"Haçansa ərə getmək istəsəm, elə bir adama gedəcəm ki, Azərbaycan yerindən oynayacaq..."
Oxunub: 5679
05 Oct 2019 | 11:10
Moderator.az cazibədar müğənni Afaq Aslanla müsahibəni təqdim edir. 

- Afaq xanım, sizi necə təqdim edəndə xoşunuza gəlir, model, yoxsa müğənni?

- Ümumiyyətlə, mənim yaradıcılığım iki şaxəlidir. Həm model, həm də müğənni olaraq fəaliyyət göstərirəm. 2017-ci ildə Azərbaycanı Ukraynada "Kainat gözəli" müsabiqəsində təmsil edib birinci yerə layiq görülmüşəm. İndi də noyabr ayında Avropaya getməyə hazırlaşıram və İtaliyada "Miss Avropa-2019" gözəllik müsabiqəsinin Azərbaycan təmsilçisiyəm. Yəni ki, bu mənim model olaraq fəaliyyətimdi. Müğənni olaraq isə 2010-cu ildən müxtəlif bəstəkarların mahnılarını ifa edirəm. Yəni hər iki ad mənim üçün xoşdu. 

- Bilirik ki, valideynləriniz müəllimdir. Bəs sizin geyimlərinizə görə irad bildirmirlər ki, sizə?

- O mənim sadəcə səhnə obrazımdı. Hamı bilir ki, həyatda elə geyinmirəm. Yəni hərənin bir obrazı var. Mən verilişdə də, məclisdə də fərqli adam oluram. 

- Bəs o fotolar nəyə xidmət edir?

- Necə ki, müğənninin səsini göstərməsi ifaçılıq gücünün bir hissəsidir, modelliyin də belə bir sahəsi var ki, mən bədənimin qüsursuzluğunu nümayiş etdirirəm. Əgər mənim istədiyim geyimi geyinməyə cəsarətim varsa, heç bir qüsurum yoxdursa, niyə də geyinməyim. 

- İxtisasca memarsınız və bunu öz gözəlliyiniz üzərində tətbiq edə bilirsinizmi?

- Demək olar ki, geyimlərimin 99 faizinin dizaynını özüm verirəm. Bunu öz üzərimdə ancaq geyimlərimdə tətbiq edirəm. 

- Sosial şəbəkədə fotolarınıza müxtəlif şərhlər yazırlar. Bir dəfə də bir kişi yazmışdı ki, boşansam, uşaqların alimentini siz verəcəksiniz. Ümumiyyətlə, həmin kişilərin qadınları sizə irad bildiririmi?

- Mənə ən çox təhqir və tənqid yazanların çoxu həmcinslərimdi. Eləsi var özü, eləsi də var ərləri şəkillərimə baxıb qıcıqlanır. (Gülür) Mən isə onlara cavab vermirəm. 

- Tez-tez şahidi oluruq ki, müxtəlif əməliyyatlar keçirirsiniz, amma bununla yanaşı xarici dil də öyrənirsiniz. Bu sizə hansı səviyyədə lazım olur?

- Mən tez-tez xarici səfərlərə gedirəm. Demək olar ki, ilin 365 günün 300 gününü xaricdə oluram. Çox gəzən adamam və ona görə dil biliyi mənim üçün çox vacibdir. Yəni mən türk, rus və ingilis dillərində sərbəst danışa bilirəm. İstənilən bir ölkədə əcnəbilərin içində özümü təqdim edə bilirəm. 

- Bəs bu evlilik təkliflərinə niyə yox deyirsiniz?

- Evlilik tam başqa şeydi. Üzdə olan insanların çoxu elə ailə qurur ki, sadəcə ad olsun ki, guya ərə gediblər. Mənim isə belə şeylərə ehtiyacım yoxdu. Bu dəqiqə ərə getmək istəsəm, gedərəm. Amma bu hazırda qarşıma qoyduğum məqsədim deyil. Haçansa da ərə getmək istəsəm, elə bir adama ərə gedəcəm ki, Azərbaycan yerindən oynayacaq və deyəcəkləri ki, bu qız soyundu da, istədiyi sözü dedi də, cəsarətini göstərib bir adamın arvadı da oldu. Sıradan bir insanla ailə quracaq birisi deyiləm. Yəni özümə o dərəcədə güvənən bir insanam.

- Bəzən sizin həyatınızda tanınmış bir adamın olduğunu deyirlər. 

- Yəqin məni yaraşdırırlar da. (Gülür) 

- Amma kriminal aləmdə məşhur bir adamla adınız hallanır...

- Mənə hərdən rəfiqələrim deyir ki, sən tapançasan, söz gəldi yerində deyirsən. Məndə ikiüzlülük yoxdu. Bəlkə də nə bilim cəsarətimdən dolayı məni kriminal aləmdəki insanlara yaraşdırırlar. (Gülür)

- Axırıncı dəfə sizə eflilik təklif ediləndə bunun qurama olduğunu dedilər...

- Vallah bilirsiniz necədi, mən verilişə gedəndə dedilər ki, Afaq xanım, bir pərəstişkarınız var sizi görmək istəyir. Başqa mənə deyən olmadı ki, sizə evlilik təklifi olacaq. Mən də dedim ki, görmək istəyir gəlsin görsün. Yəni orda baş verənlər qurama olsa belə mənim bundan xəbərim yox idi. O artıq telekanalın və aparıcının işidi. 

- Müğənni Əli Mirəliyev sizi həmişə müdafiə edir. Hətta deyir ki, Afaq xanım həm cazibədar qadındı, həm də bəstəkar mahnıları oxuyur. Əli müəllimlə dostluq münasibətləriniz varmı? 

- Heç bir dostluq münasibətlərimiz yoxdu. Onunla cəmisi iki dəfə verilişdə rastlaşmışıq. Təzə vaxtı biz Əli Mirəliyevlə itlə-pişik kimi didişirdik, yola getmirdik. Çıxıb tənqidi fikirlər səsləndirirdi və deyirdi ki, Aygündən sonra Afaq soyunmağın təməlini qoydu. Sonra nədənsə kişinin fikri dəyişdi və başladı məni tərifləməyə. Yəqin ki, artıq məni sevməyə başlayıb. Onun içində mənə qarşı məhəbbət yaranıb. (Gülür) 

- Filmlərə dəvət alırsınız?

- Filmlərə dəvət alıram, amma ki, qonarar məni qane eləmir, bir də ki, ölkədə çox olmuram. Azərbaycanda filmə görə verilən qonarar məni heç qane etmir. Əgər xaricdə film çəkilişinə yüksək məbləğdə qonarar təklif etsələr, qəbul edirəm. 

- Yəni o qədər pula ehtiyacınız var, yoxsa özünüzə dəyər verirsiniz?

- Yox. Yüksək pul müqabilində çəkilməyə razılıq verərəm, aşağı məbləğə görə vaxtımı niyə itirim ki. 

- Ötən dəfə saytlar yazdı ki, toya yarım saatını 2000 manata gedirsiniz. Bu doğrudurmu?

- Bunu da yazıblar? (Gülür). Bizim saytlar reytinqə görə ağızlarına gələni yazırlar. Bəli. Toy qiymətim 2000 manatdır və bunu da verirlər. Mən sırf toya işləyən müğənni deyiləm, yəni elə qiymət qoymuşuq ki, istəyən çağırsın, istəməyən də özü bilər. Ehtiyac yoxdu hər gün toya gedim.

- Bəs olurmu ki, adam var maddi imkanı yoxdu, amma istəyir ki, toyunda siz iştirak edəsiniz...

- Elə jestlərimiz çox olub. 

- Bilirsiniz ki, bizim ölkədə cazibədar qadınlara çox təkliflər olur. Tanınmış məmurlarımızdan olub ki, sizlərə təkliflər etsinlər?

- Belə şeylər çox olur, amma o məmurların adını çəkməyim. (Gülür)

- Bəs siz ailə qurmaq üçün necə bir adamı gözləyirsiniz?

- Qismətdi də, bir də gördünüz ki, saqqızımı oğurlayan biri tapıldı. (Gülür)

- Bilirik ki, müğənni, model olmanızla yanaşı təhsilli xanımsınız, mütaliə edirsiniz...

- Bir çox müğənnilərdən fərqli olaraq savadlıyam və mən şou-biznesdə olan müğənnilərlə buna görə dostluq edə bilmirəm. Baxıram ki, bizim müğənnilər arasında savadsızlıq baş alıb gedir. Hətta 90 faiz müğənnilərimizin əlinə qələm versən, adını yaza bilməz. Hansı ki, efirə çıxıb deyir ki, Dubay Avropada, Avropanın paytaxtı Amerikadı. Bu isə savadsızlıq yox, savadsızlığın dibidi. (Gülür)

- Bəs kimlərin əsərlərini oxuyursunuz?

- Əsasən dedektiv əsərlərə üstünlük verirəm. Desəm ki, bütün günü sevgi romanları oxuyub, əzilən-büzülən qadınları görürəm yalan olar. Mən özümü o obrazda yox, daha cəsarətli qadın obrazında görürəm. Məsələn, Çingiz Abdullayev çox sevdiyim yazardı, onu çox istəyirəm. 

- Bizdə Afət Fərmanqızının "Sığmazam" qəzəlini oxuması müzakirələrə səbəb oldu. Hətta deyilənə görə Afət buna görə ölkəni tərk edir. Ümumiyyətlə, sizin münasibətiniz necədi bu mahnıya?

- Bir var əsəri əsər olaraq oxuyub tamaşaçıya çatdırırsan, bir də var oxuduğun musiqi kommersiya xarakteri daşıyır və sən ona pul qazanmaq strategiyasından baxırsan. Hərdən saytlarda görürəm ki, Sami Yusiflə Afəti müzakirə edirlər. Amma bu düzgün bir şey deyil. Sami Yusif bunu əsər olaraq ölkələrdə ifa edib, Nəsimini təmsil edə bilər, amma toylarda oxuyub pul qazana bilməz. Afət isə elə oxuyub ki, sırf onunla pul qazansın. 

- Bizim yazıçılardan başqa kimləri oxuyursunuz?

- İndi desəm ki, kitab oxuyuram, yalan olar. İnternet əsri olduğu üçün çox şeyi ordan oxuyuram. Mənə lazım olan bir məlumatı internetdən tapıram. 

- Azərbaycan şairlərindən kiminsə şeirinə mahnı bəstələmək fikiriniz olubmu?

- Elə bir şey olmayıb, amma nə vaxtsa istəyərəm Nüsrət Kəsəmənlinin sözlərinə mahnı oxuyum. Çünki onun şeirləri mənim üçün bir az fərqli gəlir. 

Vasif Əlihüseyn


Oxşar xəbərlər
13:41, Bu gün
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
13:35, Bu gün
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
13:30, Bu gün
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
13:26, Bu gün
Kəlbəcərdə ağır qəza: Hərbçilər xəsarət aldılar
13:24, Bu gün
“Talanan, oğurlanan mədəni irsimizlə bağlı beynəlxalq məhkəmələ müraciət etməliyik”
13:20, Bu gün
Kərəm Mustafayev iranlı həmkarı ilə görüşdü
13:15, Bu gün
"Seçkilər iyul və ya avqust ayına təsadüf edəcək" - Deputatdan AÇIQLAMA
13:10, Bu gün
Mətanət onu başqa şəxsin adı ilə söydürən məşhuru efirdə İFŞA ETDİ - VİDEO
13:05, Bu gün
Ceyhun Bayramov Qambiyaya getdi
13:00, Bu gün
Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bir qadının gün ərzində dəfələrlə zorlanması, uşaqların isə... - ŞOK DETALLAR
12:56, Bu gün
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
12:55, Bu gün
"Sülhün əldə olunmasına mane olmağa çalışan qüvvələr zərərsizləşdirilib"
12:50, Bu gün
Kəlbəcər şəhərində turizm obyektləri inşa olunacaq
12:47, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:44, Bu gün
“Baku Open 2024” beynəlxalq şahmat festivalı keçiriləcək
12:40, Bu gün
Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək
12:37, Bu gün
Azərbaycanda Analar Günü təsis oluna bilər
12:35, Bu gün
Son iki həftə ərzində İranda 63 məhbus edam olunub
12:33, Bu gün
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
12:29, Bu gün
“EFES - 2024” təlimi: döyüş atışlı praktiki məşqlər icra olunacaq - FOTO
12:25, Bu gün
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
12:21, Bu gün
Arvadını öldürən şəxslə bağlı QƏRAR
12:16, Bu gün
“Vest Hem” klubu türkiyəli gənc ulduz üçün 30 milyon avro təklif edib
12:12, Bu gün
İlham Əliyev polşalı həmkarını təbrik etdi
12:07, Bu gün
BMT Baş katibi: “Ekoloji jurnalistika təhlükəli peşəyə çevrilir”
12:04, Bu gün
Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” - MÜSAHİBƏ
12:00, Bu gün
Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI - FOTO
11:55, Bu gün
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan ETİRAF
11:50, Bu gün
Qarabağdan EKSKLÜZİV: sakinlərin köçürüləcəyi daha bir kənddən möhtəşəm görüntülər - VİDEO
11:47, Bu gün
Ailəsinin 5 üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?
11:44, Bu gün
DİN məlumat yaydı - FOTO/VİDEO
11:41, Bu gün
Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq
11:37, Bu gün
Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək
11:33, Bu gün
Mayın 3-nün ən şanslı BÜRCÜ: Özünüzü xoşbəxt hiss etməyinizin ƏLAMƏTLƏRİ
11:31, Bu gün
Lənkəranda inəyi vuran avtomobil yanıb
11:23, Bu gün
Bakıda 10 min manatlıq OĞURLUQ - 4 nəfər saxlanıldı
11:16, Bu gün
Sertifikasiya imtahanlarının vaxtları AÇIQLANDI
11:12, Bu gün
Cavanşir Feyziyev: "Bu forum türk dövlətlərinin daha da inkişaf etməsinə imkan verəcək"
11:10, Bu gün
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
11:07, Bu gün
BDYPİ-dən sürücülərə ÇAĞIRIŞ
11:05, Bu gün
Baş Plan təsdiqləndi: Kəlbəcər şəhəri iki dəfə böyüyəcək
11:04, Bu gün
Bakıda DƏHŞƏT: Tələbə yoldaşını 38 bıçaq zərbəsi ilə öldürdü - ŞOK CİNAYƏT/ANBAAN VİDEO
11:00, Bu gün
“Parlament seçkilərində öz gücümü sınamaq barədə düşünürəm” - Politoloqdan İLGİNC AÇIQLAMALAR
10:56, Bu gün
İçərişəhərə giriş məhdudlaşdırılacaq
10:55, Bu gün
İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH + FOTO
10:54, Bu gün
Bərdədə kişi intihar edib
10:50, Bu gün
Əhməd İsmayılov: Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb
10:45, Bu gün
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür
10:42, Bu gün
Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
10:40, Bu gün
Ölkəyə 87 kiloqram narkotik gətirən şəxs ƏLƏ KEÇDİ - VİDEO
10:36, Bu gün
Sərnişin avtobusu dərəyə aşdı: 20 ölü var
10:30, Bu gün
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
10:22, Bu gün
Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb
10:13, Bu gün
Rusiya hərbçiləri ABŞ-ın hərbi bazasına daxil oldu
10:00, Bu gün
İrandan GÖZLƏNİLMƏZ QƏRAR: onlar azad edildilər
09:58, Bu gün
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
09:54, Bu gün
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
09:52, Bu gün
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
09:50, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:47, Bu gün
"Bütün xəstəliklər mətbəxdə başlayır"- MÜTƏXƏSSİS
09:45, Bu gün
Qadınları yaşlı göstərən məşhur kosmetik məhsul
09:36, Bu gün
Bu gün Bakının 2 rayonunda qaz kəsiləcək
09:35, Bu gün
Maştağada 51 yaşlı qadını avtomobil vurub
09:34, Bu gün
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
09:30, Bu gün
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
09:25, Bu gün
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
09:18, Bu gün
Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşüb
09:17, Bu gün
Şəkər istehlakı xərçəngə yol açır?
09:16, Bu gün
Jurnalistikamızın dəli-dolu Rahibi...
09:12, Bu gün
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
09:12, Bu gün
“WhatsApp”dan iki MÖHTƏŞƏM YENİLİK - FOTO
09:03, Bu gün
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
08:49, Bu gün
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-a səfərdən niyə imtina etdi? -EKSPERT GİZLİN SƏBƏBLƏRİ AÇIQLADI 
08:43, Bu gün
“Windows” yeniləməsi kompüterlərdə “VPN”i sıradan çıxarıb
08:36, Bu gün
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
08:35, Bu gün
“Çelsi” derbidən qalib ayrıldı
08:32, Bu gün
Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə  necə təsir edir?
08:31, Bu gün
Dağıstanda təxminən 2000 il yaşı olan insan qalıqları tapılıb - VİDEO
08:08, Bu gün
Xocalı canisi Rusiyapərəst müxalifəti parlamentdə də, küçə mübarizəsində də fəallığa çağırdı...
08:00, Bu gün
Rus ordusu əminliklə irəliləyir - Ukraynalı komandir
07:52, Bu gün
Yerdə güclü maqnit qasırğası başlayıb
07:32, Bu gün
Qazaxla həmsərhəd bu kəndə giriş bağlandı...-Polis yalnız yerli sakinləri buraxır...-FOTOLAR
07:30, Bu gün
Qəzzanın bərpası üçün lazım olan vəsaitin açıqlandı - ŞOK RƏQƏM
07:15, Bu gün
Yaponiya və ABŞ bu silahın yaradılmasına 3 milyard dollar xərcləyəcək
07:08, Bu gün
Şuşanın yeni məscidi belə olacaq - Video
06:50, Bu gün
Ruandada 40-dan çox insan yağışlar səbəbindən ölüb
06:31, Bu gün
Yüksək lifli qidalar hansılardır?
05:57, Bu gün
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
00:23, Bu gün
Çexiyada şaxta 138 min ton meyvənin 100 min tondan çoxunu məhv edib
00:22, Bu gün
Dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar - FOTO
02 May 2024 | 23:56
Tərtərdə 15 yaşlı qız qaçırılıb, yoxsa itkin düşüb? - VİDEO
02 May 2024 | 23:50
"Siyasətsiz müsabiqə": "Avroviziya"da Fələstin bayrağı qadağan edilib, LGBT bayrağına icazə veriləcək
02 May 2024 | 23:48
Hikmət Hacıyev AK-nın Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru ilə görüşüb - FOTO
02 May 2024 | 23:39
“Qalatasaray” “Barselona”nın ulduzu ilə razılaşıb
02 May 2024 | 23:10
Gürcüstanla ABŞ arasında qalmaqal: Baş nazir səfəri ləğv etdi
02 May 2024 | 23:07
Paşinyan Kremli qəzəbləndirdi - “Bunu da etsə...”
02 May 2024 | 23:03
"Rusiyanın Şimali Koreya və İranla əməkdaşlığı güclənir" - Pentaqon
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
02 May 2024 | 22:37
SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb
02 May 2024 | 22:35
Tbilisidə kütləvi etirazlar davam edir: Saxlanılanlar var
GÜNLÜK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ
HƏFTƏLİK
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
01 May 2024 | 17:35
Forum başladı: İlham Əliyev tədbirdə nitq söylədi - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
AYLIQ
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 14:20
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 15:30
İlham Əliyev Konstantin Kosaçov və Leonid Kalaşnikovu qəbul etdi - YENİLƏNİB
02 May 2024 | 14:29
“Qərbi Azərbaycan Televiziyasının yaradılması tarixi hadisə, böyük uğurdur”
02 May 2024 | 14:40
"Rusiya cəbhədə hücumdan öncə fasilə verib" - ISW
02 May 2024 | 15:15
İnfarkt bir gün əvvəldən gələcəyini “xəbər verir” - ƏLAMƏTLƏR
02 May 2024 | 16:07
Qar uçqunu altında qalan mikroavtobus dörd ay sonra tapıldı - VİDEO
02 May 2024 | 14:25
Tanınmış jurnalist Elbəyi Həsənlinin Fransa macəraları və müşahidələri - I HİSSƏ
02 May 2024 | 16:20
Yeni təyin olunan rektor kimdir? - DOSYE
02 May 2024 | 15:02
Azərbaycanda uşağa görə bu ailələrə 435 manat pul veriləcək - RƏSMİ