Turan kültüründə qadın - Qadınlar diktatorlar doğmamalı...
Oxunub: 1625
27 Sep 2019 | 19:45
Turan kültüründə qadın  - Qadınlar diktatorlar doğmamalı...
Yasəmən Qaraqoyunlu Qadın haqları mövzusunda türk kulturasına əsaslanmalı olduğumuzu, türk qadınının heç vaxt kölə olmadığını deyir. Qərb feminizmini model seçməyi doğru saymır.
İngilis yepiskopu 1888-ci ildə Vestminster kilsəsində oxuduğu vəzdə belə deyib: "Bundan yüz il öncə qadın kişinin süfrəsinə oturma haqqına sahib deyildi. Onun soruşulmadan, icazə verilmədən sözə başlaması da yasaq idi. Əri başının üstündən böyük bir zopa asardı və nə zaman arvadı sözə baxmazdısa, zopanı işə salardı. Evdəki oğlan uşaqları da analarına ev içindəki bir xidmətçi qadına bəslənən münasibəti sərgiləyərdilər”. İngiltərədə XI əsrə qədər kişilər arvadlarını satmaq hüququna malik idilər. Avropada X-XV əsrə qədər hökm sürən qaranlıq çağda sxolastik təfəkkür qadın şəxsiyyətini alçaldırdı və qadına qarşı köklənmişdi. Xristianlıq düşüncəsində qadın şeytan, cadugər hesab edilib, yüzlərlə qadın diri-diri tonqallarda yandırılıb. İngiltərədə qadın murdar bir varlıq sayıldığı üçün İncilə toxuna bilməzdi. Qadınlar yalnız Henri dövründə (1509-1547) İncili oxumaq haqqı qazanıblar. Çində boşanmaq haqqı yalnız kişiyə məxsus idi. Yeni doğulan uşağı oğlandırsa, bahalı parçalara, qızdırsa, bez parçalara bürüyərdilər. Buddizmin yaradıcısı Budda isə qadınları öz ardıcılları sırasına və dininə qəbul etməyib. Cahiliyyə dövründə ərəb kültüründə qız uşaqları diri-diri basdırılıb. İslam dini ərəb qız uşaqlarını ölümdən qurtarıb, lakin qadın tam olaraq Turan kültüründə olduğu kimi azad şəxsiyyət hesab edilməyib. İslamın qadın anlayışı ərəb kültüründən bəhrələnib, ərəbizmdən sıyrılıb çıxa bilməyib və əski türk kültürü ilə ziddiyyət təşkil etməkdədir. İran-fars kültüründə qadınların yad kişiyə meyl salmaması və irsin pozulmaması üçün yaxın qohumlarla evlilik ənənəsi olub. Məzdəkilik çağlarında öz anaları, qızları, bacıları ilə evlənən krallar haqqında tarixi bilgilər var.
Turan kültürünü başqa kültürlərdən fərqləndirən əsas xüsusiyyət qadının azad şəxsiyyət, azad insan olmasıdır. Azad qadın türk millətinin ən böyük dəyəridir. Turan ellərində türk qadını türk toplumunun şərəfli və aktiv bir üzvü kimi həmişə üstün tutulub. Türk qadınının azad şəxsiyyət kimi sayğı görərək yaşaması, türk xarakterinin və kültürünün yüksək fəzilətini simgələyir. Türklərin ən əski dastanlarından biri olan Yaradılış dastanında Yaradana (Tanrıya) ilham verən "Ak ana” (Ağ Ana) işıqdan olan bir qadın xəyalıdır və Tanrının yalnız Ağ ananın yaşaması üçün yaratdığı göy üzünün on yeddinci qatı da fövqəladə aydınlıqdır. Oğuzun ilk xanımı qaranlığı yararaq göydən enən mavi bir işıqdan, ikinci xanımı isə qutsal bir ağacdan doğulmuş müqəddəs qadınlardır. Eyni şəkildə, uyğur dastanında Bögü xan səmavi bir işıqdan doğulub. Yakut türkləri ilə bağlı bir əfsanədə, dastan qəhrəmanı Ağ oğlana ağacın içindən çıxan nurlu bir qadın tərəfindən süd verir. Başqırtların və qazax-qırğızların "Kuzu körpeç” və "Bayan” dastanlarında qadın bir mələk olaraq təsvir edilir və bu dastanda qadının göstərdiyi fədakarlıqlar kişilərin göstərdiklərindən daha çoxdur. Göytürk xaqanı Bilgə kağan xalqa xitab edərkən, "sizlər - anam xatun, böyük analarım, xalalarım, prenseslərim...” deyərək, öncə qadınların adını çəkir. Əski türk inancına görə, "Xaqan ilə Xatun” göy və yerin övladlarıdır. Qadının yeri göyün yeddinci qatıdır. Türk kültüründə dastan qəhrəmanları yaxşı at sürən, döyüşlərdə igidliklə savaşan, yaxşı qılınc oynadan qadınlarla evlənməyi arzulayırlar. Müharibə zamanlarında qadınların düşmən əlinə keçməsi böyük utanc sayılırdı. Əski bir türk ata sözündə "birinci zənginlik sağlamlıq, ikinci zənginlik yaxşı bir qadındır” deyilir. Türk toplumlarında kağanın buyruqları (əmr) yalnız "kağan buyurur ki” ifadəsilə başlasa, xalq tərəfindən qəbul edilməzdi. Xarici dövlətlərin elçilərinin qəbulunda xatunla xaqan birlikdə iştirak edirdi. Törən və şölənlərdə (mərasim və şənliklərdə) xatun xaqanın solunda oturur, siyasət və idarəetmə məsələlərində öz fikirlərini bildirir, aktiv iştirak edirdi. Məsələn, Böyük Hun İmperatorluğu ilə Çin arasında barış (sülh) andlaşmasını (müqaviləsini) Tanrıqut Mete xaqanın xatunu imzalayıb. Oğuzların Dədə Qorqud dastanında "Bamsı Beyrək” boyunda Banu Çiçək elçiliyə gələn oğlana (Beyrəyə) o şərtlə "hə” cavabı verir ki, oğlan ona ox atmaqda, at çapmaqda, güləşməkdə qalib gəlsin. Çünki türk qadını bütün bunları bacarır və bunları ondan pis bacaran oğlana ərə getmirdi.
Dədə Qorqud dastanının "Dəli Dumrul” boyunda Əzrayıl Dumrulu öldürməyə gəldiyini, lakin Dumrulun yerinə başqa şəxs ölməyə hazır olarsa, onun bağışlanacağını bildirir. Dumrul onun yerinə ölə biləcək adam axtarışına çıxır. Dumrulun qadını heç çəkinmədən onun yerinə öləcəyini, canını qurban edəcəyini söyləyir. Beləliklə, Dumrul və qadını ölümsüzlük qazanır. Əbül Qazi Bahadır xan "Şəcərəye-i Tərakimə” əsərində Oğuz elində uzun illər bəylik edən yeddi qızın adını sadalayır. Boyu uzun Burla xatun, Barçın xatun, Salur xatun, Şabatı xatun, Kunin Körklü xatun, Kerçə Buladı xatun, Kuğatlı xatun. Türk kültüründə qadının qutsallığı, Qadının ucalığı Altay dağlarının ən yüksək zirvəsinə verilən "Qadınbaşı” adı ilə bir daha təsdiq olunur. Türk qadını başqa xalqlarda olduğu kimi əsla basqı altında tutulmur, aşağılanmırdı. Ərəb səyyahı İbn-i Bəttuta yazdığı "Şahnamə”sində Krımdakı xatirələrini qeyd edir: "Burada qəribə hala şahid oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir. Burada qadınların qiyməti və dərəcəsi kişilərinkindən daha üstündür”. İran-fars tarixçisi Gərdizi "məlumdur ki, türk qadınları çox iffətlidir” yazır. İslam öncəsi çağlarda türk toplumlarında qadın miras haqqına sahib idi. Qadının özünə aid mülkü vardı və öz mülkündən istədiyi kimi istifadə edə bilirdi. Kişi - ər arvadını boşaya bildiyi kimi qadın da ərini boşamaq haqqına sahib idi. Turan kültüründə monaqamiya mövcuddu, poliqamiya yasaq idi. Türk kültürünə poliqamiyanı başqa kültürlərlə təmaslar, özəlliklə, islam gətirib. Turan kültüründə ana xaqanlıq və ya ata xaqanlıq deyə bir zaman kəsiyi, düşüncəsi olmayıb. Turan kültüründə kişi ilə qadın hər zaman bərabər və bir yerdə olub.
Bu günkü türkün - türk qadını haqda bilməsi gərək olan törələr...
Bu günkü türk, əski türk törələrinə dönməli, türk qadınının azad şəxsiyyət olduğunu qəbul etməlidir. Qadınla azad şəxsiyyət kimi davranmaq, onun əskilərdən öz iradəsi, seçmək, seçilmək, sevmək haqqı olduğunu bilmək əsasdı. Evlənmədə, boşanmada, övlad tərbiyəsində kişi ilə bərabər hüquqlara malikdir, miras haqqına, dövlət və toplum həyatında aktiv iştirak etmək haqqına, hakimiyyət uğrunda sərbəst mübarizə aparmaq haqqına sahibdir. Türk qadını dövləti idarə etmək yetənəyinə, bacarığına sahibdir. Burada dövlət idarə edən qadın hökmdarlarının adlarını sadalamaq istərdim. E.ə. VI yüzillikdə Massaget xaqanı Tomris, Hindistanda Qütbşahlar dövlətinin xaqanı Raziyə bəyim, Qutluq Dövlətində Türkan xatun, Saltukoğulları hökmdarı Mama xatun, Kazan xanı Suyun Bikə Xatun, Tarix boyu 42 dəfə çinlilərə qarşı azadlıq mübarizəsi aparan uyğur türklərinin qəhramanı Dilşad xatun (İpar xan), Seyyidə Xatun, İnanc xatun, Türkan xatun, Bibi Türkan xatun və yüzlər, minlər. Azərbaycanda biz türk tarixini, kültürünü və türk dövlətləri tarixini, türk qadın hökmdarlarını və onların mübarizələrini yaxşı bilmirik. Çünki bizə İran-Rusiya tarixi öyrədilib, şahnamə, şüubiyyə, şiyə-sünni tarixi öyrədilib, islam tarixi, qərb tarixi öyrədilib, amma türk tarixi, türk əxlaqı, kültürü öyrədilməyib. Biz öz köklərimizdən qoparılmışıq. Yolumuzu, izimizi , özümüzü itirmişik.
Bu gün Qərbdə formalaşmış aydınlanma çağının ideyaları kimi qəbul etdiyimiz - qadınla kişinin bərabərliyi, humanizm, gender bərabərliyi, feminizm türk kültüründə əskidən olub. Feminizm niyə məhz Qərbdə doğuldu? Ona görə ki, qadın orada aşağılanırdı. Bəs niyə türk toplumunda döğulmadı? Çünki buna gərək yox idi. Çünki Turan kültürü özü yaradılışdan qadınla kişini bərabər şəxsiyyət kimi qəbul etmişdi. Tariximizə baxsaq görərik ki, bu gün qərb kültüründə təbliğ olunan insan haqları, qadın haqları ideyaları türk kültüründə yaşanılan və qorunan ən ali dəyərlər idi. Qərb bu dəyərlərə XVII əsrdən, aydınlanma çağından sahiblənmək istəyirdisə, biz tarixin başlanğıcından bu ideyaları əks etdirən kültürün sahibi və varisiyik. Əski türklərdə şaman analar vardı. Xaqan analar vardı. İslam dönəmində də türklər bu ənənəni, türk xarakterini davam etdirməyə çalışıblar.
Türk qadınının öz avtoritetini qaytarmasının yolları. Özgürlüyün konseptuallığı. Bu gün şiddət görən, alçaldılan qadınların bataqlıqdan çıxması üçün şərtlər. İmtiyaz, görəv əldə etmək, dövlətçilikdə təmsil olunmaq, liderlik, filosofluq yolunda addımlar atmaq üçün seçimlər...
Türk qadını o zaman özgür olacaq ki, öz doğduğu kişiyə, öz tərbiyə etdiyi oğula qadının azad şəxsiyyət olduğunu qəbul etdirəcək. Öz azadlığını, şəxsiyyətini öz evinin içində, ailəsində qəbul etdirən qadın, toplum həyatında da, dövlət həyatında da bunu edə biləcək. Fikrimcə, öncə öz evimizdən və öz oğlumuzdan başlayaq. Qadının özgürlüyü və şəxsiyyəti öz evində təsdiq edilməlidir. Əlbəttə, bunun arxasında böyük bir mücadilə və düşüncə devrimi yatır. Qadın öz bətnindən, dünyaya gətirdiyi oğlundan başlayaraq dünyanı dəyişməyə çalışmalıdır. Elə bir oğul, kişi böyütməliyik ki, qadına qarşı türk törələrində olduğu kimi sayğı bəsləsin, qadın iradəsi ilə hesablaşsın. Biz yeni bir insan yetişdirməliyik. Qadın və kişini bir-birindən ayırmayan, onları birlikdə qəbul edən bir insan... Hər şey İnsana bağlıdır. Fikrimizcə, nə qadın kişidən üstündür, nə kişi qadından. Onlar birdilər, bərabərdilər və birlikdə xoşbəxtdilər.
Cümhuriyyət dövründə Qərb ölkələrindən öncə, həm Türkiyədə, həm də Azərbaycanda dövlət səviyyəsində qadına ən yüksək haqlar verilib. Bu haqların verilməsi üçün Osmanlıda, Rusiya əsirliyində olan Türk ellərində - Krımda, Kazanda, Azərbaycanda, Qacarlarda böyük maarifçilik hərəkatları olub. Maarifçiliyin, cədidizm hərəkatlarının əsas məqsədlərindən biri də türk-müsəlman qadınının maariflənməsi və azad şəxsiyyətə çevrilməsi idi. Bu, əslində islam içində bir protestantlıq hərəkatı idi. Türkiyə və Azərbaycanda qadına verilən hüquqlar C. Əfqanidən, M.F Axundovdan, H.Zərdabidən, H.Z.Tağıyevdən, Y.Akçuraoğlundan, Z.Gökalpdan, İ.Qaspıralıdan başlayıb, Ə.Ağaoğlu, Ə.Hüseynzadə, Ə.B.Topçubaşovla davam etdirilən və Rəsulzadə və Atatürklə zirvəyə çatdırılan bu proses dövlət səviyyəsində qadına bütün hüquqları verdi. Lakin bu gün bu toplumlarda evlərdə qadınlar şiddət görür, aşağılanır, baltalanır. Qadın kişi eqosunun və dini doqmaların qurbanına çevrilir. Bu gün media həm Türkiyədə, həm Azərbaycanda bu mənzərəni gözlər önünə sərir. İndi qadın təşkilatları və gender bərabərliyi uğrunda mübarizə aparan qurumların şüarlarını sizə söyləyim ki, aşağı-yuxarı mən də bunları dəstəkləyirəm: Qadına qarşı şiddət göstərən şəxslər dövlət tərəfindən cəzalansın.
Toplum özü də bu insanlara qarşı mübarizə aparsın. Cəza vermək, qanunla qadağalar qoymaq kimi tədbirlərlə yanaşı, məktəblərdə türk ailə quruluşu və münasibətləri haqqında dərslər keçilsin, əski türk gələnəkləri də təbliğ olunsun. Bütün bunlarla bərabər, subyektiv düşüncələrimə əsasən, bir az sərt olsa da, deməliyəm ki, qadınlar diktator doğmamalıdı. Qadına qarşı maddi, mənəvi, psixoloji, fiziki şiddət göstərən kişi ilk öncə öz əsərimizdir. Diktator kişilər dövlət həyatında, sosial həyatda topluma böyük zərbələr vururlar. Bütün bunlarla yanaşı mən düşünürəm ki, Azərbaycanda və Türkiyədə, siyasətçi, yazıçı, alim, filosof qadın kifayət qədərdir. Sadəcə olaraq bu qadınların əməklərindən və bilgilərindən səmərəli istifadə olunması üçün hüquqi, demokratik siyasi rejimlər və hökumətlər qurulmalıdır və düşünürəm ki, məhz biz qadınlar belə hökumətlərin və rejimlərin qurulmasına çalışmalıyıq. Utopik sosialist nəzəriyyəsinin banisi Şarl Füryenin "qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır” fikrini çox bəyənirəm. Bu ideya dövlət siyasətinin əsas hədəflərindən biri olmalıdır. Eyni zamanda H.Cavidin "Sürüklənən bəşəriyyət qadınla yüksələcəkdir” fikri də Azərbaycanda şüar olaraq qalmasın. Yetişdirdiyimiz hər bir fərdin, vətəndaşın vicdanına sirayət etsin, sosial əxlaqımızın əsas göstəricisinə çevrilsin.

Aysel Əlizadə
Oxşar xəbərlər
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
05 May 2024 | 23:17
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 15 nəfər yaralanıb
05 May 2024 | 23:17
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
05 May 2024 | 23:16
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
05 May 2024 | 23:11
Türkiyədə yanğın: 15 avtobus külə döndü - FOTO
05 May 2024 | 23:09
Pişiklə yatmağın FAYDALARI – Təəccüblü faktlar
05 May 2024 | 23:03
KİV: Rusiya Nigerə hərbi texnika tədarük edib
05 May 2024 | 22:59
Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 22:41
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
05 May 2024 | 22:35
"Dərmanlardan sonra kökəldim" - Aşıq Əli
05 May 2024 | 22:20
Rəşad Sadıqov: “Mənim yerimdə kim olsaydı…”
05 May 2024 | 22:16
Qahirədə danışıqlar nəticəsiz qalıb, HƏMAS nümayəndə heyəti Qətərə dönür
05 May 2024 | 22:13
“Qalatasaray” doğma meydanda “Sivasspor”u darmadağın etdi
05 May 2024 | 21:30
Bayden dostlarını hədəf alıb
05 May 2024 | 20:49
KİV: ABŞ münaqişə başlayandan bəri ilk dəfə İsrailə sursat tədarükünü dayandırıb
05 May 2024 | 20:41
Saray qəsəbəsində avtomobil su kanalına düşüb - VİDEO
05 May 2024 | 20:39
Türkiyədə ağır yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
05 May 2024 | 20:35
“Titanik”in kapitanı vəfat etdi
05 May 2024 | 20:27
Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
05 May 2024 | 20:04
Ronaldu komandasını dəyişə bilər
05 May 2024 | 19:59
Aşıq Əli: “Dərmanlardan sonra kökəldim”
05 May 2024 | 19:57
Azərbaycandan dünyaya sülh mesajı: COP29 hər mənada həyat qurtarır!
05 May 2024 | 19:34
Yevlax 1 Saylı Mediasiya Təşkilatı️nın bir ili münasibətilə tədbir keçirilib - FOTO
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 19:03
Xalq artisti Tünzalə Ağayeva “Marafon”da - VİDEO
05 May 2024 | 19:00
Madonnanın pulsuz konsertinə 1,6 milyon insan gəldi
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 18:54
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb
05 May 2024 | 18:37
“Bakı Marafonu 2024”ün qalibi: “Yarışın adına uyğun olaraq küləyə qalib gəldim”
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 18:17
Müdafiə Nazirliyi şahidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirib - VİDEO
05 May 2024 | 17:49
Mirzoyan Macarıstana gedəcək
05 May 2024 | 17:47
Türkiyə Ordusu daha 4 terrorçunu MƏHV ETDİ
05 May 2024 | 17:43
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
05 May 2024 | 17:30
Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 15:40
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
05 May 2024 | 15:23
Hacıqabulda 17 yaşlı qız qızılcadan ölüb
05 May 2024 | 15:16
Təyyarə magistral yola qəza enişi edib
05 May 2024 | 15:14
“Financial Times”: “Makronu sarsıdıcı məğlubiyyət gözləyir”
05 May 2024 | 14:57
Şəhid anası: “Soruşdum ki, balamın bütün əzaları yerindədir?” - VİDEO
05 May 2024 | 14:49
Bakı Marafonuna beynəlxalq yarış statusu vermək olar - Nazir
05 May 2024 | 14:42
“COP29-a qədər sülh müqaviləsinin imzalanması ehtimalı var” – PROQNOZ!
05 May 2024 | 14:40
Dünyanı təyyarə ilə ilk dövrə vuran pilot öldü
05 May 2024 | 14:36
"İsrail Bakı üçün əhəmiyyətli hərbi texnika tədarükçüsüdür..."
05 May 2024 | 14:34
Türkiyəyə gedən ruslara xəbərdarlıq: “Siyasi vəziyyət qəfil dəyişə bilər”
05 May 2024 | 14:29
Erməni təxribatçı keşiş iqtidarı HƏDƏLƏDİ - özünüzü yaxşı aparın...
05 May 2024 | 14:28
Bakı funikulyorunun istifadəyə verilməsindən 64 il ötür - FOTO
05 May 2024 | 14:21
Ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirilib - YENİLƏNİB
05 May 2024 | 14:18
Günəşdə daha bir güclü partlayış qeydə alınıb
05 May 2024 | 14:12
O, Azərbaycana təzyiq məqsədilə qurban verilir - Qüdrət Həsənquliyevdən MÜSAHİBƏ
05 May 2024 | 14:02
Erməni revanşist deputat: “Heç bir xəyanət cəzasız qala bilməz”
05 May 2024 | 13:52
ƏHALİYƏ XƏBƏRDARLIQ - Mayın 6-da...
05 May 2024 | 13:44
HƏMAS-la danışıqlar: ABŞ təzyiq edir...
05 May 2024 | 13:38
Zelenski: "Ukraynalılar yalnız bu vaxt çökür!"  
05 May 2024 | 13:30
Baş ağrılarını bu çayla dərhal aradan qaldırın
05 May 2024 | 13:21
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb
05 May 2024 | 13:10
Minlərlə zəhərli kitab müsadirə edilib
05 May 2024 | 13:00
Qırmızı diplomun hansı üstünlüyü var? (VİDEO)
05 May 2024 | 12:50
Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var
05 May 2024 | 12:47
Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO
05 May 2024 | 12:46
“Qarabağ” Nəriman Axundzadə ilə müqaviləni uzatdı
05 May 2024 | 12:27
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
05 May 2024 | 12:23
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
05 May 2024 | 12:16
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
05 May 2024 | 12:04
Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı ŞAD XƏBƏR
05 May 2024 | 11:59
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
05 May 2024 | 11:53
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
05 May 2024 | 11:49
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
05 May 2024 | 11:45
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
05 May 2024 | 11:44
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
05 May 2024 | 11:40
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
05 May 2024 | 11:31
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
05 May 2024 | 11:23
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
05 May 2024 | 11:19
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
05 May 2024 | 11:15
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
05 May 2024 | 11:10
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
05 May 2024 | 11:00
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
05 May 2024 | 10:55
Ən zərərli tərəvəz açıqlandı
05 May 2024 | 10:49
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
05 May 2024 | 10:41
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 10:32
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
05 May 2024 | 10:29
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 10:19
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
05 May 2024 | 10:11
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
05 May 2024 | 10:00
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
05 May 2024 | 09:55
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:15
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
GÜNLÜK
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
05 May 2024 | 10:38
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
05 May 2024 | 06:29
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
05 May 2024 | 08:51
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
05 May 2024 | 09:23
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
05 May 2024 | 09:46
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
05 May 2024 | 07:43
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
05 May 2024 | 09:38
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
05 May 2024 | 08:44
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
05 May 2024 | 10:22
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
05 May 2024 | 09:02
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama