“Ziyalını çörəklə imtahana çəkərlər?” -Əməkdar artist hönkür-hönkür ağladı
Oxunub: 5366
11 Oct 2019 | 13:20
“Ziyalını çörəklə imtahana çəkərlər?” -Əməkdar artist hönkür-hönkür ağladı
Mingəçevir Dram Teatrının baş rejissoru olmuş əməkdar artist Xəzər Gəncəlinin Moderator.az-a müsahibəsini təqdim edirik:

-Üçəm nəvələrinizin olması ilə bağlı məlumatlar yayılmışdı. Necədir uşaqlar? 

-Bir yaş üç aylıqdırlar. İmkan daxilində, çalışanda, işləyəndə uşaqlar üçün nəsə edə bilirdim, bir ata, bir baba kimi. Amma bir ildir işsizəm. 

-Siz Mingəçevir Dram Teatrının baş rejissoru idiniz...

-Mən 10 il İncəsənət Universitetinin müəllimi olmuşam. 12 il İstanbulun Mərmərə Universitetində çalışmışam. 2002-2014-cü illərə kimi teatr sənətiindən dərs demişəm. İşim çox yaxşı gedirdi, türklərin mənə qayğısı, mehribançılığı, dostluğu, hörməti, teatr sferasında olanların bir-birinə xoş münasibəti... ta ki həyat yoldaşım ağır xəstəlik tapana kimi. Məcbur olub işlərimi yarımçıq qoydum və bir ildən sonra geri gələcəyimi bildirib, Bakıya qayıtmalı oldum. Bir ildən sonra yoldaşım vəfat etdi. Və mənim Mərmərə Universitetində fəaliyyətimi davam etdirməyim heçə düşdü. Onlar mənə 65 yaşına kimi işləsəydim, təzminat ödəyəcəkdilər, pensiya verəcəkdilər. Onların qayda-qanunları başqadır. Beləcə, həm 35 illik yoldaşımdan oldum, həm də işsiz qaldım. 

-Bakıda hansısa bir quruma müraciət etmədiniz?

-Mədəniyyət Nazirliyinə müraciət etməli oldum. Özüm haqqımda məlumat verdim və dedim ki, Türkiyədə kitabım buraxılıb. “Rejissor və pyes” kitabının müəllifiyəm. Hər adamın hünəri deyil o kitabı buraxdırmağa. O vaxt Ədalət Vəliyev məni dinlədi,  sağ olsun, dərhal məni Mingəçevir Dram Teatrına baş rejissor təyin etdi. Gəldim gördüm ki, bu teatrın başının üstünü qara buludlar alıb. Səxavət Məmmədov adlı təsadüfi bir adam var, teatrın direktorudur, bəzi işləri apara bilir, bəzilərini yox. Ondan çoxlu şikayətlər edilir. Mən bütün bunlara fikir vermədən, Türkiyədə yığdığım təcrübəmi əlimi-qolumu çırmalayıb burda ortaya qoymağa başladım. 2015-2018... 3 ilə 11 tamaşa hazırladım.: “Müfəttiş”, ”Bir eşqin nəticəsi”, “Ağla, qərənfil, ağla”, “Üç qız”, “Səhər qatarı”, “Kələkbaz” və s. 

-Nəyə görə işdən ayrıldınız? 

-Kollektiv çox sağlam idi, mənim heç kimdən narazılığım və ya problemim olmayıb. Ancaq.. . Orda 73 yaşlı respublikanın xalq artisti Ella Yaqubova var! Deyiləsi deyil! İndi danışıram, bütün bədənim əsir. Bu qadın daima mənim şəxsi və yaradıcılıq işlərimi təqib edirdi. Üzümə də deyirdi ki, mədəniyyət nazirliyi Bakıdan bura rejissor göndərib, məgər özümüz işləyə bilmirdik ki? Qorxunc və çirkin iddialarla məni rüsvay edirdi ki, guya üzr istəyirəm, əyyaşam, məişət pozğunuyam, nazirlikdə bu qədər işimin müqabilində dəfələrlə mənə qara yaxıb, məndən şikayətlər edib. Nazirlikdən məni dəfələrlə çağırıblar. Səlahiyyətimdən istifadə edib, bu qadını teatrdan qova da bilərdim. Amma teatrın direktoruna görə uddum hər şeyi. Təcrübəsi, səriştəsi olmayan Səxavət müəllimə dedim ki, bu qadın üstümüzə gəlir, xalq artisti adından istifadə edib, iş prosesimizə mane olur. 

-Aktrisa niyə məhz sizi qaralamışdı ki?

-Bilmirəm... amma tək mən deyildim. Xalq artisti Zülfüqar Abbasov, xalq artisti, prezident mükafatçısı laureatı Vaqif Səmədov, rejissor Günay Səttar, Ağaxan Salmanoğlu...  Mənə də böthanlar, iftiralar atıb Ella xanım. 

-Səbəb?

-İstəyirdi ki, hər şeyi öz əlinə alsın. Rejissor da gəlməsin. Baş rejissorluğu da, aktrisalığı da, bir sözlə, hər şeyi özü idarə etsin. Bütün baş rolları özü üçün istəyirdi. Deyirdim, ay xanım, 73 yaşın var, axı başqalarının rollarını sənə verəndə onların haqqını tapdalamış oluram. Sabah onlar da danışarlar. 11 tamaşamın 6-da oynamısınız. Daha nə istəyirsiniz? Paxıl qadındır, heç kimin artmasını istəmir. Deyirdim, ana, nənə rolu olanda verəcəyəm sizə. Aləmi dağıdırdı, ordakı bəzi aktyorları da mənə qarşı qaldırırdı.  Məndən sonra bir rejossor gəlib, bu yaxınlarda eşitdim ki, Çexovun əsərindəki 28-30 yaşlı qadın obrazını alıb oynayıb. Gülməlidir e Vallah.  Bir sözlə də, burda mənəm, Bağdadda kor xəlifə. 

-Kollektiv sizi müdafiə etmirdimi? 

-O kollektivlə dağı dağ üstünə qoymaq olardı. Heç bir giley-güzarım yoxdur onlardan. Amma onlar da o qadından qorxurdu. Mən işdən ayrılanda hamısı gəlib bir-bir mənimlə görüşdü. Hətta ağlayanı da oldu.
 
-Direktorun bütün bunlardan xəbəri var idimi? 

-O qadının kaprizlərinə dözmək olardı. Amma direktorun susması, mənə kömək etməməsi, kollektivi qorumaması, qaranlıq otağına çəkilib skamyasında oturması məni çilədən çıxartdı və bir gün şikayət etdim. Hər şeyi bilirdi. Deyirdim gedək nazirliyə narazıçılığımızı bildirək. Ancaq razılaşmırdı. Demək, o qadının yanında nəsə işləri olub ki, ondan ehtiyat edirdi. Deyirdi, mən bu qadından qorxuram, Xəzər müəllim! Deyirdi, nazirlikdə də bundan qorxurlar. Mənə əməkdar artist adı veriləndən sonra o qadın daha da quduzlaşdı! Axırda bezdim və növbəti dəfə şikayətimi direktora bildirəndə qapını çırpıb çıxdım. Bu Səxavət müəllimin xoşuna gəlməyb. Durub gedib nazirliyə. Orda tarix müəllimi var – incəsənət şöbəsinin müdiri İsmayıl Hüseynova haqqımda olmazın sözlərini bildirib. İsmayıl müəllim də məni çağırtdırdı nazirliyə, dedi k, sənin haqqında şikayətlər var, töhmət də verilib, nahaq yerə direktorla belə acı danışmısan. Bilmirsən ki, teatrlarla bağlı bütün səlahiyyətlər direktorlara verilib? 

-İsmayıl müəllim sizin də fikirlərinizi dinləmədimi?

-Dinlədi, amma nə xeyiri? Dedi, Xəzər müəllim, 3 ildir işlədiniz, bəsdir daha. Özünüz ərizə yazın işdən könüllü çıxmağınızla bağlı, yoxsa maddə ilə çıxaracağıq. Dedim, hansı maddə ilə? Rüşvətmi almışam, ölkənin əleyhinəmi getmişəm, millətə xəyanətmi etmişəm? Yoxsa yaradıcılıq prosesinimi axsatmışam? Bəlkə siyasi səhvlərim olub tamaşalarımda? Dedi, uzun danışmaq lazım deyil. 

2018-ci ilin oktyabrında əməkdar artist adı verilmişdi mənə, bu hadisə isə həmin ilin noyabrında olub. Başımı “sığalladı” İsmayıl müəllim ki, artıq əməkdar artistsən, bir müddət keçsin, gələrsən yeni proyektlərinlə. Ən azından bir teatra quruluşçu rejissor kimi göndərərik. Zilə qaldırmadım bu söhbəti. İnandım ona, düşündüm ki, nazirliyin incəsənət şöbəsinin müdiri söz verirsə, deməli, işlərim yoluna düşəcək. Beləcə, ərizəmi yazıb sakitcə çıxdım. İctimailəşdirmədim. Bir aydan sonra yenidən rəsmi məktubla nazirliyə müraciət etdim ki, xahiş edirəm, məni işlə təmin edin. Heç olmasa regionalara göndərin: Ağdam, Füzuliyə, Şəkiyə, hara olur olsun. Mən işdən qorxan deyiləm. 2018-ci ilin dekabrından yazdığım məktuba hələ də bir cavab verilməyib. Mənəvi terrora məruz qalmışam! Bir ildir işsizəm. Evə bir qəpik də gətirə bilmirəm. İqtisadi, mənəvi cəhətdən vəziyyətim ağırdır. 

-Cənab nazir Əbülfəs Qarayev necə, vəziyyətinizdən xəbərdardır? 

-3 dəfə teleqram yazmışam cənab nazirə, amma bilirəm ki, ona çatdırılmır. İki dəfə onun müavini Vaqif Əliyevin qəbuluna getmişəm. Amma içəri salmadılar. Dörd gün əvvəl dözməyib, yenidən getdim İsmayıl bəyin yanına. Dedim, axı mənim məktubuma cavab verilmir, işsizəm. Dedi, burdakı qızlarla əlaqə saxlayarsan, onlar sənə bir cavab deyəcəklər. Mən sənətşünaslıq üzrə fəlsəfə doktoruyam, elmi dərəcəm var, respublikada yeganə rejissoram ki, elmi dərəcəm və fəxri adım var. Futbol topu kimi məni qoyublar ortaya (hönkürdü – K.A.). Ziyalını çörəklə imtahana çəkərlər?! Özümə yer tapa bilmirəm.  Mən işləmək istəyirəm. Nə edim? Gedim başqa ölkədən sığınacaq istəyim? Mənə qarşı olan bu təxribata görə nə edə bilərəm? Gedim səfirliklərə narazılığımı bildirim? Axı bu ölkənin fəxri adını daşıyıram! İşləmək istəyirəm! Bu nədir mənə qarşı? Araşdırılsın, rejissor diplomu olmayanlar regionlarımızda baş rejissorluq edirlər. Əllərindən haqlarını almıram ki, işləsinlər. Elə rejissorlar da var ki, bir yox e, iki teatrda çalışıq!

-Məsələn, kimlər?

-Sərvər Əliyev var, haranın rejissoru oldu o? Aktyorluğu bitirib, Hüseynağa Atakişiyevin dərnəyində aktyorluğa gedib. Dərbənd Teatrının baş rejissoru, eyni zamanda İrəvan Teatrının baş rejissorudur. O, gündə neçə dəfə gedib gəlir bu yolları? Bu, nə deməkdir? Ağdam Dövlət Teatrının baş rejissoru Novruz Cəfərov, ixtisasca aktyordur, bir söz demirəm, əməkdar artistdir o da. Eyni zamanda Gəncə Dövlət Dram Teatrında aktyor işləyir. Belə haqsızlıq olmaz axı! Bunların hamısını edən İsmayıl Hüseynovdur! İşi bilmir. Məni indi o bu vəziyyətə qoyub. 
İndi, Əbülfəs Qarayev, mənə fəxri adı verirsiniz, bir aydan sonra işdən çıxdığıma görə ərizəmə imza atırsınız. Bəs demirsinizmi ki, bu Xəzər Gəncəli 16 oktyabrda (2018-ci il – K.A.) fəxri ad alıb, 26 noyabrda niyə işdən çıxır? Nə baş verib? Niyə bir nazir kimi araşdırmırsınız? 3 dəfə qəbuluna yazılmışam axı. Niyə maraqlanmırsan aktyorunla? 

Məqsədim işə bərpa olunmaqdır. Ayaqüstəyəm, istifadə edin məndən. Günün 24 saatını yata bilmirəm. Ürəyim partlayır. İşləmək istəyirəm. İsmayıl Hüseynov kimi, toylarda videoçəkən Səxavət Məmmədov kimi işlərini bilməyənləri kabinetlərdə oturtmaq lazım deyil. Bu cür olmaz axı. 

-Başqa hansı teatra işlə bağlı müraciət etmisiniz?

-Srağagün Sumqayıtda Firudin müəllimin yanına getdim ki, bəlkə mənə iş verəsiniz? Deyir, ay Xəzər müəllim, Vallah, bunu mən həll etmirəm. Bu, teatrların direktorlarının işidir. Azərbaycandakı teatrların vəziyyətinə baxın. Halbuki, teatrın şefi baş rejissoru olmalıdır. Yaradıcılıq, siyasi məsələlərə baş rejissor cavabdehdir. Baş rejissor çıxarır məsulu ictimaiyyətin qabağına. Direktor bir növ adminstratordur. “Azdramadır”... Orda da Azərpaşa Nemətov kimi birisi oturub, heç kimi yaxına buraxmır. Onun da 70-i keçib yaşı. Şuşa Teatrının direktoru Loğman Kərimov heç kəsi saymır, salam da vermir, danışdırmaq olmur onu. Musiqili Komediyadan da Əsgər Əsgərova müraciət etmişəm, dedi, mən nə deyim sənə? Orda ümumiyyətlə, baş rejissor yoxdur. Heç kəs yaxınına buraxmır. 

-Neçə yaşınız var?

-62. Pensiyaya 3 il var. Amma yaşamağım üçün yaratmalıyam. Ayaqüstəyəm mən. Bilirsiniz nə ilə dolanıram? Əməkdar artist fəxri adına görə ayda 100 manat alıram. Allaha şükür, oğlum başıma dolanır ki, əsəbləşmə, baxacağam sənə.

-Xəzər müəllim, bəlkə yaradıcılığınızı yenidən Türkiyədə davam etdirəsiniz? 

-Cəhd etdim. Dedilər, ay Xəzər hoca, çox gözlədik səni. Artıq yerinizə başqası təyin edilib. Hələlik heç nə mümkün deyil. O vaxt da cavan idim, qardaş ölkə olsa da, ailədən uzaq olursan. İndi də gedərəm, ürəkdir, sözə qulaq asmır. Nə bilim Vallah... Vətəndimdir də, niyə gedim axı? Xalq teatrlarına kimi gedib çıxmışam, gör nə günə qalıb əməkdar artist. O qadın gedib haqqımda olmazın sözlərini danışıb, guya içki düşkünüyəm, qadınlarla əylənirəm, şərəf və ləyaqətimi tapdalayıb. İndi altını çəkirəm heç nədən.

-Xəzər müəllim, ta sovet dövründən eşidirdik ki. Səhnəmizin tanınmış simalarından tutmuş epizod aktyorlarına kimi, içki də içirdilər, qadınlarla əyləniblər də, hərəsi bir neçə dəfə ailə qurub boşanıblar da. Yəni bu hal yenilik deyil axı... Buna görə işdən qovmazlar axı...

-Həmişə baş rejissor nəzarət altında olur. Onu basqı altına almaq üçün qara yaxırlar. Mənim o yaşım deyil ki, durub kiminləsə nəsə edim. Mən bir aktrisa ilə oturub çay içə bilmərəm ki? Bu adam (Ella Yaqubova nəzərdə tutulur – K.A.) dərhal peyda olurdu. 

-Başqasına qarşı da belə edirdi?  

-Teatr onun əlindən dad ağlayır. 

P.S. Əks tərəfin mövqeyini də dinləməyə hazırıq.

Hazırladı: Könül

Oxşar xəbərlər
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 17:31
"Bakcell" Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi! - FOTOLAR
03 May 2024 | 17:27
ADU-da tələbə-şagird konfransı keçirilib - FOTO
03 May 2024 | 17:22
İlham Əliyev fərman imzaladı
03 May 2024 | 17:18
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
03 May 2024 | 17:14
Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək
03 May 2024 | 17:11
Tarif Şurasından bəzi dərman vasitələrinin qiymətləri ilə bağlı QƏRAR
03 May 2024 | 17:09
Bu şəxslər erkən pensiyaya çıxacaq - Prezident təsdiqlədi
03 May 2024 | 17:07
Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq istəyənlərin NƏZƏRİNƏ - Qiymətlər müəyyənləşdi
03 May 2024 | 17:02
"Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib" - "Bloomberg"
03 May 2024 | 16:57
Ceyran Rəhimova: “Güclü qadın ifadəsini xoşlamıram” - MÜSAHİBƏ
03 May 2024 | 16:52
Xəzərdə dalğanın hündürlüyü iki metrə çatdı - FAKTİKİ HAVA
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:46
İran PKK-nı niyə dəstəkləyir? - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
03 May 2024 | 16:28
UNEC-də VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar Tələbə Konfransı keçirilib - FOTO
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:07
Ötən ay xaricdə təhsil almış 62 nəfərin diplomu tanınmayıb
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:00
XİN Böyük Britaniya səfirinə cavab verdi: “Mediamız azad, demokratikdir” - FOTO
03 May 2024 | 15:58
“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTO
03 May 2024 | 15:53
MEDİA-nın təşkilatçılığı ilə keçirilən forumun açılış mərasimi olub - FOTO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 15:44
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi AÇIQLANDI
03 May 2024 | 15:39
Sahibkarlar “Bakı KOB evi”nə daha çox hansı dövlət xidmətləri üçün müraciət edirlər?
03 May 2024 | 15:35
Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 | 15:32
Hərbçilərimiz hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklər
03 May 2024 | 15:30
Paytaxtın abad məhəllələrində mini futbol yarışları başa çatdı - FOTO
03 May 2024 | 15:25
Gürcüstan olayları: Qərbin Cənubi Qafqazda taktiki yanlışlığı - ANALİZ + FOTO
03 May 2024 | 15:20
Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasını doqquz medalla başa vurdu
03 May 2024 | 15:15
Mayda niyə toy etməzlər? - VİDEO
03 May 2024 | 15:10
Nazir: “Medianın vasitəsilə vətəndaş müraciətlərinə operativ baxa bilirik”
03 May 2024 | 15:05
Evdə köməksiz qalan şəxslər belə xilas edildi - VİDEO
03 May 2024 | 15:02
Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO
03 May 2024 | 15:00
"Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur" - Hikmət Hacıyev
03 May 2024 | 14:57
Svyatoslav Andrianov: “Paşinyan hələ bir il bundan əvvəl hər şeyi anladı” - MÜSAHİBƏ
03 May 2024 | 14:52
Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO
03 May 2024 | 14:47
Biləsuvarda iki nəfərdə doqquz kiloqram narkotik aşkarlandı - VİDEO
03 May 2024 | 14:42
Mediasiya Şurası BDU-da tələbələrlə görüş keçirib - FOTO
03 May 2024 | 14:36
Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 | 14:30
Elmar Vəliyevə sui-qəsd edənin şikayəti təmin olunmadı
03 May 2024 | 14:25
"Rusiya ukraynalılara qarşı kimyəvi silah tətbiq edir" - ABŞ Dövlət Departamenti
03 May 2024 | 14:20
Türkiyəyə gedən qadın qızını rəfiqəsinə tapşırdı, rəfiqəsinin oğlu... – ŞOK TƏFƏRRÜAT
03 May 2024 | 14:16
Körpü salan ölkənin önünü kəsmək vicdansızlıqdır - Bakı Forumundan dünyaya tarixi səslənişlər
03 May 2024 | 14:12
Manaf Ağayev: "30 günün hamısında toyda olurdum"
03 May 2024 | 14:08
Mediada narkotik təbliğatının qarşısının alınması üçün birgə tədbirlər planı hazırlanıb
03 May 2024 | 14:04
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - II HİSSƏ
03 May 2024 | 13:58
İntizam Komitəsi “Neftçi” və “Turan Tovuz” klublarını cəzalandırdı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
GÜNLÜK
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
AYLIQ
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 07:32
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
03 May 2024 | 07:52
Yerdə güclü maqnit qasırğası başlayıb
03 May 2024 | 07:08
Şuşanın yeni məscidi belə olacaq - Video
03 May 2024 | 06:31
Yüksək lifli qidalar hansılardır?
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
03 May 2024 | 08:08
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
03 May 2024 | 08:32
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
03 May 2024 | 08:00
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
03 May 2024 | 07:15
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək