Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, oktyabrın 22-də Pekində keçirilən 9-cu Beynəlxalq Təhlükəsizlik Simpoziumu çərçivəsində Ermənistanın müdafiə naziri David Tonoyan ilə Çin Xalq Respublikasının müdafiə naziri general-polkovnik general-polkovnik Vey Fenxe arasında görüş keçirilib. Görüşdə Ermənistan və Çin arasında hərbi əməkdaşlığın mövcud vəziyyyəti və perspektivi müzakirə edilib.
Görüşdə maraq doğuran ən başlıca məqam isə Ermənistanın müdafiə nazirinin təklifi olub. Belə ki, David Tonoyan Çin kursantlarının öz təhsillərini Ermənistanın hərbi məktəblərində davam etdirməsi təklifi ilə çıxış edib və bildirib ki, bu, iki dövlətin hərbçilərinin “qarşılıqlı hazırlığı” baxımından faydalı olar.
Ordusunun gündəlik qidalanmasını təmin edə bilməyən, azsaylı ordusunu ianə hesabına dolandıran Ermənistanın dünyanın ən böyük güc mərkəzlərindən biri sayılan, ən müasir hərbi texnikaya və yüksək fiziki hazırlıqlı orduya malik olan Çin hərbçilərini Ermənistandan öyrənməyə səsləməsi Çində gülüşə səbəb olub. Çünki Ermənistan hərbi təhsil sistemindən Çin hərbçisinin öyrənə biləcəyi heç nə yoxdur və belə bir cəhd Çin əsgərləri üçün vaxt itkisindən başqa bir şey olmaz.
Hərbi ekspertlər hesab edir ki, Ermənistanın Çinə “kömək məqsədi ilə” etdiyi bu təklif rəsmi Pekinə ən ağır qarğış sayıla bilər.
Seymur ƏLİYEV