İqbal Ağazadə Milli Məclisdəki insidentdən danışdı:“Bildim ki, qanqaraçılıq olacaq”
Müsahibə
Oxunub: 7156
24 Jun 2013 | 13:52
İqbal Ağazadə Milli Məclisdəki insidentdən danışdı:“Bildim ki, qanqaraçılıq olacaq”

Milli Məclisin növbədənkənar sessiyasının son iclasında Avropa Parlamentinə qəzəb dolu çıxışlara şahidlik etdiyimiz saatlarda alternativ fikir söyləmək istəyən millət vəkili İqbal Ağazadəyə çıxış imkanının yaradılmaması sonda sədarətlə mübahisənin baş verməsinə səbəb oldu. Parlamentin əvvəlki iclasında siyasi məhbuslarla bağlı təcili addımlar atılmasının zəruriliyi ilə bağlı hökumətə çağırış edən, əks təqdirdə iqtidarı gözləyən sürprizlər barədə mesaj verən deputatın əslində bu toplantıda söz deməsi daha məntiqli idi. Ümid Partiyasının sədri ilə söhbətimizə bu mövzudan başlasaq da, gündəmin digər mövzularından da danışdıq. 

- İqbal bəy, görəsən sədarət sizin nə danışacağınızı, hansı mətləblərə toxunacağınızı bilirdi ki, təkid və israrınıza baxmayaraq çıxışınıza imkan vermədi? Yoxsa bunun ayrı səbəbi vardı?

- Güman etmirəm ki, sədarət hansısa bir məlumata görə çıxışa imkan vermədi. Sadəcə bu tipli mövqelər olanda və ya konkret qanun layihəsi olmayanda, ümumən iqtidarın iç siyasətini ortaya qoymaq lazım olanda iqtidar deputatları lövhəyə yazılır və bu, bəzən parlamentə ciddi problem yaradır. Yəni heç çıxış etməyən adamlar belə görürsən söz üstündə dava eləyir, zaman da keçir. Həm də heç kim fərqli fikirləri eşitmək istəməz. Mənim nə deyəcəyimi bilməsələr də, bunlardan fərqli danışacağımı bilirdilər.

- Diqqətimizi bir məqam cəlb etdi. Siz söz ala bilmədikdən sonra zaldan çıxıb çayxana tərəfə getdiniz, az sonra spiker Oqtay Əsədov da o istiqamətə getdi. Mübahisə, umu-küsü çayxanada davam etdimi?

- Mən ümumiyyətlə, bir müstəvidə olan məsələni başqa müstəviyə daşımağın tərəfdarı deyiləm. Məsələ iclas zalında da bitmişdi və belə məsələləri başqa yerdə mübahisə-müzakirə mövzusuna çevirməyin tərəfdarı olmamışam. Oqtay müəllim də həmişə bu kimi məsələlərdə millət vəkilləri ilə anlayışla davranıb. Mən əvvəlki sədrlərin də dönəmlərində olmuşam. Amma Oqtay müəllim bu kimi məsələlərdə digərlərinə nisbətən daha anlayışlıdır və hər şeyə daha dəqiq yanaşır. Təbii ki, rastlaşdıq, ancaq nə o məsələyə qayıtdı, nə də mən. Heç buna lüzum da yox idi.

- Ancaq iclasın sonunda zala qayıdanda təkrar çıxışa yazılsanız da, sonradan adınızı lövhədən sildiniz. Niyə? 

- Bildim ki, mətndən kənar çıxış etməyə qoymayacaqlar, sözümü kəsəcəklər. Deməli, həm fikrimi ifadə edə bilməyəcəyəm, həm də qanqaraçılıq olacaq. Ona görə də hesab etdim ki, bu mövzuda heç parlamentdə çıxış etməyim, fərqli məkanda öz fikirlərimi bölüşərəm. 

- Demək istədiklərinizi bölüşə bilərsinizmi?

- Əvvəla, çox qeyri-peşəkarcasına hər kəs beynəlxalq birliyin üzərinə gedir. Bir fikri xüsusi vurğulayırlar ki, biz müstəqil dövlətik, heç kimdən asılı deyilik, heç kim bizə diktə edə, mövqeyini yeridə bilməz. Bu cür blef edərək çıxış etmək əslində nə diplomatik normalara, nə millət vəkili normalarına uyğundur. Hər kəs ölkədə də, kənarda da nəyin nə olduğunu çox gözəl bilir. Mənim konkret sualım var: əgər siz doğrudan da hesab edirsinizsə ki, heç kim sizə heç nə eləyə bilməz və heç kimdən də çəkinməyib müstəqil siyasət yürüdürsünüz, çox gözəl, deyirsiniz ki, Cənubi Qafqazın lider dövlətiyik, ordumuz hamıdan güclüdür, ordumuza ayırdığımız vəsait də filan qədərdir, buyurun, gedək torpaqlarımızı azad edək. Heç kimin bizə nə deyəcəyinə, “müharibə etməyin” çağırışlarına, Avropa Şurası qarşısında, Avropa Birliyinin Şərq Tərəfdaşlığı, yaxud Qonşuluq Siyasəti çərçivəsində götürdüyümüz öhdəlikləri, ATƏT-lə münasibətlərin hamısını qoyaq kənara, gedək müharibə edək, torpaqlarımızı alaq. Edə bilmirsənsə, sən bu məsələlərdə çəkinirsənsə, demək beynəlxalq birliklə hesablaşırsan. İkinci tərəfdən, Avropa Birliyi düz bir il bundan əvvəl Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənəd qəbul etmişdi. O zaman niyə Avropa Birliyinin mövqeyini ədalətli və bir az da irəli gedərək bunu iqtidarın uğurlu xarici siyasəti hesab edirdiniz? Elə isə niyə indi Avropa Parlamentinin 32 deputatı bəyanat verəndə bunu erməninin lobbiçilik fəaliyyəti ilə bağlayırsınız? Bu qədər qeyri-səmimi yanaşmalar daxili auditoriyaya daha çox hesablanıb, nəinki xarici auditoriyaya. Bəyanatın ruhuna diqqət etsəniz, orda parlamentdəki çıxışların ruhu yox idi, bir qədər diplomatik ruh var idi. Bunlar da təbiidir. Amma bəzən qeyri-peşəkarcasına bu tipli yanaşmalar nəticədə ölkənin imicinə zərbə vurur.

- Yeri gəlmişkən, siz əvvəlki iclasda parlamenti belə bir sənədin qəbul olunacağı barədə xəbərdar edib siyasi məhbusları azad etməyə çağırmışdınız...


- Elə mənim ən çox demək istədiyim bu idi. Deyəcəkdim ki, axı mən sizə İlqar Məmmədov və Tofiq Yaqublu, o cümlədən NİDA-çılar, digərləri haqqında danışıb demişdim ki, gec-tez bu sənəd parlamentin masası üstünə gələcək, axı siz qeyri-qanuni hərəkətlər edirsiniz, siz insanları olmayan cinayətlərdə ittiham edirsiniz. Buna görə isə bir gün hesabat verməli olacaqsınız, deyəcəksiniz ki, bizə qarşı qərəzlidirlər. O zaman eşitmək istəmədilər, dedilər yox, biz obyektivik. Bunu biz daxildə deyəndə eşitmək istəmədiniz. İndi xaricilər, beynəlxalq qurum deyir ki, sən bunları yerinə yetirəcəksən, bu addımları atacaqsan. Ola bilməzmi ki, bəri başdan, xarici təzyiq olmadan, dövlətin imici zədələnmədən bu addımları atasan ki, proses fərqli istiqamətə getsin, cəmiyyətdə barış mühiti, fərqli yanaşmalar olsun? Çox təəssüf ki, hakimiyyətin siyasətində bunların heç biri özünü göstərmir.

- Seçki ərəfəsində cərəyan edən bu proseslər, beynəlxalq aləmə meydan oxumaq tendensiyası nə ilə nəticələnə bilər?

- Çətin məsələdir. Bu gedişlə Azərbaycan iqtidarı öz üzərinə çox böyük məsuliyyət, həm də yüklər götürür. Biz bu gün üçün bunu iqtidarın yükü hesab edirik, çünki indi bunlar iqtidardır. Amma sabah üçün bu, Azərbaycan dövlətinin yüküdür. Mərhum Əbülfəz Elçibəyin dönəmində “907-ci düzəliş” qəbul olunanda hakimiyyətə müxalif olanlar sevinirdilər ki, Qərb Azərbaycan iqtidarını dəstəkləmir. Elçibəy iqtidarı getdi, amma bu günə qədər “907-ci düzəliş” dondurulsa da, hələ ləğv olunmayıb. Sabah bundan biz, siyasi mübarizə aparan, iqtidar olmaq istəyənlər, bütövlükdə Azərbaycan əziyyət çəkəcək. Ona görə də iqtidar bu gün bu məsələlərdə Azərbaycanın ziyanına atıla biləcək addımı təkcə özünə qarşı yox, həm də bütövlükdə xalqa, dövlətə qarşı olan addım kimi qiymətləndirməlidir. Biz də dəyərləndirməliyik ki, iqtidar gec-tez gedəcək, hakimiyyət dəyişəcək. Amma dəyişəndə həmin imiclə, qətnamələr, yaxud həmin yanaşmalarla Azərbaycan dövlətinin imicini və ya yerini dünyada müəyyən etmək çətin olacaq.

- Avropa təsisatlarının seçki ərəfəsində davamlı şəkildə sərt tənqidi hesabatları, qətnamələri nəyə hesablanıb, artıq Azərbaycanla bağlı prinsipial qərar var, yoxsa sonda yenə də fərqli gedişlərin şahidi olacağıq?

- Hər halda Avropa bu tipli məsələlərdə səmimi görünür. Heç kəs düşünməsin ki, iqtidar manevr edərək bunun altından çıxacaq, beynəlxalq təşkilatlar hakimiyyət nümayəndələrinin dediyi kimi nə alacaqlarını müəyyən edəndən sonra geri çəkiləcəklər. Heç də belə deyil, artıq dünyada demokratiya bir ideolojiyə çevrilib. Əgər 1994-2005-ci illərdə dünyanın ideolojisi təhlükəsizlik idisə və o təhlükəsizliyi təhdid edən amillər ortaya çıxırdısa, bu gün ortada ideoloji demokratiyadır. Demokratiyanın ideoloji olduğu bir zamanda ən azı zahirin və heç olmasa daxilin heç olmasa yarısı bu ideolojiyə uyğunlaşdırılmalıdır. Ola bilsin ki, bütövlükdə uyğunlaşdıra bilməzsən. Amma tam əvvəlki imitasiyalar nəticə vermir, real addımlar atılmalıdır. Əks təqdirdə əziyyət çəkən iqtidarlar olacaq. Orta Şərqin yenidən şəkilləndirilməsi Cənubi Qafqazın da gələcəyinin şəkilləndirilməsində fərqli istiqamətin olacağından xəbər verir. Düzdür, Rusiya ilə İran da region uğrunda mübarizə aparırmış kimi görünür. Amma hər halda həm Gürcüstan, həm Azərbaycan hökumətləri gəlirlərinin, çıxarlarının nə olduğunu və harda yer alacaqları təqdirdə həm hakimiyyətlərinin, həm də dövlətlərinin təhlükəsizliyinə nə dərəcədə təminat aldıqlarının fərqindədirlər. Ona görə də Rusiyanın, konkret Avrasiya İttifaqının yanında yer almaq niyyətində deyillər. Əslində bu da regionda prosesləri gərginləşdirən bir şeydir. Amma məhz buna görə də Avropa və yaxud Amerikanın hakimiyyətə güzəştə gedib hakimiyyəti demokratiyaya doğru addım atmadan qorumaq niyyətində olacağı real deyil. Qərbin yanında olacaqsansa, dəyərlərə sahib çıxıb ən azı onu qoruyacaqsan. 

- Ölkənin birinci xanımı Mehriban Əliyevanın prezidentliyə namizədliyinin irəli sürülməsi özfəaliyyətdir, yoxsa hakimiyyətin alternativ planına daxildir?

- İnformasiyalar olduqca məhdud olduğundan bu barədə qəti bir şey demək mümkün deyil. Amma istənilən halda bu, yeni bir haldır və Azərbaycan demokratiyası üçün olduqca müsbət bir haldır. Proses əgər bu şəkildə davam edəcəksə və Mehriban xanım doğrudan da namizəd olacaqsa, bu, demokratiya üçün olduqca müsbət bir hadisədir. Ən azı müxalifətə yeni mübarizə üsulları və müstəviləri təqdim olunur. İkinci tərəfdən, olmayacaqsa, bu, siyasi partiyanın özfəaliyyətidirsə, bu da yeni bir müstəvidir. Hər halda bu barədə namizədin özünün reaksiyası olmadan nə isə demək olduqca çətindir.

- Milli Şuranın ilk sessiyasında bəzi qərarlar qəbul olundu, yeni üzvlər gəldi. İndiki situasiyada sizi bu quruma yaxınlaşdıran hansısa amillər varmı?- Əksinə, ilk sessiya bir az da fikirlərimi qətiləşdirdi. Milli Şura situasiyadan doğan təşkilatdır. Əvvəla, orada təmsil olunub bu gün kiminsə vahid namizədliyi haqda danışan dostlarıma bir şeyi xatırladıram: keçən ilin sonlarında, bu ilin əvvəlində biz deyəndə ki, müxalifət seçkiyə vahid namizədlə getməlidir və biz bunu müəyyən etməliyik, hər kəs bizə deyirdi ki, seçki situasiyası demokratikləşməyənə qədər seçkiyə getmək olmaz. Bu, birmənalı, kəsindir və bu məsələdə güzəşt ola bilməz, əvvəlcə demokratik şərait, demokratik seçki situasiyası yaradılmalıdır, sonra seçkiyə gedilməlidir. Sual edirəm, əcaba, bəylər, demokratik seçki şəraiti yaranıbmı, siz hamınız vahid namizəddən danışırsınız? 

Bu, birinci qüsur. Yəni cəmi 5 ay bundan əvvəl insanların israrla müzakirəyə çıxarıb imtina etdikləri bir mövqeyə 5 aydan sonra yenidən gəliblər. İndi məni heç kim inandıra bilməz ki, 5 aydan sonra da indi bizim dediyimiz başqa bir mövqeyə də gəlməyəcəklər. Dostlarımızın etdiyi səhvlər müxtəlif dönəmlərdə müxtəlif olub, doğruya gələ bilmirlər. İkinci tərəfdən, Milli Şura situasiyadan, yəni prezident seçkilərindən doğan bir təşkilatdır, ancaq diqqət edin, prezidentliyə namizəd elan olunmayıb, komitələr yaradılır. Sən əvvəlcə birincini, ən ağrılı, ən çətin yeri müəyyən edəcəksən, ordan başlayacaqsan, sonra komitələri bölməyə nə var. Komitələrdən başlayırlar, sonda gəlib bir xəyal qırıqlığına uğrayacaqlar ki, sən demə, vahid namizədi müəyyən etmək mümkün deyilmiş.
Üçüncü tərəfdən, bu gün Milli Şurada üç müxtəlif ideolojiləri, üç müxtəlif xətti seçmiş adamlar var. Bir qrup Avroatlantik məkanı seçir, digəri Avrasiya İttifaqına yaxın kimi görünür, digər qrup isə İslam ölkələri ilə əməkdaşlığa daha çox üstünlük verir. Bunun ortaq nöqtəsini tapmaq mümkündürmü? Hətta əlində manevr imkanı olan iqtidar belə həmin ortaq nöqtəni tapa bilmir. Milli Şura çərçivəsində bunu tapmaq mümkündürmü? Burda net mövqe lazımdır, o net mövqe də parçalayan amillərdən biridir. Dördüncüsü, həm Moskvadan səslənən qeyri-ardıcıl bəyanatlar, həm də bundan əvvəlki şübhələrimiz bir daha Milli Şura haqqında mənim şəxsən doğru mövqedə olduğumu və qənaətlərimdə haqlı olduğumu bir daha təsdiqləyir.

- Bu da var ki, seçki ilində namizəd olaraq sizin də görüşlərinizə əngəl yaradılır, necə ki, Milli Şura təmsilçilərinin. Deməli, ən azı sizi birləşdirən problemlər, yaxud dəyərlər var...

- Bizi birləşdirən dəyərlər çoxdur. Orda olan dostlarımızın böyük əksəriyyəti bizimlə daha çox birdir, nəinki Milli Şurada olan digərləri ilə, maraqlı olan budur. Çox təəssüf ki, yanlış yerdədirlər. Orda olanların böyük əksəriyyəti bizlərlə daha düzgün nəticələrə və qərarlara gələ, daha uzun yol gedə bilər, nəinki Milli Şura ilə.

- Onlar da sizi bu parlamentdə olduğunuza görə eyni qaydada tənqid edirlər...

- Biz 2003-cü ildə parlamentdə təmsil olunanda prezident seçkilərində, 2005-də, 2009-cu ildə müttəfiq olmuşuq, məgər onda demokratik parlament var idi? Niyə parlamentin qeyri-demokratrikliyi 2010-13-cü illərdə yada düşür? Dostlar bunu unutmasın (gülür).

- Demək yollarınız birdəfəlik ayrılıb?

- Milli Şura ilə mənim yolum birdəfəlik ayrılıb. Azərbaycan demokratiyasını xalqın və daxili potensialın hesabına gerçəkləşdirmək istəyənlərlə isə yolumuz hər zaman birdir. Yenə də gec deyil, ümid sonuncu ölür. Sadəcə, dostlar papaqlarını qabaqlarına qoyub fikirləşsinlər...

/musavat.com/ 

Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama