ABŞ-la Türkiyənin anlaşması - müttəfiqliyə davam - ŞƏRH
Oxunub: 1025
18 Oct 2019 | 16:05
ABŞ-la Türkiyənin anlaşması -  müttəfiqliyə davam - ŞƏRH
ABŞ-la Türkiyə arasında Suriyada təhlükəsizlik zonasının yaranmasına dair anlaşması Azərbaycanın müstəqilliyinin 28-ci ildönümünə şad xəbərdir. Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan irəliyə doğru bir addım atmaq istəyəndə Türkiyədə qarışıqlıq baş verir. Azərbaycan Xalq Cümhuriyyəti dövrü buna əyani misal ola bilər.

Son günlər ABŞ-la Türkiyə arasında yaşanan gərginlik türk dövlətlərini də ciddi narahat edirdi. Türk Şurasının Bakıda keçirilən 10-cu toplantısının qətnaməsində “Barış pınarı” antiterror əməliyyatının dəstəklənməsi də bunu təsdiqləyir. Bəs, Ağ evlə rəsmi Ankara arasında nə baş verib? Türkiyə ABŞ-a Suriya ilə sərhədboyu 32 km-lik ərazidə təhlükəsizlik zolağının, bufer zonasının birgə yaradılması ilə bağlı təklif verdi. Ştatlar bu əməliyyatda iştirak etmək istəməsə də, ərazidən hərbçilərini çıxardı.

Oktyabrın 9-da Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başladı. Əməliyyatın keçirilməsinə ABŞ, Rusiya və İran etiraz etmədi. Rəsmi Ankara bəyan etdi ki, 1998-ci ildə Suriya ilə imzalanmış Adana müqaviləsi əsasında əməliyyata başlayır. Həmin anlaşmaya əsasən, Suriyadan gələn terror təhdidlərinin aradan qaldırılması üçün Türkiyəyə yaşıl işıq yandırılır. Türkiyə əməliyyata başlayandan sonra ABŞ-da Türkiyə əleyhinə qüvvələr fəaliyyətə başladı. Rəsmi Ankaraya qarşı sanksiya layihəsi qəbul olundu. Vəziyyət o yerə çatdı ki, ABŞ prezidenti Donald Tramp belə özünü mafiya başçısı kimi aparmaqdan çəkinmədi. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədələyici məktub yazdı: “Hörmətli cənab prezident, gəlin, yaxşı bir razılaşmanı müzakirə edək! Siz minlərlə insanın qətliamında və qətlində günahlandırılmaq istəmirsiniz, mən isə Türkiyə iqtisadiyyatının çökdürülməsinə görə məsuliyyət daşımaq istəmirəm. Amma bunu bacararam. Özünü sərt oğlan kimi aparma! Axmaq olma! Daha sonra zəng edəcəyəm”. Bu, nədənsə dünya müharibələri zamanı dövlət başçılarının bir-birini hədələyən məktublarını xatırlatdı. Belə davranış nə ABŞ-a yaraşırdı, nə də Türkiyəyə belə yanaşmaq qəbuledilən sayıla bilərdi. Ancaq Tramp danışıq tonunun sərtliyini deyəsən başa düşmüşdü. Ona görə də məktub məsələsinin səhəri günü “PKK İŞİD-dən də pisdir” açıqlamasını verdi. Belə götürəndə ABŞ lideri yeni heç nə deməyib. Çünki Dövlət Departamenti İŞİD kimi PKK-nı da terrorçu təşkilatlar siyahısına daxil edib. Ancaq yaranmış gərginliyin azalmasına yardım edə bildi.

Ümumiyyətlə, dövlətlərarası bütün gərginliklər, münaqişələr gec-tez masada danışıqlarla bitir. Bu dəfə də belə oldu. Oktyabrın 17-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Maykl Pens arasında 1 saat 40 dəqiqəlik görüş keçirildi. Bu, M.Pensin ABŞ-ın vitse-prezidenti kimi Türkiyəyə ilk səfəri idi. Tərəflər Türkiyə ordusunun Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatını müzakirə etdilər. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obrayen, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri və başqa amerikalı rəsmilər Türkiyədə müxtəlif səviyyəli görüşlər keçirdi. Heyətlərarası görüşün 4 saat 20 dəqiqə davam etməsi isə tərəflər arasında müzakirələrin uğurla keçdiyinin göstəricisi sayıla bilər. Tərəflər bu görüşdən nəticəsiz ayrılıb müzakirələri təxirə sala bilməzdi. Bunun üçün onların vaxtı yox idi. Bir az qüsurlu müqayisə də olsa, görüş Roma Papasının seçilməsinə oxşayırdı. Papa seçkisində yepiskoplar bir yerə toplanır, yenisini seçənədək orada qalırlar. 

Yeri gəlmişkən, görüşün nəticəsi olaraq ABŞ-la Türkiyə arasında 13 maddəlik razılaşma əldə edildi. Türkiyə və ABŞ NATO üzvü olaraq əlaqələrini təsdiqləyir. ABŞ Türkiyənin cənub sərhədlərinə dair qanuni təhlükəsizlik qayğılarını anlayır, tərəflər Suriyanın şimal-şərqi başda olmaqla meydandakı inkişafların ortaq maraqlar əsasında daha yaxın koordinasiya olunmasını qəbul edir, Türkiyə və ABŞ “hamımız birimiz, birimiz hamımız üçün” anlayışı ilə NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərini qoruyur, hər iki ölkə insan həyatı, insan hüquqları ilə dini və etnik topluluqların qorunmasına yönələn öhdəlikləri təkrarlayırlar. Sənəddə Türkiyə nəzarət etdiyi təhlükəsizlik bölgəsindəki bütün yaşayış məntəqələrinin sakinlərinin təhlükəsizliyinin təmin olunmasını öhdəsinə götürür, mülki şəxslərin və mülki infrastrukturun zərər görməməsi üçün maksimum diqqət göstərəcəyini vurğulayır. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə ərazi bütövlüyünə və Suriya konfliktini BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun şəkildə sonlandırmağı hədəfləyən, BMT liderliyindəki siyasi prosesə olan bağlılıqlarını təkrarlayırlar, tərəflər Türkiyənin YPG (PKK/YPG-PYD nəzərdə tutulur - S.İ.) ağır silahlarının toplanması və YPG döyüş mövqelərinin istifadəedilməz hala gətirilməsi daxil, milli təhlükəsizlik qayğılarının aradan qaldırılmasını təmin edən təhlükəsizlik bölgəsi qurulmasının davam edən önəmi və funksionallığında razılaşır, təhlükəsizlik bölgəsi, ilk növbədə, Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsiz bölgənin hər yönünün uyğunlanmasında koordinasiyanı artıracaq, Türkiyə tərəfi təhlükəsiz bölgədən YPG-nin 120 saat ərzində çıxmasını təmin etmək üçün “Barış pınarı” hərəkatına ara verəcək. “Barış pınarı” hərəkatı bu geriçəkilmənin tamamlanmasının ardınca dayandırılacaq. Tərəflər açıqlamada qeyd edilən bütün hədəflərin yerinə yetirilməsi üçün birlikdə fəaliyyət göstərcəklərinə sadiq qaldıqlarını bildiriblər. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində İŞİD-ə qarşı birgə mübarizə edəcəklərini də sənəddə vurğulayıblar.

Bu arada Rəcəb Tayyib Ərdoğan və Donald Tramp danışıqlar başa çatandan sonra sosial şəbəkədə bir-birinə xoş sözlərlə müraciət ediblər. Donald Tramp görüşdən sonra yazmışdı: "Türkiyədən çox yaxşı xəbərlər var. Prezident Ərdoğana təşəkkürlər. Milyonlarla həyat xilas ediləcək”. Türkiyə prezidenti amerikalı həmkarına “Twitter” səhifəsində belə cavab verib: “Terroru məğlub etdikdən sonra daha çox həyatı xilas edəcəyik”. Təbii ki, ABŞ prezidentinin Türkiyəyə qarşı nəzakətdən uzaq davranışının ardından belə bir nəticə daha çox rəsmi Ankaranın qələbəsi sayıla bilər. Ağ Evin Türkiyəyə qarşı son davranışı heç bir məntiqə sığmırdı. Əksinə, bu proses uzun sürə davam etsəydi, ABŞ bölgədəki ən yaxın müttəfiqini itirə bilərdi. PKK/YPG-PYD terror qruplaşması və onlara bənzər başqa silahlı dəstələrlə Ağ Evin adının bir yerdə hallanması ABŞ-ın nüfuzuna ciddi ziyan vurur. Düzdür, ABŞ-da bəzi qüvvələr bu kimi terrorçulara lobbiçilik etməklə milyonlar qazanır, yekunda Ştatların imicinə ziyan dəyir. Yaxud bölgədə aparıcı dövlət sayılan İsrail Türkiyənin artan nüfuzundan ehtiyatlanaraq liderliyi əldən verməmək üçün İraq və Suriyada separatizmi və onların təmsilçisi olan terrorçuları dəstəkləyir. Odur ki, bölgədə kürd etnik qrupunun adından istifadə edərək Türkiyəyə təzyiq göstərilir, ərazi bütövlüyü və təhlükəsizliyi təhdid olunur. Dünya çox kiçikdir. Bu baxımdan, ABŞ-la Türkiyə arasında imzalanan anlaşmadakı “hamımız birimiz, birimiz hamımız üçün” terrordan və onabənzər hadisələrdən bu prinsip əsas tutularaq qoruna bilər.

Nəhayət, Türkiyə ilə ABŞ arasında gərginlik üçüncü dünya savaşının başlamasına qədər inkişaf edə bilərdi. Düzdür, dünyada indi də klassik müharibə getmir. Ancaq güclərin ədalətsizliyi səbəbindən dinc sakinlər ölür, milyonlarla insan qaçqın vəziyyətinə düşür. Bu iki göstərici gizli iddiaların qapalı müharibəsinin getdiyinə sübutdur. Anlaşma ABŞ-dakı bəzi siyasi dairələrin terrorçulara rəğbəti əsasında yaranmaqda olan yeni münaqişə ocağının qarşısını aldı. Bununla da 13 maddəlik sənəd ABŞ-a Türkiyəni yenidən qazanmasına əsas verdi. Onu da qeyd edək ki, 2017-ci il mayın 11-də ABŞ Türkiyəyə terrorçu YPG-yə verdiyi silah-sursatla bağlı 5 maddəlik təminat vermişdi. Ancaq indiyədək bu şərtlərə əməl edilməsinə dair heç bir rəsmi açıqlama yayılmayıb. Odur ki, 13 maddəlik sənədin kağız üzərində qalmayacağına ümid var. Bölgədəki vəziyyət və hadisələrin gələcək inkişafı isə ABŞ-Türkiyə müttəfiqliyinin uzun müddət sürəcəyini deməyə əsas verir. Bu ittifaqın daxili seçki siyasətinə, lobbiçiliyə və başqa maraqlara qurban verilməsi Birləşmiş Ştatların bölgədə zəifləyəcəyinə yol açar. ABŞ-ın Türkiyə ilə razılığa gəlməsi dünya hegemonluğu kimi iddianın əhəmiyyətsizliyini də gəstərdi.

Sədrəddin Soltan (Report)
Oxşar xəbərlər
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
01 May 2024 | 16:37
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
01 May 2024 | 16:35
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
01 May 2024 | 16:32
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
01 May 2024 | 16:27
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
01 May 2024 | 16:22
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:17
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:34
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 10:18
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 10:22
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:32
Rövşən Rzayev vəfat etdi -FOTO
01 May 2024 | 10:34
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 10:18
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO