Əsəd rejiminin müsəlmanlıqla əlaqəsinin olmadığı təsdiqləndi –Nəinki Türkiyəyə, bütün İslam dünyasına xəyanət... 
Araşdırma
Oxunub: 5158
13 Feb 2020 | 19:06
Əsəd rejiminin müsəlmanlıqla əlaqəsinin olmadığı təsdiqləndi –Nəinki Türkiyəyə, bütün İslam dünyasına xəyanət... 
Son saatlarda müsəlman dövləti  sayılan,  başında duranların qardaş Türkiyəyə münasibətinə rəğmən ABŞ-ın başlatdığı və  9 ilə yaxındır davam edən  mənasız savaşlarda həlak olan, yaralanan, qaçqın düşən xalqına, insanlarına, uşaqlarına canımız yanan Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanıması haqda xəbər  bütün müsəlman, türk sevdalıları kimi bizləri də sarsıtdı. Rəsmi Dəməşqin bu addımını nəinki Türkiyəyə, eləcə də Azərbaycana və bütün türk, müsəlman dünyasına xəyanət kimi qəbul etmək olar... Yenə ümid edirik ki, bəlkə də bu erməni mənbələrinin yaydığı təxribatdı, yalandı... Ancaq bütün hallarda Suriyadakı 50 illik Əsəd rejiminin mahiyyətinə varanda belə bir addımı gözləmək olar. Çünki bəlli olur ki, mövcud hakimiyyətin heç İslama da bir dəxli yoxdur. Nə ata, nə oğul Əsəd, nə də onun xanımı Əsmanın ömründə müsəlman ibadəti ilə məşğul olmadığı da məlumdur... Əsəd rejimi rəhbərliyində az da olsa, Allaha iman, İslam dünyasına sayğı olsaydı, əvvəla, hakimiyyətdən ötrü özünün milyonlarla müsəlman vətəndaşının qaçqın düşməsinə, şikəst olmasına və soyqırımına şərait yaratmaz,  rəsmi Ankara ilə bütün ziddiyyətlərə rəğmən heç vaxt kafir,  Azərbaycan, müsəlman torpaqlarını işğal etməsi göz qabağında olan işğalçı, terrorçu erməni dövlətinə dəstək verməzdi...

Əsəd rejiminin mahiyyətini açıqlamaq üçün  5 il öncə Hafiz Əsədin hakimiyyətə gəlməsinin 45 illiyi ilə bağlı apardığım bir araşdırmanı təkrar Moderator.az oxucularının müzakirəsinə buraxmağı qərara aldım:

“...1970-ci il noyabrın 13-də hazırkı prezident Bəşər Əsədin atası Hafiz Əsəd hərbi çevriliş nəticəsində hakimiyyətə gəldi. Sirlərlə dolu qədim Suriya torpağında yeni bir rejim quruldu. Bəs, son 45 il ərzində ardıcıl olaraq, ölkədə hökmranlıq etmiş bu rejim hansı daxili və xarici güclər sayəsində bərqərarlaşdı?
 
İngilis planları Suriyada da davam edir...

Suriyanın bugünkü xaotik duruma düşməsinin ən önəmli tarixi-siyasi səbəbi XX əsrin əvvəllərində İslam və türk düşmənlərinin səyləri nəticəsində, Osmanlı dövlətinin çökməsi oldu. Bu nəhəng dövlətin digər əyalətləri kimi, Suriyanın da dünyanın hegemon gücləri və ideologiyaları arasında qarşıdurma, müharibə və bazarlıq obyektinə çevrilməsi və 21 illik nisbi sabitlikdən sonra, SSRİ-nin də dağılması vəziyyəti hazırkı kritik duruma çatdırdı. Görəsən, bu gün də bütün daxili və xarici təzyiqlərə rəğmən, hakimiyyətdən çəkilmək niyyətində olmayan Əsəd rejimi hansı ideoloji bazaya əsaslanır?

Öncə Osmanlının parçalanmasında aparıcı rol oynamış Böyük Britaniya Krallığının hələ XVIII əsrin əvvəllərində 100 il ərzində İslam Dünyasının sonuna çıxmaq üçün hazırladığı gizli 50 səhifəlik planının bir neçə maddəsi ilə tanış olaq. 5-ci maddədə deyilir: “İran və Türkiyə kimi müsəlman dövlətlərini bir müddət üçün kiçik hissələrə parçalayaraq, onlar arasında heç bir məsələdə razılıq yaranmasına imkan verməmək”. 

Müasir Suriya məhz həmin parçalardan biridir. Eyni planın 6-cı maddəsində İslam dini əsasında yeni, qondarma dini cərəyan və məzhəblər yaratmaqdan söhbət gedir. “... “Kəşf edilmiş” həmin “din”lərdən birinin hər hansı ölkə əhalisinin ruh və əhval-ruhiyyəsinə uyğun gəlməsi üçün çox incə plan hazırlamaq lazımdır”. Planda həm şiə, həm süni məzhəblərindən hər birini “din” səviyyəsinə çatan və İslam daxilində barışmaz ziddiyyətlərə gətirib-çıxaracaq, azı, 4 hissəyə parçalamağın yolları izah edilir. 8-ci maddədə isə “ləkəli liderlərin (!) və qəddar hərbçi komandirlərin (!) hakimiyyətə gətirilməsinə xüsusi diqqət” edilməsi məsləhət görülür (M.Sıddıq Gümüş, “İngilis xəfiyyəsinin etirafları”. İstanbul, 1998)... 

Göründüyü kimi, son iki yüzillikdə qonşu İraq, Liviya, Yəmən və s. kimi Suriyanın da başına gələnlər sözügedən planların gerçəkləşdiyini təsdiqləyir. İstedad və bacarığı ilə yanaşı, qəddarlığıyla da seçilən Hafiz Əsədin hakimiyyətə gətirilməsi eyni güclərin eyni planı sayəsində baş verməsi ehtimalı da gerçəkliyə çox yaxındır.

BƏƏS – ərəb faşizmi və İslam dinindən sui-istifadə...

Osmanlı dağıldıqdan sonra, Suriya Fransa və İngiltərənin çəkişmə meydanına çevrildi. 1920-ci ildə cəmi bir neçə ay “müstəqil krallıq” olan bu ərəb ölkəsi elə həmin il Fransa tərəfindən işğal edilir. Və düz, 26 il fransızların müstəmləkəsi olur. Suriyanın son 50-60 illik taleyində və Əsəd rejiminin qurulmasında 1947-ci ildə əsası xristian ərəb Mişel Əflak tərəfindən qoyulan BƏƏS (ərəbcədən dirçəliş, dirilmə) adlandırılan Ərəb Sosialist Dirçəliş Partiyası böyük rol oynayıb. Maraqlıdır, həmin partiyanın yaradılmasında sünni təriqətinə mənsub Saleh əd-Din əl-Bitar və ələvi Zəki əl-Ərsuzi də Mişel Əflakla birgə fəal iştirak ediblər. Mişel Əflak və Saleh əl-Bitar 1928-1932-ci illərdə birlikdə Fransada Sorbona Universitetində təhsil alıblar. Dostlar orada naməlum güclərin təsiri altında Avropa faşizmi ilə maraqlanır və beyinlərini, əsasən, Almaniya irqçi sosializm ideyaları ilə doldurub Suriyaya dönürlər... On üç ərəb ölkəsində, o cümlədən İraqda dayaqları yaradılmış BƏƏS marksist-sosialist düşüncəyə əsaslanmaqla, ərəb irqçiliyi və antiimperializm ideyalarının sintezi üzərində qurulub. Birbaşa ateist ruhlu olmasa da, BƏƏS İslam dinindən siyasi alət kimi istifadə etməyə tam bəraət qazandırır. Elə eyni 1963-cü ildə İraqda sünnilərin, Suriyada isə şiə hesab edilən Ələvilərin dəstəyi ilə hakimiyyətə gəlməsi BƏƏS yaradıcılarının hansı güclərin sifarişi ilə işlədiyini göstərir...

Əsəd rejiminin İslamla ideoloji bağlılığı yoxdur...

1970-ci ildə hərbi çevriliş sayəsində baş nazir olan Hafiz Əsəd BƏƏS-dən sünni qanadını tam uzaqlaşdıraraq, 1971-ci ildə prezident postunu tutmağa nail olur. Əsəd rejiminin hakimiyyətə gəlməsi və formalaşmasında Suriyada sayı 5 milyonu ötən və əsasən, H.Əsədin böyüyüb-boya-başa çatdığı Latakiya-Tartus regionunda məskunlaşan Ələvilər icmasının böyük rolu olub. Həmin ərazidə Osmanlının parçalanmasından sonra, Ələvilər dövləti yaranmışdı. Amma əslində, nə Hafizin, nə də hazırda hakimiyyətdə olan oğlu Bəşərin istər ələviliyə, istərsə də şiəliyə və ümumiyyətlə, İslama ruhən bağlılıqları olmayıb. Düzdür, ata Əsədin əksər çıxışlarında Qurandan və Peyğəmbərdən (s.ə.s) sitatlar gətirilirdi. Amma bu, öncə söylədiyimiz kimi, BƏƏS Partiyasının İslamdan sui-istifadə üsullarından biri kimi anlaşılmalıdır. 

Hafizin atası Əli Süleyman Osmanlı dönəmində fransız işğalçılarına qarşı savaşın fəal iştirakçısı olmusdu. Cəsurluğu, döyüşkənliyi və ən əsası, atıcılıq istedadını H.Əsəd məhz atasından mənimsəmişdi. Hətta 60-65 yaşlarında belə o, 100 metrdən hədəfi dəqiq nişan alırdı. Adı ərəbcə “mühafizəçi” anlamına gələn Hafiz ailəsindən qalma adətləri də mühafizə edirdi. Elə gəncikən bir çox mübahisənin həllində vasitəçilik edir, haqqı tapdanan kasıblara dayaq dururdu...

Ata Əsəddə millətçilik hissi də güclü idi...

Hafiz ilk dəfə Latakiyada təhsil alarkən, azlıqda qalmağın nə olduğunu öyrənir. O zaman bu əyalətdə xaos idi. BMT-nın mandatı ilə Suriyada “sülhü qoruyan” fransızlar Britaniya hücumundan qorxurdular. Onlar ingilis bombardımanından qorunmaq üçün sığınacaqlar tikir və yerli əhalini istismar edirdilər. Bu hadisələr yeniyetmə Hafizdə milli təəssübkeşliyin baş qaldırmasına səbəb olurdu. Onu hakimiyyətə gətirən güclərdən biri də məhz bu hiss idi... 

Lakin bütün deyilənlərlə yanaşı, ata Əsəd əsas xarici hərbi-siyasi dəstəyi SSRİ-dən alırdı. Elə o vaxtdan düz, 45 ildir Əsəd rejimi Moskva-Tehran və Vaşinqton-Ankara çənbərləri arasında poliqona çevrilib... 

Ağ Ev nə qədər çalışırsa, Suriyanı Kremlin birbaşa təsiri altından çıxara bilmir. Bu gün də Suriya xalqı məhz bu qarşıdurmanın acılarını yaşayır...

Faktiki, on illər ərzində fövqəladə rejimdə, komendant saatı ilə yaşayan Suriyada bütün mənfiliklərə rəğmən 1970-ci illərdə sabitlik və inkişaf var idi. H.Əsəd iqtisadiyyatı, ordunu kifayət qədər gücləndirməkdə, bu ərəb ölkəsini modernləşdirmək istiqamətində böyük işlər görməkdə idi. Ərəb Dünyasının liderinə çevrilən Hafiz ABŞ və Avropa ilə balanslı siyasət aparırdı. Onun 1991-ci ildə Körfəz müharibəsi zamanı İraqa qarşı çıxması Qərbdə nüfuzunu artırsa da, bundan 11 il öncə –1982-ci ilin oktyabrında İsrailin təhdidləri altında qaldığından, SSRİ ilə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalaması Qərbin bütün planlarını məhv edirdi. Odur ki, H.Əsədi devirmək üçün yaradılan “Müsəlman Qardaşları Birliyi” Suriyada üsyan hazırlayırdı. 1982-ci ildə bu təşkilat BƏƏS partiyasının xeyli üzvünü qətlə yetirir. Ata Əsəd isə qruplaşmanı məhv etmək üçün cavab tədbirləri görür. Nəticədə, 40 min insanın tələf olduğu Hama qətliamı “Müsəlman Qardaşlar”ının “belini qırır” və ölkədə Əsəd xofu daha da güclənir...

Hafizlə qardaşı Rifat arasında qarşıdurma yaranır...

1983-cü ildə H.Əsədin ürək-damar sistemində yaranmış problemlər fəaliyyətinə mane olur. Bununla əlaqədar o, Müvəqqəti Şura yaradır. Ancaq bu Şuraya qardaşı, qətliamların təşkilatçısı olan Rıfat Əsədi üzv etmir. İki qardaş arasında yaranan mübahisə, az qala, silahlı qarşıdurma həddinə gəlib-çatır. Və burada da Kreml Əsədin dadına yetir. Nəticədə, sovet rəhbərliyində yüksək vəzifə tutan şəxslərdən biri xüsusi missiya ilə Dəməşqə göndərilir… 
1984-cü ilin yanvarında Sov.İKP MK-nın Siyasi Bürosunda SSRİ DTK-ının Suriyadakı vəziyyətlə bağlı baş katib Yuri Andropov üçün hazırladığı məruzə əsasında prezident Hafiz Əsədlə Suriya məxfi informasiya xidmətinin rəhbəri olan qardaşı Rifat arasındakı qarşıdurma müzakirə olunur...

Əsəd hakimiyyətinin duruş gətirməsində  Heydər Əliyevin də rolu olub...

1998-ci ildə Moskvada çap olunmuş “Görkəmli adamların həyatı” nəşrinin Heydər Əliyevə həsr olunmuş 1132-ci buraxılışının 134-cü səhifəsində 1980-ci illərdə Suriyada qardaş qırğınının qarşısının alınması barədə çox maraqlı bir faktdan danışılır. Sən demə, Siyasi Büro Suriyadakı problemi yoluna qoymaq üçün məhz SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əliyevi xüsusi vasitəçilik missiyası ilə bu ölkəyə göndərmək qərarına gəlir. O zaman H.Əliyev həm də SSRİ-nin müsəlman ölkələri ilə əlaqələrini kurasiya edirdi. Sözügedən qərar baş katib Yuri Andropovun vəfat etməsi səbəbindən martadək təxirə salınır… 

Heydər Əliyevin özünün bu barədə qeyd etdiyimiz mənbədə dərc olunmuş xatirəsini olduğu kimi nəzərinizə çatdırırıq: “1984-cü ildə məni təcili Dəməşqə göndərdilər. DTK-nın verdiyi məlumata görə, Hafiz Əsəd və məxfi informasiya xidmətinin rəhbəri olan qardaşı Rifat arasında qarşıdurma gedirdi. Kremldə Suriyadakı rejimin, yaxud onun rəhbərinin dəyişilməsinə yol verə bilməzdilər. Mən təcili Dəməşqə yollandım. Sağalmaqda olan Hafiz Əsədlə görüşdüm. Onun xəstə olmasına baxmayaraq, bizim söhbətimiz 8 saat davam etdi. Çox keçməmiş o, öz qardaşını İspaniyaya göndərdi. Beləliklə, problem həll olundu və Siyasi Büro rahat “nəfəs aldı…”. 

Həmin illərdə Suriyada SSRİ səfiri olmuş keçmiş Şimali Osetiya rəhbəri Aleksandr Zasoxov Heydər Əliyevin Suriya xalqını qardaş qırğınından xilas etməsi faktını öz xatirələrində təsdiqləyib.

Holan təpələri 100 milyon dollara satılıb?..


2011-ci ildə Suriyada Əsəd rejiminə qarşı etirazlar yenicə baş qaldırarkən, Ərəb Dünyasının “Nuqudy” və “Al Bawaba” kimi nüfuzlu qəzetləri ata Əsəd haqqında gözlənilməz məlumat yaydı. Yazıda Misirin keçmiş prezidenti Ənvər Sadatın yaxın dostu Məhəmməd Camiyə istinadən “Altıgünlük müharibə”nin gedişində strateji əhəmiyyətə malik Holan təpələrini İsrailə 100 milyon dollara satdığı açıqladı. 1967-ci ilin iyununda İsraillə ərəblər arasında savaş zamanı Misirin Məsləhət Şurasının üzvü olmuş Cami qeyd edib ki, sözügedən məbləğ H. Əsədin qardaşı Rifat Əsədə verilib, o isə həmin pulun bir hissəsini İsveçrə bankında qardaşı Əsədin adına açılmış hesaba yatırıb. Cami Ərəb Dünyasında şok yaratmış bu müdhiş sirri keçmiş Misir prezidentinin öz dilindən eşitdiyini vurğulayıb: “Bir gün səhər Sadat mənimlə Holan təpələrinə getdi. O, maşından düşdü və əlini çiynimə qoyaraq mənə sual ünvanladı: “Məhəmməd, bu möhtəşəm Holan təpələrini dünyanın supergücləri və yaxud İsrail işğal edə bilərmi?”. Mən isə cavabımda “Xeyr, bu, mümkün deyil” dedim. Bu məqamda Ənvər Sadat üzünü mənə çevirərək, “Məhəmməd, mən sənə çox təhlükəli sirr açıqlayıram. İsrail bu təpələri 100 milyon dollara alıb. 100 milyonluq çek Rifat Əsədə verilib. Pul Hafiz və Rifat Əsəd qardaşlarının İsveçrə bankındakı hesablarına yatırılıb”...

Əsəd rejiminin qurulmasıında İsrailin rolu olub?

Ə.Sadatın dostunun sözlərinə görə, 100 milyon dollar “Altıgünlük müharibə” zamanı Suriyanın müdafiə naziri olan H.Əsədə suriyalı əsgərlərin İsrail hücumlarına müqavimət göstərməyərək, strateji təpələrdən geri çəkilməsi müqabilində ödənilib. Cami bu sirrin Livanın eks-prezidenti Əmin Cimael tərəfindən də səsləndirildiyini xatırladıb.
Bəzi iddialara görə, o vaxt müdafiə naziri olan H.Əsəd hakimiyyəti ələ keçirmək üçün ölkə daxilində narazılığı artırmaq və mövcud iqtidarda parçalanma yaratmaq məqsədilə İsraillə razılığa gedib. Məhz Suriya üçün həyati əhəmiyyət kəsb edən Holan təpələrinin İsrail tərəfindən işğal edilməsindən sonra, ata Əsədin Suriyada iqtidara qarşı narazılığın artmasından istifadə edərək hakimiyyəti ələ keçirməsi bu iddiaların doğruluğu ehtimalını artırır... 

Hafiz Əsəd Türkiyənin Hatay vilayətini ələ keçirmək istəyib…

Hafiz Əsədin Türkiyəyə münasibəti Suriyanın sonrakı, o cümlədən, bugünkü taleyində də önəmli rol oynayıb. Cəmi bir ay öncə, 2015-ci ilin oktyabrında Türkiyənin “Yeni Şəfəq” qəzetinin yazarı Bülent Orakoğlu Suriya-Türkiyə münasibətlərinin tarixi ilə bağlı ilginc bir fakt açıqladı. Suriyada 1970-ci ildə hakimiyyəti ələ keçirəndən az sonra Hafiz Əsəd Türkiyənin Hatay vilayətinin Suriya torpaqlarına birləşdirilməsi üçün diplomatik və qeyri-qanuni fəaliyyətə başlayıb. O, Hatayın fransızlar tərəfindən hazırlanan bir razılaşma ilə Türkiyəyə verildiyini iddia edib. Guya, həmin razılaşmada vilayətin taleyinə 100 il sonra yenidən baxılacağı barədə maddə olub. Hatayı Suriya torpaqları daxilində göstərən xəritələr nəşr etdirməklə H.Əsəd həmin ərazini zəbt etmək üçün Türkiyəyə düşmən güclərdən dəstək almağa çalışıb. Bu məqsdlə ata Əsəd Türkiyədə xaos və qeyri-sabit vəziyyət yaratmaq üçün “PKK”, “ASALA”, “DHKP-C” başda olmaqla bir sıra terror təşkilatlarını dəstəkləyib və işğal etdiyi Livan torpaqlarında onların təlim düşərgələrinin qurulmasına da göz yumub.

Türkiyəli yazar vurğulayır ki, hazırda Bəşər Əsəd atasının yolu ilə gedərək, Türkiyəyə terrorun ixrac strategiyasını həyata keçirir. Orakoğlunun sözlərindən belə çıxır ki, dünənədək Suriyanı bölüşdürə bilməyən Kreml və Pentaqon bu gün gizli şəkldə birləşərək, Türkiyəni bölməyə çalışırlar...” 
Hafta.az, 2015-ci il.

Sultan Laçın

Oxşar xəbərlər
23:17, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
23:17, Bu gün
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
23:16, Bu gün
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
23:11, Bu gün
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
23:09, Bu gün
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
23:03, Bu gün
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
22:59, Bu gün
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
22:51, Bu gün
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
22:41, Bu gün
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
22:35, Bu gün
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
22:20, Bu gün
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
22:16, Bu gün
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
22:13, Bu gün
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
21:30, Bu gün
Bayden dostlarını hədəf alıb
20:49, Bu gün
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
20:41, Bu gün
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
20:39, Bu gün
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
20:35, Bu gün
“Titanik”in kapitanı vəfat etdi
20:27, Bu gün
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
20:07, Bu gün
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
20:04, Bu gün
Ronaldu komandasını dəyişə bilər
19:59, Bu gün
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
19:57, Bu gün
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
19:34, Bu gün
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
19:17, Bu gün
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
19:03, Bu gün
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
19:00, Bu gün
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
18:55, Bu gün
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
18:54, Bu gün
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
18:37, Bu gün
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
18:19, Bu gün
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
18:17, Bu gün
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
17:49, Bu gün
Mirzoyan Macarıstana gedəcək
17:47, Bu gün
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
17:43, Bu gün
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:30, Bu gün
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
16:39, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
16:30, Bu gün
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
16:28, Bu gün
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
16:26, Bu gün
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
15:45, Bu gün
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
15:40, Bu gün
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
15:23, Bu gün
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
15:16, Bu gün
Təyyarə magistral yola qəza enişi edib
15:14, Bu gün
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
14:57, Bu gün
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
14:49, Bu gün
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
14:42, Bu gün
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
14:40, Bu gün
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
14:36, Bu gün
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
14:34, Bu gün
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
14:29, Bu gün
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
14:28, Bu gün
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
14:21, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
14:18, Bu gün
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
14:12, Bu gün
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
14:02, Bu gün
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
13:52, Bu gün
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
13:44, Bu gün
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
13:38, Bu gün
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
13:30, Bu gün
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
13:21, Bu gün
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
13:10, Bu gün
Minlərlə zəhərli kitab müsadirə edilib
13:00, Bu gün
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
12:50, Bu gün
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
12:47, Bu gün
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
12:46, Bu gün
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...