Ötən
gün saxlanılan gənc fəallar - Milli Şuranın İcra Aparatının və Seçki
Qərargahının sosial şəbəkələr üzrə xidmət rəhbəri, Azad Gənclik Təşkilatının
İdarə Heyətinin üzvü Ülvi Həsənli, eyni təşkilatın İdarə Heyətinin başqa bir
üzvü Məcid Mərcanlı və “NİDA” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Kənan
Qasımlının məhkəməsi keçirilib. Prosesin keçirildiyi Səbail rayon Məhkəməsində
olan gənclərin Müsavat.com-a verdiyi məlumata görə, onların hər üçü 15 sutka
müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Məcid Məcidli, Kənan
Qasımov və Ülvi Həsənov ictimai qaydanı pozduqlarına və polisin qanuni tələbinə
qəsdən tabe olmadıqlarına, habelə müqavimət göstərdiklərinə görə polis
əməkdaşları tərəfindən saxlanılıblar.