“Sus! Yoxsa, indicə leşin ortada qalar!”
Oxunub: 1623
16 Oct 2019 | 21:14
“Sus! Yoxsa, indicə leşin ortada qalar!”
Modeator.az Teleqraf.com-a istinadla görkəmli mütəfəkkir, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun Azərbaycanın ötən əsrin əvvəllərindəki mühiti ilə bağlı maraqlı bir məqaləsini təqdim edir:

***

TÜRKCƏNİN SƏRF VƏ NƏHVİ YOXDUR

Muallim Cövdətin ölümü münasibətilə

Son günlərdə qəzet xəbərləri arasında gözüm bir neçə sətirlik həzin və kədərli bir xəbərə ilişdi. Bu xəbərdə müəllim Cövdətin vəfat etdiyi bildirilirdi. Öz-özümə: “Əgər o Cövdətdirsə, qəzetlər mütləq bəhs edərlər”, – dedim. Çünki mərhum pedaqogika dünyamızda çox yüksək bir sima idi, vaxtilə Darülmüəllimin müəllimi olmuş, bir çox tələbə yetişdirmiş, son zamanlarını da bir tərəfdən Türk Tarixi Tədqiq Cəmiyyətinə, digər tərəfdən də Osmanlı arxivində tədqiqata sərf etmişdi.

Mərhum naxoş olmaqla bərabər boğucu sıxıntılar içində qıvranmaq məcburiyyətində olduğu halda bir dəqiqə də bədbinliyə düşməmiş, daim qüvvətli bir imanla çalışmış, düzgün həyatı və təmiz xarakteri ilə məsləkdaşları arasında seçilmişdi. Otuz il ərzində topladığı nadir sənədləri və qiymətli kitabxanasını İstanbul bələdiyyəsinə hədiyyə etmişdi. Belə birinin vəfatı, əlbəttə ki, cəmiyyətin nəzərini çəkməlidir deyə zənn edirdim!
Fəqət, təəssüf ki, təqribən 10 gün keçdiyi halda adı da anılmadı. Təəssüf, çox təəssüf! Bu kimi təvazökar, çalışqan şəxslərin qiymətini bilək, heç olmasa, öldükdən sonra adını yad edək. Yoxsa bir gün gələr, kimsədə çalışmaq həvəsi də qalmaz!

Burada mərhumun həyatındakı İstanbulda bilinməyən bir səhifəni anlatmaq istəyirəm. Bu səhifə mərhumun Azərbaycan türklərinin oyanış tarixində oynadığı rola dairdir.

Bundan düz 30 il əvvəldi. Yəni Türkiyədə hələ Əbdülhəmid rejimi bütün əzəməti ilə hökm sürməkdə idi. Rusiyada isə Çarlıq üsul-idarəsi xaricdən yaponların zərbələri, daxildən də inqilabçıların ixtilalları ilə zədələnib sarsılmaqda idi. Mən və Hüseynzadə Əli bu vəziyyətdən istifadə edərək o zamanadək türklərə türkcə qəzet, məcmuə çıxarmağı, türkcə dərs verən məktəb qurmağı şiddətlə rədd edən rus hökumətindən gündəlik qəzet nəşr etmək və məktəblər təsis etmək icazəsi qopardıq.

Qəzetləri təsis etdik. Məktəbə gəldikdə isə, əvvəla müəllim lazımdı. Məmləkətdə türkcə tədris edəcək müəllimlər yoxdu. Hər şeydən əvvəl bir darülmuallimin açmaq lazım gəlirdi. Zənginlərimizi asanlıqla yola gətirdik. Pul hazırdı. Məktəbi qurmaq üçün də İstanbula birisini, bu işi bacaracaq bir müəllim cəlb etmək üçün göndərdik.

Onun bu gəlişilə həyatımın ən əziz və ixtiyarlıq çağımda mənə təsəlli və zövq verəcək bir xatirəmlə bağlıdır. Bu xatirə həyatda insan üçün ən zövqlü və ən qiymətli şeyin idealın həyata keçmiş olduğudur. Bunu görəndə insanda şübhə yeri qalmır. Qalan hər şey – zəngin sərvət, vəzifə, qüdrət, yoxsulluq, ehtiyac, iztirab, hər şey həyatda iz qoymayan bir heçdən ibarətdir.

Əbədi qalan və daim insana yaşatma zövqünü verən yeganə şey idealın həyata keçməsidir. İndi gözlərimi yumur, mərhum Cövdətin Bakıya gəlişi zamanında – İstanbulda və ya Bakıda olsun – türk icmaları ilə bugünkü icmalar arasında bir müqayisə aparır, əmələ gəlmiş dəyişikliklərin hövsələyə sığmayacaq qədər geniş və dərin olduğunu görürəm.
Avropadan başımız ideallarla dolu gəlmişdik. Türkün şüurlanması, özünü tapması, dilinin açılması, türk qadınının mənəvi varlığı, türk ailəsinin daha ali əsaslar üzərində qurulması, türk zehniyyətinin dəyişməsi, haqq-hüquq haqqında başqa düsturlara doğru yürüməsi və ilaxır, ilaxır! Fəqət nə rejim, nə də bu rejimlər altında boğulmuş camaat bu ideallara asanlıqla yanaşmayacaqdı. Misal göstərmək üçün sizə mərhum Cövdətin fəaliyyətə başlaması əsnasında baş verən və bu gün hər kəsi heyrətləndirəcək, lakin o zaman çox təbii olan hadisədən bəhs edəcəyəm.

Min bir oxşamaqla, min bir yalvarmaqla, min bir öyüd və nəsihətlə ram etməyə çalışdığımız, oxumaq, yazmaq bilməyən zənginləri, nəhayət, bir türk darülmualliminin qurulması üçün pul verməyə razı saldıq.
Cövdət bu darülmualliminin proqramını hazırladı.

Əyan və əşrəfdən ibarət bir məclis quruldu. Bakının baş axundu Hacı Mirzə Əbu Turab da orada idi. 70 yaşlı bu ixtiyar Bakının ən öndə gələni, ən nüfuzlu axundu idi. Özünə inanmış elə müridləri vardı ki, bir işarəsi ilə tərəddüdsüz adam öldürərdilər və bu hərəkətləri ilə cənnətin tam ortasında ən gözəl bir köşklə ən nəfis huri və qılmanlara sahib olacaqlarına dərindən inanırdılar.

Buna görə də axunda qarşı söz söylənməz, hər nə desə, “bəli, cənab ağa, buyruğunuzdur” deyilərdi.

Cövdət proqramı oxumağa başladı. Dərslər, dərslərin saatları bir-bir zikr edildi: hesab, tarix, coğrafiya, kimya, fizika...
Axund yatırdı, nəhayət, Cövdət oxudu: Türk səhv və nəhvi! (Türk dilinin qrammatikası – D.Ə)
Axund gözlərini açdı və üzərindəki əbanı geri ataraq:
– Nəmənə?
– Türk səhv və nəhvi!
– Xeyr! Belə bir şey yoxdur. Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi yoxdur. Türkcə nəmənədir ki, sərf və nəhvi olsun? Xeyr!
Zavallı Cövdət qələm əlində dayandı və ətrafa baxdı. Hər kəs başını aşağı salmış, kimsədə nəfəs almaq qüdrəti qalmamışdı. Axundun müridləri isə qəzəbli-qəzəbli ətrafa baxırdılar. Bir neçə dəqiqə bu öldürücü sükut içində keçdi. Nəhayət, mən dözə bilmədim və büzülə-büzülə, kiçilə-kiçilə (Ah bu büzülmələr, bu küçülmələr!): “Cənab Axund! Hər dilin özünə görə bir sərf və nəhvi vardır”, – dedim və misal kimi öz adımı götürərək, – Əhməd, Əhməddən, Əhmədə...”, – deyə tərif etməyə başladım.
Axund qəzəbləndi:
– Sus! Cahil! Ərəbcədən başqa heç bir dilin sərf və nəhvi olmaz!
Müridlər gözlərini mənə doğru dikmişdilər. Fəqət mən dözə bilmədim:
– Cənab Axund, məsələn, rus dilinin sərf və nəhvi vardır. Rus məktəblərində tədris edilir.
Axund tamam hirsləndi və bir söyüş də söydü:
– Demək, sən bizi rus etmək istəyirsən! Kafir!”
Heyrət içində qaldım. Milli məktəblərin təsisi üçün milli bir darülmuallimin açmaq, İstanbuldan bunun üçün adamlar gətirtmək rus etmək üçün imiş!
Cavab vermək istədim. Fəqət müridlərdən biri ayağa qalxaraq belindəki tapançaya əl uzatdı və mənə xitabən: “Sus! Yoxsa, indicə leşin ortada qalar!” – deyə bağırdı.
Ətrafdan da mənə göz ağartdılar, susdum.
Cövdət proqramdan türkcə sərf və nəhvi çıxartdı və bu şəkildə 30 il əvvəl Bakıda türk dilinin sərf və nəhvi olmadığına qərar verildi!

Təbii ki, bu qərar uzun müddət yürümədi. Məktəb açıldı, Cövdət türkcə sərf və nəhv dərslərini də müntəzəm verdirdi.

Mərhumun qurduğu “Füyuzat” adlı darülmuallimini özündən sonra Hüseynzadə Əli davam etdirdi və bu məktəb Azərbaycan türklərinin oyanışında ən təsirli amil oldu. Onun yetişdirdiyi tələbələr sayəsindədir ki, azərbaycanca istanbulcaya yaxınlaşa-yaxınlaşa bu gün iki ləhcə arasında heç bir fərq qalmamış kimidir!

“Cümhuriyyət” qəzeti
22 dekabr, 1935
Dilimizə uyğunlaşdırdı: Dilqəm Əhməd
Oxşar xəbərlər
13:05, Bu gün
“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO
13:00, Bu gün
"O biri dünyada bizi cənnət gözləyir" - Abid Şərifov - VİDEO
12:55, Bu gün
İcra hakimiyyətləri bu tarixdə ləğv olunacaq
12:51, Bu gün
“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - VİDEO
12:47, Bu gün
Pirallahıda kəsici-deşici alətlərin satıldığı balıqçı mağazası müəyyən edildi - VİDEO
12:44, Bu gün
Dünyanın ən güclü komandalarının reytinqi: “Qarabağ” ilk 100-ə düşə bilmədi
12:39, Bu gün
Nazirlik Bakıda evin çardağını sökdü - VİDEO
12:35, Bu gün
Sabirabadda pendir sexinin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
12:30, Bu gün
Bir zəlzələnin fəsadları və faydaları – Rəşidov köhnə Daşkəndi söküb, yenidən tikib
12:28, Bu gün
Prezident İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi
12:26, Bu gün
Qubada qanunsuz kömür quyuları AŞKARLANDI
12:24, Bu gün
Erməni polisi revanşist keşiş Baqratın Qazaxla sərhəd kəndə girişini qadağan etdi...-VİDEO
12:23, Bu gün
BDU tələbələrinə erkən nikahın fəsadları barədə təlim keçirilib - FOTO
12:21, Bu gün
Azərbaycandan əzilən xalqlara yeni ümid: “Hər zaman sizinləyik!”
12:19, Bu gün
Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO
12:15, Bu gün
Gözlənilən Almatı görüşü güc mərkəzlərinin rəqabəti fonunda - TƏHLİL
12:12, Bu gün
Saakaşvili türmədən açıqladı: "Gürcüstanda hakimiyyət dəyişəcək"
12:07, Bu gün
Hər gün yediyimiz çörəyin tərkibi BELƏ DƏYİŞƏCƏK - Bu tarixdən...
12:03, Bu gün
Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - VİDEO
12:00, Bu gün
Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - VİDEO
11:59, Bu gün
Acun İlıcalı “Fənərbağça”ya uduzan komandanı satın aldı - FOTO
11:54, Bu gün
“Multikulturalizm xalqımızın həyat tərzidir” - Sahibə Qafarova
11:48, Bu gün
“Beşiktaş” Levandovskinin transferi üçün fürsət axtarır
11:45, Bu gün
Dəmir yolu keçidlərində bu il 10-dan artıq toqquşma baş verib
11:38, Bu gün
Azərbaycanda yüzlərlə müəllimin iş yeri dəyişəcək
11:30, Bu gün
İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə ÇAĞIRIŞ
11:25, Bu gün
“Anamı bu vəziyyətdə görəndən sonra atamı öldürməyə qərar verdim” - FOTO
11:20, Bu gün
UEFA Konfrans Liqasında yarımfinal görüşləri start götürür
11:15, Bu gün
“Qaçqınkom”da ləğv edilən departamentlərin yerinə iki şöbə yaradıldı - RƏSMİ + FOTO
11:12, Bu gün
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib
11:10, Bu gün
Bölmələrimiz döyüş atışlı təlimdə - VİDEO
11:05, Bu gün
Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir
11:02, Bu gün
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
11:01, Bu gün
İranda zəlzələ olub
10:59, Bu gün
PSJ Çempionlar Liqası matçından sonra stadionu Mbappesiz tərk edib
10:50, Bu gün
Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı
10:45, Bu gün
Yazıçı Anar Azərbaycanda dissidentlikdən yazdı - Nəsiman Yaqublunun araşdırmaları əsasında
10:40, Bu gün
Meyvə və tərəvəzlərdə pestisid riski! - Qida maddələri necə təmizlənməlidir?
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:28, Bu gün
Əli Əsədov Kəlbəcərlə bağlı qərar imzaladı
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubi Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Özbəkistan Prezidenti Azərbaycan nümayəndə heyətini qəbul edib
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:05, Bu gün
Bu gün Yasamalda qaz olmayacaq
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
30 Apr 2024 | 13:56
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
29 Apr 2024 | 06:37
Azərbaycanda ən çox və ən az çörək yeyilən  REGİONLAR - SİYAHI
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 15:28
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 13:47
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
01 May 2024 | 15:53
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 14:15
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
01 May 2024 | 14:06
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
01 May 2024 | 14:45
Azərbaycan ədəbi dilinə akademik baxış
01 May 2024 | 14:20
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO