Maştağalı Sübhan kişi Məkkəyə getmədən necə hacı oldu?- Olmuş əhvalat...
Oxunub: 6133
20 Jan 2020 | 10:28
Maştağalı Sübhan kişi Məkkəyə getmədən necə hacı oldu?- Olmuş əhvalat...

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı,  tanınmış jurnalist-ssenarist Ötərxan Eltacın olmuş bir əhvalat əsasında qələmə alaraq Moderator.az-a təqdim etdiyi hekayəni nəzərinizə çatdırırıq:

Sübhan baba səmimiyyəti, mehribanlığı və xeyirxahlığı ilə tanınıb. O qədər saf, təmiz qəlblidi ki, hər kəs onu fəqirin himayədarı, yetimin dayağı, yoxsulun əl tutanı bilir, ona Məşədi, Kərbəlayı, yaxud da Hacı deyə müraciət edirdilər. Haqq evini ziyarət edə bilmədiyi üçün “yəqin, günahlarım xeyir əməllərimdən çoxdur ki, Allah izn vermir” deyə hərdən özünü qınayır, amma ümidini itirmirdi. Yaşı doxsanı haqlasa da, dizinin təpəri, gözünün nuru, qəlbindəki Allah sevgisi onu ən ümdə arzusuna – Məkkəyə tərəf çəkirdi. Nəhayət, o gün gəlib çatdı. O gecə qəlblərdəki işıq, elə bil, vücudları aydınlatmışdı. Çöhrələrdəki parıltı, dodaqlardakı təbəssüm kini-küdurəti, qəmi-qəhəri və bir də qayğıları silib yox eləmişdi. Hər kəs – qonum-qonşu, dost-tanış Sübhan babanı yola salmaq üçün süfrə başına yığışmışdı. Sübhan baba sabah yola düşəcək, hər kəsin dualarını Haqq evinə çatdıracaqdı. Bir qədər sonra hərə dağılıb öz evinə getdi, sabaha hazırlıq başa çatmışdı. Dan yeri ağarar-ağarmaz Nardarandan gələn avtobus Sübhan babanın doqqazının kandarında dayandı. 

-Gəl, ay ağsaqqal, gəl, artıq vaxtdır, yolçu yolunda gərək, kimsə səsini qaldırdı. 

-Sizə yaxşı yol, mən gedəsi olmadım, –deyə Sübhan baba eyni tonda cavab verdi. 

-Necə yəni? Neçə vaxtdır hazırlaşırıq, azuqə toplamışıq, uşaqlarla halallaşmışıq, bu nə zarafatdır? 

-Bu zarafat deyil, həqiqətdir, məni üzrlü sayın. Sizə uğurlu yol, - deyib qapını bağlamaq üçün düyməyə basdı. 

Avtobus Maştağanın dar küçələrini keçib sola buruldu. Hamı məəttəl qalmışdı. Təəccüblə bir-birinə baxırdılar. ......... kişi (təəssüf ki, adını unutmuşam) barmağını dişlədi: “Nəsə burada bir sirr var. Amma bu sirr bir gecənin içindəmi baş verdi?!”-deyə düşünsə də yəqinləşdirə bilmədi. 

Zəvvarlar Məkkəyə varid oldu. Hələ də hər kəsin fikri-xəyalı Sübhan babanın gedişinə mane olan müəmmanı çözələməkdə idi. Birdən ........... kişi dilləndi: Odur, Sübhan kişidir, baxın, məzarın başında dua oxuyur. Hamı eyni istiqamətə yönləndi. Həqiqətən də Sübhan kişi başdaşına söykənib dua oxuyurdu. Bir qədər də yaxınlaşdılar. Elə bil, gördüklərindən əsər-əlamət qalmamışdı. Bəs necə oldu Sübhan kişi, axı hamı görmüşdü onu?! Qeybəmi çəkildi!? Yenə də hər kəs təəccüb və heyrət içində idi. Növbəti gün ziyarət zamanı Sübhan kişi yenə də hər kəsin gözünə göründü. Daha doğrusu, ziyarət başa çatana qədər elə bir gün olmadı ki, Sübhan kişi ilə qarşılaşmasınlar. Artıq hər kəs zamanın tez keçməsini istəyir, Sübhan babanın sirli görünmələrinə aydınlıq gətirmək üçün Maştağaya tələsirdi. ... 

Nədənsə o gecə Sübhan baba həmişəkindən tez yatmışdı. Telefon zəngi, evdəkilərin söz-söhbəti ona mane ola bilməsə də, hövlnak yuxudan oyandı. Qızları çağırıb “qonağımız gəlir, süfrə açın” dedi. Geniş zalda cürbəcür dadlı yeməklər, mineral sular, min dərdin dərmanı olan meyvələr süfrəyə min bir rəng qatırdı. Elə bu dəm həyətdə siqnal eşidildi. 

– Ay Sübhan kişi, yatmamısan hələ? Qonaqların var”, kimsə ucadan səsləndi. 

Sübhan kişi pəncərəni açıb: 
-Elə bayaqdan sizi gözləyirəm, keçin içəri, qapı açıqdır,- dedi. 

Yenə də hamı təəccübləndi. Axı kimsə bizim gəlişimizdən xəbərdar deyildi. Özü də gecənin bu vaxtı Sübhan kişi bizi necə gözləyə bilər ki? Yəni gəlişimizi haradan bilib?! Qarışıq suallar çoxaldıqca fikirlər dolaşırdı. 

-Keçin, keçin içəri, süfrə sizi gözləyir, yeməkləri soyutmayın!- Sübhan kişi qonaqları tələsdirirdi. 

Yenə də tərəddüd, yenə də təəccüb... Hələ bizi gözləməyi bir yana, gəlişimizə əmin olduğu üçün süfrə də açıb gecənin bu vaxtı. ......... kişi bir daha barmağını dişlədi, nəsə burada bir möcüzə var. Amma nə?! Zəvvarlar otağa girəndə həqiqətən xörəklər hələ də buxarlanırdı. O gecə Sübhan babanı nə qədər-sorğu suala tutsalar da, söz ala bilmədilər. Yalnız onu dedi: “Yatmışdım, yuxuda gördüm ki, gəlirsiniz bizə, mən də uşaqlara tapşırdım ki, qonağımız gəlir, süfrə açın”. Vəssalam! 

....... kişi o gecə yata bilmədi. Nə qədər çalışdı ki, müəmmalı məqamlara aydınlıq gətirsin, amma alınmadı. Nəhayət, bir həftədən sonra xanımı ilə Maştağaya – Sübhan kişinin ziyarətinə gəldi. Nə süfrəyə düzülən yeməkdən yedi, nə bir qurtum su içdi. Bu sirri çözməyincə əlini süfrəyə uzatmayacağına söz verdi. 

-Sübhan kişi, gəlişimin səbəbini yaxşı bilirsən. Səni and verirəm Uca Yaradana, məni bu sirdən agah elə, yoxsa rahatlıq tapa bilmirəm. Sübhan kişi xeyli susduqdan sonra ciddi bir görkəm aldı. Axı Allahına söz vermişdi ki, bu sirri açmayacaq. İndi də and qarşısında çarəsizdi. 

-........ kişi, məni ən əzizimin ruhuna and versəydin, yenə də deməyəcəkdim. Allaha and verdiyin üçün qulaq as: O gecə məclis bitəndən sonra hər kəs öz hücrəsinə çəkildi. Yenicə uzanmışdım çarpayıya ki, qapı döyüldü. Tələsik çıxdım. Qonşu qadın idi. Göz yaşları içində çırpınırdı. “Yoldaşım xeyli vaxtdır yatıb, indi də oyanmır ki, öz yerinə keçsin, elə bil, nəfəs almır” deyib haray qoparırdı. Onunla birgə evə getdim. Nəbzini yoxladım, deyəsən, çoxdan dünyasını dəyişmişdi. İmkansız ailə idi, hətta çörək pulunu çətinliklə qazanırdı. Dəfn eləmək, yaxud da ehsan süfrəsi açmaq üçün heç bir imkanı yox idi. Ona görə də ziyarət üçün yığdığım pulları dəfn üçün xərclədim. Nardaranlı qonaq Məkkəyə getmədən ziyarət etməyin sirrini indi anladı, zəvvarların gəlişindən xəbərsiz olduğu halda süfrə açmağın anlamını indi başa düşdü. O da aydın oldu ki, Allah qatında ən yüksək mərtəbəyə gedən yol Məkkədən öncə kimsəsizin, yetimin, fağırın, imkansızın qəlbindən keçir...

Ötərxan  Eltac
Oxşar xəbərlər
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
02 May 2024 | 21:53
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
02 May 2024 | 21:48
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
02 May 2024 | 21:33
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
02 May 2024 | 21:32
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
02 May 2024 | 21:23
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
02 May 2024 | 21:00
Ukrayna Ali Radasının nümayəndə heyəti ƏƏSMN-də olub - FOTO
02 May 2024 | 20:52
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
02 May 2024 | 20:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
02 May 2024 | 20:47
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
02 May 2024 | 20:45
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
02 May 2024 | 20:21
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
02 May 2024 | 20:10
Benzin və dizel BAHALAŞDI
02 May 2024 | 20:02
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
02 May 2024 | 20:01
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
02 May 2024 | 19:59
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
02 May 2024 | 19:40
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
02 May 2024 | 19:26
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
02 May 2024 | 19:22
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
02 May 2024 | 19:03
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
02 May 2024 | 12:47
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 13:15
“Pişiyin bığlarını kəsib azdırdılar, mən isə ona alleqorik komediya həsr etdim” - MARAQLI + FOTO
02 May 2024 | 13:05
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
02 May 2024 | 12:55
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 12:51
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
02 May 2024 | 13:00
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
02 May 2024 | 12:44
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
02 May 2024 | 12:47
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO