“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
Oxunub: 2862
21 Oct 2019 | 10:14
“Şişirdilmiş rəqəmlərə şərait yaradanlar da məsuliyyət daşımalıdır”
Azərbaycan hökumətinin bu ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində prezident İlham Əliyev büdcə xərcləmələri sahəsindəki problemlərə də toxunub. Gələn ilin büdcəsinin həm sosialyönümlü, həm də investisiyayönümlü olacağını deyən prezident 2020-ci ildə xərclərə diqqətlə baxılmalı olduğunu vurğulayıb:

“Burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin. Tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq. Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır - havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün, bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət, əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər”.

Göründüyü kimi, dövlət başçısı büdcə xərclərinin tərtibatı və icrası zamanı şişirtmələrə yol verən qurumlara ciddi xəbərdarlıq edib. Belə işləyən qurumlara qarşı hansı addımlar atıla bilər? Şişirtmələrin qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməlidir?

Moderator.az xəbər verir ki, Musavat.com-un bu və başqa suallarını millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimlidən cavablandırıb.

- Əli bəy, xərcləri məqsədli şəkildə şişirdən qurumlara qarşı hansı addımlar atıla bilər?

- Müşavirədə prezident bildirdi ki, hər il növbəti ilin büdcəsi müzakirə olunarkan ayrı-ayrı qurumlar sifarişlər göndərirlər. Aparılan araşdırmalar göstərir ki, bir sıra hallarda həmin sifarişlərdə şişirdilmiş rəqəmlər öz əksini tapıb. Bəli, səriştəli ekspertlər asanlıqla müəyyən edə bilirlər ki, hər bir konkret mal-materialın, işin, xidmətin dəyəri nə qədərdir. Çünki hər bir işin dəyər ifadəsində normativləri var. Bundan başqa, müqayisəli təhlillər də aparmaq olur. Həmin üsullarla rəqəmlərin nə qədər şişirdilməsini aşkarlamaq elə də çətin iş deyil. Bu işlərə sistem xarakteri verilməlidir. Hökumət dövlət qurumlarının, şirkətlərin təkliflərinə baxanda şişirdilmiş rəqəmlər verənlərdən izahat tələb olunmalıdır. Verdiyi rəqəmi əsaslandıra bilsə, deməli, təkliflər verəndə normativlərdən düzgün istifadə edib ağlabatan rəqəmlər verib. Əsaslandıra bilməsə, deməli, rəqəmləri şişirdib, dövlət vəsaitini mənimsəmək istəyir. Belə dövlət qurumları və şirkətlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməlidir.

Amma bu məsələyə birtərəfli yanaşma gözlənilən nəticəni verə bilməz. Məsələyə kompleks yanaşılmalı, həm şişirdilmiş rəqəmi təqdim edən qurum, həm də şişirdilmiş rəqəmlərin keçməsinə maraqlı olanlar, şərait yaradanlar da məsuliyyət daşımalıdır. Hazırda islahatların yeni mərhələsi insanlarda ümid yaradıb. Bu ümidi doğrultmaq üçün fikirdə, sözdə və əməldə Azərbaycan dövlətçiliyinə xidmət edən, korrupsiyadan uzaq, xalqın və dövlətin maraqlarını fəaliyyətində üstün tutan bacarıqlı kadrlardan daha çox istifadə edilməlidir ki, düzgün işləmək nümunəsi göstərənlərin sayı artsın. Eyni zamanda, iqtisadiyyatın rəqəmsallaşdırılmasının, aşkarlıq, şəffaflıq, hesabatlılığın gücləndirilməsi və sair beynəlxalq praktikada özünü doğruldan üsullardan geniş istifadə etmək lazımdır ki, öz vəzifə mövqeyindən sui-istifadə etmək istəyənlərin heç biri buna nail ola bilməsin. Bununla yanaşı, həm də islahatlar yolu ilə elə bir mühit yaratmaq, elə bir mexanizm işləyib hazırlamaq və tətbiq etmək lazımdır ki, kadrlar üçün korrupsiya və talançılığa görə məruz qalacağı itkilər daha çox olsun. Rəqəmlərin şişirdilməsinin qarşısının alınmasının ən mühüm istiqamətlərindən biri də biznesdə məmur sahibkarlığının, məmur himayədarlığının aradan qaldırılması istiqamətində radikal addımlar atılmasıdır. Bu üsulla yüz milyon manatlarla dövlət vəsaitinə qənaət etmək və həmin mənbə hesabına maaşların, pensiyaların və digər ödənişlərin artırılmasına xeyli əlavə vəsait ayırmaq olar.

- Şişirtmələrə dövlət başçısının qeyd etdiyi sahələrdən başqa hansı sahələrdə daha çox yol verilir?

- Rəqəmlər tikinti-quraşdırma, təmir, prezidentin dediyi kimi, bənd tikmək, yol çəkmək, kabel çəkmək və sair bu kimi sahələrdə, dövlət satınalmaları, eləcə də bir sıra mal-material, texnika və avadanlıqların alınması və sair bu kimi sahələrdə daha çox şişirdilir. Bizə olan müraciətlər üzrə aparılan araşdırmalar əsasında demək olar ki, bəzən bir işə iki-üç dəfə dövlət vəsaiti ayrılır. Manatın devalvasiyasından əvvəl sifariş edilən avadanlıq və sairin devalvasiyadan sonrakı qiymətindəki dəyişikliklər anlaşılandır. Layihədə əsaslandırılmış mütərəqqi dəyişikliklərə görə artımlar da ola bilər. Qalan hallarda belə hallar dövlət vəsaitində israfçılıqla istifadənin, eləcə də həmin vəsaitin bir hissəsinin korrupsiyanın yeminə çevrilməsinin bir üsuludur. Bəzi satınalmalar zamanı ciddi zərurət olmadığı halda yerli istehsalçılara deyil, xarici ölkələrdən olan istehsalçılara üstünlük verilməsi nəticəsində əlavə xərclər çəkilir. Bundan əlavə, araşdırmalar aparılsa, məlum olacaq ki, bir sıra dövlət qurumlarında büdcədən ayrılan vəsait hesabına təzə mebel, mal-material, avadanlıqlar və sair alınması nəzərdə tutulsa da, əslində alınmayıb, ya da ayrılan vəsaitə müqabil səviyyədə alınmayıb... Eyni zamanda, dövlət vəsaiti hesabına dövlət əmlakından istifadə sahəsində də nöqsanlar yetərincədir. Tələbatdan artıq malların və inventarların alınması halları da mövcuddur.

Bizə olan müraciətlərdən görünür ki, bir sıra hallarda arxası olmayan sıravi şirkətlərə müəyyən işlər gördürülür və sonra da müxtəlif bəhanələrlə onların pullarını kəsir və bəzən də ümumiyyətlə, vermirlər. Bu da vəsaitin mənimsənilməsinin spesifik bir növüdür. Digər tərəfdən isə işləyib pulunu ala bilməyən həmin qəbildən olan şirkətlər sıradan çıxır. Milli Məclisdə büdcə müzakirələri zamanı Hesablama Palatası bu yöndə olan nöqsan və çatışmazlıqların bir qismini təqdim edir. İmkan olsa, daha çox çatışmazlıq ortaya çıxarılar...

Hesablama Palatasının bu yöndə aşkarladığı nöqsanlardan birinin mahiyyəti bundan ibarətdir ki, malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üzrə - tender prosedurlarının başlanmasından əvvəl satın alacağı malların, işlərin və xidmətlərin ehtimal olunan qiyməti mövcud qanunvericiliyə əsasən müəyyənləşdirilmir. Zəruri hallarda satınalan təşkilatın satın alacağı malların, işlərin və xidmətlərin ehtimal olunan qiymətinin müəyyənləşdirilməsi üçün peşəkar qiymətləndiricilərin cəlb edilə biləcəyi qanunvericilikdə göstərilsə də, bu tələbə əməl edilmir, yalnız iştirakçı müəssisələrin təklifləri əsas götürülməklə qalib müəyyən edilir və bu qiymətlərlə icra olunur ki, nəticədə əksər hallarda dövlət vəsaitinin artıq xərclənməsinə səbəb olur. Dövlət vəsaitlərinin qanunauyğun, səmərəli, qənaətli və nəticəli istifadəsində nöqsanlara yol verən vəzifəli şəxslərə münasibətdə zəruri intizam tənbeh tədbirlərinin tətbiq edilmədiyi və ya həmin vəzifəli şəxslərə yalnız xəbərdarlıq edildiyi şəraitdə həmin şəxslərin öz vəzifələrini davam etdirməsi xarakterik nöqsanların davam etməsinin əsas səbəblərindən biridir. Ona görə də rəqəmlərin şişirdilməsinə münasibət sərtləşdirilməlidir. Bu, dövlət vəsaitinə iri məbləğlərdə qənaətin, az vəsaitlə daha çox iş görməyin ən iri mənbələrindən biridir. Bu sahədə çalışanlar rəqəmlərin şişirdilməsinin hansı sahələr və büdcənin hansı bəndləri üzrə edildiyini yaxşı bilirlər...

- Büdcə sifarişləri qəbul olunduqdan sonra hər bir sifariş üzrə qiymətləndirmə aparılması büdcə prosesinin yubanmasına səbəb olmazmı?

- Düzgün təşkil olunsa, olmaz. Bu sahədə çalışanlar rəqəmlərin şişirdilməsinin hansı sahələr və büdcənin hansı bəndləri üzrə edildiyini yaxşı bilirlər. Ona görə də əksinə, belə araşdırmalar büdcə prosesində şəffaflığın və hesabatlılığın artırılmasına ciddi təkan vermiş olar. Bu üsul həm də dövlət vəsaitini talayanları bu pis vərdişlərdən əl çəkməyə, normal işləməyə vadar edə bilər.

- Şişirtmələrə yol verən qurumların özəl əllərə verilməsi problemi nə qədər həll edər?

- Fikrimizcə, ümumiyyətlə, götürdükdə məsələyə bu cür meyardan yanaşmaq birtərəfli yanaşma olardı... Çünki bəli, elə qurumlar var ki, onları özəl əllərə vermək olar, elələri də var ki, fəaliyyəti təkmilləşdirilməli və dövlət mülkiyyətində qalmalıdır. Məsələn, verilən sifarişlərdə rəqəmlərin şişirdilib-şişirdilməsindən asılı olmayaraq, büdcəmizi böyük bir maliyyə yükündən azad etməkdən ötrü bir sıra xidmət sahələrini, xüsusən də kommunal xidmətlə əlaqəli sahələrin optimal variantlarda özəlləşdirilməsi və ya etibarlı şirkətlərə uzunmüddətli istifadəyə verilməsi məqsədəuyğun olar. Qalan sahələr üzrə isə ciddi nəzarət mexanizmi işlənib hazırlanmalıdır, şəffaflıq artırılmalıdır. “Dövlət Maliyyə Nəzarəti” haqqında qanunun və bu qanundan doğan digər qanunların qəbulu tezləşdirilməlidir. Şəffaflıqla yanaşı, hesabatlılığın və məsuliyyətliliyin də artırılması istiqamətində əlavə tədbirlər görülməlidir. Hər il Hesablama Palatası dövlət vəsaitindən səmərəsiz istifadə və rəqəmlərin şişirdilməsinə dair xeyli faktlar ortaya qoyur. Həmin faktlar obyektiv araşdırılıb, müvafiq ölçülər götürülməlidir. Dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarətin gücləndiriilməsinə, xüsusən də QHT-lərin və medianın rolunun artırılmasına geniş meydan verilməlidir. Obyektiv reallıqları əks etdirən jurnalist təhqiqatlarına geniş meydan verilməli, mətbuatda çıxan və reallıqları əks etdirən materiallar araşdırılmalıdır. Həmin tədbirləri sistemli şəkildə həyata keçirməklə 2020-ci ilin və ondan sonrakı illərin dövlət büdcələrində digər istiqamətlərə qənaət hesabına sosial sferaya daha çox vəsait ayırmaq olar.
Oxşar xəbərlər
21:53, Bu gün
Rəcəb Tayyib Ərdoğan səkkiz il sonra CHP lideri ilə görüşüb - YENİLƏNİB + FOTO
21:48, Bu gün
Belarusla sərhəddə miqrantlar Polşa sərhədçilərinə hücum ediblər
21:33, Bu gün
Türkiyə MN: Ankara "S-400" sistemlərini Ukraynaya vermək niyyətində deyil
21:32, Bu gün
Netanyahunun kortejinə hücum olub: Saxlanılan var
21:23, Bu gün
Ölkəmizdə “Türk Dövlətləri İqtisadi Forumu” ilk dəfə keçirilib - FOTOLAR
20:52, Bu gün
Ceyhun Bayramov BMT Baş katibinin müşaviri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
20:48, Bu gün
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən VƏZİFƏ VERİLİR? - FOTO
20:47, Bu gün
Gürcüstanın Daxili İşlər Nazirliyi xaker şəbəkəsinin hücumuna məruz qalıb
20:45, Bu gün
ABŞ rusiyalı məmurları ələ salaraq BRIKS görüşünü "pozub"
20:21, Bu gün
Güney Azərbaycanın “Traktor” futbol komandasının yeniyetmə azarkeşi döyülərək həbs edildi - VİDEO
20:10, Bu gün
Benzin və dizel BAHALAŞDI
20:02, Bu gün
Tbilisidə parlamentin qarşısında etiraz aksiyası bərpa edilib - FOTO
20:01, Bu gün
Macarıstan Makronun Ukraynaya qoşun göndərmək fikrini təhlükəli hesab edir: Bu, Üçüncü Dünya müharibəsi deməkdir
19:59, Bu gün
Qəzza zolağının yenidən qurulması 40 milyard dollara başa gələcək
19:40, Bu gün
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:26, Bu gün
Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO
19:22, Bu gün
Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər
19:03, Bu gün
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib
19:01, Bu gün
Azərbaycanlı cütlük “Prezident Kuboku 2024” beynəlxalq reqatasında üçüncü olub
18:59, Bu gün
Naxçıvanda İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım ödəniləcək
18:54, Bu gün
Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb
18:50, Bu gün
Ermənistanda 4 hərbçinin öldüyü qəza ilə bağlı 2 nəfər həbs olunub
18:48, Bu gün
Kəlbəcər İstisuyu sovet dövründə kimin ciddi səyləri ilə abadlaşdırıldı?..
18:43, Bu gün
Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib
18:38, Bu gün
Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu
18:10, Bu gün
Ermənistan müxalifətinin Göyçə və Zəngəzur avantürası - VİDEO
18:05, Bu gün
Erməni əsirliyində olan Amin Musayev: “Boynuma isti su töküb, yandırdılar” - VİDEO
18:00, Bu gün
Paşinyanın müsahibəsi: Reallığın etirafı - TƏHLİL + FOTO
17:55, Bu gün
ETSN-nin 13 əməkdaşı UNEC-in “Liderlik” üzrə mini-MBA proqramından məzun oldu - FOTO
17:52, Bu gün
Bakıda sıxlığı aradan qaldırmaq üçün yeni yol çəkilir - VİDEO
17:50, Bu gün
Azərbaycan XİN başçısı Mixail Şvıdkoy ilə görüşüb
17:48, Bu gün
Bu tarixdə devalvasiya olacaq - PROQNOZ
17:45, Bu gün
Bu marşrut üzrə əlavə qatar təyin edildi - CƏDVƏL
17:40, Bu gün
Məhkəmə Birinci Qarabağ Müharibəsi qazisinə bəraət verdi
17:35, Bu gün
"Rusiya 15 ukraynalı döyüşçünü edam edib" - "Human Rights Watch"
17:30, Bu gün
QS-in regional direktoru ADNSU-da olub - FOTOLAR
17:20, Bu gün
"Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir" - Vüqar Rəhimzadə
17:10, Bu gün
Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO
17:05, Bu gün
İraq 30 ildən sonra Türkiyə sərhədində hərbi baza qurdu - FOTO
17:00, Bu gün
“Riyaziyyat, mexanika və informasiya texnologiyalarının müasir məsələləri” - BDU-da elmi konfrans
16:56, Bu gün
Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq
16:50, Bu gün
Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq
16:45, Bu gün
Azərbaycan muğamı beynəlxalq tibb konqresinin müzakirəsində - FOTO
16:40, Bu gün
Qeyri-sabit hava nə vaxta qədər davam edəcək?
16:36, Bu gün
Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb
16:35, Bu gün
Məzahir Pənahov parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verdi
16:30, Bu gün
Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO
16:25, Bu gün
Erməni KİV-də xəritə yayıldı: Qazax istiqamətindəki kənddə sərhəd xətti necə olacaq? - FOTO
16:20, Bu gün
Yeni təyin olunan rektor kimdir? - DOSYE
16:18, Bu gün
Son dəqiqə: Parlament seçkiləri önə çəkilə bilər - RƏSMİ
16:17, Bu gün
Azərbaycanda deputatın səlahiyyətlərinə xitam verildi - FOTO
16:14, Bu gün
Almaniyada top qovan həmyerlimiz: “Bəzi komandalarla danışıqlar gedir” - MÜSAHİBƏ + FOTO
16:12, Bu gün
Premyer Liqada sonuncu olan klubun idman direktoru: “Legionerləri yola salmağa çalışacağıq” - MÜSAHİBƏ
16:10, Bu gün
İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM
16:07, Bu gün
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
16:05, Bu gün
Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO
16:00, Bu gün
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
15:55, Bu gün
Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edildi
15:50, Bu gün
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
15:47, Bu gün
Bakıda yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq
15:45, Bu gün
Professor İlham Rəhimov BDU-nun Hüquq fakültəsinin tələbələri ilə görüşüb - FOTO
15:40, Bu gün
ADNSU tələbələri bu müsabiqədə yüksək nəticə göstərdilər - FOTOLAR
15:35, Bu gün
BDU tələbələri üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Açıq qapı” günü - FOTO
15:30, Bu gün
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
15:27, Bu gün
Bakı-Sumqayıt yolunda ağır qəza: Yük maşını iki avtomobillə toqquşdu - VİDEO
15:25, Bu gün
Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
15:22, Bu gün
Bazar günü imtahan olacaq
15:18, Bu gün
Ermənistan əgər sülh sazişi istəyirsə, bu məsələləri konstitusiyasından çıxarmalıdır - Politoloq
15:15, Bu gün
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
15:10, Bu gün
Xidmətçisi Fatimənin evindən nələr oğurlayıb? - VİDEO
15:06, Bu gün
Tələbə və məzunlara yeni şans - VİDEO
15:02, Bu gün
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
14:58, Bu gün
Norveçli səyahətçi: “Qarabağın təbiəti valehedicidir”
14:53, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - VİDEO
14:49, Bu gün
“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - FOTO/VİDEO
14:45, Bu gün
Azərbaycanda istirahət sərfəlidir, yoxsa xaricdə? - VİDEO
14:40, Bu gün
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
14:35, Bu gün
“Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” - FOTO
14:30, Bu gün
Bakının bir qəsəbəsində hərəkət məhdudlaşdırılacaq
14:29, Bu gün
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
14:25, Bu gün
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
14:20, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
14:15, Bu gün
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun tələbə-jurnalistləri ilə görüşüb
14:10, Bu gün
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
14:05, Bu gün
Magistr imtahanında ən yüksək balı BANM-in tələbəsi toplayıb
14:01, Bu gün
Aygün Attar: “Azərbaycana qarşı riyakar siyasət yürüdülür”
13:58, Bu gün
Füzuli sakinlərinə ŞAD XƏBƏR
13:54, Bu gün
"Mən elə tac ilə dünyaya gəlmişəm" - VİDEO
13:52, Bu gün
KOBİA investorları KOB-ların və startapların layihələrinə sərmayə qoymağa çağırır
13:50, Bu gün
Qərbi Azərbaycanda (Ermənistanda) çıxan ilk Türkdilli qəzet
13:48, Bu gün
Bakıda silahlı şəxslərə qarşı əməliyyat - FOTO/VİDEO
13:45, Bu gün
Hicran Əyyubova direktor təyin edildi - FOTO
13:40, Bu gün
Kərim Benzema “Real Madrid”ə qayıdıb
13:37, Bu gün
Tibb Universitetinin dosenti vəfat edib
13:35, Bu gün
Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”
13:32, Bu gün
Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI
13:30, Bu gün
Sabahın hava proqnozu açıqlandı
13:27, Bu gün
Nəfəs və Zeynəbin bahalı avtomobilləri - VİDEO
13:25, Bu gün
Bakıda bəy ailə qurduğu qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat
13:20, Bu gün
Hafiz Paşayevin doğum günüdür
GÜNLÜK
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
AYLIQ
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb