"Bax, o kişi adam imicini itirməkdən qorxuram..."
Oxunub: 3351
05 Oct 2019 | 21:06
Yazıçı Seyran Səxavətin müsahibəsini təqdim edirik:
 
- Seyran müəllim, sizin nəslin bir çox nümayəndələri ədəbiyyata gəlmək üçün xeyli zəhmət çəkməli, aylarla, hətta illərlə çap olunmaq üçün gözləməli olublar. Amma nədənsə onlar yaşlanandan sonra sanki yaşadıqları çətinlikləri unutdular, yaradıcılıq baxımından bu günkü gənclərə qarşı o qədər də səxavətli davranmadılar. Sizcə o dövrün çətinlik görən gəncləri niyə bu günün ədəbi oliqarxlarına çevrildilər?

- Bilirsiniz, bu hər adamın vicdanı, yanaşması, sözə olan hörməti  ilə bağlı məsələdir. Kim sözə hörmət edirsə, hansısa təzə ayaq açan körpə söz adamının əlindən tutursa, o, sözün əlindən tutur. Bu da yenə deyirəm ki, vicdan məsələsidir. Kim istəyirsə edir, istəməyəni məcbur etmək olmaz. Əgər bu mövzudan özümə keçid eləsəm, deyə bilərəm ki, mən həmişə gəncliyə kömək etmişəm. Ən böyük diqqətim də o olub ki, hansısa gənc şairin şeirlərini oxumuşam, müəllifin özünə zəng vurub təbrik eləmişəm. 

- Konkret gənclərdən kiminsə şeiri, kitabı haqqında yazmısınız?

- Bəli yazmışam. Arzu Nehrəmlinin, Şəfəq Sahiblinin, Narıngülün haqqında yazmışam. Şəfəq Sahibli haqqında “Ədəbiyyat qəzeti”ndə “Şəkillərdə yanan şamlar heç vaxt sönmür” başlıqlı böyük bir yazım çıxıb. Yəni bəyəndiyim müəlliflər haqqında danışmışam da yazmışam da.

- Amma etiraf edək ki, 2000-ci ilin əvvəllərində ədəbiyyata gələn gənclik publisistikada, jurnalistikada əriyib yoxa çıxdılar, ədəbiyyatdan uzaqlaşdılar. Halbuki onlar yaxşı nasir ola bilərdilər..

- Mən o siz dediyiniz gəncliyi neçə illərdi izləyirəm, radioda şeilərinə də qulaq asmışam. Aqşinin, (Aqşin Yenisey S.Ə) başqa adını unutduğum bir şairənin şeirlərinə radioda qulaq asandan sonra zəng vurub redaksiyaya təşəkkür etmişəm. Onların heç birini üzdən tanımadığım üçün zəng vuranda onları görmək istəyimi, tanış olmaq arzumu da bildirmişəm. Deyiblər ki, Aqşin əsgərlikdədir. Amma ümumi götürəndə indi bir az biganəlik çoxalıb, hərə öz başını birtəhər saxlayır. Bax indi sən gələndə mən “Ədalət” qəzetində Aqil Abbasın hekayəsini oxuyurdum. Başlanğıcı çox möhtəşəm idi, axırı bilmirəm necə olacaq. Yəni mən oxuyuram! Yazıçılar Birliyində gündə mənə iki, üç nəfər kitab bağışlayır, bu da bir aya hardasa yüz kitab edir. Yaxşılarını oxuyuram. 

- Sovet dövrü ədəbiyyatla məşğul olan insanlar üçün xeyli şərait yaratmışdı. İstər təhsil, istərsə də istirahət, dolanışıq baxımından sizin dövrün yazıçı və şairləri çətinlik çəkmirdilər. Bu günkü gənclik keçmişdəki imtiyazlarınıza bir az qibtə, bir az da aqressiya ilə yanaşırlar.

-  SSRİ-nin, Sovet İttifaqının yazıçılara xüsusi bir münasibəti vardı. Çünki yazıçılar Sovet İttifaqının ideoloji silahı hesab olunurdu, onun ideologiyasına xidmət edirdi. Bizim dövrdə yazıçılar üçün maksimum şərait yaradılmışdı. Bütün SSRİ-də yazıçıların öz pulu ilə tikilmiş yaradıcılıq evləri vardı. Ədəbiyyat fondu deyilən bir təşkilat vardı ki, SSRİ-nin ən varlı təşkilatlarından biri hesab olunurdu. Yazıçıların qonararlarının on faizi həmin təşkilatın hesabına köçürülürdü. Sonra da həmin maliyyə yenə yazıçıların özlərinə, istirahətlərinə sərf olunurdu. Sizin sualınzda bu baxımdan həqiqət var. Amma sonra SSRİ dağıldı, qurluş dəyişdi.

- Qurluş dəyişsə də məkanlar və onların adları olduğu kimi qaldı.

- Məkanlar qalıb. Amma Şüvəlanda yazıçıların öz pulu ilə tikilmiş yaradıcılıq evində son günlərə qədər qaçqınlar yaşayırdı. Məkan həmin məkan olsa da, zaman başqa zamandır. Siz qeyd etdiyiniz kimi də bu günkü gənclik keçmişdə bizə verilən imtiyazların günahını bizdə görürlər. Mən  on ildən çox Moskva ətrafında Boris Posternakın qəbri olan kəndə, Peredelkinoya bir ay, ay yarım yaradıcılıqla məşğul olmağa gedirdim. Dostlarımızla iki, üç gün fərqlə hər ilin dekabırında həmin kəndə yığışardıq. Leninqraddan Andrey Bıtov, Moldovadan Anatol Çokanu, Qazaxstandan Oralxan Bakeyev, Dağlıq Altaydan Pasley Samık gəlib bizə qoşulurdular. Biz birlikdə gəzəndə Rusiyanın böyük yazıçısı Valentin Katayev bizi görüb deyirdi: “Vot, dekabristı!” Yəni bütün bu şəraiti bizim üçün yaratmışdılar! Misal üçün mən oturduğum yerdə ərizə yazırdım ki, Kuril adalarındakı fəhlələrin həyatından hekayə yazmaq istəyirəm. Bununla da ora səfər etmək üçün hər şey hazır olurdu. Yəni qurluşun özü ədəbiyyat sahəsində maraqlı idi. 

- Seyran müəllim, o dövrdə istedad meyarı nə dərəcədə rol oynayırdı?

- Doxsan faiz istedad rol oynayırdı. Bu yaxınlarda adını çəkmək istəmədiyim bir nəfər məclislərin birində mübahisə elədi ki, yazıçı üçün ən vacib olan zəhmətdir, itedad deyil. Mən onu başa sala bilmədim ki, əsas olan istedaddır. Çünki həmin adam özü istedasızlar zümrəsinə aid idi. Amma ona dedim ki, bala, mən səni başa sala bilmədim, amma istedad olmayanda, adam sənin kimi danışır, çevrilib sən olur. Ona görə də istedad hər zaman vacib şərtdir. Bizim nəsildə də istedadlı adamlar az deyildi. Elə bizim ədəbi dərnəyimizə o vaxtlar Ramiz Rövşən, Səyavuş Sərxanlı, Sabir Rüstəmxanlı, Tofiq Abdin, Seyran Səxavət, Tofiq Hüseyn kimi qələm adamları gəlirdilər. Bunlar hamısı ədəbiyyatda qaldılar. 

- “Qaçhaqaç” romanınızda səmimi etiraflar həddindən artıq çoxdur. Roman bitəndən sonra və yaxud da redaktə prosesində nələrisə sildiniz?

- O romanı yazanda, əgər belə demək mümkündürsə, mən özümü hamıdan aşağı tutmuşam. Məndə redaktə adlı şey olmur. Bir az ləng yazsam da, hər şeyi beynimdə redaktə edə-edə işləyirəm. Ola bilər ki, hardasa vergül yaddan çıxır, onu sonradan əlavə edirəm. 

- Yəni səmimiyyət baxımından özünüzü sıxmamısınız?

- Qətiyyən sıxmamışam. Necə var, elə də yazmışam. “Qaçhaqaç” romanında bir az memuarizm də var. Ola bilər ki, kimsə öz xatirələrini yazanda Səməd Vurğunla yanaşı dayanıb söhbət etdiyini yazsın, amma sonradan məlum olsun ki, Səməd Vurğun qurultayda kürsüdə məruzə oxuyanda həmin yazıçı da zalda olub. Yəni memuar yazan adamlarda özünü təqdim etmək, birinci göstərmək iddiası olur. Amma mən öz romanımda bu kimi nüansları darmadağın etdim. Adam kişi olar seriyasından nə var, onu da yazdım. 

- Həyatda bizim tanıdığımız bir çox ütülü, rəsmi adamları siz xarakter etibarı ilə əsərinizdə başqa rakursdan təqdim etmisiniz. Misal üçün Nəbi Xəzrini sizin romanınızda başqa tərəflərdən görə bildik.

-  Hə. Rəhmətlik Nəbi Xəzri haqqında yazmışam. Ümumilikdə bir az assosativ fikirləşsək, ev əşyalarının içərisində mənim sevmədiyim əşya ütüdür. Evdə başqa əşyalar xarab olanda onu dərhal düzəldirəm. Amma ütü aylarla xarab vəziyyətdə qala bilər. Yəni mən özüm də ütülük adam deyiləm. Onsuz da həyat özü bizim üzərimizdən necə lazımdır öz ütüsünü çəkir. 

- Sizin həm kənd, həm də şəhər həyatından, mühitindən bəhs edən əsərləriniz var. Kənd və şəhər nəsri haqda son dövrlər formalaşmış fikirlərə münasibətiniz maraqlıdır.

- Onlar hamısı boş söhbətlərdi. Amma bir halda ki, sual verirsən onda belə cavab verə bilərəm ki, yazıçının obyekti həyatdır. Həyatda kənd də var, şəhər də. Kimin gücü çatır şəhərdən yazır, kimi də kənddən. Kimin gücü çatmır ancaq şəhərdən və ya elə kənddən yazır. Mənim bir sözüm var, bunu çox yerdə demişəm, elə indi də deyirəm. Kobud desək, istənilən kəndçi hardasa bir, iki nəsildən sonra şəhərli ola bilər. Amma istənilən şəhərli heç vaxt kəndçi ola bilməz. Bu sən dediyin kənd və şəhər nəsrində də özünü çox qabarıq göstərir. 

- Ümumiyyətlə kənddən olmaq yazıçı üçün nə qədər əhəmiyyətlidir?

- Mənim üçün kəndçi olmaq başqa bir aləmdir. Həmşə deyirəm ki, allah mənim düşmənimi də şəhərli eləməsin. Mən şəhərli olsam, bataram. Heyif deyil insanın əvvəli, mayası kənddən ola sonra gəlib şəhərdə yavaş-yavaş, ürkək-ürkək formalaşıb şaxələnə. Dünyanın ilkin yaşayış maketi də axı kənddir. Şəhər bic yerdi. Kənd, torpaq işi isə ağır məsələdir. Torpaq işindən qaçan gəlir şəhərə. Hətta zarafatyana öz aramızda deyə bilərəm ki, məndə belə bir fikir də var ki, poeziya hardasa şəhər uşağı, nəsr isə kənd uşağıdır. Bütün hallarda kənd və ya şəhər ədəbiyyatında yarımçıqlıq çox pis şeydir. Elə adam var ki, fikirləşir şəhərə gələn kimi ədəbiyyata da gələcək. Amma Bakıya gəlmək ədəbiyyata gəlmək demək deyil. Ədəbiyyata gəlmək ayrı şeydir.

- Müsahibələrinizdən birində demişdiniz ki, Qarabağdan yazmayaq. Özünüz də qarabağlısınız, sonuncu şahidlərdən biri hesab olunursunuz. Siz də, yazmırsınız, başqalarına da yazmayın deyirsiniz, bəs nəticə necə olsun?

- Mənim fikrimcə Qarabağ haqqında ən gözəl əsəri Ali baş komandan və Müdafiə Nazirliyi  xalqın dəsətəyi ilə birgə yazılmalıdır. Ən böyük əsər o olar. Mən təbii ki, yazıçı kimi elə bir qəhrəman yaradaram ki, erməniləri qıra-qıra düz Ermənistana qədər gedib çıxa bilər. Amma mənə kağız üzərində alınan Qarabağ yox, həqiqətdə görəcəyim Qarabağ, üzümü sürtə biləcəyim torpaq, real Qarabağ lazımdır. 

- Bəs yazıçı missiyası?

- “Bilsin, ana torpaq, eşitsin vətən.
Müsəlləh əsgərəm mən də bu gündən.”

O dövrləri daha keçib getdi. Külli halında milli konsepsiya olmalıdır. Və dediklərimizin hamısı da ordan doğmalıdı.

- Aqil Abbas “Dolu” romanını yazdı. Bəs sizin ürəyiniz istəmir Qarabağdan yazmaq?

- Aqil yazandan sonra Qarabağı aldıq? Yəni artıq otuz ilə yaxınlaşır ki, Qarabağ işğal altındadır. İndi yazı vaxtı deyil. Real hərəkətə keçmək lazımdır. Döyüş başlasa, mən də gedərəm. Lap gedib kartof soyaram. Mən də Qarabağdan yazmayaq deyəndə bu fikirləri nəzərdə tutub demişəm. Görünür düzgün başa düşməyiblər.

- “Qaçhaqaç” romanınızda da oxucuya bir sual ünvanlayırsınız. “Qarabağdan bizə nə qaldı?”. Mən də istəyirəm bu sualı sizə verəm Qarabağdan bizə nə qaldı?

- Bəzi yazıçılar, şairlər deyirlər ki, Qarabağı hər gün yuxuda görürük. Mənim ən böyük cəzalarımdan biri budur ki, mən bu otuz ildə bir dəfə də olsun oraları yuxumda görməmişəm. Elə bil ki, mənə cəza veriblər. Baxmayaraq ki, tez-tez doğulduğum kəndin yaxınlığına, erməni icazə verən yerə qədər gedirəm. Öz kəndimizə baxıram, boylana-boylana qalıram.   

- Seyran müəllim, söz, qələm adamının taleyini, özünü qoruması çətindir?

- Bu mənada mən həm də qorxağam. Yəni bu günə qədər dişimlə, dırnağımla qazandığımı itirməkdən qorxuram. Söhbət təbii ki, maddi qazancdan yox, mənəvi qazancdan gedir. Məni küçədə, dəniz qırağında görən adamlar yaxınlaşıb deyirlər ki, sən kişi adamsan. Bunu kim necə istəyir elə də başa düşsün. Amma həqiqətən də bu sözləri mənə deyən insanlar var. Bax, o kişi adam imicini itirməkdən qorxuram. 

- Maraqlı yazı prosesiniz var. Özünüzü hər şeydən təcrid edirsiniz, hətta yemək və suya da ehtiyacınız az olur.

- Mən yazı yazanda sutkada iyirmi, iyirmi dörd saat işləyən adamam. Əvvəllər çoxlu siqaret çəkirdim, indi şükürlər olsun ki, tərgitmişəm. Amma yazı prosesində beş qutu siqaret çəkdiyim günlər olub. Yazanda bir buxanka çörək, bir kilo kolbasa mənə on, on beş gün bəs eləyər. Yazı yazanda adam heç nə yemək istəmir, ancaq işləmək istəyir. Həmin anda yazmaqdan başqa heç nə arzulamırlsan. 

- Yazacağınız mövzuları yəqin ki, əvvəlcədən bişirirsiniz?

- Mən yazmağa başlayanda bilirəm ki, artıq dolmuşam, yağmalıyam. Adam öz-özü ilə tək qalanda yavaş-yavaş özünü dilləndirə bilir. Yazı prosesində ən çətini birinci və axırıncı cümləni yazmaqdır. Ən qalın romanlarda da bütün yazılanlar birinci cümlədən doğulur. Biz həmin döl kompaniyasını görməsək də, hiss edirik. Şəxsən mən nəsrdə ilk cümlədən sonra doğulanları hiss edirəm. Mənim “Nekroloq” romanım belə başlayır: “Aralıdan baxanda, yer kürəsi çürük toxuma oxşayırdı, yaxından baxanda isə oxşamırdı, eləcə çürük idi”. Mən hesab edirəm ki, “Nekroloq” romanında sonradan nə yazmışamsa, hamısı həmin cümlədən yaranıb. Və  romanın sonu o yerə çatıb ki, mən sonra bilmişəm ki, elə əvvəldən axıra qədər həmin sonluğu yazmaq, cümlədəki mahiyyətə varmaq istəmişəm. Romandakı son cümlə də belədir ki, “dünya allahın çin olmuş yuxusudur!”

- Seyran müəllim, bu baxımdan hərdən sizi mətndə söz oynadan adam kimi təqdim edirlər. 

- Vay, vay, vay. Allah belə adamlara insaf versin. Kaş elə onlar da mənim kimi sözlə oynayardılar. 

- “Qaçhaqaç” romanınızda təsirli məqamlar da çoxdur. Haqqında yazdığınız dostlarınızın, tanışlarınızın bir çoxu artıq həyatda yoxdur. Rauf Soltana aid bölüm xüsusi ilə çox təsirli alınıb. Özünüzün təsirləndiyiniz, kövrəldiyiniz məqamlar olub?

- Mən haqqında yazdığım adamları hər gün xatırlayıram desəm, doğru olmaz. Amma söhbət Raufdan gedirsə, onda hamı yadıma düşür. Baş verən hər şey olduğu kimi yadımdadır. Həmin xatirələr elə bil yaddaşımın bir küncündə dincə qoyulub, lazım olanda istifadə etmişəm. Rauf Soltanla bağlı hissəyə görə mənə çox zənglər olunub. Bəziləri bunu Azərbaycan nəsrinin müəyyən dövrünü əhatə edən nəslin faciəsi də hesab ediblər. 

- Gənclərdən kimləri oxuyursunuz?

- Bu gün xeyli istedadlı uşaqlar var. Təranə Vahid adlı yazıçı var. Çox gözəl yazıçıdır. Hədsiz dərəcədə gözəl. Mənə çox təəccüblü gəlir ki, tənqidçilər, ədəbiyyatşünaslar niyə onun haqqnda yazmırlar. Fərqanə, Arzu Nehrəmli, Nuranə Nur, Həyat Şəmi, Feyziyyə çox istedadlıdırlar. Feyziyyəni çox istəyirəm. O, niyəsə sözdən, ədəbiyyatdan küsmüşdü, bu yaxınlarda onu sözlə barışdırdım. Mətanət Uluşirvanlı adlı yazar var. O, şeir də yazır, nəsr də. Amma nəsri daha gözəl alınır. Onun “İt kəlləsi” adlı romanını oxudum. Çox gözəl romandı. 

- Dramaturgiya məsələsinə toxunmaq istəmirəm. Mənə elə gəlir ki, dramaturgiya sahəsi artıq sizin üçün qapanıb.

- Sən doğru hiss edirsən. Mənim üçün sözün səhnədən və ya kitabdan deyilməsinin fərqi yoxdur. Əsas odur ki, sözümü deyim. Mənim üçün bir janr var, o da söz janrıdır. Yaza bilən, söz demək istəyən adamlar üçün mövzu həmişə olacaq. Bütün bəşətiyyət yazıçı olsa belə mövzu heç vaxt tükənməz. 

- Amma bütün sözlərin nə vaxtsa necə və nə cürsə deyilməsi fikri ilə razısınız?

- Yox. Qəti şəkildə razılaşmıram. Deyilməmiş o qədər təzə fikirlər var ki, saymaqla bitməz. Misal üçün qarabağın istedadı boyda abrı olan və abrı da ona həmişə mane olan bir şairi gör, nə deyir: 

Gözlərim qızarıb yenə qan kimi,
Deyəsən bəxtimin yatan vaxtıdır.
Bu gün Qarabağın Xuraman kimi,
Özünü  qayadan atan vaxtıdır.

Sözün möhtəşəmliyini görürsən? Bunu Nizami, Füzuli deməyib. Amma Əşrəf Veysəlli Qarabağı Xuramanın taleyi kimi yazıb, çox da gözəl yazıb. 

“Ədəbiyyat qəzeti”
Oxşar xəbərlər
10:32, Bu gün
Bakıda 27 yaşlı oğlan evində yanaraq ölüb
10:23, Bu gün
“Paşinyan yıxılsa, Cənubu Qafqazda müharibə başlayar...”-Analitik
10:20, Bu gün
Peyvənd şirkəti görün, nəyi etiraf edib!..
10:14, Bu gün
Braziliyada daşqın: 10 nəfər ölüb, 21 nəfər itkin düşüb 
10:12, Bu gün
Bu günədək 7 minə yaxın keçmiş məcburi köçkün Qarabağda və Şərqi Zəngəzurda daimi məskunlaşdırılıb
10:12, Bu gün
İrəvan sərhədlərimizdə nə planlaşdırır? – Paşinyanın müsahibəsindəki şifrələr
10:11, Bu gün
Lökbatanda 33 yaşlı kişi quyuya düşərək ölüb
10:01, Bu gün
Mikayıl Cabbarov Şavkat Mirziyoyevlə görüşüb
10:00, Bu gün
Yazda immuniteti möhkəmləndirmək üçün bunları mütləq yeməlisiniz
09:55, Bu gün
Bakıda mərkəzi yollardan biri bağlandı
09:41, Bu gün
Ukrayna Azərbaycanı "Zelenski formulu"na qoşulmağa çağırdı
09:30, Bu gün
Bu insanlardan uzaq olun!
09:23, Bu gün
Sənədsiz evlərlə bağlı YENİLİK
09:12, Bu gün
Mayın əvvəlində sevgiləri ilə qarşılaşacaq BÜRCLƏR: Taleyüklü vaxt 
09:00, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
08:55, Bu gün
Norveç səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səyahəti başlayıb
08:25, Bu gün
Sumqayıtda 15 yaşlı qız itkin düşüb
08:16, Bu gün
Çin ABŞ-nin birtərəfli sanksiyalarına qarşı çıxıb
07:52, Bu gün
Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb
07:45, Bu gün
Qazaxın kəndləri yaxınlığında vəziyyət gərginləşdi...-Əlavə qüvvə yeridildi...-VİDEO
07:15, Bu gün
Bakıda minik və yük maşınları toqquşub, xəsarət alan var - FOTO
06:45, Bu gün
Şotlandiyada hökumətə etimadsızlıq səsverməsi baş tutmayıb
06:37, Bu gün
Gürcüstanda etirazlar davam edir: parlamentin təxliyyəsinə qərar verildi...-"Qırmızı səviyyə"!..
06:30, Bu gün
Bunları etsəniz, həmişə kasıb olacaqsınız - SİYAHI
06:19, Bu gün
Mədəyə, bağırsağa faydalı - İnfaktın qarşısını alan  ALMA TUMU
05:55, Bu gün
"Heç bir işdə yalnız öz fikrinə əsaslanma- başqaları ilə məsləhət et..."-İmam Sadiq(ə)...
01:06, Bu gün
İnfarkt riskinizi özünüz ölçün
00:03, Bu gün
Türkiyədə 226 nəfər saxlanıldı - FOTO
01 May 2024 | 23:54
"Benzinə ehtiyac olmayacaq və bu meyl dünya avtomobil sənayesini dəyişəcək - "Anadolu Ajansı"
01 May 2024 | 23:52
"Rusiya mayın 9-da bir neçə istiqamətdə hücuma keçəcək..."
01 May 2024 | 23:50
HƏMAS liderləri Qətərdən İordaniyaya köçmək istəyir, Krallıq bunun əleyhinədir
01 May 2024 | 23:34
Gürcüstan Prezidenti etirazçıları dəstəkləyib
01 May 2024 | 23:09
Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”
01 May 2024 | 23:02
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
01 May 2024 | 23:01
Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub
01 May 2024 | 22:53
Türkiyə ordusu İraqda şəhid verib
01 May 2024 | 22:51
FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
01 May 2024 | 22:42
Evin künclərinə dəfnə yarpağı düzün: Tarakan hiyləsi
01 May 2024 | 22:22
Kərimin biznesi batdı
01 May 2024 | 22:17
Atanın ehtiyatsızlığı oğlunun ölümü ilə nəticələndi - MƏHKƏMƏ
01 May 2024 | 22:07
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
01 May 2024 | 22:05
Azərbaycan-Rusiya ilə mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
01 May 2024 | 21:50
Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
01 May 2024 | 21:37
ABŞ Ukraynaya verilən “Bradley”ləri yeni PDM-lər ilə əvəz edəcək
01 May 2024 | 21:36
Gürcüstan polisi və xüsusi təyinatlıları parlamentin bütün girişlərini tərk edib
01 May 2024 | 21:26
“Planetin ən sağlam qidaları" - Onları yeyən xəstəlik üzü görmür
01 May 2024 | 21:16
Qəribə "psixoloq"lar PEYDA olub - Biri emosional ehtiyacdan, o biri "VƏHŞİ KİŞİ"dən danışır! - VİDEO
01 May 2024 | 20:52
Ukrayna səfiri: "Ali Radanın nümayəndə heyətinin Bakıda keçirdiyi bugünkü görüşlər məhsuldar olub"
01 May 2024 | 20:50
Gürcüstan parlamenti "Xarici agentlər haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib
01 May 2024 | 20:38
Telekanallarda yayımlanan verilişlərin məzmun-janr statistikası açıqlanıb
01 May 2024 | 20:32
Keniyada daşqın nəticəsində ölənlərin sayı 179 nəfərə çatıb
01 May 2024 | 20:29
Komedixananın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
01 May 2024 | 20:26
Tomas Tuxel yaponiyalı futbolçunu tənqid atəşinə tutdu
01 May 2024 | 20:23
"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski
01 May 2024 | 20:16
Qobustan Rayon Mərkəzi Xəstəxanasında nə baş verib?
01 May 2024 | 19:54
Məhkəmədən Qubad İbadoğlu ilə bağlı YENİ QƏRAR
01 May 2024 | 19:51
Ukraynada yaralanan tanınmış azərbaycanlı hüquqşünasın vəziyyəti AÇIQLANDI
01 May 2024 | 19:50
Yaşar Nurinun ailəsi aktyorların davasına qarışdı - Görün nələr deyildi...
01 May 2024 | 19:49
Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 | 19:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - FOTO/VİDEO
01 May 2024 | 19:44
Dris Mertens “Qalatasaray”la bağlı yekun qərarını verdi
01 May 2024 | 19:41
Kaladze Gürcüstan müxalifətinə səsləndi: “Heç kimə sabitliyi pozmağa imkan verməyəcəyik”
01 May 2024 | 19:38
Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”
01 May 2024 | 19:30
Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olundu - FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 19:14
Apreldə 50 aptekdə yoxlama aparılıb, 7-də nöqsan aşkarlanıb
01 May 2024 | 19:12
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib - YENİLƏNİB
01 May 2024 | 19:03
Netanyahu Blinkenə Qəzzada müharibənin davam edəcəyini deyib
01 May 2024 | 19:01
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
01 May 2024 | 18:59
Bakı-Sumqayıt qatarını daşladılar - RƏSMİ
01 May 2024 | 18:50
Prezident İlham Əliyev İraqa səfər edəcəyini bildirib
01 May 2024 | 18:49
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
01 May 2024 | 18:46
Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb
01 May 2024 | 18:39
Bölgələrdə vətəndaşlar iş tapmaqda çətinlik çəkirlər? - VİDEO
01 May 2024 | 18:33
"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış
01 May 2024 | 18:20
Tələbələr “İki sahil” qəzetinin redaksiyasında olublar - FOTO
01 May 2024 | 18:13
YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO
01 May 2024 | 18:05
Xəstə uşaqların pullarını mənimsəyən qadın həbs edildi - ŞOK
01 May 2024 | 18:00
Dövlət Məşğulluq Agentliyi BDU-da “Müsahibə texnikaları” adlı seminar keçirib
01 May 2024 | 17:55
Fədayə Laçından həmkarlarına xəbərdarlıq: “Heç kim oxumasın!” - VİDEO
01 May 2024 | 17:50
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO
01 May 2024 | 17:45
Əli Şamxaninin qardaşı oğlu həbs edildi - FOTO
01 May 2024 | 17:40
BDU tələbələri karyera planlaması barədə məlumatlandırılıblar - FOTO
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 17:30
Vəzifəli şəxslər cinayət başında tutuldu - VİDEO
01 May 2024 | 17:25
İqtisad Universitetinin məzunları 50 illik yubileylərini UNEC-də qeyd ediblər - FOTO
01 May 2024 | 17:20
Gömrük Akademiyası Finlandiyada keçirilmiş təlimdə təmsil olunub - FOTO
01 May 2024 | 17:17
"ABŞ Maliyyə Nazirliyinin "müəmmalı" sənədi Nabiullinanı sevindirib
01 May 2024 | 17:15
BDU-da elmi seminar: “Tədqiqat universitetində dərsin psixopedaqoji məsələləri” - FOTO
01 May 2024 | 17:10
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat aldı
01 May 2024 | 17:07
Əlilliyi olanlara dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin siyahısı genişləndirilir
01 May 2024 | 17:05
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşdü - FOTO
01 May 2024 | 17:03
COP29-un rəsmi saytı istifadəyə verildi
01 May 2024 | 17:00
Meriya müxalifətin mitinqlə bağlı müraciətinə cavab verdi
01 May 2024 | 16:56
İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 | 16:52
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
01 May 2024 | 16:50
İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul etdi
01 May 2024 | 16:47
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
01 May 2024 | 16:42
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 | 16:40
Azərbaycanı Bakıdakı Avropa Kubokunda təmsil edəcək gimnastlar müəyyənləşdi
GÜNLÜK
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:34
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 10:49
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
25 Apr 2024 | 12:14
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
25 Apr 2024 | 22:28
İnfarkt riskini sıfıra endirən şirə
AYLIQ
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
01 May 2024 | 11:05
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
01 May 2024 | 16:20
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
01 May 2024 | 11:46
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
01 May 2024 | 10:34
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
01 May 2024 | 11:50
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
01 May 2024 | 11:37
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
01 May 2024 | 10:49
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
01 May 2024 | 11:41
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...