"Sülh jurnalistikası" media nümayəndələrinin etirazı ilə qarşılanır
Oxunub: 1097
16 Nov 2019 | 16:15
“Bu layihə başlayan gündən ilk təklif alanlardan olmuşam və o vaxt verdiyim cavab dəyişməz qalır - İrəvana və işğal altında olan Qarabağa yalnız tankla gedə bilərəm"

“Turan” informasiya agentiliyinin yazdığına görə, noyabrın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Bu barədə Riqada keçirilən “Şərq Tərəfdaşlığı Media Konfransı 2019” tədbiri zamanı məlumat əldə olunub. Səfərin qarşılıqlı etimad çərçivəsində baş tutacağı və erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri, ekspertlərlə  görüşəcəkləri bildirilir.

Qeyd olunur ki, jurnalistlər arasında səfər mübadiləsi  qarşılıqlı etimadın yaradılması üçün humanitar tədbirlər çərçivəsində dövlət başçıları səviyyəsindəki razılaşmalarda nəzərdə tutulub. Bu səfərdən sonra isə azərbaycanlı jurnalistlərin də Ermənistana cavab səfərinə gedəcəyi gözlənilir.

Maraqlıdır, bizim media nümyəndələrimiz Azərbaycan və Ermənistan jurnalistlərinin "sülh jurnalistikası" çərçivəsində qarşılıqlı səfərlərinə necə baxır? Sualımıza AYNA tutmaq üçün bir neçə tanınmış jurnalistə müraciət etdik.

Image
“Musavat”ın tanınmış yazarı Elşad Paşasoyun fikrincə, sülh o zaman mümkün olur ki, hər iki tərəf barış istiqamətində addım atır: “Azərbaycan dəfələrlə xoş məramını nümayiş etdirib, baxmayaraq ki, təcavzüə məruz qalan tərəfdir, məntiqlə aqressiv mövqe sərgiləmək haqqına malikdir. Lakin bu xoş məramın qarşılığında, ən sonuncu, Bakı Sülh Platformasının yaradılmasının əvəzində Ermənistan rəhbərliyi sülhdən daha da uzağa gedərək "Dağlıq Qarabağ Ermənistandır. Nöqtə" bəyanatını verdi və sülh prosesinə ağır zərbə vurdu. Düzdür, Azərbaycan Prezidenti erməni baş nazirə nidalı cavab verdi. Lakin reallıq bundan ibarətdir ki, ortada sülhü təmin edəcək bir proses yoxdur, yalnız imitasiya var. Belə olan təqdirdə jurnalistlərin qarşılqlı səfərləri nəyi dəyiəcək? Bundan əvvəl dəfələrlə ən müxtəlif səviyyələrdə, həmçinin media nümayəndələrinin iştirakı ilə qarşılıqlı səfərlər baş tutub, ziyalıların, deputatların və digərlərinin həmçinin. Lakin İrəvanın mövqeyi ona köklənib ki, status-kvo uzansın, dünya işğalın legitimləşdirilməsinə qərar versin. Qarşılıqlı səfərlər yalnız və yalnız zamanın itirilməsidir”.

“Bir müddət öncə həmkarımız Şahin Hacıyev İrəvanda səfərdə oldu və qayıdandan sonra bildirdi ki, erməni ictimai rəyi güzəş anlayışını qəbul etmir. Belə olan təqdirdə bizim digər jurnalistlərimiz Ermənistana niyə getsinlər ki? Fikrimcə, bu, sadəcə hansısa xarici dairələrin marağında olan bir layihədir və Qarabağın nəyin bahasına olursa-olsun qaytarılmasını istəyən Azərbaycan ictimai rəyinin parçalanmasına, daxildə narazılıqların yaranmasına yönəlib. Çünki xarici qüvvələr bilirlər ki, bizi birləşdirən yeganə dəyər Qarabağdır. Bu məsələdə olduqca diqqətli olmalıyıq. Məncə, bu məsələdə öncə vətəndaş, sonra jurnalist baxışı lazımdır. Şəxsən mən işğaldakı Qarabağ torpaqlarına, yaxud Ermənistana indiki şərtlər daxilində getmərəm! Nəinki realda, hətta yuxuda da kiməsə belə səfərlərdə olmağı arzulamazdım. Biz qalib ölkənin vətəndaşı, jurnalisti olaraq ora gedə bilərik və nida!””, - deyə E.Paşasoy vurğuladı.

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə də bu tip səfərlərə çox pis baxdığını bildirdi: “Biz Xankəndinə və İrəvana ancaq qalib kimi getməliyik. Xalq diplomatiyası mənim üçün cırtdanın nağılının 21-ci əsr versiyasıdır. Qarı düşmənlə onun haqq etdiyi dildə danışarlar. Amma hələ ki, Zakir Həsənovun tanklarının və artilleriyta qurğularının lülələrini meşin qoruyucular bağlayıb. Qarabağda sülh istəyən işğalçıya divan tutandan sonra masaya oturulmalıdır”.

Tanınmış jurnalist, siyasi analitik Azər Rəşidoğlu da erməni jurnalistlərin Bakıya, bizim jurnalistlərin İrəvana və işğalda olan Qarabağa səfərlərinə müsbət yanaşmır: “Bu layihə başlayan gündən ilk təklif alanlardan olmuşam və o vaxt verdiyim cavab dəyişməz qalır - İrəvana və işğal altında olan Qarabağa yalnız tankla gedə bilərəm. Heç bir sülh məramlı səfər və layihəni qəbul etmirəm. Torpaqlarımızı azad etmirlərsə, savaş tərəfdarıyam. Torpaq uğrunda qan tökmək bir şərəfdir, özüm və doğmalarım fəda olsun bu torpağa. "Günahsız erməni" imici yaradanlar sonunda Mübarizləri qatil çıxaracaqlar. Torpaq uğrunda ölməkdən və öldürməkdən böyük şərəf yoxdur”.

"Report" İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə düşünür ki, bu məsələyə qiymət vermək üçün hər şeydən əvvəl Azərbaycanla Ermənistanın niyə müharibə vəziyyətində olmasının, nə üçün iki ölkə arasında heç bir əlaqənin mövcud olmamasının səbəbləri haqqında danışmalıyıq: "Nəyə görə biz Gürcüstan, Özbəkistan, Portuqalya, Meksika, Cənubi Afrika Respublikası, Mozanbik, Uqanda jurnalistlərinin Azərbaycana, azərbaycanlı media təmsilçilərinin bu ölkələrə qarşılıqlı səfərlərini müzakirə etmirik, amma erməni jurnalistlərinin Bakıya gəlib-gəlməməsi üzərində bu qədər baş sındırırıq? Hesab edirəm ki, əsas suala cavab vermədən, necə deyərlər, mahiyyətə varmadan Ermənistan və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərlərinə də obyektiv qiymət vermək mümkün deyil. Biz XXI əsrdə bu məsələni ona görə müzakirə edirik ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, 1 milyona yaxın günahsız soydaşımızı doğma yurdundan didərgin salıb, on minlərlə insanı qətlə yetirib. Rəsmi Yerevan 30 ilə yaxındır işğalçılıq siyasəti yürüdür və bundan əl çəkmək niyyətində deyil. Mən 27 ildir anadan olduğum Laçın rayonuna, doğma kəndim Oğuldərəyə gedə bilmirəm, Ermənistan buna imkan vermir. Bəs indi biz nə etməliyik? Torpaqları unutmalıyıq? Erməniləri bağışlamalıyıq? Kimsə yerindən qalxıb deyə bilər ki, sonu sülhlə bitməyən müharibə yoxdur, biz də Ermənistanla barışmalıyıq. Əgər təsnifatlaşdırsaq, ermənilər min istiqamətdən bizə pislik ediblər, divan tutublar. İndi biz bunun hamısını unutmağa, Xocalıda bədəninə siqaret basılan, ağzından güllələnən, fevralın şaxtasında meşədə donaraq ölən körpələrin ah-naləsini eşitməməyə, şəhid analarının göz yaşlarını görməməyə, doğma yurd yerlərimizin işğal nəticəsində dağıdılmasını yaddaşımızdan silməyə hazırıq və yalnız bir məsələ üzərində dayanmışıq: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından rədd olsun! Vəssalam. Tələbimiz yalnız budur. Amma Ermənistan bununla da razılaşmır, işğalı davam etdirir və min bir fənd-fırıldaqla diqqəti əsas məsələdən yayındırmağa çalışır. Bunun üçün də zaman-zaman humanitar sahədə əməkdaşlıq, ziyalıların, jurnalistlərin qarşılıqlı səfərləri və s. məsələləri ortaya atır. Ona görə də gərək biz burada diqqətli olaq".

Jurnalistin qənaətincə, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymayıb, heç bir qarşılıqlı səfərdən söhbət gedə bilməz: "Bu gün Azərbaycana erməni jurnalistlər gələcək, sabah müğənni, o biri gün rəqqasə. Bir gün də hansısa azərbaycanlı oliqarx fikirləşəcək ki, Ermənistanda filan sahədən yaxşı pul qazanmaq olar, gedib ora sərmayə qoyacaq, biznesini açacaq. Bunlardan faydalananlar başlayacaq sülhdən, barışıqdan danışmağa. Beləliklə, işğal faktı, toraqlar unudulacaq. Necə ki, İrəvan, Göyçə, Zəngəzur unudulub gedib. Ermənilərin məqsədi də budur. Ona görə də Azərbaycanla Ermənistan, azərbaycanlılarla ermənilər arasında əlaqə yalnız rəsmi formada olmalıdı. Əgər bilsəm ki, erməni jurnalistlərin Azərbaycana səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə, torpaqlarımızın işağldan azad olunmsına bu gün və ya 10 il sonra milyonda bir faiz müsbət təsir edər, onda belə gediş-gəlişləri ikiəlli dəstəkləməyə hazıram. Amma bu mümkün deyil. Tarixi təcrübə də bunu göstərir. Əgər Ermənistanın, ermənilərin bu məsələdə niyyətləri saf, məqsədləri işğalı unutdurmaq deyilsə, onda imkan versinlər işğal olunmuş rayonlardan olan azərbaycanlı jurnalistlər öz doğma rayonlarına, kəndlərinə səfər etsinlər. Gedib görək evimiz yerindədirmi, doğmalarımızın qəbirləri qalırmı? Amma Ermənistan buna imkan verməz. Çünki işğal altında olan ərazilərdə vandalizm törədib, azərbaycanlıların evlərini, qəbirlərini, məscidlərini tamamilə dağıdıb".

“Yeniçağ.az”-ın repartyoru Səxavət Məmməd də qeyd etdi ki, azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə heçdə yaxşı baxmır: “Təklif olunsa, düşünmədən “yox” deyərdim. O vaxt getmək olar ki, Ermənistana Qarabağdan gedəsən. Başqa ölkəyə necə səfər edirsənsə, o cür. Qarabağa Ermənistandan ancaq erməninin gözü ilə baxmaq mümkündür. Əgər səfərdə belə bir şey olsa da, onların göstərdiklərini görə biləcəksən. Əl qərəz, bu səfərlər xala-xala oyunundan başqa bir şey deyil”.

“Musavat.com”un baş redaktoru Xalid Kazımlının isə həmkarlarından fərqli olaraq, bu məsələyə ikili baxışı var: “Bir tərəfdən düşünürəm ki, hər iki ölkədən olan jurnalistlərin qarşılıqlı səfərləri faydalı ola bilər. Çünki jurnalistlər peşəkar kəşfiyyatçılar qədər fəhmlidir, gözlərindən heç nə yayınmır. Məsələn, bizim jurnalistlər İrəvanda, Gümrüdə 1-2 saat insanları müşahidə eləsələr, ermənilərin ovqatının nə yerdə olduğunu, real durumlarını sezə bilərlər. Amma ikinci tərəfdən düşünürəm ki, Qarabağ münaqişəsi həll olunmayınca qarşılıqlı get-gəl olmamalıdır. Çünki bu cür get-gəllər aranı yumşaldır, sayıqlığı azaldır. Bu, xüsusilə bizim üçün problemdir, çünki təbiət etibarilə tez sıyılan camaatıq. Ona görə də müharibənin yerini ciddi şəkildə sülh almayınca ermənilərlə kontaktımız yalnız təmas xəttində olmalıdır”.

“AFN.az” saytının redaktoru Həbibə Abdulla da bu məsələyə birmənalı yanaşmağın çətin olduğunu bildirdi: “Əslində sülh sözü bu mərhələdə bizdə təbii olaraq qıcıq yaradır. Sülh jurnalistikası o zaman ola bilərdi ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində razılaşardılar. Bir qrup jurnalistin qarşılıqlı səfəri bu razılaşmaya aparan yolda atılan addımdırsa, normal baxa bilərik. Yox, əgər hazırkı vəziyyətdə sülhdən söhbət gedirsə, bizim mövqeyimiz kəskindir. Azərbaycanın ərazi bütövlüyünü tanımayan sülh bizə lazım deyil – bu, istər jurnalistikada olsun, istər idmanda, istər mədəniyyətdə və s. Hazırkı məqamda danışıqlarla bağlı heç bir irəliləyiş yoxdur, ən azı bu barədə açıqlama yoxdur, qarşı tərəfin hər hansı yumşaldıcı addımı nəzərə çarpmır. Əksinə, Ermənistan rəhbərliyi Dağlıq Qarabağda, loru dillə desək, at oynadır və bu məqamda "sülh jurnalistikası"nın mövcudluğu qəbuledilməzdir. Biz heç də aqressiya nümayiş etdirmək fikrində deyilik, biz Ermənistandan qəbul olunmuş beynəlxalq qərarlara, BMT-nin qətnamələrinə əməl etməyi tələb edirik. Yalnız bundan sonda sülhdən danışmaq olar. Mən inanmaq istəyirəm ki, o tərkibdə hörmət etdiyimiz, vətənpərvərliyinə inandığımız insanlar yer almayacaqlar”.

Araşdırmaçı-jurnalist Ülkər Abdullayeva isə tamamilə fərqli düşünür: “Ümumiyyətlə sülhün yaranmasına xidmət edən istənilən təmaslara, eləcə də jurnalistlərin qarşılıqlı səfərlərinə normal baxıram. Hər iki ölkənin vətəndaşları arasında təmaslar olmalıdır, istər jurnalistlər səviyyəsində, istər QHT-lər, istər alimlər, istərsə də mədəniyyət xadimləri səviyyəsində. Bu müxtəlif kontingentləri əhatə edən qarşılıqlı münasibətlər, konfliktoloqların fikrincə, iki xalq arasında etimad mühitini formalaşdırmalıdır. Təbii ki, bu, münaqişədən sonrakı sülh dövrü üçün zəruridir. Tutaq ki, sabah ya zəlzələdən, ya da vəlvələdən münaqişə başa çatdı. Bəs ömürlük qonşu olacaq iki xalqın münasibətləri necə olacaq? Aydındır ki, qonşuluqda dinclik olmadan rahat yaşamaq mümkün deyil. Ona görə də dünyanın sülh institutları bu məqamı diqqətdə saxlayırlar. Haşiyə çıxaraq deyim ki, Avropada Almaniya ilə Fransanın müştərək ARTE telekanalı yayımlanır. Bu kanal Elzas-Lotaringiyanın, həmçinin Saar kömür hövzəsinin Almaniyadan qoparılaraq yenidən Fransanın tabeçiliyinə verilməsi nəticəsində iki ölkə arasında kəskinləşmiş münasibətləri yoluna qoymaq üçün düşünülmüşdü. Hamı fikirləşirdi ki, oturub haçansa Fransanın sözügedən əraziləri Almaniyaya qayratacağını gözləmək olmaz. Bu iki qonşu arasında bir şəkildə sülhü bərqərar etmək lazımdır. Mədəniyyətlərin mübadiləsi isə sülh yolunda ən ağrısız proses sayılır. ARTE hər iki ölkənin mədəniyyətini təbliğ edir, xalqları mədəni cəhətdən bir-birinə yaxınlaşdırmaq missiyasını həyata keçirirdi. İkinci Dünya müharibəsindən qalan problemlər indiyədək həllini tapmayıb, amma Almaniya və Fransa başda NATO, Avropa İttifaqı olmaqla bir sıra alyanslarda, təşkilatlarda birləşiblər, əksər məsələlərdə müttəfiq kimi çıxış edirlər. Və onlar özlərini inkişafdan saxlamayıblar, əlaqələri də dayandırmayıblar. Fəqət hələ də Fransa o torpaqları Almaniyaya qaytarmayıb, almanlar isə daha həmin ərazilər uğrunda əvvəlki kimi mübarizə aparmırlar”.

“Mənsə istəməzdim bizdə məhz belə olsun. Əgər biz qonşularımızla normal münasibətlərin qurulmasından danışırıqsa, ilk növbədə onlar bizdən aldıqlarını geri qaytarmalıdırlar. Biz ermənilərlə əbədi düşmən olmayacağıq, amma dövlət sərhədlərimiz bərpa olunmayana qədər onlarla hansısa etimad mühitinin yaradılması real görünmür. Biz onlarla müharibədə minlərlə şəhid, qurban vermişik. Onların həyatını heç nə ilə geri qaytara bilməyəcəyik, amma bizim onların uğrunda canlarından keçdiyi torpaqları qonşuya güzəştə getməyə heç bir mənəvi haqqımız yoxdur. Mənim üçün bir jurnalist olaraq, ermənilərlə təmaslar yalnız o baxımdan maraqlıdır ki, oradakı müxtəlif təbəqələrin münaqişənin perspektivinə necə baxdıqlarını, bu barədə nə düşündüklərini öyrənim, ümumiyyətlə, Ermənistanda vəziyyətin necə olduğunu vizual olaraq öz gözlərimlə görüm. Amma münaqişənin həllinə töhfə vermək baxımından jurnalistlər balaca adamlardır. Sonucda hər kəs supergüclərin, həmçinin öz ölkəsinin ali rəhbərliyinin qəbul etdiyi qərarlara tabe olmağa məhkumdur”, - deyə jurnalist qeyd etdi.

"Modern.az" saytının baş redaktoru Elşad Eyvalı da jurnalistlərin qarşılıqlı səfərlərinin tərəfdarıdır, amma bir şərtlə: "Əslində, jurnalistika sərhədd tanımır. Bu, klassik anlamda belədir. Bu məntiqlə azərbaycanlı və erməni jurnalistlər heç kimdən icazə almadan qarşlılqlı səfərlər etməlidirlər. Bu məsələyə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi kontekstindən yanaşsaq, fikir birmənalı olmalıdır: İğalçı Ermənistan, işğala məruz qalan Azərbaycan. Bütün dünya qəbul edir ki, Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisidir və Ermənistan tərəfindən işğal edilib. Amma gəlin görək, bunu erməni jurnalistlər qəbul edirmi? Məncə, etmir. Çünki bu günə qədər Ermənistan mətbuatında bir yazıya rast gəlməmişik ki, Azərbaycan torpaqlarını Ermənistan işğal edib. Demək ki, Ermənistandan Bakıya gələcək jurnalistlər başqa havada olacaqlar. Geri döndükdən sonra Ermənistanın işğalı, azərbaycanlı köçkünlər mövzusunda o jurnalistlər heç nə yazmayacaqlar. Bununla demək istəmirəm ki, jurnalistlərin qarşılıqlı səfərlərinin əleyhinəyəm. Əksinə, bunun tərəfindəyəm. Sadəcə bu səfərlər elə şərtlər daxilində olmalıdır ki, jurnalist geri döndükdən sonra gördüklərini qələmə alsın, diqtə ediləni yazmasın. Amma bu səfərlər iltizamlı olacaqsa, demək ki, bu, məzmunca jurnalist səfəri deyil, sadəcə forma geyindirilir. İllər öncə belə cəhdlər olub. Hətta səfərlər də edilib. Amma bunun nəticəsi olmayıb. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etmirsə, bu vəziyyətdə hansı sülh olacaq? Jurnalistlər sülh yaradan qüvvə deyil. Düşüncəmə görə, hərbçilərin, diplomatların ardınca jurnalistlər prosesə qoşula bilərlər. Azərbaycan torpaqları işğal altında qalsın və biz də “SÜLH” yaradaq. Bu, köhnə “mahnıdır” və tam əleyhimizədir. Hesab edirəm ki, Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra xalqlar arasında körpü yaratmaq üçün jurnalistlərin qarşılıqlı səfərlərinin səmərəsi ola bilər".
Oxşar xəbərlər
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 00:15
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 00:15
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama