"Burda mətbuatın da rolu var, milçəkdən fil düzəltmək, münaqişə açmaq yaxşı hal deyil"
Oxunub: 1796
29 Dec 2019 | 00:10
Moderator.az mədəniyyət naziri Əbülfəs Qarayevin APA-ya müsahibəsini təqdim edir:

- 2019-cu ili geridə qoymaqdayıq. Bu il ölkənin mədəni həyatında bir sıra əlamətdar hadisələr baş verdi. Lap əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü oldu və o görüşdə bir sıra məsələlər qaldırıldı. Həmin məsələlərdən hansılar öz həllini tapdı, hansılar həll edilməmiş qaldı?

- Bu il həqiqətən çox gərgin və maraqlı bir il oldu. İlk olaraq yanvarın 15-də cənab Prezidentin mədəniyyət sahəsində islahatlarla bağlı sərəncamı çıxdı. Bu sərəncam əsasında komissiya yaradıldı. Deməliyəm ki, ilin çox hissəsini Mədəniyyət Nazirliyi daxili strukturun təkmilləşdirilməsinə, işin keyfiyyətinin artırılmasına, bütün digər məsələlərin müzakirəsinə sərf elədi. Bir neçə layihə təqdim edildi. Bu da sistemin təkmilləşdirilməsi üçün çox böyük fürsət oldu. Cənab Prezidentin verdiyi tapşırıqlar artıq tədricən reallaşmağa başladı. Bu tapşırıqlar nəticəsində görülən işlər artıq öz bəhrəsini verməkdədir. Lakin hadisələrin sırasında sizin də qeyd elədiyiniz kimi, bütün bu işlərə təkan verən ən böyük hadisə martın 1-də hörmətli cənab Prezident və hörmətli Mehriban xanımın mədəniyyət xadimləri ilə təşkil edilən görüşü oldu. Bu görüş Azərbaycanda mədəniyyətin müxtəlif sahələrini qısaca da olsa əhatə etmək imkanı verdi. Orada səslənən fikirlər bu proseslərin daha çevik həyata keçirilməsinə və onlarda yeni yanaşmanın formalaşmasına müsbət təsir göstərdi. Mən xüsusilə qeyd etmək istərdim ki, cənab Prezidentin verdiyi tapşırıqlara əsasən uzun fasilədən sonra kino sahəsinə vəsait ayrıldı. Uzun fasilədən sonra deyəndə ki, ümumiyyətlə iki il çətin vəziyyətdə idik. Bəzi filmlərin çəkilişləri dayandırılmışdı. Lakin bildirmək istəyirəm ki, ayrılan həmin 5 milyon manatın hara xərclənəcəyi də məchul idi. Çünki hansı film çəkiləcək, nə cür çəkiləcək, kim tərəfindən çəkiləcək, bunlar hamısı qeyri-müəyyən idi. Buna görə biz xüsusi komissiya yaratdıq. Komissiya müstəqil və tanınmış kino xadimlərindən ibarət idi. 250-ə qədər ssenari qapalı şəkildə oxundu və iki ay bundan öncə artıq komissiya 20 filmi seçdi. Biz də həmin vəsaitlə o filmlərin çəkilməsinə qərar verdik.

- Bunlar Prezidentin göstərişi ilə hazırlanmalı olan kino konsepsiyanın tərkib hissəsidir?

- Kino konsepsiyası öz yerində, onun hazırlanması davam edir. Vəsait verildi ki, kino çəkilişi prosesi dayanmasın. Üç filmin çəkilişinə artıq başlanılıb. Digər filmlərin də hazırlığının ilkin mərhələsindəyik. Onları çəkəcək rejissorlar da artıq müəyyənləşib, avans da verilib. Qalan pul isə büdcədə durur, növbəti illərdə film çəkilişlərinə sərf edəcəyik.

- Dövlət sifarişi ilə çəkiləcək filmlər hansı mövzuları əhatə edir?

- Filmlər daha çox vətənpərvərlik, mənəviyyat kimi mövzuları, bugünkü Azərbaycanın sosial problemlərini və bu gün gedən prosesləri əhatə edir. Bundan başqa, bir neçə uşaq və cizgi filminin çəkilməsi də nəzərdə tutulub. Bunlar hamısı o mövzulardır ki, bu gün Azərbaycan cəmiyyətinə lazımdır. Biz komediyaya üstünlük vermirik. Çünki özəl prodakşnlar onsuz da komediya filmləri çəkir. Dövlətin işi bu prosesi istiqamətləndirməkdən ibarətdir.İstiqamətləndirmənin məntiqi hansısa senzura şəklində yox, yaradıcı fikrin cəmiyyətə lazım olan mövzulara yönləndirilməsinə xidmət edir. Dövlət ona görə filmlərə vəsait ayırır ki, gənc nəsil tərbiyə olunsun, insanlarımızda vətənpərvərlik hissi oyansın, vətənimiz uğrunda mübarizə aparmış şəxslər tanıdılsın.

- Dövlət hesabına çəkilən filmlərdə hər hansı yaradıcı tələblər və ya məhdudiyyətlər qoyulur?

- Dövlət yalnız filmin smetasının təyin olunmasında iştirak edir və buna uyğun olaraq daimi hesabatlar tələb edir ki, maliyyə düzgün xərclənsin. Mən bayaqkı fikrimi davam etdirmək istəyirəm. İkinci böyük təkan teatrların fəaliyyət sahəsində oldu. Cənab Prezidentin verdiyi qərarların əsasında əvvəl bir neçə aparıcı teatrın, daha sonra isə bütün dövlət teatrlarının maliyyə durumuna əhəmiyyətli dərəcədə yardımlar oldu. Teatrlarda yeni avadanlıqların qurulması, yeni tamaşaların hazırlanması, ehtiyacı olan aktyorlara yardım göstərilməsi təşkil edildi. Teatrlarda dərhal yaradıcı proses formalaşaraq daha böyük canlanma getdi. Bu ilin axırında mən bir neçə teatrda oldum və tamaşaların necə böyük həvəslə qoyulmasının, yeni texniki imkanların şahidi oldum. Bunlar çox müsbət haldır. Digər tərəfdən Cənab Prezidentin görüşündən sonra fərdi qaydada həm dövlət tərəfindən, həm də Heydər Əliyev Fondu tərəfindən müxtəlif sənət adamlarına yardım göstərildi. Onların yaşayış şəraitinin yaxşılaşdırılması haqqında qərarlar verildi.

- Bu il eyni zamanda Bakıda UNESCO-nun 43-cü sessiyası da keçirildi, Şəkinin mərkəzi hissəsi və Şəki Xan Sarayı Dünya Mədəni İrs siyahısına salındı. Lakin seçim prosesində olduqca gərgin anlar yaşandı. Çünki prosesdə Şəkinin Dünya Mədəni İrs siyahısına salınmasına etiraz edən ölkələr vardı. Mənə elə gəlir ki, orda ən çox gərginlik keçirənlərdən biri də Siz oldunuz.

- Sözsüz ki, bizim üzərimizdə böyük məsuliyyət var idi. Ermənistanın təcavüzü başlayandan sonra Azərbaycan onların əsas hədəflərinə çevrilib. Parisdəki sonuncu iclasda da onların fikri bu oldu ki, bizi niyə Bakıya buraxmırlar? Biz də dedik ki, hamıya bərabər şərait yaratmışıq, bu beynəlxalq tədbirdir, istəyirsən gəl, istəmirsən gəlmə. Təhlükəsizlik barədə öhdəliklər götürmüşdük, kiminsə başından bir tük belə əskik olmasına imkan verməzdik. Biz hansı iclasda sənəd veririksə, yüzlərlə məsələ müzakirə olunur, Azərbaycan adı gələn kimi mütləq ermənilər nəsə ortaya qoyurlar. Burda da belə oldu. Faylın müzakirəsi zamanı Azərbaycan xanlıqları haqqında məlumat verilirdi, bu xanlıqların sırasında sözsüz ki, Qarabağ xanlığı da olmalıdır. Bu bizim tariximizdir. Özümüzdən nəsə ixtira eləmirik, bunu sübut edən mənbələr var. Lakin Qarabağ xanlığının faylda yer alması onları çaşdırdı və siyasi don geyindirməyə çalışdılar, müxtəlif kanallarla bizə təsir göstərmək istədilər. Əfsuslar olsun ki, bu məsələni dərindən bilməyən bəzi mütəxəssislər onların bu hay-küyünə uyurlar, ehtiyatla olsa da, etirazlarını bildirirlər. Ədalət bizim tərəfimizdə idi və sənədlər - fayl dünya standartlarına cavab verən səviyyədə hazırlanmışdı, bununla belə, mən yenə də həyəcan keçirirdim. Lakin komitə üzvlərinin hamısı sonda Şəki və Xan Sarayının Dünya İrs siyahısına salınmasının lehinə səs verdi. Beləcə, ermənilərin siyasi don geyindirmək istəyi baş tutmadı. Şəkinin qəbul edilməsi üçün mən heç kəsə təsir göstərməmişdim. Bütün faylların bərabər şəkildə müzakirəsi təşkil olunmuşdu. Sözsüz ki, Bakıda keçirilən tədbir istər-istəməz qonaqlarda Azərbaycan haqqında xoş təəssürat yaratdı. Əsas məsələ odur ki, bu siyahıya daxil olmaqla biz qələbə çaldıq. Amma bu digər tərəfdən çox böyük məsuliyyətdir. Artıq Şəki şəhəri tək Azərbaycana deyil, bütün bəşəriyyətə məxsusdur. Dünyada bu cür yalnız 1121 məkan var. Buna görə də orada hansısa tələblərə qarşı uyğunsuzluğa yol verilsə, ciddi problemlər yaranacaq. Mənim yadımdadır, bir zamanlar İçərişəhəri Dünya İrs Siyahısından çıxarmaq istəyirdilər. Cənab Prezidentin apardığı siyasət nəticəsində bu baş tutmadı. Bu onu göstərir ki, Azərbaycan dövləti və xalqı bəşəriyyətə məxsus məkanlara xüsusilə diqqətli yanaşır. Mən inanıram ki, Şəki də belə bir nümunə olacaq. Lakin Şəki şəhərdir, orada insanlar yaşayır.

- Şəkinin bu siyahıya salınması şəhər sakinlərinin yaşayışında hər hansı məhdudiyyətlər yaradacaq?

- Biz çalışacağıq ki, insanların yaşayışında heç bir problem olmasın. Eyni zamanda onların yaşayış tərzinə uyğunlaşmaq üçün müəyyən qaydalar hazırlanmalıdır.

- Son illər insanlarımızın mədəni səviyyəsi bir nazir kimi Sizi qane edirmi? Çünki cəmiyyətdə tez-tez zövqlərin bayağılaşması barədə fikirlər müzakirə olunur.

- Mən bu məsələyə fərqli yanaşmaq istəyirəm. Biz qloballaşma dövründə yaşayırıq və müxtəlif dövrləri müqayisə etsək, görərik ki, insanların mədəniyyətinə təsir formalarının özü də müasirləşib. Bu gün daha çox internet vasitəsi ilə təsir göstərilir. Orda da sən ciddi musiqini, ciddi ədəbiyyatı verə bilməzsən.

- Bəstəkarlar İttifaqının qurultayındakı çıxışınızda şikayətlənmişdiniz ki, klassik musiqi tədbirlərinə çox az adam gəlir, salon demək olar yarıboş qalır.

- Bəli, demişdim. Fikir verirsinizsə, Mehriban xanımın muğama qayğısından sonra muğam konsertlərinə nə qədər insan gəlir. Klassik musiqiyə marağımız təəssüf ki, azalıb. Yaxşı olardı ki, bu tarazlıq pozulmasın, klassik musiqi konsertlərinə də insanlar gəlsin. Burda təkcə Mədəniyyət Nazirliyi yox, başqa qurumlar, media da çalışmalıdır. Niyə televiziya verilişlərində daha çox estrada musiqisi səsləndirilir, amma klassik musiqiyə o qədər yer verilmir? Yaxşı olardı ki, o verilişlərə estrada musiqiçiləri ilə yanaşı, misal üçün, simli kvartet də dəvət olunsun, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri səsləndirilsin. Bunlar hamısı zövqü formalaşdıran amillərdir. Azərbaycanda çoxdan klassik musiqi radio-kanalının açılmasına ehtiyac var. Bizdə caz radiosu var, cazsevərlər dinləyir, qalanları isə yerli, xarici, türk estradasına qulaq asır. Klassik musiqi radiosunun yaradılması da çox yaxşı olardı. Mən bunu keçən dəfə demişdim, yenə də  təkrar edirəm. Hesab edirəm ki, hər bir azərbaycanlının evində mütləq və mütləq bir Azərbaycan rəssamının əsəri olmalıdır. Qoy olsun 50 manatlıq, kimin imkanı varsa, lap 100 min manatlıq əsər alsın. Amma evdə bu əsər asılmalıdır. Çünki uşaqların tərbiyəsində bunun çox əhəmiyyəti ola bilər. Digər tərəfdən, bu, yaradıcılıq sənayesinin genişlənməsidir. Əgər hərə bir rəssamın əsərini alsa, bu onların yaşayışına da təsir göstərəcək. Bu gün dünya bir az fərqli templə və fərqli üslublarla seçilir. Misal üçün, qeyd etdiyim kimi, dövlət filmlərin daha ciddi mövzulara həsr edilməsini dəstəkləyir. Bu filmlərə çəkilən vəsaitin qaytarılması, prokatın geniş yayılması təəssüf ki, böyük deyil. Biz bu filmləri təmənnasız olaraq yayımlayırıq.

- Bəlkə dövlət sifarişi ilə çəkilən filmlərin keyfiyyəti zəif olduğu üçün onlara maraq da az olur, ona görə gəlir gətirmir?

- Yox, elə deyil. Sözsüz ki, dövlətin müəyyən məhdudiyyətləri var. Elə film var ki, onun büdcəsi 5 milyondur, biz ona bu pulu verə bilmərik. Ümumiyyətlə, biz bir filmin çəkilişinə 1 milyondan çox vəsait vermirik. Ola bilsin ki, hansısa prodüser vəsait tapıb film çəkir. Amma bu filmlər daha rahat qəbul olunan, yüngül mövzuda olur. Çünki prodüser də çəkdiyi xərcin qaytarılmasına çalışır, ona görə onu qazanc gətirməyən ciddi mövzular düşündürmür.

- Cənab nazir, serialların çəkilişinə də Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə maliyyə vəsaitləri ayrılıb. Hazırda ölkədə onlarla serial çəkilir və serial sahəsi hardasa dirçəlib. Lakin belə bir fikir səsləndirilir ki, həmin seriallarda Azərbaycanın ailə dəyərləri pozulur.

- Bizim serialların hamısı haqqında danışa bilmərəm, çünki baxmağa vaxtım olmur, ancaq bir neçə dəfə bəzi serialları izləmişəm. Mənə elə gəlir ki, problemlər bir az süniləşdirilmiş şəkildə təqdim olunur. Bəli, ailə münasibətlərinin, gənclər arasında münasibətlərin sağlam olmamasına təsadüf etmişəm, müəyyən sünilik var. Hesab edirəm ki, burda da yaradıcı kollektivə peşəkarlar yol göstərməlidirlər. Ona görə də cənab Prezidentlə görüşdə təklif olundu ki, televiziyalarda Bədii Şura yaradılsın. Bu Bədii Şuralar da tanışlıqlar üzərində qərar verməməlidir və bu şuraların seriallar barədə söz demək hüquqları olmalıdır. O zaman serialların səviyyəsi də tarazlaşa bilər.

- Bu il həm də “Nəsimi ili” qeyd olundu. Bununla əlaqədar Nəsiminin məzarının gətirilməsi, eyni zamanda yeni “Nəsimi” filminin çəkilməsi fikirləri də səsləndirildi. Lakin bunların heç biri baş vermədi.

- Kim bu cür düşünüb bilmirəm, mənim əvvəldən belə gözləntilərim yox idi. Məzarın Azərbaycana gətirilməsi fikri vaxtı ilə də qaldırılmışdı. Lakin Suriya dövlətinin, yerli əhalinin də fikri odur ki, Nəsiminin məzarı artıq müqəddəs ocağa çevrilib. Nəsiminin adı orda müqəddəsləşdirilibsə, onu bura gətirməyə dəyməz. Nəsiminin məzarının abadlaşdırılması ilə bağlı dövlətlərarası müzakirə aparılıb. Bununla bağlı layihə də hazırlanıb. Lakin Suriyada indiki durum bu ideyanı gerçəkləşdirməyə icazə vermir. Kinoya gəldikdə isə bizə Nəsimi ilə bağlı ssenari təklif edən olmadı. Biz də başqa yolla gedib, “Nəsimi” filmini bərpa etdik.

- Cənab nazir, gələcəkdə Xaqani, Xətai, Füzuli və başqa dahilərimiz haqqında film çəkilməsi planlaşdırılırmı?

- Tarixi şəxsiyyətlər haqqında bir neçə film çəkilib. Lakin onlar auditoriyanın marağına səbəb olmadı. Xaqani, Xətai, Füzuli kimi şəxsiyyətlər o qədər ucadırlar ki, yaradıcı insanlarımızın bəlkə də onlara müraciət etməyə cəsarətləri çatmır. Çünki onlar dahidirlər. Yadınızdadırmı, bir müğənni Nəsiminin sözlərinə mahnı oxudu. Görün cəmiyyətdə ona qarşı nə qədər etirazlar oldu. Amma onun da mahnı oxumağa haqqı vardı.

- Bununla belə, həmin mahnı il boyu müxtəlif şənliklərdə səsləndirildi, xalq arasında sevildi.

- Görürsən, necə müxtəlif yanaşmalar var.

- Belə başa düşdüm ki, bizim hazırda Füzulidən film çəkəcək rejissorumuz yoxdur?

- Mən istəyərdim ki, olsun. Bizim kino və ədəbiyyat ustadlarına müraciət edirəm, əgər böyük şəxsiyyətlərimiz haqqında ssenari təklif etsələr, biz onun çəkilişinə mütləq şərait yaradacağıq. Baxmayaraq ki, bu cür filmlərin çəkilişinə çox böyük vəsait tələb olunur.

- Bu il həm də Bakıda 6-cı Kitab Sərgi-Yarmarkası keçirildi. Nəşriyyatları narahat edən məsələlərdən biri də kitaba tətbiq edilən ƏDV-dir. Bunun ləğv olunması ilə bağlı hər hansı bir addım atılması gözlənilirmi?

- Biz bu barədə məsələni müzakirə edərək, onun Azərbaycanda formalaşan yaradıcı sənaye çərçivəsində həllini tapmasına çalışırıq. Azərbaycanda yaradıcı sənaye anlayışı hələlik formalaşmayıb. Hesab edirik ki, həm nəşriyyatlara, həm kino sahəsinə, həm də fərdi qaydada yaradıcılıqla məşğul olan insanlara yanaşma sistemi dövlət tərəfindən vahid forma təşkil etməlidir. Qrantların verilməsi və başqa məsələlərlə bağlı münasibətlər sistemi dəyişməlidir. Artıq bir neçə dövlətlərin nümunəsində biz öz təkliflərimizi hazırlamışıq. Sadəcə, bu təkliflər bəzi bürokratik proseslərdən keçməlidir ki, hamısı haqda vahid qərarın qəbul olunması mümkün olsun. Burda da tələsmək lazım deyil. Çünki dövlətin də iqtisadi maraqları, qaydaları var. Bu gün birinə imtiyaz istəyəndə onun ətrafında səbəbsiz yerə bu imtiyazlardan istifadə etmək arzusunda olan o qədər adam ortaya çıxır. Bilirsinizmi, bu proses tədricən getməlidir. Lakin mən yeni fikirləri dəstəkləməyə hazıram. Ona görə biz gənclərlə çox işləyirik, onların bizim komandamızda iştirakını təmin edirik. Bu yaxında “Debüt” studiyasına Amerikada təhsil almış bir gənc direktor təyin olundu. Bundan başqa, “Azanfilm” studiyasına da gənc rəhbər təyin etdik. Belə addımları biz atırıq, xüsusilə həm kino, həm teatr sahəsinin inkişaf strategiyasının bünövrəsində mütləq və mütləq gənc mütəxəssislərin yetişdirilməsi dayanmalıdır.

- Cənab nazir, gənclərə mühüm yer verildiyini dediniz. Mən qonşu dövlətlərlə müqayisə etmək istəməzdim, ancaq onlarda gənc yazıçı və qələm adamları artıq xaricdə nəşr olunur və kifayət qədər tanınırlar. Ancaq bizdə bu proses nədənsə ləng gedir.

- Mən deməzdim. Biz Yazıçılar Birliyi ilə xüsusi bir proqram gerçəkləşdirdik. Bu proqrama uyğun olaraq Azərbaycanın gənc şair və yazıçılarının əsərləri təxminən 10-12 dilə tərcümə olunub. Bir layihəmiz budur. İkinci layihə kimi biz artıq Türkiyədə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsini həyata keçiririk. Amma kimsə gözləməməlidir ki, onun yerinə dövlət, ya hansısa qurum əsərlərini tərcümə etsin. Gərək yazarların özləri də əsərlərinə maraq oyatsınlar. Gərək sübut olunsun ki, bu ədəbiyyat xaricə çıxmalıdır, yoxsa yox. Amma bizim elə ədəbiyyatımız da var ki, artıq özünü sübut edib. Onları xaricdə təbliğ etməyək?

- Hazırkı ədəbi prosesi izləyə bilirsiniz?

- Mən ədəbi prosesi daha çox resenziya və məqalələr vasitəsi ilə izləyirəm. Çünki bütün bu əsərləri oxumaq təbii ki çətindir. Amma “Ədəbiyyat qəzeti”ndə, “525-ci qəzet”də gedən məqalələrə, tənqidi yazılara nəzər yetirir və ümumi mənzərəni əldə edirəm.

- Son illər bəyəndiyiniz imza var?

- Son illər oxuduğum müəlliflər arasında Elçin Hüseynbəyli var, düzdür onu artıq cavan hesab etmək olmaz. İlqar Fəhminin yaradıcılığı ilə yaxından tanışam. Pərvinin də adını çəkə bilərəm. Onun tarixi şəxsiyyətlər haqqında çox gözəl məqalələri var. Bunlar məni sevindirir.

- Tədbirlərin birində Noah Yuval Hararinin kitabına baxıb, dediniz ki, onun əsərlərinin üçünü də oxumusunuz. Sizdə necə təəssürat yaratdı, bəyəndiniz?

- Mən onun əsərlərini ingilis dilində oxumuşam.

- Belə başa düşdüm, mütaliəyə kifayət qədər vaxtınız olur.

- Mənim evdə yazı masamın üstündə azı 4 kitab var.

- Sirr deyilsə, hansılardır?

- Etiraf edim ki, mənim üçün rusca oxumaq daha rahatdır, çünki rus dilində təhsil almışam. Mən “İnostrannaya literatura” jurnalını oxuyuram, Haruki Murakaminin əsərlərini çox sevirəm. Bu yaxınlarda italyan yazıçı Andrea de Karlonun “Cəzbetmə texnikası” romanını, avstraliyalı Greqori Devid Robertsin “Şantaram” və “Dağın kölgəsi” əsərlərini oxudum. Harariyə gəldikdə isə o, dünyada gedən prosesləri müəyyən qədər əks etdirməyə çalışan insandır. Hansısa fikri ilə razılaşmaya bilərəm, çünki sonrakı əsərlərində özü də özünü təkzib edib. Ancaq onu müasir fəlsəfə məktəbinin dəyərli nümayəndələrindən biri hesab edirəm. Azərbaycan ədəbiyyatına gəldikdə isə Natiq Rəsulzadəni həmişə oxumuşam, Anarı oxumuşam. Elçinin kitabı indi də stolumun üstündədir. Mən teatrlarımızda səhnələşdiriləcək pyesləri oxuyuram. Ədəbi prosesin içində olmaq çox vacibdir. Sözsüz ki, vaxt məhdudluğu o dənizdə üzmək imkanı vermir, amma mən yenə də çalışıram.

- Bu yaxında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin də kitabı çıxdı. Elçin hər halda maddi cəhətdən təmin olunmuş yazıçıdır. Olmazdımı bu cür imkanlı yazıçıların yerinə daha çox gənc, imkansız və ehtiyacı olan yazıçıların əsərləri nazirliyin dəstəyi ilə çap olunsun?

- Gəlin belə danışaq. Biz gənclərin də kitabının çıxması üçün şərait yaradırıq. Və biz bunun davamlılığını təmin edəcəyik. Digər tərəfdən, hesab edirəm ki, Anar, Elçin, Natiq Rəsulzadə, Allah rəhmət eləsin, Maqsud İbrahimbəyov və bizim metr hesab olunan digər yazıçılarımız da yaddan çıxmamalıdırlar. Çünki onların əsərləri cəmiyyətin şüuruna təsir göstərən yaradıcılıqdır. Mən Elçinə yalnız imkanlı şəxs kimi yanaşmazdım. Onun böyük yazıçı olması mənim üçün heç vaxt şübhə doğurmayıb. O ki qaldı gənclərə, mən onlara həmişə kömək etmişəm: Əkbər Qoşalı, Aydın Xan, Səlim Babullaoğlu. Yeni müəlliflərə də canla-başla yol açmağa hazıram. Bəzən tənqid olunuruq ki, niyə eləmirik? Dövlətin axı bütün kitabları buraxmaq imkanı yoxdur. Dövlət, sadəcə, hamı üçün bərabər şərait yaradır.

- Mətbuatda tez-tez sənət adamları arasında yaşanan mübahisələrə şahid oluruq. Xalq artisti Afaq Bəşirqızı Azər Paşa Nemətovu, Xuraman Qasımova isə Opera və Balet Teatrının rəhbərliyini tənqid edir. Mən iki nümunə çəkdim, əslində çoxdur. Bu cür nüfuzlu sənət adamlarının qalmaqallarda iştirakına Sizin reaksiyanız nə olur?

- Buna iki nəzər nöqtəsindən yanaşmaq lazımdır. Birincisi odur ki, yaradıcı proses heç vaxt münaqişəsiz keçmir. Hər bir yaradıcı adam özünü bəyan edir və bu iddiaları cəmiyyətdə biri qəbul edir, o biri qəbul etmir. Siz görmüsünüz ki, iki adam muğamı eyni cür oxusun? Hər ikisi oxuyur, ancaq onların arasında müəyyən fərqlər, yanaşmalar, interpretasiyalar var. Ona görə də bu münaqişələrə yaradıcı prosesə bəlkə də müsbət təsir göstərir.

- Təəssüf ki, bu cür mübahisələr Sizin dediyiniz kimi sənət müstəvisində deyil, hansısa məqsədlər üçün həyata keçirilir.

 - Bu cür qalmaqalları cəmiyyət içərisinə çıxarmaq mənim aləmimdə düzgün deyil. Burda mətbuatın da rolu var, milçəkdən fil düzəltmək, münaqişə açmaq yaxşı hal deyil. Mətbuatın mədəniyyət adamlarına münasibətdə müəyyən etika normaları olmalıdır. Yarıdıcı insanların cəmiyyətdə rolunu dərk edərək qarşılıqlı ziddiyyətlərin qabarıq şəkildə təqdim edilməsinə tərəfdar deyiləm. Qaldı onların özlərinə, mən kiməsə qadağa qoya bilmərəm. Nazirlik, ümumiyyətlə, senzor deyil, mən özüm də bunun tərəfdarı deyiləm. Hesab edirəm ki, Afaq Bəşirqızı da, Azər Paşa Nemətov da Azərbaycanda kifayət qədər tanınmış, çəkisi olan şəxslərdir. Mən onların daha çox əməkdaşlıqlarını, bərabər teatr layihələri gerçəkləşdirməklərini görmək istəyərdim, nəinki qalmaqal yaratmaqlarını. Ancaq həyatdır da, nə etmək olar.

- Bakı Dövlət Sirkinin yeni binasının tikilməsi nə vaxta planlaşdırılır?

- Bizim sirkdə ciddi problemlərimiz var. Sirkin texniki təminatı Sovet dövründə qurulub. Uzun müddət təmir olunmayıb, yaranmış nöqsanların aradan qaldırılmasını biz yalnız daxili imkanlar hesabına təmin edirik. Ona görə sirkin binası funksional olaraq müflisləşməyə doğru gedir. Yeni məkanın da seçilməsi vacibdir. Çünki hazırkı ərazidə sirkin heyvan saxlamaq üçün imkanları yoxdur. Biz bir neçə il əvvəl bu məsələni qaldırdıq, bir neçə layihə hazırlandı. Bu gün də bu məsələ gündəmdədir. Dövlət investisiya proqramı çərçivəsində yəqin ki, bu məsələ həllini tapacaq. Lakin bu olduqca bahalı layihədir.

- Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların müayinəsinin nəticələri haqqında bir məlumat var?

- Mən də nəticələri bilmək istərdim. Siz ona inanırsınız?

- Sözün açığı, o qədər inandırıcı gəlmir.

- Burda da sensasiya axtarışı var. Belə məsələlərə bir az məsuliyyətlə yanaşmaq lazımdır. Orda 50 il müddətində insanlar dəfn olunub. Nə qədər meyit var, kimsə bilmir. Onların hamısını təhlil etmək, hamısının genofondunu axtarmaq uzun bir işdir, illərin, bəlkə də on illərin işidir. Ola bilsin, hansısa ekspertiza sabah nəyisə sübut edəcək, ancaq arxayınlıqla durub demək ki, bu, Mikayıl Müşfiqin qalıqlarıdır, doğru deyil. Ora ümumi məzarlıqdır. Sovet dövrünün gərgin repressiya dövründə və ondan sonrakı dövrdə həmin ərazidə nə qədər insan basdırılıb. Allah Mikayıl Müşfiqə və o dövrdə onunla birgə ölmüş adamların hamısına rəhmət eləsin. Hesab edirəm ki, o məzarlıq abadlaşdırılmalı və orada ümumi bir abidə quraşdırılmalıdır.

- Prezidentlə görüşdə Cəlil Məmmədquluzadənin heykəlinin qoyulması da təklif edilmişdi. Heykəl nə vaxt hazır olacaq?

- Növbə ilə hamısı olacaq. Tələsmək lazım deyil. Müzakirələr aparılır, Heydər Əliyev Fondunun rəhbəri, şəxsən Mehriban xanım Əliyeva özü bununla məşğuldur. Tapşırıqlar verilib, biz də öz funksiyalarımız çərçivəsində işləyirik.

- 2020-ci ildə planlarınız nədir?

- 2020-ci ildə yaradıcı sənayenin formalaşdırılması önəmli məsələ kimi qarşımızda durur. Gələn il bizim üçün daha çox regionlarda mədəniyyət xidmətlərinin işinin təşkili böyük önəm kəsb edəcək. Amma mənim fikrim ondan ibarətdir ki, Azərbaycanda da həm yaradıcı sənayenin formalaşdırılması, həm də yeni texnoloji vasitələrdən istifadə daha çox əhəmiyyətlidir. Növbəti ilin proqramında mənim üçün daha ciddi məsələlərdən biri Azərbaycan mədəniyyətinin daha ciddi beynəlxalq şəbəkə daşıyıcılarında əks olunmasını təmin etməkdir. Onun üçün vəsait də, bilik də, peşəkarlıq da lazımdır. Biz bu istiqamətdə irəliləməyi nəzərdə tuturuq.
Oxşar xəbərlər
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir