Vasif Talıbov Naxçıvanda un satışını qadağan edib
Oxunub: 3201
29 Jun 2013 | 10:49
Vasif Talıbov Naxçıvanda un satışını qadağan edib
Bakıdan Naxçıvan Avropadan Bakı görünən kimidir. İndiyə qədər Naxçıvanda xanlıq rejiminin hökm sürdüyü, bölgənin insanlarının məişətinə, şəxsi həyatlarına qədər müdaxilə sayılan absurd qərarlarla idarə edilməsi, siyasi fəaliyyətin 0 səviyyəsinə endirilməsi, ortaçağ zehniyyətli məmurların allahsız hərəkətlərinə etiraz edənlərin “dəli” adıyla xəstəxanaya salınması, özünü yandıraraq, pəncərədən atılaraq intihar etməsi haqqında çox yazmışam, çox oxumuşam. 3 günlük Naxçıvan səfərində bölgənin üzərinə çökmüş “boğanağı” yetərincə hiss etdim.  
Bakıda hava limanından başlayan şəxsi kontrol Naxçıvana çatanda bir qədər də ciddiləşdi. Bizi Kələkiyə aparacaq taksi Naxçıvan şəhərində bir qədər yubandığı üçün hava limanının qarşısında azca gözləməli oldum. Təxminən yarım saat ərzində mənə 3 nəfər yaxınlaşdı. Üçü də eyni sualı verdi - maşın gözləyirsiz? Onlardan ikisi Naxçıvan taksiçilərinin uniforumunda idi. Üçüncüsü isə mülki geyimliydi. Nə sirri-xuda idisə, uçaqdan enənləri gözləyən çoxsaylı taksiçilərin demək olar hamısı müştəri tapdı, mənə yaxınlaşanlar isə yox. Nəhayət, maşın gəldi və biz Ordubadın yolunu tutduq. Yol boyu arxamızca gələn boz “Mercedes” bizi Dəstəbaşı kəndinə qədər müşayiət etdi. “Mercedes” yolda bir neçə dəfə nümayişkaranə şəkildə taksinin önünə keçəndə sürücünün rənginin necə ağardığını görməli idiniz. Deyəsən, Bakıdan Kələkiyə qonaq, həm də qəzetçi qonaq apardığına əməlli peşman olmuşdu. 
Sonradan öyrənirəm ki, bir neçə il qabaq Naxçıvanda bütün taksiçiləri rayonlar üzrə toplayaraq, belə demək mümkünsə, işbirliyi təklif ediblər. Naxçıvan qeydiyyatı olmayan, ya da Naxçıvandan olmayan, müxalifətçi, müxalifətçilərə qonaq gələn sərnişinlərin haqqında mütləq lazımı, yerlərə xəbər verməlidirlər. Bunun üçün yolboyu sərnişinləri söhbətə tutmalı, qonağın hansı məqsədlə gəldiyini aydınlaşdırmalıdırlar. Əgər qonaq haqqında xüsusi xidmət orqanlarının və taksiçinin xəbərləri bir-birini tamamlamasa, o adam gərək evinə çörək aparmaq üçün başqa yol arasın. Odur ki, Naxçıvanda istisnasız olaraq bütün taksiçilər insanların ən çox ehtiyat etdikləri şəxslərdir. İstanbul simitçiləri kimi. Onların yanında artıq-əskik bir kəlmə də danışılmaz.  
Bakıda ancaq Neftçilər prospekti və civarında gördüyümüz ultra səliqə-sahmanı Naxçıvanın hər tərəfində görmək mümkündür. Nə bir zibil qutusunu dolu demirəm, yarımçıq, nə bir səkidə kibrit çöpü, nə də yol kənarında tör-töküntü görərsiz. Hər yan çiçək kimidir. Ancaq bu çiçəkkimilik gül kimi maaşı olan küçə təmizlikçilərinin deyil, burada yaşayıb dövlət büdcəsindən maaş alanların xidmətidir. Şənbə günü oldumu, hərə əlində bel, çəng, süpürgə, xəkəndaz düşməlidir küçələrə. 9-dan ta saat 1-ə qədər kimin hünəri nədi işi dayandıra? Çuğulçular iş başındadı... Müəllim, həkim, prokuror, mühəndis hamı küçə süpürməlidi. Təbii, məqsəd Naxçıvan küçələrinin təmiz saxlanması yox, insan şəxsiyyətinin sındırılmasıdır. Burada rəhbərlər büdcədən maaş alanlara qul kimi baxır. Bu eybəcər durum o qədər aşağılayıcıdır ki, bu tələbə etiraz edib işdən çıxanlar da var.  
Ordubadda bir müəllim deyir ki, bu səbəbdən baş götürüb məmləkətdən gedib - 3 ildir İstanbulda tekstil fabrikinin anbarında işləyir: "Fabrikdə tikilən malları yük daşıyanlar gətirir, mən də onları sayıb təhvil alıram. Yükdaşıyanların da neçəsi elə Naxçıvanın kəndlərindən olanlardır. Burda qalmağa, işləməyə imkan vermirlər. İldə bir dəfə iməciliyə kimin etirazı olar? Ancaq hər həftə əlimizə süpürgə verib küçələrə salırdılar. Getməyənlərə də səhər məktəb direktorları dişlərinin dibindən çıxanı deyirlər. Mənimçün, doğrusu, hamballıq Naxçıvanda müəllimlik etməkdən asandır. Çünki evdən çıxanda bilirəm ki, mən hamballığa gedirəm. Heç kim mənə zorla görməli olmadığım işi gördürmür".  
Burada müəllimlərin küçə süpürməsi ilə bağlı olmuş əhvalatdan qara anekdot da düzəldiblər. Qadın ərinə deyir ki, pamperslər zibil qutusunu daşırır, dur zibili at. Ər də cavab verir ki, pampersləri götür qoy bayıra, indi Məmmədəli müəllimgil gəlib götürəcək. Ağlamalıdı...  
Bunlar bir yana, məni bölgədə ən çox dəhşətə gətirən fakt unla bağlıdır. Naxçıvanda un satışı qadağandır. Bəli, QADAÄžANDIR. Un ancaq bir kəsə aiddir - Vasif Talıbova. İstisnasız olaraq hamı onun sexlərində bişən çörəyi, lavaşı yeməli, o sexlərin kökələrini, paxlavalarını, xingallarını almalıdır. Səhər tezdən rayonlarda Talıbovun çörək sexlərindən çıxan maşınlar kəndlərə çörək, lavaş, digər un məmulatları daşıyır. Ala bilməyən qaldı qonşu payının ümidinə. Gör nə qədər qudurublar ki, (Allaha and olsun, başqa söz tapa bilmirəm) 3 il qabaq kənd-kənd gəzib camaatın həyətindəki təndirləri uçurublar. Ordubadda bir yaşlı qadın danışır ki, oğlu Bakıdan İran yolu ilə gələndə 2 ədəd uşaq yeməyi NAN-ın qabında un gətirmək istəyibmiş, gömrükdə əlindən alıblar: “Birdən oğlum o iki balaca qutunu təyyarə ilə gələndə gətirsəydi, onu neçə gün polisdə incidəcəkdilər, neçə un kisəsinin pulunu alıb sonra buraxacaqdılar. Bala, Naxçıvan daha yaşamalı yer deyil. Bu dağlarda nə qədər ətirli ot bitir. Təndir düzəldəndə palçığına o otlardan qatardılar. Çörək bişəndə hər evin həyətindən bir cür ətir iyi qalxardı. Qadınlar hamımız bəhsə girərdik çörək bişirəndə. 3 il qabaq hücum elədilər, təndirlərimizi dağıtdılar. Dedim, a bala, bura mənim həyətimdi, siz kimsiz axı icazəsiz girib təndir uçurursuz. Dedilər, göstəriş belədi, daha burda təndir olmaz. İki əlimi başıma vurub dedim, təndir ocaqdı, ocağı yıxanın ocağı yıxılar, etməyin, eləməyin. Qulaq asmadılar. O vaxtdan əlimiz xəmirə həsrətdi. Uşaqlar bazarlığa Təbrizə gedir, orda qəşəng təndir çörəkləri olur, deyirlər. Bir dənəsini yox e, heç parasını da buraxmırlar bu tərəfə sərhəddə”.  
Burada eşitdiyim ən xoş xəbər axır illər Araz boyu kəndlərimizin iki ölkənin əraziləri olsa da faktiki bütövləşməsidir. Ordubadın kəndlərində bir başmaq almaq istəsən, tapa bilməzsən. Səbəbi sadədi - təndir kimi buralarda ticarət də qadağandır. Kəndlərdə ümumiyyətlə dükan yoxdur. Rayon mərkəzlərindəki dükanlarda isə kasadlıqdı. Ona görə əhali bazarlığa Təbrizə gedir. Ordubaddan Təbrizə taksi 5 manata aparır. Kələkidə qonaq qaldığımız evin sahibəsi deyir ki, Təbrizdən evə bizdən bir saat qabaq çatıb: "Elə şərait yaradıblar, evimizə bir əşya, özümüzə üst-baş almaq üçün Naxçıvana getməliyik. Təbriz ordan yaxındı, həm də ucuzdu". Bu gün nə aldığını soruşuram. “Kartof, badımcan, düyü, konfet, uşaqlara eviçi pal-paltar, qəndqabı, süpürgə, divar boyası” cavabını verir.  
Söhbət zamanı onu da öyrənirəm ki, Vasif Talıbov üçün toyuq və yumurta da strateji məsələdi. Nə hava, nə quru yolu ilə Naxçıvana bu məhsulları keçirmək mümkün deyil. Burada insanların yalnız Talıbov broylerinin toyuqlarını və yumurtalarını yemək şansı var.  
Naxçıvandakı absurd qərarları saymaqla bitmir. Bu səbəbdən kəndlər boşdu. Hamı baş götürüb Bakının, Türkiyənin, Rusiyanın yolunu tutub. Elə ailələr var, heç ildə bir dəfə də olsun gəlib ev-eşiyə baş çəkə bilmir. Hansı kəndə ayaq bassan 10 evdən birində yaşayış görəcəksən. O da hələ yay olduğuna görə. Qışda Naxçıvan tamam boşalır. Kəndlərin çoxu müharibə filmlərini yada salır. Baxımsız, köhnəlmiş evlər, çarpaz taxtalarla mıxlanmış pəncərələr, alaq basmış həyətlər... üzücü bir durum...  
Bu məsələdə sərt iqlim də sözünü deyir. Axır illər kəndlərə qaz çəkilsə də əhali qazdan ehtiyacı olan qədər istifadə edə bilmir. Qazpulu ödəməyə pul yoxdur. İnsanlara həyətlərindəki bağ-bağçanın məhsulunu da satmağa imkan vermirlər. Üstüpü kəndinin sakini deyir ki, bölgənin şöhrəti dillərə dastan ceviz mürəbbəsini, əriyini, fındığını həyətlərdən su qiymətinə alırlar: "Ümid ancaq Bakıda, Türkiyədə yaşayan qohum-əqrəbayadı. Onlar yayda gəlsə, şəkər alsa, mürəbbə bişirəcəyik, məhsuldan bir az onlara da verəcəyik, bir az da özümüzə qalacaq. Səhər burdan gedən taksi ilə Naxçıvandakı bir tanışa satmışam kilosu 60 qəpikdən. Bakıya qonaq gedir. Hələ heç bilmirik 10 kiloqram sərhəddən buraxacaqlar, ya yox".  
Kələkiyə qədər yol boyu kəndlərdə əriklər hələ təzə-təzə dəyir. Hələlik ancaq mürəbbəyə yarıyır, yemək üçün tam yetişməyib. Yəni Bakıda sizə sarı, dəymiş əriyi Ordubad əriyi kimi təqdim etsələr, inanmayın. Bu sort hələ iyulda yeməli olacaq. Qırmızıyanaq əriyinin kilosu indi Ordubadda 50-60 qəpikdir. İriliyi və ətri ilə seçilən bu əriklər Bakı bazarlarında 5-6 manata satılır.  
Əslində isə insanlara azacıq şərait yaradılsa, bu kəndlər bağ-bağatın məhsuluna görə Azərbaycanın ən varlı kəndləri olar. Ancaq siyasi rejim bu dağlarda elə bir qatı duman yaradıb ki, o, ancaq güclü siyasi iradə ilə çəkilə bilər. Hələlik isə bu torpaqlarda insanların hər addımı izlənir, icazə verilənin dışında hər hərəkət hakimiyyətə asi olmaq kimi dəyərləndirilir və cəzalandırılır. Bu ağır havadan ən çox etkilənən də təbii, prezident Əbülfəz Elçibəyin doğma Kələki kəndidir. Təkcə Naxçıvanın içərisində yox, bütövlükdə Azərbaycanın içərisində qalaya çevrilərək insanları ilə bərabər 4 il yarım fövqəladə rejimdə yaşayan Kələkidə ab-hava yenə də gərgindir.  
Elçibəyin 75 illiyi keçirilən 24 iyunda bu basqı daha ağır formada hiss edilməyə başladı. Hakimiyyət orqanları Kələkidə 75 illiyin böyük təntənə ilə keçiriləcəyi “münasibətilə” Kələki məktəbinə Təhsil Nazirliyindən yoxlama göndərmişdilər. İyunun sonunda, rəsmi tətildən düz bir ay sonra Təhsil Nazirliyi məktəbdə nə arayırdı? Deyim sizə - müəllimlərdən hansının iş yerində olmadığını. Çünki Kələkidə 24 iyunda işə gəlməyən müəllim ancaq bir yerə gedə bilər - Elçibəyin doğum günü tədbirinə. O yığıncağa ki, insanlar məcburiyyətlə yox, ürəklərinin səsi ilə gəlir. 20 illik hakimiyyətləri dönəmində bir dəfə də olsun xalqdan əsl sevgi, rəğbət görməyənlərin qısqanclıqları 24 iyunda dağı-daşı eşirdi...
Oxşar xəbərlər
15:48, Bu gün
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
15:44, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlandı
15:39, Bu gün
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
15:35, Bu gün
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
15:32, Bu gün
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
15:30, Bu gün
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
15:25, Bu gün
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
15:20, Bu gün
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
15:15, Bu gün
Mayda niyə toy etməzlər? - VİDEO
15:10, Bu gün
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
15:05, Bu gün
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
15:02, Bu gün
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
15:00, Bu gün
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
14:57, Bu gün
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
14:52, Bu gün
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
14:47, Bu gün
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
14:42, Bu gün
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
14:36, Bu gün
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
14:30, Bu gün
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
14:25, Bu gün
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
14:20, Bu gün
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
14:16, Bu gün
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
14:12, Bu gün
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
14:08, Bu gün
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
14:04, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
13:58, Bu gün
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
13:54, Bu gün
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
13:49, Bu gün
Dilan Polat həbsxanada intihara cəhd edib
13:45, Bu gün
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:40, Bu gün
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
GÜNLÜK
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 18:05
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 16:17
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
02 May 2024 | 16:30
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
02 May 2024 | 16:25
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
02 May 2024 | 16:14
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
02 May 2024 | 16:36
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
02 May 2024 | 16:05
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
02 May 2024 | 16:10
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM