Politoloqlar: “Bakı danışıqları dayandırıb hərbi əməliyyatlara başlamalıdır”
Oxunub: 7887
22 Feb 2020 | 10:02
Politoloqlar:  “Bakı danışıqları dayandırıb hərbi əməliyyatlara başlamalıdır”
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək faktiki olaraq danışıqlar prosesini pozub. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Ermənistanın İctimai televiziyasına müsahibəsində işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib. Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir: “Bu haqda söhbət belə gedə bilməz”.

Onun sözlərinə görə, Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara bilər. “Ərazilər məsələsi yoxdur, təhlükəsizlik məsələsi var” - o, əlavə edib.

Paşinyan artıq neçənci dəfədir ki, müxtəlif formalarda avantürist bəyanatlar verərək danışıqlar prosesini pozur, faktiki olaraq danışıqların davamını istisna edir. Hansı ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonların qaytarılması danışıqlar prosesinin bütün dövrlərində və mərhələlərində müzakirə edilib. Bu məsələ hətta Ermənistan üçün ən sərfəli nizamlama variantlarında belə başlıca element kimi əksini tapıb. O cümlədən Madrid prinsipləri ətraf rayonların qaytarılmasına və Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyən edilməsinə əsaslanır.

Paşinyanın bu qədər net bəyanatından sonra da danışıqları davam etdirməyin mənası qalırmı? Paşinyan bir həftənin içində Xocalı faciəsi ilə bağlı da iki ziddiyyətli mövqe ortaya qoydu. Gah dedi ki, bu hadisəni azərbaycanlılar törədib, gah da yazdı ki, ruslar. Belə bir siyasətçi ilə sülh danışıqları aparmağa dəyərmi?

Politoloq
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın son günlər verdiyi açıqlamalar və sosial şəbəkələr üzərindən paylaşımları onun hələ Münhendə uğradığı acı məğlubiyyətin depressiyasından çıx bilmədiyini sübut elədi: “Adam danışdıqca, yazdıqca özünü batırır. Məsələn, sosial şəbəkədəki səhifəsində yazır ki, ”Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur". Sonra isə paylaşdığı statusu silir və yalnız “Fakt fakt olaraq qalır”ı saxlayır. Bir dövlət başçısı üçün bundan böyük rüsvayçılıq yoxdur.

Bu baxımdan Paşinyanın Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin “təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara biləcəyini deməsini də onun mövcud psixoloji durumunun göstəricisi kimi qiymətləndirmək lazımdır. Yalnız sağlam düşünməyi bacarmayan adam belə absurd iddialarla çıxış edə bilər. Çünki onun bu iddiasının qarşılığında ortalığa kifayət qədər suallar çıxır. Azərbaycan nə üçün Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdəki qondarma, qanunsuz rejimin təhlükəsiliyinə təminat verməlidir?

Yəni hər kəsə aydındır ki, rəsmi Bakı dəfələrlə işğala son qoyulacağı təqdirdə Dağlıq Qarabağdakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi bütün hüquqlarına təminat verəcəyini bəyan edib. Bu isə o deməkdir ki, işğala son verilərsə, Dağlıq Qarabağdakı etnik ermənilərə hər hansı xüsusi sənədlə təminat verməyə ehtiyac yoxdur. Çünki digər Azərbaycan vətəndaşları kimi onların da hüquq və azadlıqlarına Konstitusiya ilə təminat verilib.

Əslində tezis belə qoyulmalıdır: “Ərazi məsələsi var, təhlükəsizlik məsələsi yoxdur”. Qeyd etdiyim kimi, işğalçı qoşunlar Azərbaycan ərazilərini tərk etsələr təhlükəsilzik məsələsi də öz-özlüyündə həllini tapacaq.

Görünür qarşılaşmada məğlub olan Nikol Paşinyan təkqapıya oynamaqla çilik-çilik olmuş “inqilabçı-demokrat” obrazını bərpa etmək istəyir, amma hər dəfə topu öz qapısına vurur".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Paşinyana Qərb bir demokrat donu geyindirmişdi. Bu adam küçə səviyyəsindən də aşağı bir adamcıqdı, dövlətçilik təfəkkürü yoxdur, idarəetmənin nə olduğunu bilmir: “Ona görə də ağzına gələni danışır, ağlına gələni yazır. Bu, ”Mimimino" kinofilmindəki “Dilicanda axan su dünyada ikincidi” deyən erməni şoferin səviyyəsində olan bir məxluqdur. Həmin şofer kimi bu da Tiqrançikin Pompeylə “danışıq aparması” ilə fəxr edir. Bədbəxt bilmir ki, Tiqrançik Pompeylə danışıq aparmırdı, qarşısında diz çöküb yalvarırdı. Belə bir səviyyəsiz şəxsdən biz nə gözləyə bilərik. Onu hakimiyyətə gətiriblər, indi bilmir nə etsin, onun əlinə verilmiş “hakimiyyət” adlı oyuncaqla nə etsin. Ona görə də bununla hər hansı danışıq aparmağın, onu adam saymağın heç bir mənası yoxdur. Azərbaycan hakimiyyəti digər arqumentlərlə yanaşı, elə Paşinyanın son sarsaqlamalarını, məntiqsiz, ziddiyyətli sözlərini əsas gətirib danışıqlardan imtina etməlidir".

Politoloq
Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Nikol Paşinyan həmin bəyanatla faktiki olaraq sülh danışıqlarından imtina etmiş oldu. Ermənistanın danışıqlarda maraqlı olmadığını açıq şəkildə beynəlxalq ictimaiyyətə, Minsk Qrupunun həmsdər dövlətlərinə çatdırmaq lazımdır: “Həmsədrlər aydın görməlidir ki, danışıqlar kim tərəfindən dayandırılır və sabotaj edilir.

Nikol Paşinyanın bu çıxışı əslində Azərbaycanın xeyrinədir. Onun bu çıxışını da əsas götürüb beynəlxalq təşkilatlara bəyan etməliyik ki, artıq danışıqlar Ermənistanın tutduğu qeyri-konustiktiv mövqeyə görə faydasızdır. Azərbaycanın bir yolu qalır, o da müharibə yolu. Birmənalı şəkildə hərbi varianta əl atmalıyıq. Azərbaycan hazırkı məqamda hücuma keçib iki rayonu azad etsə və geri çəkilməsə, tutduğu mövqedə möhkəmlənib dayanarsa bu, münaqişənin həllində prosesi 360 dərəcə Azərbaycanın xeyrinə dəyişə bilər. Göründüyü kimi, Paşinyan işğalçı ölkə olduqlarını yenidən bəyan edir və danışıqların üstündən xətt çəkir. Paşinyan apreldən sonra demək istədiyini, indi dedi. Paşinyanın bu açıqlamasından sonra ordumuz hərəkətə keçməlidir.

Ümumiyyətlə Azərbaycan tərəfi mart və aprel ayında müəyyən qədər Ermənistan üçün vaxt tanımışdı. Göründüyü kimi, Ermənistan tərəfi müharibə variantını seçir".

Politoloq
Politoloq Əhəd Məmmədli isə qeyd etdi ki, Paşinyanın “Xocalı qətliamını ermənilər deyil 366-cı rus alayı edib. Fakt faktdır” tvitini yazıb sonradan silməsi onun siyasətdə nə qədər naşı olduğunu bir daha göstərdi: “Görünür ona kimsə anladıb ki, bu sözləri silməsə, ruslar erməniləri müxtəlif pozalarda zad edəcəklər... Dərhal Paşinyan tvitini silib və ancaq fakt faktdır sözlərini saxlayıb. Paşinyan yeni baş nazir seçiləndə bunu Azərbaycan üçün torpaqlarını azad etmək yolunda yaxşı bir fürsət olduğunu adlandırmışdım. Paşinyanın atdığı addımlar, Ermənistan İTV-yə verdiyi müsahibədəki fikirləri sözlərimdə doğru olduğumu göstərdi. Azərbaycana Paşinyan hərbi varianta əl atmaq üçün fürsət verir. Azərbaycan danışıqlar prosesinin Ermənistan baş naziri tərəfindən açıq-aşkar dayandırıldığını bəyan etməli və əməliyyatlara başlamalıdır”.

Digər ekspertlər də hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın yerli televiziyası olan İctimai TV-yə verdiyi müsahibədə danışıqlar formatının üzərindən xətt çəkəcək açıqlama verib. O, heç bir ərazini güzəştə getməyəcəyini vurğulayıb. Bu açıqlama faktiki danışıqların növbəti mərhələsində Paşinyanın daxili auditoriya üçün mesajı olsa da, Minsk qrupu həmsədrlərinin Cenevrədə başlatdığı danışıqların faktiki fiaskosudur. Paşinyanın bəyanatı Minsk prosesinin dayandırılması deməkdir.
Oxşar xəbərlər
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”