Dünya əhalisinin sayının ildən-ilə artdığını bilsək də, əslində bunu bütün ölkələrə aid etmək olmaz. Elə ölkələr var ki, onların əhalisinin sayı günbəgün azalır. Nüfuzlu “Business Week” jurnalı apardığı araşdırma və proqnozların köməyi ilə əhalisi sürətlə azalan ölkələrin siyahısını dərc edib. Moderator.azhəmin siyahını sizə təqdim edir.
Yaponiya: 2010-cu ildə əhalinin sayı 127,370,000, 2050-ci ildə 95,152,000 (təxmini), azalma 25%
Ukrayna: 2010-cu ildə əhalinin sayı 45,864,000, 2050-ci ildə 35,273,000 (təxmini), azalma 23%
Gürcüstan: 2010-cu ildə əhalinin sayı 4,638,000, 2050-ci ildə 3,591,000 (təxmini), azalma 23%
Bolqarıstan: 2010-cu ildə əhalinin sayı 7,542,000, 2050-ci ildə 5,894,000 (təxmini), azalma 22%
Bosniya-Herseqovina: 2010-cu ildə əhalinin sayı 3,843,000, 2050-ci ildə 3,075,000 (təxmini), azalma 20%
Latviya: 2010-cu ildə əhalinin sayı 2,242,000, 2050-ci ildə 1,799,000 (təxmini), azalma 20%
Serbiya: 2010-cu ildə əhalinin sayı 7,288,000, 2050-ci ildə 5,874,000 (təxmini), gözlənilən azalma 19%
Litva: 2010-cu ildə əhalinin sayı 3,317,000, 2050-ci ildə 2,721,000 (təxmini), gözlənilən azalma 18%
Polşa: 2010-cu ildə əhalinin sayı 38,186,000, 2050-ci ildə 31,849,000 (təxmini), gözlənilən azalma 17%
Moldova: 2010-cu ildə əhalinin sayı 4,117,000, 2050-ci ildə 3,466,000 (təxmini), gözlənilən azalma 16%
Rumıniya: 2010-cu ildə əhalinin sayı 21,454,000, 2050-ci ildə 18,236,000 (təxmini), gözlənilən azalma 15%
Kuba: 2010-cu ildə əhalinin sayı 11,246,000, 2050-ci ildə 9,725,000 (təxmini), gözlənilən azalma 14%
Cənubi Koreya: 2010-cu ildə əhalinin sayı 48,875,000, 2050-ci ildə 42,343,000 (təxmini), gözlənilən azalma 13%