, bu, ən əvvəl işğalçı orduda son aylar xeyli artan qeyri-döyüş itkiləri ilə bağlı cəmiyyətdə ordu rəhbərliyinə sərt etirazların artması ilə bağlıdır. Yəni mümkündür ki, itkilər az sonra, yaxud tədricən açıqlansın. Lakin istənilən halda, Azərbaycanın qarşı tərəfə qat-qat sərt və ağrılı zərbə vurması üçün bütün əsaslar var. 

N.Paşinyanın Münhendən qayıtdıqdan sonra ictimai rəyi sakitləşdirmək məqsədilə işğal altındakı ərazilərin qaytarılmasını, ümumiyyətlə, istisna edən bəyanat verməsinin ardınca düşmən ordusunun bu cür azğınlaşması daha sərt cavab tədbirlərini zəruri edir - xüsusən də Qarabağda. Hətta düşmənə növbəti aprel zərbəsi endirməyin zamanı çatdığı qənaətindəyik.

Yəqin ki, bu qəbildən cavab tədbirlərinin tezliklə şahidi olacağıq. İşğalçıya heç bir halda aman vermək olmaz. Çünki qarşımızdakı olduqca məkrli, dünya miqyasında Azərbaycan və Türkiyə əleyhinə daima total yalanları həqiqət kimi sırımağa çalışan, bəzən buna nail olan mənfur bir düşməndir. Odur ki, iki qardaş ölkə ortaq hərbi əməkdaşlıqla yanaşı, beynəlxalq miqyasda sinxron təbliğat və əks-təbliğat aparmaq, erməni yalanlarını ifşa eləmək üçün yorulmadan birgə hərəkət eləmək zorundadır.

*****

“Dağlıq Qarabağ məsələsində vaxt bizə işləyir”. “Yeni Müsavat”ın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Administrasiyasının Təhlükəsizlik və xarici siyasət məsələləri üzrə qurumunun nümayəndəsi, professor, politoloq İsmayıl Safi deyib.

“Biz hər şeyi düzgün edirik. Hər imkanda Türkiyə və Azərbaycan heç bir güzəştə getmədən bəyan edir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir”, - deyə o qeyd edib. Onun sözlərinə görə, Ermənistanda türklərə qarşı düşmənçilik artıq paranoya halını alıb: 

“Biz çoxlu şəhid itirmişik. Ancaq onlar kimi bu qədər kin saxlamırıq. Bizim niyyətlərimiz həmişə xoşdur. Təəssüf ki, biz türklərin yaşadığı bütün ağrı-acıları unutmuşuq. Hər şeyi unutmaq olmaz. Bosniya və Hersoqovinanın hörmətli lideri Aliya İzzetbeqoviç deyir ki, soyqırımı yaddan çıxarmaq olmaz, çünki unudulmuş genosid təkrarlana bilər. Bu məsələdə Türkiyə Azərbaycandan daha unutqandır. Qarabağa gəlincə, bu torpaqlar şübhəsiz ki, Azərbaycana məxsusdur. Sadəcə, orada yaşayan ermənilərə gələcəkdə normal yaşamaq üçün şərait yaradılmalıdır”.

Saxta erməni “soyqırımını” tanıyan ölkələrin sayının artmasına münasibət bildirən politoloq hesab edir ki, informasiya təbliğatı sahəsində situasiya elə də yaxşı deyil. “Ermənilər bizə qardaş olan Azərbaycanın ərazisini işğal edir, sonra Xocalı soyqırımını törədir. Və bütün bunların üstündən onlar haqlı olur, biz yox? Belə təəssürat yaranır ki, onlar qəddar yox, əzabkeşlərdir. Belə mənzərə onların ədalətsiz təbliğatı sayəsində yaradılıb. Rusiyadakı, Amerikadakı, Avropadakı KİV-lər və başqa sferalar onların əlindədir. Onlar hətta bizim KİV-lərə, bizim xalqımıza da təsir edə bilirlər. Onlar öz yalanlarını yeritmək üçün hər yerdə gecə-gündüz işləyirlər”, - deyə o əlavə edib.

aprel

*****

Son qənaəti bölüşməmək mümkünsüzdür. İşğala, saxta soyqırım iddialarına qarşı effektli mübarizə doğrudan da paralel olaraq təbliğat alanında, hətta bir az da məkrli düşmənin öz üsullarından istifadə olunmaqla, daha güclü şəkildə aparılmalıdır. Əlbəttə ki, bu sahədə uğurlar az deyil. Elə olmasaydı, dünya çoxdan büsbütün erməni yalanlarına təslim olar, torpaqlarımızın işğalı tanınar, uydurma genosid məsələsi BMT-nin gündəliyinə çıxardı.

Azərbaycan və Türkiyənin təcavüzkar ölkəyə qarşı illərdir apardığı blokada siyasəti də müstəsna olaraq, düşmən ölkəni çökdürmək, onun təbliğatını kəsərsiz eləmək, Bakı və Ankara ilə dil tapmadan inkişaf etməyin qeyri-mümkünlüyünü ermənilərə anlatmaqdır. Bu siyasət artıq bəhrəsini verir. Ermənistan iqtisadiyyatı ağır durumdadır, ölkədən əmək qabiliyyətli əhalinin axını dayanmır. O da diqqətçəkicidir ki, iki il öncə qonşu ölkədə yaşanan və ermənilərin ağız dolusu danışmağı xoşladıqları “məxməri inqilab” da vəziyyəti yaxşıya dəyişməyib. Çünki Qarabağa görə blokada rejimi qalır. Bu üzdən artıq Nikol Paşinyan iqtidarına qarşı da narazılıq var və aybaay böyüməkdədir.       

Ermənistanda vəziyyət həm də qarışıqdır. Bir səbəb də Paşinyan hökumətinin inqilabdan keçən iki ildə hələ də öz daxili dayaqlarını möhkəmlədə bilməməsi ilə bağlıdır. Bu da Azərbaycana Qarabağ məsələsində, işğalçı qüvvələri daha böyük itkilərə məruz qoymaq baxımından əlavə fürsət yaradır. Üstəlik, düşmən ölkədə durum aprelin əvvəlinə konstitusiya referendumu təyin edilməsi ilə bir qədər də kəskinləşib. Hakimiyyətə qarşı KİV və ekspert dairələri çərçivəsində irad və ittihamlar xeyli qartıb. Qarşıdurma və toqquşma ehtimalları çoxalıb.

“Ermənistanda nəzərdə tutulan referendum nonsensdir. Bu referendumla rəsmi İrəvan ictimaiyyətin fikrini Qarabağ ətrafında gedən hadisələrin inkişafından yayındırır”. Bu barədə Ermənistanın “Vernatun” ictimai-siyasi klubunun bəyanatında deyilib (Axar.az).

“Konstitusiya islahatı yalançı gündəmdir və sadə Ermənistan vətəndaşına heç nə verməyəcək. Məsələ bundadır ki, Ermənistan üçün Qarabağ ətrafında təhlükəli proseslər gedir və referendum da ictimaiyyətin fikrini hədəfdən yayındırmaq üçündür” - bəyanatda qeyd olunub.

Klub bəyanatında iddia edilir ki, İrəvanla Bakı arasında Qarabağ probleminin həlli məsələsində razılaşma var və Ermənistan güzəştə gedəcək. Ermənistan cəmiyyətinin reaksiyasını başa düşən hökumət yayındırıcı manevr etməyə cəhd göstərir. Buradaca qeyd edək ki, Ermənistan müxalifəti hakimiyyətə təzyiq üçün son günlər Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlardan maksimum istifadə etməyə çalışır.

*****

Azərbaycanı əlbəttə ki, Ermənistanda Paşinyan iqtidarına hansı münasibətin bəslənməsi deyil, öz torpaqlarını tezliklə işğaldan azad etmək maraqlandırır. Doğrudur, düşmən ölkədə qarışıqlığın və hərc-mərcliyin hökm sürməsi Azərbaycana əl verir. Çünki belə qarışıqlıq İrəvanın işğal altındakı torpaqlarımıza nəzarətitş zəiflədir.

Bütün hallarda biz Rusiya amilini də ciddiyə almaqla, ərazilərimizin heç olmazsa, bir qismini, tutaq ki, Dağlıq Qarabağ ətrafındakı iki rayonu ildırım sürəti ilə geri almaq üçün “qızıl fürsət”i düzgün hesablamalı və dərhal istifadə etməliyik. Çünki erməni tərəfinin son açıqlamaları bir daha təsdiq edir ki, o, real güc görməyincə, güclü zərbə yeməyincə danışıqlarda konstruktiv mövqe tutmayacaq və status-kvonu süni surətdə uzatmağa davam edəcək.   

Ancaq türkiyəli politoloqun da qeyd elədiyi kimi, zaman ermənilərə işləmir. Başqa sözlə, Qarabağ ixtilafının çözümü, Türkiyə ilə münasibətləri qaydaya salmaq ən əvvəl onların özünə lazımdır. Bunu həm də artan müharibə riski diktə edir.

“Dağlıq Qarabağdakı münaqişə ümidsiz şəkildə dondurulub, 1990-cı illərin əvvəlində müəyyənləşdirilmiş danışıqlar formatı artıq işə yaramır”. Bu sözləri erməni politoloq Karine Gevorqyan deyib.

“1994-cü ildən bəri dünya çox dəyişdi və köhnə yanaşmalarla bu problemi həll etməyin mümkün olmadığı aydın oldu. Çünki Qarabağ münaqişəsi bütün Yaxın və Orta Şərqə təsir edən proseslərin bir hissəsinə çevrildi. Yəni Qarabağ münaqişəsi müxtəlif qlobal siyasi güclərin maraqlarının toqquşduğu geosiyasi forma alıb. Bu vəziyyətdə münaqişənin həlli mümkünsüz görünür, hətta ATƏT-in Minsk Qrupunun səylərinə baxmayaraq...” - Gevorqyan bildirib.

Onun fikrincə, 1990-cı illərin əvvəllərindən nə ermənilərin, nə də azərbaycanlıların dünyagörüşü dəyişib: “Hər tərəfin tamamilə əks mövqeyi var və yaxın gələcəkdə dəyişməyəcəyindən qorxuram. Baş verənlərin tərəflər arasında silahlı qarşıdurmaya səbəb olacağını istisna etmirəm”.

Erməni politoloqun fikirlərində bəzi rasional notlar olsa da, bir şeyi xüsusi vurğulamaq zərurəti var: bu da ondan ibarətdir ki, konfliktin həlli üçün azərbaycanlıların yox, məhz ermənilərin yanaşmasının dəyişməsinə, bundan ötrü isə onların beynəlxalq hüquqa, Qarabağa dair qərar-qətnamələrə sayğılı olmalarına, əsassız torpaq iddialarına son vermələrinə  ehtiyac var. O zaman müharibə ehtimalı qalmaz və heç bir kənar güc münaqişədən öz maraqları üçün istifadə edib onun həllini uzada bilməz. O cümlədən də Rusiya... 
Oxşar xəbərlər
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO